-
\"Maşın bazarı\"nda yanğın zamanı 5 nəfər zəhərləndi
01.07.2016 18:35
Bakı şəhərində yerləşən \"Maşın bazarı\"nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.May.Az report-a istinadən bildirir ki, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzində yardım aldıqdan sonra evə buraxılıblar.Xatırladaq ki, iyunun 30-da \"Maşın bazarı\"nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.Faktla bağlı araşdırma aparılır.
-
Türkiyədən İlham Əliyevə daha bir təşəkkür
01.07.2016 18:34
Türkiyənin xarici işlər naziri Mölud Çavuşoğlu Türkiyə - Rusiya münasibətlərinin yaxşılaşdırılmasında göstərdiyi köməkliyə görə, Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. May.Az Türkiyə mətbuatna istinadən xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirdiyi brifinqdə deyib. O deyib ki, iki ölkənin münasibətlərinin qaydaya düşməsində İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayevin də xidmətləri olub.
-
Silk Way Travel-dan Türkiyədə istirahət üçün sərfəli təklif – 149 USD-dən başlayaraq
01.07.2016 18:28
\"Silk Way Travel\" turizm şirkəti Türkiyənin İstanbul və Antalya şəhərlərinə çox sərfəli turist paketləri təklif edir.Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində İstanbula 3 gün/2 gecə müddətinə turist paketini aşağıdakı qiymətlərlə əldə etmək mümkündür:3 ulduzlu hotel: 149 USD*4 ulduzlu hotel: 199 USD*5 ulduzlu hotel: 239 USD** Qiymət ikinəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır.Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti), hava limanı-hotel-hava limanı transferi, hoteldə gecələmə və tibbi sığorta daxildir. Hoteldə qalma müddəti - iyulun 9-dan 14-dək.Türkiyənin məşhur kurortu olan Antalya üzrə aksiya çərçivəsində bir nəfərə cəmi 299 USD-ə 5 ulduzlu hoteldə 7 gün gecələmə ilə turist paketi əldə etmək mümkündür. Üç müxtəlif hotel seçimi təklif olunur. Hoteldə qalma müddəti - sentyabrın 6-dan 13-dək.Aksiya çərçivəsində təklif olunan hotellərin siyahısı \"Silk Way Travel\" şirkətinin rəsmi saytında tanış olmaq mümkündür: www.swtravel.az.Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə \"Silk Way Travel\" şirkətinə müraciət etmək lazımdır:(+99412) 598-88-80; (+99412) 437-40-85; *8880;E-mail: tourism@swtravel.az;və ya \"Facebook\" sosial şəbəkəsindəki səhifəsinə: https://www.facebook.com/silkwaytravel.azerbaijan/Turist paketlərini şirkətin Bakı şəhəri, Nizami küç.,126A ünvanında yerləşən ofisində və ölkənin digər turizm şirkətlərinin ofislərində əldə etmək mümkündür.
-
Avqustun 1-dən gömrükdə dəyişikliklər olacaq
01.07.2016 18:26
\"Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb\".May.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kəpəz TV-yə (Region TV) müsahibəsində deyib.Onun sözlərinə görə, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq. Bu yeniliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, eyni zamanda məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi daşıyır.A.Əliyev bildirib ki, idxal-ixrac əməliyyatlarına qlobal böhran və devalvasiya təsir göstərir: \"Ümumi götürdükdə, kənd təsərrüfatı mallarının ixracında artım müşahidə olunur. Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb. İxracda bu, neftin 1 barelinin qiymətinin düşməsi və idxalın azalması ilə bağlıdır\".DGK sədri gömrük islahatları çərçivəsində aparılan dəyişikliklərdən də danışıb: \"Qarşıda duran vəzifə ondan ibarətdir ki, yaşıl dəhliz və digər dəhlizlərin tikintisi, giriş-çıxış, axtarış sisteminin tətbiqi ilə bağlı müəyyən tapşırıqlar verilib. Bunların icrası nəticəsində avqustun 1-dən dəhlizlərin tətbiqi, eyni zamanda bu sistemin tam istifadəsi üçün tədbir görürük”.Qeyd edək ki, bu ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408,8 min dollara bərabar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 31,8% azdır. Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 3 milyard 331 milyon 437,5 min dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,2% azdır. Eyni zamanda bu ilin ilk 5 ayı ərzində xarici ölkələrə 3 milyard 49 milyon 971,25 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 42,2% azdır. Beləliklə, xarici ticarət əməliyyatlarında 281 milyon 466,31 min dollar mənfi saldo yaranıb.
-
Bakıda fahişəxanaya çevrilən evlər aşkar edildi
01.07.2016 18:24
Daxili İşlər Nazirliyi Bakıdakı əxlaqsızlıq yuvaları ilə bağlı məlumat yayıb.May.Az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Bundan başqa Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində də əxlaqsızlıq yuvaları təşkil etmələri üzə çıxarılıb.Hər iki faktla əlaqədar cinayət işi başlanıb.
-
Zakir Həsənov: Aprel döyüşlərində ordumuzun gücünü gördük
01.07.2016 18:22
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.May.Az-in məlumatına görə, şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışını etdi. \"Bu gün də biz növbəti hərbi hissənin açılışını ediririk. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir. Ali Baş Komandan bütün istiqamətlərdə islahatlar həyata keçirir və biz artıq bu islahatların nəticələrini görürük. Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir. Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük. Cənab Ali Baş Komandan, biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın fikrini dəfələrlə vurğulayıb. Biz də Prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik. Bir daha Sizi təbrik edir, xidmətinizdə uğurlar arzulayıram\". Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
-
Mərkəzi Bank dolların üç günlük məzənnəsini açıqladı
01.07.2016 18:20
Növbəti 3 gün üçün manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az verilən məlumata görə, 04.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 1-də USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində olub.
-
Bakıda jurnalist bıçaqlanıb
01.07.2016 18:19
Jurnalist Fərəməz Novruzoğlu bıçaqlanıb.APA-nın məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı facebookda məlumat paylaşıb.Məlumata görə, hadisə ötən gecə saat 02 radələrində qeydə alınıb. F. Novruzoğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.Xəsarət alan jurnalist xəstəxanaya yerləşdirilib.
-
Azərbaycanlı aktrisa Pərvin Abiyeva istirahətdə
01.07.2016 15:06
Azərbaycanlı aktrisa Pərvin Abıyev yeni videolarını paylaşıb. May.Az məlumat verir ki, istirahət üçün xaricə gedən həmlarlarından fərqli olaraq Pərvin Bakıdadır. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan aktrisa istirahət fotolarını və videoalarını Instagram izləyiciləri ilə bölüşüb. Pərvin istirahəti ilə yanaşı idmanından da qalmır. Aktrisa mütəmadi olaraq fitnesə gedir, idman zamanı çəkilmiş videolarını izləyiciləri ilə bölüşür, xanımlara bir sıra məsləhətlər verir. Qeyd edək ki, bir neçə müddət əvvəl aktrisa \"elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olublar\" deməyi ilə gündəmə gəlmişdi.
