Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • AZAL-dan İstanbuldakı terrorla bağlı AÇIQLAMA: “Bizim sərnişinlərdən ölən və xəsarət alan yoxdur”

    29.06.2016 01:38

    \"Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib”. Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun bildirdiyinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: \"Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”. P. Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib. \"AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir” deyən P. Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı- İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.

  • Ağdaşda peyda olan \"saqqallı\" varlıq haqqında bilinməyən gerçəklər

    28.06.2016 13:20

    Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qoşaqovaq kəndini nəzarətə götürüb, kənd ərazisində polis postları qurulub.Bu barədə \"Report\"un Şirvan bürosunun müxbirinə kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov məlumat verib.Bələdiyyə sədri bildirib ki, kənd ərazisinə axşam saatlarında giriş-çıxış polis tərəfindən məhdudlaşdırılıb: \"Həqiqətən gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adi insandır. İndiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır\".Kənd sakini İlham Eyyubovun sözlərinə görə, müxtəlif boyda və görkəmdə olan şəxslər gecə saat 12-dən 4-ə qədər kənd ərazisində gəzirlər: \"Dəfələrlə onları tutmaq istəmişik. Lakin onlar bizim keçə bilmədiyimiz tikanlı məftillərin, hündür hasarların üstündən asanlıqla keçib qaça bilirlər\".Baş verən hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları naməlum şəxs və ya şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

  • Bakı metrosunda həyəcanlı anlar: qadın huşunu itirərək yıxıldı

    28.06.2016 13:14

    Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.Metronun \"İçərişəhər\" istiqaməti ilə hərəkət edən qatar \"Nərimanov\" - \"Gənclik\" metro stansiyaları arasında olan zaman təxminən 30-35 yaşlarında qadın huşunu itirərək yıxılıb. Ətrafdakı sərnişinlərin təcili müdaxiləsi ilə qadın bir qədər özünə gəlsə də, o, ikinci dəfə huşunu itirərək yıxılıb.Halı pisləşən qadın metronun \"Gənclik\" stansiyasında sərnişinlərin köməyi ilə platformaya düşürülüb.

  • Prezident sərəncam verdi: nazirlərin adları siyahıya salındı (RƏSMİ)

    28.06.2016 13:10

    Prezident İlham Əliyev \"Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişikliklər edilməsi haqqında qərar verib. May.Az-in məlumatına görə, sərəncamda deyilir: 1. \"Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 677; 2014, № 2, maddə 112) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:1.1. \"Mahmud Kərimov” sözləri \"Akif Əlizadə” sözləri ilə, \"Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri \"İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, \"Fuad İsmayılov” sözləri \"Qalib İsrafilov” sözləri ilə, \"Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi” sözləri \"Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra \"Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində \"Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin;1.2. \"Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra \"Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və \"Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, \"Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra \"Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə edilsin.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərsin\".

  • Rusiya-Azərbaycan sərhədi bağlandı - SƏBƏB

    28.06.2016 13:08

    Rusiyanın Azərbaycanla sərhəddəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində yaranmış texniki problem nəticəsində minik avtomobillərinin sərhəddən buraxılması dayandırılıb. Nəticədə məntəqənin qarşısında Rusiyadan Azərbaycana gələn avtomobillərdən ibarət uzun tıxac meydana gəlib.May.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün Twitter səhifəsində məlumat verib. Çikov özü də sərhəd-keçid məntəqəsinin bağlanması nəticəsində tıxacda qalıb.\"Yaraq-Qazmalardakı Rusiya sərhəd məntəqəsi 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmır, kompüterin xarab olduğu bildirilir\", - Çikov yazıb. Onun sözlərinə görə, sərhəddə yüzlərlə avtomobildən ibarət növbə yaranıb. \"40 dərəcə isti, nə su, nə tualet, nə yemək var. Heç bir informasiya da vermirlər. Situasiya \"Yuxarı Lars\" Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsinin sel və sürüşmə nəticəsində bağlanması üzündən daha da mürəkkəbləşir. Faktiki olaraq bütün Qafqazın Rusiya ilə əlaqəsi kəsilib. FTX-nin sərhəd idarəsi heç bir informasiya vermir\", - Pavel Çikov iyunun 27-də axşam öz bloqunda yazıb.Xatırladaq ki, \"Yuxarı Lars\" sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində Rusiyadan Gürcüstan istiqamətinə və geriyə hərəkət edən minik, yük avtomobilləri Azərbaycan ərazisindən istifadə etməyə başlayıb. Nəticədə Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində yüklənmə artıb, uzun növbələr yaranıb. Belə vəziyyətdə ən çox ziyan Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlara dəyir, onların malları gün altında qalıb xarab olur.

