Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Qara Qarayev prospekti bağlanır

    30.06.2016 01:00

    Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır. Bu, \"Azəravtoyol\" ASC-dən \"Report\"a daxil olan məlumatda deyilir. Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən \"Qara Qarayev\" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.

  • Ərdoğanla Putininin görüşəcəyi tarix açıqlandı

    30.06.2016 00:57

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşəcəyi məkan və tarix açıqlandı. May.Az xəbər verir ki, görüş gələn həftə - iyulun 4-5-də Çində görüşəcəklər. Qeyd edək ki, iyulun 4-də Çində G20-nin zirvə toplantısı keçiriləcək. Vladimir Putinlə Ərdoğanın toplantıdan öncə görüşəcəkləri bildirilir.

  • Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi

    30.06.2016 00:55

    \"Ekstrasenslərin döyüşü\" şousunun ən məşhur iştirakçılarından biri - 35 yaşlı Zirəddin Rzayev Rusiyanın NTV televiziya şirkətini məhkəməyə verib.May.Az virtualaz.org saytına istinadən xəbər verir ki, buna ekstrasensin şəklinin kanalın rəsmi saytında yerləşdirilməsi səbəb olub. Zirəddin Rzayevin sözlərinə görə, proqramın \"Ehtiyatlı olun, fırıldaqçılar: teleekstrasensiya Rusiya vətəndaşlarına necə təsir edir\" məzmunlu yazı onun işgüzar nüfuzuna xələl gətirir.Ekstrasens ona vurulmuş mənəvi ziyanla bağlı 5 milyon rubl təzminat istəyir. Bununla yanaşı, bütün süjetlərin internetdən silinməsini və ondan üzr istənilməsini televiziya şirkətindən tələb edir: \"Efirdə məni tibbi təhsilimin və lisenziyamın olmaması ilə bağlı ittiham ediblər. Məndə bütün bunlar var! Mən kliniki psixoloqam, klinikada işləyirəm. Şəklimin onların verilişində yayımlanmasına icazə vermirəm\".\"Mən öz qələbəmi əvvəlcədən görürəm, qanunların gücünə də inanıram. Məhkəmə uzun müddət ləngiyəcək. Lazım gələrsə, mən Rusiya prezidenti Putinin yanına gedəcəm və hüquqlarımı bərpa edəcəyəm\", - Z.Rzayev açıqlamasında bildirib.

  • Namil - Səssiz gecədə

    29.06.2016 13:14

    Söz Musiqi : Fərqan ArifoğluAranjiman : Məhəmməd Sabiroğlu Namil - Səssiz Gecədə

  • Model sevgilisi icra başçısını rüsvay etdi: \"70 yaşı var, babam yaşındadır\"

    29.06.2016 12:06

    Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.- Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də \"Qız atası\" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.- İndiyə kimi o çərçivələr yox idi?- Var idi, amma bu qədər yox.- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.- Bəli, Mahmud Quliyev.- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.- Bacarmırsınız?- Bacarıram, amma sürücü idarə edir.- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.

  • Pərvin əsəbiləşdi: \"Elə bil mən fahişəlik edib bu maşını alanda...\" (FOTO)