-
FHN-dən rəsmi məlumat: Maşın bazarının 1/3 hissəsi yanıb
01.07.2016 15:02
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
SOCAR azərbaycanlı milyarderə kredit verdi
01.07.2016 15:00
SOCAR \"Palmali International Holding Co Ltd\"-yə (\"Palmali\") 120 mln. ABŞ dolları məbləğində kredit ayırıb.APA xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir. Hesabatda deyilir ki, kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik LİBOR üstəgəl 4,5% dərəcəsi ilə ayrılıb. Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməlidir. 31 dekabr 2015-ci il tarixinə \"Palmali\"yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 122 milyon manatdır. Qeyd edək ki, SOCAR və \"Palmali\"nin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış Səhmlərin Girovu haqqında Sazişə və Korporativ Zəmanətə uyğun olaraq qarşı tərəf 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi və \"Palmali\"dəki müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi girov qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 20 mart 2008-ci il tarixində SOCAR-ın törəmə müəssisələrindən biri ilə imzalanmış nəqliyyat xidmətləri üzrə müqaviləyə uyğun olaraq, \"Palmali\" əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoyub. Bu girov müqavilələri \"Palmali\"nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaq.
-
Türkiyə ölən rus pilotun ailəsinə ev verir
01.07.2016 14:59
Türkiyədə ötən ilin noyabr ayında vurulan Rusiyaya məxsus \"Su-24\"ün öldürülən pilotunun ailəsinə ev verilir. ANS PRESS-in məlumatına görə, ev Türkiyənin turistik məkanlarından hesab edilən Kəmərdədir.Bu, Antalya Kəmər bələdiyyəsinin təşəbbüsü olub. Ev paraşütlə vurulan təyyarədən xilas olan, lakin eniş zamanı qətlə yetirilən pilot Oleq Peşkovun ailəsinə təqdim ediləcək. Artıq bələdiyyə başçısı MHP-dən olan Mustafa Gül bu təklifi Rusiyanın Antalyadakı baş konsulluğuna çatdırıb.Mustafa Gül konsul Aleksandr Tolstopyatenkonu öz ofisində ziyarət edib. O, özü ilə hədiyyə gətirib. \"Münasibətlərimizin şirin olması üçün sizə şirniyyat gətirdim\" deyə səfir, tablo və türk şirniyyatını konsula təqdim edib.Tabloda Rusiya və Türkiyə bayraqları fonunda qucaqlaşan iki dəniz ulduzu təsvir edilib. \"Dövlət turizmin önünü açmaq üçün bu qədər iş görüb. Biz də belə bir jest etmək istədik. Kəmərdəki otellər və mülkilərin imzası ilə ölən pilotun ailəsinə ev verməyə qərar verdik. Bu təklif qəbul edilərsə, pilotun ailəsini Kəmərdə görmək bizi çox sevindirər\", - bələdiyy başçısı əlavə edib.
-
Tanınmış psixoterapevtdən ŞOK sözlər: \"Seks ən müqəddəs ibadətdir\"
01.07.2016 14:55
Tanınmış psixoterapevt Elmir Əkbər modern.az-a müsahibə verib. May.Az onunla söhbəti təqdim edir:-Elmir müəllim, ilk olaraq Ağdaşın Qoşaqovaq kəndindəki hadisəyə toxunmanızı istərdim. Guya orada əcaib varlıqlar dolaşır. Ehtimal edirlər ki, onlar ruhdur. Psixoloq kimi ruhun mahiyyətini necə izah edərsiniz? -Ruh məsələsi həmişə suallar doğurub. Təbii ki, psixoterapevtlər standart, klassik, el-obanın qəbul etdiyi anlayışlarla barışmırlar. Çünki onlar insan şüurunun manipulyasiyasına xidmət edirlər. Amma bu zaman paralel olaraq sual ortaya çıxır. Nəyə görə ruhlara inanırıq? Psixoloq, psixoterapevt, psixoanalitik, psixiatrların işi bilavasitə ruhla bağlıdır. Biz bilavasitə insanın ruhu ilə təmasda oluruq. \"Psixa\" sözünün özü ruh deməkdir. Psixoterapiya isə iki ruhun təmasıdır. Psixoterapevtlər insan ruhunu öz ruhu vasitəsi ilə müalicə edən mütəxəssislərdir. Bu baxımdan mümkün deyil ki, hansısa bir psixoterapevt ruhun varlığını inkar etsin. -Yəni ruh siz dediyiniz anlamda mövcuddur? -Burada o qədər mürəkkəb anlayışlar var ki... Psixoterapiya seansının özü o qədər mürəkkəb bir prosedurdur ki, bundan geniş danışmaq olar. Ruhun insanın daxilində olmasını deyə bilmərəm. Ruh metafizik bir məfhumdur, amorf bir anlayışdır. Biz onun konkret yerini göstərə bilmərik. Ruhun hansısa bir necəlik xüsusiyyətini təsvir etmək heç vaxt mümkün deyil. Biz sadəcə ruhun təzahürü sayəsində onu öyrənə bilirik, onun haqqında mühakimə yürüdürük. Müqayisə aparaq. Məsələn, götürək, ağlı. Ağıl beyindirmi? Qətiyyən. Ruh beyindirmi? Qətiyyən. Ruhi xəstələrin, şizofrenik insanların beyinlərində biz heç zaman spesifik dəyişiklik tapa bilmirik. Nevrozların, depressiyaya düşən insanların beyinlərinin anatomik quruluşunda hər hansı bir dəyişiklik olmur. Proses necə baş verir? İnsan deyək ki, hər hansı vəhşi heyvan görür və bizdə təlaş yaranır. Bu qorxunu bizdə nə yaradır? Neyromediatorlar. Bəs bunun kökü insan ruhuna necə gedib çıxır? Məşhur bir video var. Şirlər oğlana doğru qaçır, biz də elə bilirik ki, hücum edirlər. Onlar oğlanı yıxırlar, onu yalayırlar. Məlum olur ki, o oğlan balaca vaxtından həmin şirləri saxlayıb. Şir bizim üstümüzə gəlsə, qorxarıq. Amma o insan sevinc hissi yaşayır. O adamın ruhu həmin şiri sevgi obyekti kimi qiymətləndirir. Buna görə də, onun beynində tamam ayrı neyromediatorlar işə düşür. O insan tamam başqa hisslər yaşayır. Bizdə isə şir qorxu obyektidir. Dinlərin üzərində manipulyasiya etdiyi ruh anlayışını psixologiya qəbul edir. İnsanlar deyirlər ki, onların gözünə ruh görünüb. Psixologiya da o ruhun varlığını qəbul edir. Ziqmund Freyd dahi insan, psixologiyanın atasıdır. Ona qədər olan psixoloqlar ofis siçovulları idilər. Freyd psixoanaliz sayəsində əsl psixologiyanı yaratdı. Onun nəzəriyyəsindəki şüuraltı, şüurüstü, eqo anlayışlarının beyinlə, maddi materiya ilə heç bir əlaqəsi yox idi. Nevropatoloqların işi beynin fiziki zədələrini sağaltmaqdır. Nevropatoloqlar Freydi yaratdığı metafizik nəzəriyyəyə görə ittiham edirdilər. Biz o ruhun varlığını qəbul edirik. Amma nadan və cahil insanları başa salmaq çətindir. Ruhun xüsusiyyəti odur ki, onu gözlə görmək mümkün deyil. O, metafizikadır, materiya deyil. -Kameralara sanki hansısa varlıqların düşməsi barədə çoxsaylı iddialar eşitmişik. Onlar nədir: hər hansı dalğa, yoxsa yalnız manipulyasiya? -Bunun izahı çoxdur. Birincisi, müxtəlif optik fenomenlər, hadisələr mövcuddur. Bizim camaat isə tam fərqli düşünür. Gətirib bəzən şəkil göstərirlər və o fotoda ruh olduğunu deyirlər. Düşünürəm ki, onlar hansısa \"Fata Morqana\" kimi ilğımlar görsələr, onları ümumiyyətlə idarə etmək çox asan olar. \"Fata Morqana\" xüsusi ilğım növüdür. Bu elə bir şeydir ki, bir də görərsən ki, səmada maşınlar gedir, insanlar gəzir. Hansısa bir şəhərdə olan hadisəni səmada müşahidə edə bilərsiniz. Bizim camaat elə bir şey görsə, ağlını itirər. Kimsə gəlib deyər ki, o, peyğəmbərdir. Deyərlər ki, bu qiyamətdir, gətirin pul verin. Hamısı da gətirib verər. Halbuki bu, optik hadisədir. Bunu bilməyən adamların çoxu heç orta məktəb də oxumayıblar. Optikanı yaxşı bilən bir insan başa düşməlidir ki, bu cür hadisələr sadəcə olaraq fiziki fenomenlərdir. Çox zaman isə belə hadisələrdən manipulyasiya edib qazanc məqsədi güdürlər. Avropada gözəl qəsrlər, tarixi yerlər mövcuddur. Orada qəsrlərə turist cəlb etmək üçün hansısa bir əfsanələr yaratmağa başlayırlar. Əşyaların hər biri müxtəlif kimyəvi maddələrdən ibarətdir. Onların da hər birinin xüsusiyyəti var. İstidən genişlənmə və daralma xüsusiyyətləri. İndi hardasa nəsə yerə düşə bilər, otaqda səs yarana bilər. Bunların hamısını hansısa varlıqla əlaqələndirmək yalnız insan şüurunun manipulyasiyasıdır. Xüsusi xidmət orqanları da maraqlı olub ki, insanlar üçün belə nağıllar, əfsanələr yaradılsın. Keçmiş MTN-in generalları tutulanda bəlli oldu ki, bütün falçıların çoxu onlarla əlaqəlidir. Məlum oldu ki, iyrənc bir binamus bunlarla əlaqədə olub manipulyasiya edib. Camaatı qoyun yerinə qoyurdular. Uyub falçılara gedənlər də qoyun idi. Fərqi yoxdur, istər məmur, istərsə də başqaları olsun. Pullu qoyunlar, kitab yüklü uzunqulaqlar gedib sirlərini satırdılar. Nə zamandan sonra da bəlli olar ki, bayaq dediyiniz Ağdaşdakı hadisənin arxasında kimsə durur. İnsanlar nağıla uymağa meyllidirlər. Bir də görürsünüz ki, uçan boşqablardan danışırlar... -Bizim adət etmədiyimiz, görmədiyimiz əcaib texnikaların kameraların yaddaşına düşməsi halları da az olmayıb...-Mən bu boyda kainatda Yerdən başqa haradasa həyatın olmasını danmıram. Amma tam da əminəm ki, uçan boşqab söhbəti bir oyundur. Hansısa inkişaf etmiş ölkələrin aparatlarıdır. Uçan boşqab fenomeninin nağıl olması hələ başqa planetdə həyatın olmaması da demək deyil. Bir vacib xüsusiyyəti də deyim ki, hallüsinasiya təkcə bir adamın gözünə görünməyə də bilər. Ola bilər ki, bu, kütləvi psixoz hadisə olsun. Mümkündür ki, bir kənd kütləvi psixoza tutulsun. Təhsil alanda və sonrakı mərhələlərdə müəllimlər bizi bəzi şeylərlə tanış edirdilər. Məsələn, bir ailə gəlib deyirdi ki, onlar dünyasını dəyişmiş bir qohumlarının ruhunu görüblər. Hamısı da bir ağızdan \"bəli\" deyirdi. Mən isə xırda detallarına qədər gedirdim. Məsələn, sual edirdim ki, o gözünüzə görünənin corabı, köynəyi nə rəngdə idi? Bu məqamda hərəsi bir söz deyirdi. Biri deyirdi ağdır, başqası deyirdi qaradır. Yəni kim o ölən insanı necə təsəvvür edirdisə, onu dilə gətirirdi. Məlum oldu ki, bu gözəgörünmə onların təxəyyülünün, fantaziyasının məhsuludur. -Bulqakovun məşhur \"Master və Marqerita\" əsərində magiya qrupu insanları kütləvi psixoz halına salırlar. Üstəgəl, siz dediyinizdən də belə nəticə çıxarmaq olar ki, insan şüuru hansısa bir enerji vasitəsi ilə yönləndirilir. -Elm o qədər maraqlı və əsrarəngizdir ki... Düzdür, SSRİ-nin təhsili indikindən qat-qat üstün idi. İndi isə Azərbaycan elmi uçuruma düşüb. Amma Sovet vaxtının elmi qüsurlu idi. O dövrdə elm insanlara o qədər yekənəsəq, quru təqdim olunurdu ki, onlar hansısa qeyri-adi görünə bilinən şeyi elmdən kənar hesab edirdilər. Elmdə induksiya deyilən bir xüsusiyyət var. Ruhi xəstələr öz dediklərinə inanır deyə, onu elə canlı danışırlar ki, kənardakı insanlar da bəzən onun təsirinə düşür. Ruhi xəstənin gözünə hallusinasiya görünür və bunu çox canlı şəkildə danışır. Ətrafdakı insanlar da istər-istəməz onu təxəyyülündə canlandırır. Onlar təxəyyülündə canlandırdıqlarını real obraz kimi qəbul etməyə başlayırlar. Onlar şizofreniya xəstəsi deyillər.Falçılar, ekstrasenslər, parapsixoloqlar kimdir? Ya əsl dələduz, şarlatan, ya da həqiqətən ruhi xəstələr. Ruhi xəstələrin başqalarını inandırmaq qabiliyyəti daha güclüdür. Çünki onlar doğrudan da elə bilir ki, onlara vergi verilib, təxəyyülündəkiləri çox canlı danışırlar. -Mənim atam heç zaman fala, caduya inanmayıb. Amma həmişə olan bir şeyi danışır. Deyir ki, gənclik illərində elə-belə maraq xatirinə bir qaraçıya falına baxdırmışdı. Deyir, qaraçı əlinin içinə baxan kimi bildirdi ki, 15 gündən sonra sizin