    29.06.2016 02:19

    \"Elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olub\". May.az məlumat verir ki, bu sözləri azərbaycanlı aktrisa Pərvin Abiyeva sosial şəbəkədə yazıb. Pərvin onun fotosu ilə mərhum aktrisa Nuriyyə Əhmədovanın fotosunu kollaj edib paylaşılmasına əsəbləşib: \"Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından öz ölkəmdə doğulub, yaşadığıma nifrət edirəm. Vaxtıykən böyük sənətkarımız yaşayarkən bu səviyyəsiz şəkli düzəldib, yaydınız, səsimi çıxarmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Bu xanım rəhmətə gedib və artıq onun evi var. Ayıbdır özünüzə hörmət etmirsiniz, mənə etmirsiniz, heç olmuya Nuriyyə xanımın ölüsünə hörmət edin. Kimə nə mənim \"Porchem\" var və necə almışam?! Mən sizdən soruşuram nə işlə məşğulsunuz, necə pul qazanırsınız, nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm. Amma bu o demək deyil ki, Nuriyyə xanım elə o vaxtdan bu vaxta kimi evsiz olub, pul qazanmayıb. Nə bilmək olar o cavan vaxtlarında sənəti ilə nə qədər pul qazanıb və itirib. Bəlkə mən də o yaşıma çatanda evsiz qalacam, küçədə yaşayacam. Mən belə insanlardan iyrənirəm. Bu şəkili gündəmə gətirməklə, reytinq qazanıb, özünüz kimi səviyyəsizlərin diqqətini cəlb edib, gic-gic şərh yazanların fikri ilə məni hörmətdən sala bilməyəcəksiniz. Mənim yetərincə sevənim var və hər kəs məni sevmək məcburiyyətində deyil. Bu şəkilin altına elə səviyyəsiz şərhlər yazırlar ki, elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olublar. Necə də əminliklə danışırlar.... Bəsdirin boş-bekar gəzdiniz sosial şəbəkələrdə. İş tapıb, işləyin. Siz də nəinki \"Porshe\", bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək, arxasınca danışaraq yox!!! Hər necə almışam, yaxşı eləmişəm. Amma İnşAllah ki, Nuriyyə xanım sağ olarkən bu şəkili və müqayisəni görməyib. Kimisə qınamadan öncə hər kəs öz həyatına nəzər salsın. Allahıma çox şükür olsun ki, mənə nə kin, nə nifrət, nə paxıllıq, nə qeybət hissini nəsib etməsin\".

  • Küveyt şeyxi 4 arvadı birdən aldı - (FOTO, VİDEO)

    29.06.2016 02:17

    Küveyt şeyxinin toyu səs-küyə səbəb olub. May.Az məlumat verir ki, Amen Alord 4 xanımla evlənib. Təmtəraqlı keçirilən toy mərasimində gəlinlərin dördü də iştirak edib. Toydan fotolar sosial şəbəkədə və xarici mətbuatda səs-küy yaradıb. Sosial şəbəkə istifadəçiləri şeyxin həyat yoldaşları ilə toydan çəkilmiş fotolarını paylaşaraq onları ələ salıblar. May.Az Amen Alordun toyundan fotoları və videonu təqdim edir.

  • Krediti olanlara şad xəbər

    29.06.2016 02:11

    \"Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır\".May.Az bildirir ki, bu barədə bank və maliyyə məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov Facebook səhifəsində yazıb. O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun \"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair\" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Ə.Həsənov əlavə edib: \"Göründüyü kimi, \"borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması\" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz\". Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: \"Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli, üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz\".

  • Qədr gecəsi Mir Mövsüm Ağa ziyarətgahında müğənniylə fotosessiya etdilər

    29.06.2016 02:08

    Ramazan ayının ikinci Qədr gecəsi – iyun ayının 26-dan 27-nə keçən gecə Mir Mövsüm Ağa ziyarətgahında biabırçı anlar yaşanıb.May.Az AzNews.az-a istinadən məlumat verir ki, ziyarətə gələnlər arasında müğənni Mətanət Əsədovanın da olması gecədə qarmaqarışıqlıq yaradıb. Belə ki, ziyarətçi xanımlar müğənnini görər-gözməz onun yanına axışıb və şəkil çəkdirmək üçün növbəyə düzülüblər. Məlumata görə, ziyarətgahın içərisində yarım saat müddətində davam edən fotosessiya ciddi sıxlıq yaradıb. Bu isə digər ziyarətçilərin narazılığına səbəb olub.

  • Falçı evə girib qızılın yerini tapıb götürdü

    29.06.2016 02:06

    Bakıda özünü falçı kimi təqdim edən şəxs evi qarət edib.Bu barədə APA-ya zərərçəkən Səkinə Quliyeva məlumat verib.O qeyd edib ki, iyunun 24-də kirayə ev axtarmaq adı ilə 35-40 yaşlı kişi onlara gəlib. Özünü falçı kimi təqdim edən həmin şəxs adının Anar olduğunu və dəfələrlə televiziya proqramlarına qatıldığını bildirib. Bunu görən ev sahibəsi xəstə nəvəsinin taleyinə baxdırmaq qərarına gəlib. Naməlum şəxs fala baxmaq adı ilə 5 min manatlıq qızılı götürərək qaçıb.S. Quliyevanın dediyinə görə, naməlum şəxs küçədəki dükan və kafenin kameralarına da düşüb: \"Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə məlumat vermişik. Lakin hələlik tutulan yoxdur\".18-ci Polis Bölməsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Türkiyədə, İstanbul Atatürk hava limanında terror oldu

    29.06.2016 02:03

  • Zahid Oruc spikerlə mübahisə etdiyinə görə cəzalandırıldı

    29.06.2016 01:54

    Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.May.Az Publika.az-a istinadən məlumat verir ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş verib. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırıb.