nəsildə çox bədbəxt bir hadisə olacaq. Həqiqətən də olmuşdu. Bunu necə qiymətləndirək? Hansısa siqnal, dalğa vasitəsi ilə verilən dəqiq proqnoz, yoxsa sadəcə ehtimal? -Azərbaycanda elm çoxdan rəhmətə gedib, onu basdırıblar, heç xəbərimiz də yoxdur. Çünki bizim bəzi alim adlandırdıqlarımız elə bir cəfəngiyyat danışırlar ki, adam məəttəl qalır. Gələcək hələ yoxdur. Olmayan şeyi necə demək mümkündür?! Siz dediyiniz fenomenlər tarixən də olub. Məsələn, Mesmer, Rasputin kimi adamlar ağıllı insanları da aldadıblar. Məgər fırıldaqçılar, banklar insanları aldatmırlar?! Məsələ ondan ibarətdir ki, həyatda təsadüflər, ehtimal nəzəriyyəsi var. İnsanlar indi ehtimal nəzəriyyəsi ilə az qala lotoda hansı rəqəmlərin olacağını müəyyənləşdirirlər. Bu da elmdir. Amma Azərbaycanın yatmış camaatının bunlardan xəbəri yoxdur. Bu gün yığışaq bir otağa, 5 proqnoz səsləndirək. İnanın ki, bu proqnozların ən azı 4-ü reallaşa bilər. Sadəcə bir söz eşidəndə, sonra da o hadisə olanda insanlar düşünməyə başlayır. Adətən insanlar ya çox xoş bir hadisəni, ya da çox bədbəxt bir hadisəni yadında saxlayır. Çünki o hadisələr olan zaman insanın ruhunda təlatüm yaranır, onun daxilində zəiflik yaranır, nəyəsə inanmaq istəyir. Bu yaxınlarda Elmlər Akademiyasında eksperiment apardım. Dedim ki, 5 nəfər gətirin, mən onların falına baxım. Sonra mən o adamların heç birini inandıra bilmədim ki, bu sadəcə tryukdur, hadisədir, proseduradır. Hər bir insanın individual xarakteri var. Amma hamı üçün ümumi olan oxşar cəhətlər də var. Misal üçün, Azərbaycanda bu yaşda olan qadının, qızın təxminən nələr yaşadığını bilmək olur. Ehtimalla demək olar ki, bu insanlar həyatında hansı hadisələri yaşayıb. Bir az müşahidəçilik qabiliyyəti olanda insanın üzündən informasiya ala bilmək mümkündür. İnsanın yaşadığı emosiyalar onun üzündə ömürlük möhür qoyur. Hirsli adamların üzündə bir cür, bədbəxt bir hadisə yaşamış insanların üzündə isə ayrı cür mimik əzələlər olur. İnsanın üzünə baxanda, onun durumu, yaşadıqları, xasiyyəti haqqında nəsə demək olur. Qaraçı falçılar bu işin ustasıdır. Onlar bir az fantaziyalarını işə salırlar və insan yarım saatın içində onun ovcunun içində olur. Falçılıq bundan başqa bir şey deyil. Bunun da arxasında elmi fenomenlər durur. -Mənim yadıma gəlir, efirdə biri deyirdi ki, falçı ona yastığının altından sümük tapacağını deyib. Və həmin adam da həqiqətən onu tapıb. Amma siz izah etdiniz ki, o sümüyü əslində özü ora qoyub. Bir az ətraflı danışardınız... -Mən Kalininqrada getmişdim. Orada qaraçılarla tanış oldum, mənim bu millətə böyük hörmətim var. Erikson hipnozu deyilən bir anlayış var. Bu, klassik hipnozdan fərqi ondan ibarətdir ki, danışa-danışa insanı transa salmaq mümkündür. Transa düşən insanın beyninə həmin anda hansı məlumatı desən yerləşdirmək olar. Bunun da kökü gedib qaraçı falçılığına çıxır. Qaraçı bir kəndə gəlir. Qarşısına çıxan adamın əlini əlinə alır və guya onun falına baxır. Əslində isə o, fala baxmır. Buna kinestik hipnoz deyirlər. Yəni xüsusi toxunuşla insanı hipnoza salırlar. Heyvanda bunu daha asan müşahidə etmək olur. Məsələn, akulanın qarnının altını sığallayanda o, hipnoza düşür. Toyuğu başı üstə çevirəndə o transa düşür. İnsanda müəyyən kinestik toxunmaları forması var ki, onunla adamı transa salmaq olur. Qaraçılar bunu çox asanlıqla edirlər. İnsanları transa salandan sonra əlinə bir torba verirlər. Deyirlər ki, içinə baxma, get evinizə, gecə hamı yatandan sonra bu boğçanı evinizdə filan yerdə gizlət. Məsələn, paltonun cibinə qoy, ya da həyətdə bir yerə. Qaraçılar bu proqramı insanın beyninə yazır. Sonra deyir ki, mən 5-ə qədər sayacam və sənə dediklərimin hamısını unudacaqsan. Edir və insan da ayılır. Həmin adam elə bilir ki, qaraçı onunla 1 dəqiqədir ki, söhbət edir. Halbuki, qaraçı onunla 10 dəqiqədir söhbət edir. O insan gedir, özü də bilmədən əlində olan boğçanı gizlədir. Sonra da qaraçı ya da falçı gəlib deyir ki, gedin filan yeri qazın oradan nəsə çıxacaq. Qazırlar, doğurdan da, nəsə çıxır. Çünki onu qaraçının trans vəziyyətinə saldığı adam özü orada gizlədib. Azərbaycanda olan falçıların çoxu MTN-lə əlaqəli idilər. MTN insanların şəxsi məlumatlarını onlara göndərirdi. İndi hamı Vanqanın adını çəkir. Araşdırma apardılar və məlum oldu ki, Vanqa heç zaman yaşadığı ölkənin ərazisini tərk etməyib. Halbuki deyirlər ki, qum burulğanına düşüb. Əslində Vanqanı zorlayıblar və onu zorlayan adam da gözünü çıxardıb. Bolqarıstanda məgər səhra var?! Falçılar, ekstrasenslər, parapsixoloqlar bir adamın qələti deyil. Bu, bir şəbəkədir, mafiyadır. Bunun arxasında böyük bir şəbəkə dayanır. Çünki ortada böyük məbləğlərdə puldan gedir. Təbii ki, Vanqa heç kim idi. -Belə bir sual verim. Hər bir insanı trans vəziyyətinə salmaq olarmı? -Bəli. Ən çox şüuru olan insanları transa salmaq olur. Axmaqları isə yox. Ağıl kəmliyi olan insanlar isə heç zaman hipnoza düşmür. -Sizin adını çəkdiyiniz Freyd yuxuya təxminən belə tərif verir: \"Yuxular arzuların təhrif olunmuş reallaşmasıdır\". Mənə bir jurnalist kimi maraqlıdır: yuxu necə və niyə yaranır?-SSRİ elmi quru, vulqar materializm əsasında qurmuşdu. Bu da təbii ki, absurd bir ideyalar idi. Onun əksi çıxdıqca, insanlar elə düşünür ki, fövqəladə şeylər var. İnsan saatları, günləri bir yuxuda görür və bu bir neçə saniyənin içində baş verir. Elm bu gün müxtəlif ölçülü məkanların olduğunu sübut edib. Biz 3 ölçülü məkanda yaşayırıq. Biz insanlar özümüzü nə qədər üstün saysaq da, bu da bir qələtdir. Biz də, heyvanlar da, bitkilər də bir həyat formasıyıq. Ola bilər ki, başqa bir planetdə səs formasında həyat var. Biz universitetdə histologiya fənni keçəndə, şok yaşadım. Təsəvvür edin ki, birhüceyrəli canlı özünü bizim bəzi insanlardan nizamlı aparırdı. Görün təbiətdə nə qədər nizam-intizam var. Bu gün deyirlər ki, heyvanların təfəkkürü yoxdur. Amma düz deyil. Ola bilsin ki, heyvanların təfəkkürünün müstəvisi adamınkından fərqlidir... Bəli, hər şey kimi yuxu fenomeni də var. Dahi Ziqmund Freyd elmə çox böyük bəhrə verdi. Yuxuları ilk dəfə Freyd elmi şəkildə izah etdi. Yuxularda bizim qorxularımız, istəyib həyata keçirmədiyiniz nələrsə öz əksini tapır. Yuxuda şüur yatır və şüuraltı oyanır. Şüuraltı yuxuda bizimlə simvolların dili ilə danışır. Burada çox böyük məlumatlar var. Bunlar hamısı elmi anlayışlardır. Elmin böyüklüyü odur ki, hər şeyin izah olunmadığını etiraf edir. Fırıldaqçılar isə bundan istifadə edir və deyirlər ki, nə zamansa filan şey də tapılacaq. Parapsixoloqlar, falçılar min illərdir insanların başlarına corab hörürlər. Elm çoxdan onların dediyini filtrdən keçirib, təftiş edib. Elmi şeylərin hamısı götürülüb. Yerdə qalanlar ekstrasens, falçı, parapsixoloq kimi tullantılardır. -Ziqmund Freydi sizin qədər də olmasa, az-çox mütaliə etmişəm. O deyirdi ki, 3-4 yaşında oğlan uşağı anasını atasına qısqanır. Bu, elmi terminologiyaya \"Edip kompleksi\" adı ilə daxil olub. Eyni zamanda eyni yaşda qız uşağının da atasına qarşı cinsi istəyinin yaranması və atasını anasına qısqandığını bildirirdi. Bu da \"Elektra kompleks\" adlanır. Bunu necə müəyyən edə bilərik ki, Freyd düz deyirdi? Praktiki bir örnək varmı? -Hər bir kəs yuxusunda yaxın qohumu ilə bağlı erotik yuxu görür. Bunlar insanın psixoseksual inkişaf mərhələləridir. Problem Freyddə deyil. Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır. Sadəcə olaraq, primitiv insanlar bunu iyrənc bir formada dərk edirlər. İntim həyat insanın dünyaya təmasında, inteqrasiyasında ən böyük addımdır. Psixi-cinsi etaplar var. Bu, 18 aya qədər oral mərhələdir. 18 aydan 36 aya qədər, yəni 3 yaşa qədər anal mərhələ gəlir. Daha sonra latent, genetal, fallik mərhələlər gəlir. Hər birində də insan inkişaf etapı keçir. \"Edip kompleksi\", \"Elektra kompleks\" o zaman baş verir ki, insan fallik mərhələdə yaşadığı nələrinsə çözümünü tapmaq istəyir. Bu çözümü insan fallik mərhələdə tapa bilməyəndə, gələcəkdə onda müəyyən problemlər ortaya çıxır. Uşağın cinsi hissləri daha çox erotik formada öz əksini tapır. Libido, yəni cinsi inkişaf enerjisi deyiləndə, təkcə, primitiv seks aktı nəzərdə tutulmamalıdır. Bütün yaradıcılıq, quruculuq addımları bu enerji ilə bağlıdır. Bunu sözlə ifadə etmək bir az çətindir. Libido insanın özündən kənardakı obyektlərə qovuşmasıdır. Seksin özündə nə baş verir? İki insan tam paltarsız, bir-birinə yaxınlaşır və bir obyektə çevrilirlər. İnsan sevdiyi insanla orqazm yaşayanda elə bir an yaşayır ki, onun eqosu itir, iki insan bir insana çevrilir. Siz bir əsəri sevirsizsə, sanki bir orqazm yaşayıb onunla birləşmiş olursuz. İnsanda ilk vaxtlar erotik hisslər yaranmağa başlayanda onlar ilk olaraq ən yaxında olan obyektə, sevdiklərinə nəzər yetirirlər. Uşaq psixikası elədir ki, o, bütün hisslərini sevdiyi obyektə yönləndirir. O elə bilir ki, kimisə sevirsə, bütün hissləri ona aludə olmalıdır. Qısacası uşaq elə bilir ki, hər şey sevdiyi insanla bağlıdır. Bəziləri isə çox primitiv düşünür və deyir ki, Freyd guya atanın qızla cinsi əlaqədə olmasını dəstəkləyib. Siz bilirsinizmi Freyd nə qədər mühafizəkar olub?! O, adi cinsi azadlığı qəbul etməyib. Onun dediyi sözləri bu qədər primitiv başa düşmək lazım deyil. Dinə inanmaq da olar, inanmamaq da. Amma müqəddəs yazılarda olanlarda çox böyük müdrik nüanslar var. Onların dediyinin çoxunu analiz etsəz, gedib Freyd deyənlərə çıxacaqsınız. Məsələn, mən təkamül nəzəriyyəsinə inanıram və Quranın özü də təkamül nəzəriyyəsini sübut edir. Tövrat, İncil, Quran bizə nə deyir? Deyir ki, insan var idi, yaşayırdı, xoşbəxt idi, sevirdi. Və günlərin bir günü ona özünüdərk hissi gəldi. Günlərin bir günü onda ayıb hissi, yəni hansısa mənəvi kateqoriyalar yaranmağa başladı. Məgər bunu deməklə, dini kitablar sübut etmir ki, təkamül olub?! Yəni, nəsə olub ki, insan dəyişilib. -Təkamülün Quranda olması iddiası çox geniş müzakirələr yaradıb. İlahiyyatçıların çoxu bunun yalan olduğu qənaətindədir... -Təkamül nəzəriyyəsindən bioloqların, həkimlərin genetiklərin, müəyyən mənada da arxeoloqların danışmağa ixtiyarı var. Din xadimləri, ilahiyyatçılar isə ən yaxşı halda filosof ola bilər. Teologiya fəlsəfənin bir hissəsidir. Sənin nə ixtiyarın var ki, təkamül haqqında söz deyirsən? Üstəgəl, təkamülün Allaha nə aidiyyatı var? Ədəbiyyatın elmi kateqoriyaları ilə kimyaya qiymət verə bilərsiniz? Xeyr! Kimyanın da hər hansı laboratoriya analizləri ilə də coğrafiyada nəsə tapmaq olmaz. Təkamül bilogiyanın bir nəzəriyyəsidir. Biologiyanın nəzəriyyəsi ilə Allahın varlığına ya da yoxluğuna qiymət vermək olmaz. Bu, absurddur. Freyd düz deyirdi. Dinə gələnlərin 90 faizi hansısa psixoloji