  • Azərbaycanlı iş adamı oğurlanaraq işgəncə ilə öldürüldü

    29.06.2016 01:51

    Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb. Bir neçə gün sonra onun meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyitin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir. İ.Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu aparıblar. Qeyd edək ki, Qorlovka şəhəri hazırda separatçı \"Donetsk Xalq Respublikası\"nın nəzarəti altındadır.

  • DİN Ağdaşdakı naməlum varlıqlarla bağlı məlumat yaydı

    29.06.2016 01:50

    Daxili İşlər Nazirliyindən Ağdaşın Qoşaqovaq kəndində guya naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların yayılması özlüyündə ciddi suallar doğurur:\"Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək rayon Polis Şöbəsinə və ya DİN-in \"102\" Zəng Xidmətinə müraciət etməyib. Bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil\".

  • Prezident Şirvana pul ayırdı

    29.06.2016 01:48

    Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, o cümlədən çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülüb.Sərəncamda qeyd olunur ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400 min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800 yüz min manat ayrılsın.Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Bu ölkələr bu il dağılacaq - Vanqadan DƏHŞƏTLİ AÇIQLAMA

    29.06.2016 01:46

    \"Brexit\" (Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi) barədə məşhur bolqar öncəgörən, ekstransens Vanqa qabaqcadan xəbər verib.May.Az anspress-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın \"Sun\" saytının araşdırmasında deyilir.Saytda yer alan müəllif araşdırmasında Vanqanın Avropanın 2016-cı ildə dağılacağı haqqında proqnoz verdiyi bildirilir.\"Sun\" saytının araşdırmasına görə, Vanqanın Avropanın 2016-cı ildən sonra bütün mövcudluğunu itirəcəyi ilə bağlı öncəgörmələri reallaşmağa başlayıb. Böyük Britaniyanın birliyi tərk etməsindən sonra başqa ölkələrin də ittifaqı tərk edəcəyi gözlənilir.Bundan başqa müəllif Vanqanın İŞİD terror qruplaşması haqqında da proqnoz verdiyini və bunun hazırda göz qabağında olduğunu xatırladıb.Ümumilikdə ekstrasensin proqnozlaşdırdığı bütün məlumatların 85%-i reallaşıb. O, 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən qanlı terror aktı, iqlim dəyişikliyi, 2004-cü ildə İndoneziyada baş verən dəhşətli sunami, ABŞ prezidentinin qaradərili seçiləcəyini öncədən görüb. Sonuncu fakt haqqında o, 1989-cu ildə xəbər verərək əlavə edib ki, qaradərili namizəd ABŞ-ın son prezidenti olacaq.Vanqa proqnozlarında 2016-cı ildə ekstremistlərin kimyəvi silahlardan istifadə edərək Avropaya böyük miqyaslı hücumlarından xəbər verir. Bolqar qadın bu il terrorçuların və terror qruplaşmalarının sayının artmaqda davam edəcəyini, ABŞ, Fransa və Böyük Britaniyanın apardığı mübarizəyə baxmayaraq terrorçuların gücünün daha da artacağını xəbər verib.1911-ci ildə anadan olan bolqar Vanqeliya Pandeva-Quşerovanın gələcəkdə baş verəcək hadisələr haqqında dəqiq məlumat verməsi onu bütün dünyada məşhur edib. Onun verdiyi xəbərlərin dəqiqliyini ekspertlər 85% doğru qiymətləndirirlər.

  • Sabah Bakının 5 qəsəbəsində və iki rayonda qaz olmayacaq

    29.06.2016 01:44

    Bakının rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.\"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən May.Az-a verilən məlumata görə, İB-nin Təmir Tikinti İdarəsi tərəfindən yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 29-da saat 9-dan işlər yekunlaşanadək Bakının Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbələrinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Eyni zamanda iyunun 29-da saat 10:00-dan 18:00-a qədər \"Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin \"Rvo” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində aparılan işlərin Lənkəran rayonun Narbağı, Şağlakücə, Darquba, Qurunda, Dərəbur, Talışlı kəndləri, Lerik rayonunun Tiran, Hamarmeşə, Zəriküməco kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.