problemlərdən dolayı o yolu seçirlər. Freyd dindarları araşdırırdı. Məlum olurdu ki, dindarların daxilində çox böyük günah hissi və böyük istəyi var. -Ümumi danışmaqdansa, konkret nümunə ilə izah etməyiniz daha yaxşı olar. -Məsələn, məlum olurdu ki, kimsə öz qardaşının arvadını sevir. Amma qardaşını çox istəyir. O daxilindəki günah hissini boğmaq üçün dindar olurdu. Freyd araşdırırdı və bildirirdi ki, o insanlar nevrozdur. Təbii ki, haqlı idi. Təkamülə qayıdaq. Təkamül dəyişiklik deməkdir. \"Təkamül nəzəriyyəsinə inanmıram\" deyənlərin çoxu heç başqa yerə getməyiblər, mütaliə etməyiblər, elmdən xəbərləri yoxdur. -Darvin deyirdi ki, növlər təbii seçmə üsulu ilə dəyişilir. Bu mexanizmdə canlının genetikası dəyişirmi? -Genetika elmi ikinci bir elmdir ki, dəyişəndir. Dünənə kimi genetikada dominant və resessiv gen anlayışları var idi. Əvvəl elə bilirdilər ki, bir gen 0 faiz fəaliyyət göstərir, digəri isə 1 faiz. Guya bunlar yan-yana düşəndə faizi çox olan o birini üstələyir. Amma indi məlum olub ki, hər bir genin fəaliyyət faizi var. Genetikada yeniliklər çoxdur. Darvinizmə primitiv yanaşanlar çoxdur. Onların əksəriyyəti elm adamlarından çox, ortalıqda gəzib mübahisə edən dil qəhrəmanlarıdır. Onların ağzında primitiv darvinizm hökm sürür. Deyirlər ki, biz meymundan əmələ gəlməmişik. Genetika primitiv darvinizm yanaşmasını alt-üst edir. Genetika sübut edir ki, gen məlumatlarının özünü qoruyub-saxlamaq qanunları var. Rəhmətlik, yazıq Darvini o qədər ortalığa salıb oyuncağa çeviriblər ki... Təbii ki, Darvinin dediyi bir nəzəriyyə idi. Onun düz və yanlış tərəfləri var idi. Çünki Darvinin dövründə çox şey yox idi. Söhbət isə konkret təkamüldən gedirsə, ağıllı, elmli adamlar onu inkar edə bilməz. Növlərin dəyişməsi isə, məsələn amöbün dinozavra çevrilməsi isə sual altında olan məsələdir. Darvinizm nəzəriyyəsində mənim tamamilə qəbul etmədiyim məqamlar da var. Məsələn, Darvinin düşüncəsində hər şey piramida sistemində qurulub. Bu piramida da primitiv və ali anlayışları var. Amma bunu mən inkar edirəm. Həyat piramida ola bilməz, həyat bir çevrədir. Bizim nə qədər yaşamağa ixtiyarımız varsa, amöbün də o qədər ixtiyarı var. Heç zaman deməyə ixtiyarımız yoxdur ki, insan ali, amöb isə primitivdir. Bu mənada darvinizmin çox böyük qüsuru var. -İndinin özündə insanın genetikasında dəyişiklik baş verirmi? -Bunu 1-2 xırda faktla deyəcəyəm. Bu qədər genetik xəstəliklər, pozuntular yaranır. Bunlar genlərdə baş verən dəyişikliklərin nəticəsidir. Mutasiyalar gedir. Azərbaycanın isə genefondu korlanıb. Bizdə kimisə qızışdırıb qabağa, döyüşə verirlər. Milli qeyrət hissi olanların çoxunu qırğına verirlər. Qalanlar kim olur? Qorxaqlar, qaçanlar. Sonra da o qorxağın nəsli artır. Onlar da onun kimi qorxaq olur. Nəticədə nə baş verir? Millətin genefondu korlanır. Hər müharibə xalqın genefondunu korlamaq deməkdir. Müharibəyə kimlər gedir? Cəsarətli, sağlam, mərd insanlar. Onlar gedir ölür. Qalanlar kim olur? Şikəstlər, hərbi xidmətə yararsızlar və qorxaqlar. Onların da nəsil artırmağı gətirib bugünkü deqradasiyaya çıxarır. Bunlar genlərin dəyişməsini sübut etmir?! -Falçılardan eşitməmişəm, öz dilinizdən çıxan sözə şahid olmuşam. Keçdiyiniz seminarın birində demişdiniz ki, Qafqaz Müsəlmanları İdarəsi sizin kitabı çapa verməyinizə mane olub...-Məndə o qədər elə məyusluqlar olub ki. Bəzilərinin üstünə qayıtmaq istəmirəm. Bir qisminə ona görə qayıtmaq istəmirəm ki, artıq konservativ və maarifçi cəbhə arasında müəyyən dialoq yaranıb. Halbuki, bir çoxlarının 5 il bundan öncə imkanı olsaydı, bütün kitabları yandırardılar. Bir qisminə də ona görə qayıtmaq istəmirəm ki, mən elə yerdəyəm ki, nə qədər əyilsəm də o insanlara çata bilmərəm. Bu gün bizim kütlədə belə bir deyim var: \"Ölünün dalınca danışmazlar\". Bu düşüncə axmaqlıqdır. Pis adam çaqqal kimi yaşayır, it kimi gəbərir. Öləndə də ona yaxşı demək lazım deyil. İndi vaxtı ilə mənə problem yaradan bəziləri var ki, gəbərib. Dəfələrlə mənim məqalələrimi çap etməyiblər. Mənim yazdığım elmi məqalələrdən kəsib götürüblər. Deyiblər ki, bu hissələr bizim xalqın mentalitetinə yaraşmır.- Məsələn, kimlər sizə maneçilik törədiblər, ad çəkə bilərsiniz?- Azərbaycanın sabiq baş psixatrı Ağabəy Sultanovun mənim əsərimi oğurlaması barədə danışa bilərdim, amma danışmaq istəmirəm. Onlara qayıtmağın mənası yoxdur. -Siz danışmaq istəməsiniz də, jurnalist olduğuma görə, yeni sualım yaranır. Rəhmətlik Ağabəy Sultanovla aranızda konkret nəsə olmuşdu? -Ağabəy Sultanov rəhmətə getməyib, mədəni dildə desək, sadəcə ölüb. Rəhmətə gedən adam rəhmət qazanmalıdır. O adam 2 şeydən qorxurdu: ölüm və unudulmaq. Ağabəy Sultanov öldü və öldüyü gün də unuduldu. Ağabəy Sultanovda bir damcı da aristokratiya yox idi. Mən onkoloji xəstələr haqqında elmi iş yazırdım. Mən onkoloji xəstələrin psixologiyası mövzusunda iş götürmüşdüm. Araşdırmışdım və çox maraqlı nəticələrə gəlmişdim. Bu nəticəyə gəlmişdim ki, onkologiya psixoloji cəhətdən düzgün həyat yaşamayan insanlarda əmələ gəlir. Yəni, fikrini deyə bilməyən, qapalı, çox utancaq adamlarda. Adam gəlirdi, ona onkologiya diaqnozu qoyurdular. Gedirdi qayınanasına ağlına gələni deyirdi. Fikirləşirdi ki, onsuz da öləcək. Halbuki onkoloji xəstəliklərin hamısı ölümə aparmır. Davranışını dəyişən insan hamıya