  • İraq əsgərlərinə qan udduran İŞİD-in azərbaycanlı qız snayperi

    29.06.2016 01:42

    İraq Təhlükəsizlik Orqanının polkovniklərindən biri deyib ki, Rusiya vətəndaşı olan, əslən azərbaycanlı Nura adlı qız İŞİD terror qruplaşmasının ən təhlükəli snayperi hesab olunur. Adının açıqlanmasını istəməyən iraqlı polkovnik bildirib ki, İraq ordusu Fəllucəyə girən kimi Nuranın yaxalanması üçün əməliyyatlar başlanıb. Kəşfiyyatçılar İŞİD-in Fəllucədəki komadirlərindən biri Fəllahi adlı şəxs ilə Nura arasında baş verən danışığı dinləyə biliblər. Danışıqlarda Əl-Fəllahi Nuradan istəyib ki, Fəllucədən qaçmağa çalışan mülki şəxsləri və Fəllucənin mərkəzinə doğru yaxınlaşan İraq hərbiçilərini vursun.İraq hərbiçiləri Nuranın tapılması üçün müxtəlif məntəqlərdə bir neçə əməliyyat keçirsələr Nuranı yaxalamaq mümkün olmayıb. İraq qüvəlləri Nuranın sarışın, hündür boylu və əslən azərbaycanlı olduğunu deyiblər. Nura Suriyadan İraqa gəlib və Fəllucədə 21 İraq polisi və hərbiçisini qətlə yetirib.Ərəbistan mənbələrinin veridyi məlumata görə isə İraq ordusu Fəllucəni azad etdikdən sonra Nura Suriyaya qaçmağa müvəffəq olub. İraq Müdafiə Nazirliyinə bağlı mənbələr də Nuranın Suriyanın Raqqa şəhərinə daxil olduğunu təsdiqləyiblər. İŞİD-in 13 əsas snayperinin Nuranın rəhbərliyi altında fəaliyyət göstərdiyi bildirilib.

  • Ermənisanda təlaş: “Rusiya Azərbaycan təyyarələrini vurmayacaq”

    29.06.2016 01:41

    Ermənistan 25 il ərzində nə üçün döyüş təyyarələri əldə etməyib?Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu sualı ölkə parlamentinin bugünkü iclasında müxalifətdən olan deputat Nikol Paşinyan qaldırıb.\"Dövlət 25 ildə nə üçün bu təyyarələri almayıb? Siz indi deyirsiniz ki, burada Rusiyanın qırıcıları, Hava Hücumundan Müdafiə Sistemi var və zərurət olsa, biz onlardan istifadə edə bilərik. Tutaq ki, Ermənistan bu gün həmin qüvvələrə havaya qalxmaq əmri verdi, Rusiya isə əksinə. Həmin təyyarələr səmaya qalxacaq ya yox?!”, - deyə Nikol Paşinyan müdafiə nazirinin Hava Hücumundan Birgə Müdafiə Sisteminin yaradılması ilə bağlı parlamentdə keçirilən müzakirələrə qatılmış müavinindən soruşub. \"Aprel döyüşlərindən sonra bir dənə də olsun əlamət yoxdur ki, sizin ordunu gücləndirdiyinizi təsdiq eləsin. Dəqiq deyin ki, Rusiyanın hərbi bazasındakı HHM qüvvələri Azərbaycan təyyarələrini vurmayacaq və onlar yalnız 4-cü və ya 5-ci Dünya müharibələri üçün nəzərdə tutulub, hansı ki, həmin müharibələrdə Ermənistanın heç bir marağı yoxdur”, - deyə müxalifət nümayəndəsi müdafiə nazirinin müavinini \"divara dirəyib”.Xatırladaq ki, 2015-ci il noyabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında Kollektiv təhlükəsizliyin Qafqazda regional birgə HHM sisteminin yaradılması ilə bağlı sazişin imzalanmasına göstəriş verib.

  • Xəzərdə zəlzələ olub

    29.06.2016 01:39

    Bu gün axşam saatlarında Xəzər dənizində zəlzələ qeydə alınıb.AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:13-də baş verib.Cücü 3 bal olan zəlzələ hiss edilməyib.