ağlına gələni deyirdi, üstəgəl düzgün müalicə alırdı, bir müddət sonra da sağalırdı. Bilirsiniz niyə sağalırdı? O davranış streotiplərini sındırırdı. Bir növ azadlığa çıxırdı. Həkim deyirdi ki, artıq sağalmısınız. Təzədən əvvəlki davranış və düşüncə tərzinə qayıdırdı və illər sonra yenidən onkologiya yaranırdı. Mən insanlar arasında sorğu keçirirdim. Mən xarici təcrübəyə də söykənirdim. Çiy, primitiv formada yazdıqlarımı Ağabəy Sultanova təqdim etmişdim. Baş psixiatr olduğuna görə, bizim işimiz onun qılıncının altından keçirdi. Sonra o, mən yazdıqlarımı öz məqaləsinin bir hissəsi kimi vermişdi. Ağabəy Sultanovun dünyagörüşünə görə də çox həkim ondan uzaq gəzirdi. -İndi belə danışırsınız, bəs niyə vaxtında hüququnuzu müdafiə etmədiniz? -O zaman mənim heç hüquq anlayışından təsəvvürüm yox idi. O zaman sırf elmin içində olduğuma görə, elə anlayışlardan xəbərim yox idi. Mən işçi arı kimi bal toplamaqla məşğul idim. Əvvəlcə Ağabəy Sultanovun işimi öz adına çıxarması mənə xoş gəldi, sevindim. Sonra məni başa saldılar ki, Ağabəy Sultanov sənin işini oğurlayıb. O nə idi? Bir tələbənin təşəbbüsü, elmi işi. Mən sonradan nə itirdiyimin mahiyyətini anladım. Ağabəy Sultanovun dövrü Azərbaycan psixiatriyasına qara ləkə, damğa idi. Ağabəy Sultanov pis adam idi. O zaman imtahan verirdik. Gəray Gəraybəyli də orda idi. Təsəvvür edin ki, kafedrada yer ayrılmışdı. Orada suallara çox yaxşı cavab verdim. Buna görə də yer mənə ayrıldı. Amma Ağabəy Sultanov o yeri başqa birinə verdi. Ağabəy Sultanov ölən kimi də o adam öz işinin dalınca getdi. Ağabəy Sultanovun heç zaman ətrafında da adam olmayıb. Onun heç kimə hörməti yox idi. Şöhrətpərəst, şəxsiyyətinə aşiq birisi idi. O adam, Azərbaycan psixologiyasına, psixiatriyasına, tibbinə çox böyük zərbələr vurub. -Bu sualıma səmimi cavab verin. Ateistsiniz? -Sizin kimi bütün ətrafım da mənə bu sualı verir. Ateist deyiləm. Mən ideyanın varlığına inanan insanam. Müqəddəs yerlərə də gedirəm, dini ritualları da edirəm. Hansısa ibadətləri də edirəm. Amma bugünkü dinlər daha çox ateistdirlər. Dindarların özlərinin də xəbəri yoxdur ki, onlar çox materialist və ateist düşüncəlidirlər. Sovetin elmi ateizm fənni deyən insanlarında müqəddəslik, nur daha çox idi. İndiki dindarlarda və dində isə bunlar yoxdur. Allahın birinci düşməni dinlərdir. İsa peyğəmbər zühur etsə, birinci olaraq molla, ravvin, keşişlərin başını üzəcək. Çünki onlar bu qədər insanın dini hissini məhv ediblər. Dinin hökmü ilə qərar versək, birinci başı üzülməli adamların çoxu din xadimləridir. -Azərbaycanda şizofreniya xəstələrinin statistikası varmı? -Azərbaycanda bunun statistikasını aparmağa da ehtiyac yoxdur. Çünki şizofreniya çox qəribə bir fenomendir. Hər ölkədə səhv etmirəmsə, əhalinin sayının 0.1-1 faizini təşkil edir. Bütün ölkələrdə eyni statistik məlumatlardır. Amma postsovet məkanında şizofreniklərin sayı daha çoxdur. Ona görə ki, insanlar SSRİ zamanında siyasətin əlində bir çəkic rolunu oynayıb. Kim fərqli düşünürdüsə, onu cəmiyyət də, dövlət də onu hədəfə alırdı. -Azərbaycanda intihar hallarının sayı artır. Mən istəyirəm ki, intiharın səbəbinin zahiri yox, gizli qatındakı mexanizmini izah edəsiniz. -İntiharın çox səbəbləri var. Ruhi xəstələrdə də intihar olur. Ya da depressiyanın ağırlığı adamları intihara aparır. Lakin indiki kütləviləşmiş intihardan danışırıqsa, bunun sosial-psixoloji səbəbləri var. Əsl şeytan yolu bankların sələmçiliyidir. Banklar insanları köləyə çeviriblər. İctimai formasiyalarda kəndlinin qula çevrilməsini özündə əks etdirən mexanizm var. İndiki kreditlər insanları köləliyə aparır. İndi insanların hər bir şeyi kreditdədir. İnsan şüuruna o qədər basqıdadır ki, onlar şüuraltı olaraq köləliyə getdiklərini başa düşürlər. Birinci yerdə duran iqtisadi problemdir. İntihar edən adamların hamısına biz şizofrenik deyə bilmərik. İnsan intihar edən anda affekt halında olur. İqtisadi və ondan qaynaqlanan psixoloji problemlər insanların üzərinə gəlir. İnsanlar qapanır, problemlər içində qaynamağa başlayır. Öz dərdini bölüşə bilmir. Bölüşəndə də düzgün yol göstərən adamlar az olur. İnsan nəhayətdə intihar anına qapılır. Yanında da heç kim olmur ki, onu o yoldan çəkindirsin. Bu gün cəmiyyətdə insanların bir-birinə çox böyük biganəliyi yaranıb. Müasir texnikaların da intiharın yaranmasında böyük rolu var. İnsanlarla canlı ünsiyyətdə olanda onların problemlərini duymaq olur. Danışıq tonundan, mimikasından və sair. Amma kimsə yazır: \"Ölmək istəyirəm\". Bu quru, cansız hərflər insanın real durumu haqqında məlumat vermir. İnsanların bir-birindən uzaqlaşması da intihara zəmin yaradır. Azərbaycanda hər bir şeyə müdaxilə edirlər, gəncləri həzm edə bilmirlər. Bu gün ən böyük əxlaqsızlıq Azərbaycanda, Şərq ölkələrində, Qafqaz ölkələrindədir. Bir yerdə ki, qızın bakirəlik pərdəsi ilə onun əxlaqı qiymətləndirilir, bu, fahişə təfəkkürünün məhsuludur. Bu gün cəmiyyət qızlara bakirəlik pərdəsi ilə qiymət verirsə, bu fahişə təfəkkürüdür. \"Sutenyor\"ların yanına gedəndə də onlar qızları təqdim edirlər: \"Bunun bakirəlik pərdəsi təzə açılıb, bahadır, o biri bir az ucuzdur\" deyirlər. Cəmiyyətdə belə reaksiyalar vicdanlı insanları yaşaması üçün də çətindir. İntihar birmənalı olaraq acizlikdir. İntiharı cəsarət kimi qələmə vermək də düzgün deyil.
-
TƏCİLİ: Bakıda zavodda partlayış: yaralananlar var
01.07.2016 14:52
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən \"Baku Steel Company\" zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.May.Az report-a istinadən bildirir ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb. Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.Faktla bağlı araşdırma aparılır.
-
Hollandiyadan Azərbaycana gələn meyvədə xəstəlik tapıldı
01.07.2016 14:50
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.KTN-in mətbuat xidmətindən MayşAz-a verilən məlumata görə, meyvələr Niderland Krallığından idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün \"Təmiz Şəhər\" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.
-
Старейший бордель в Бангладеш: откровенный взгляд изнутри (фото)
01.07.2016 11:56
Бангладеш является одной из немногих мусульманских стран в мире, где проституция легализована. Бордель «Кандапара» (Kandapara) в районе Тангайл является старейшим и вторым по величине в стране, он существует уже около 200 лет. Как передает May.Az со ссылкой на российские СМИ, «Кандапара» снесли в 2014 году, но вскоре восстановили на средства местных некоммерческих организаций.За восстановление публичного дома выступали вовсе не приверженцы платной любви. Многие работавшие в «Кандапаре» женщины родились и выросли там же, и после того, как его снесли, им совершенно некуда было идти. Более того, большинство местных жителей уверены, что работа в сфере секс-услуг настолько же приемлема, как и другая работа в сфере обслуживания. В 2014 году за восстановление этого заведения выступала даже Национальная ассоциация женщин-юристов. Члены ассоциации убедили Верховный суд, что снос здания и выселение секс-работниц незаконны.На сегодняшний день публичный дом и его окрестности окружены двухметровой стеной. На узких улочках есть продуктовые лавки, кафе и разного рода торговцы. Бордель — это место со своими правилами и иерархией власти, которые совершенно отличаются от основной части общества. Например, здесь есть женщины бесправные, но есть и властные. Наиболее уязвимым является этап, когда молодая секс-работница попадает в эту сферу — она называется кабальной девушкой. Кабальной девушке, как правило, от 12 до 14 лет. Эти девушки выходцы из бедных семей, часто жертвы торговли людьми. У них нет свободы и прав. Они принадлежат мадам, имеют долги и не могут выйти на улицу или сохранить свои заработанные деньги. Когда они заплатят все долги, что занимает приблизительно от одного до пяти лет, они становятся независимыми работниками секс-бизнеса. Потом они могут отказываться от клиентов и сохранять свои заработанные деньги. С того момента, как женщина оплатила все долги, она вольна завязать с проституцией. Но эти женщины подвергаются общественному осуждению за пределами своего \"дома”, поэтому часто предпочитают оставаться и продолжать продавать свое тело, таким образом поддерживая семьи этими заработками.Многие женщины признают, что работа в борделе даёт им гораздо больше прав и свобод, чем случае, если бы они остались дома. Сюда сбегают от жестоких мужей и бедности. Официально трудиться на поприще продажной любви могут только девушки, достигшие 18 лет, но это правило работает далеко не всегда.
-
“Azərbaycan Dəmir Yolları” \"NAZ Lifan\"lar aldı
30.06.2016 01:11
\"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd \"NAZ Lifan” avtomobili alıb. ANS PRESS-in məlumatına görə, QSC \"Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov avtomobillərin xidməti istifadə üçün nəzərdə tutulduğunu söyləyib.Bildirib ki, ümumiyyətlə, \"Azərbaycan Dəmir Yolları” QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi \"NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.Avtomobillərin alınması 2016-cı il yanvarın 26-da \"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan prezidentinin tövsiyəsinə uyğun olaraq həyata keçirilib.
-
PKK-dan terror açıqlaması
30.06.2016 01:09
PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması haqda iddiaları təkzib edib.May.Az APA-ya istinadən məlumat verir ki, PKK terror təşkilatının nümayəndəsi bildirib ki, Atatürk hava limanında baş verən hadisə ilə təşkilatın əlaqəsi yoxdur. \"PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc obyektlərdə partlayışlar törətmirik\".O həmçinin əlavə edib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib. Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
-
İlham Əliyev Ərdoğana zəng etdi: Türkiyənin yanındayıq
30.06.2016 01:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən May.Az-a verilən məlumata görə, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
-
Müdafiə yarıldı, ordu hücuma keçdi
30.06.2016 01:03
Ukrayna hərbi birləşmələri Donbas istiqamətində hücuma keçib. May.Az-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 4 kilometr irəliləyən Ukrayna ordusunun qarşısı kəsilib və cavab həmləsi edilib. Bu gün səhər saatlarından artilleriya və zirehli avtomobillərlə hücuma keçən ordu rəqibin mövqelərini yarıb keçməyə müvəffəq olub. Son məlumatlara görə, separatçı rejim BMP-dən, qumbaraatanlardan və silahdan istifadə edərək Ukrayna ordusuna müqavimət göstərməyə çalışır. Döyüşlərdə hər iki tərəfdən itki olduğu güman edilir. Ancaq hələlik itkilər barədə rəsmi olaraq məlumat verilməyib.