  • \"Qapını açanda gördüm ki, anam nişanlımın qoynundadır...\"

    28.06.2016 13:06

    O, bizim məktəbə 7-ci sinifdə gəlmişdi. Gəldiyi ilk gündən də hamımızla isinmişdi, mehriban oldu. Siniflə keçirdiyimiz bütün tədbirlərdə, yay tətillərində getdiyimiz bütün səfərlərdə fəallıq edirdi. Qısa zamanda sinfin həm oğlanları, həm də qızları ilə yaxınlaşmışdı. Hətta illərlə bizimlə bir yerdə oxuyan yoldaşlarımızın çoxundan daha yaxın olmuşdu.Sinifdəki bəzi oğlanlar ara-sıra qızlara söz də atırdılar:-Neçə ildir, sizinlə oxuyuruq, hələ bir bazar bizimlə görüşüb kəlmə kəsməmisiniz, amma hər həftəsonu Elxanla bulvardasınız. Bizi ona bilmədiyimiz bir səbəb bağlayırdı. Özümüz də hiss etmədən sinfin demək olar ki, bütün qızları onu çox istəyir, ondan ötrü darıxırdıq. Elxan həm dərslərini yaxşı oxuyur, həm də öz mehribanlığı və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilirdi. Bu mehribanlıq zaman keçdikcə qəribə bir doğmalığa dönürdü. Onda hələ sevginin dadını bilmir, bir oğlana könül verməyin nə demək olduğunu anlamırdıq… Nə az, nə çox, düz dörd il bir sinifdə oxuduq. Bu dörd ildə aramıza təzə gələnlər də çox olmuşdu, gedib başqa şəhərlərdə, başqa məktəblərdə oxuyanlar da.Elxan isə ildən-ilə sinif yoldaşlarımızın arasında daha çox hörmət qazanmış, daha da çox parlamışdı. Universitetə hazırlaşmağa başlayanda onunla bir repetitorun yanına gedirdik. Sözləşib hazırlıq vaxtımızı da bir saata salmışdıq. Məktəbə də, hazırlığa da birlikdə gedir, birlikdə qayıdırdıq. Universitetə hazırlığın ən qızğın vaxtında bizim ailəmiz də böyük bir skandal oldu. Anam atamın telefonunda bir qadın mesajı tutmuşdu: -Yatmamışam, səni gözləyirəm… Artıq ox yaydan çıxmışdı. Bütün qohum-əqrəba tökülüşüb anamı sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Qərar qəti idi: O ayrılmaq istəyirdi. Hətta mənim bu həyəcanlı vaxtımda hər şeyin alt-üst olacağı qorxusu belə yox idi onda.O, qəti fikrini bildirdi və atamla ayrılmaq qərarına gəldi. Ağır günlərdə Elxan mənə çox dəstək oldu. Universitetə hazırlaşmaq fikrindən daşınmaq istədiyimi eşidəndə mənimlə ciddi söhbət elədi, məni yenidən həyata mübarizəyə qaytardı. Beləliklə, yenidən toparlanıb təhsil almaq fikrimi qətiləşdirdim… Həftələr, aylar keçdi. Biz son zəng hazırlığına başladıq. O dövrdə də pal-paltar almağa Elxanla birlikdə getdik, onun bəyəndiyi paltarı seçdim, o da mən bəyəndiyim paltarı. Lap uzun illərin ər-arvadı kimi. Son zəng günü qızların ən gözəli mən, oğlanların ən yaraşıqlısı o idi. Sevincimiz yerə-göyə sığmırdı. Biz orta məktəbi bitirib həyata atılır, universitetə qəbul olub peşə sahibi olmağa tələsirdik. Tədbirimizin şirin yerində Elxan məni bir kəınara çəkib ürəyini açdı: -Dörd ildir bir sinifdə oxuyuruq. Bu illər ərzində sənə sevgim-məhəbbətim dama-dama göl olub. Səni əvvəl bir sinif yoldaşı kimi çox istəmişəm, sonra bir dost kimi. İndi isə bu əlamətdar gündə hiss etdiklərimi dilə gətirmək istəyirəm. Elxan danışdıqca ürəyim ağzıma gəlir, qulaqlarıma kimi qızarırdım. Onun dediyi sözlərin arasındakı nəfəs dərmələr bir il qədər uzun gəlirdi mənə:-Bilirsən, açığı mənim səndən xoşum gəlir. Sənin gözəlliyin, tərbiyən, əxlaqın məni heyran edib. İstəyirəm anama gəlin olasan. Ürəyim köksümə sıxmırdı. Əlim-ayağım od tutub yanır, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Elxan cavabımı gözləmədən məni öpdü. Beləcə, mən ilk öpüşün dadını duyub ilk məhəbbətin sevincini yaşadım. Eıxanın boynuna sarılıb onun sevgilisi olmağa, onunla evlənməyə razılıq verdim. Hər ikimiz universitetə yüksək nəticələrlə qəbul olunduq. Ballarımız arasında çox fərq yox idi. İkimiz də eyni universitetin eyni fakültəsini yazdıq. Yayda da nişanımız oldu. Nişandan sonra Elxan bizim evin əziz qonağına çevrilmişdi. Demək olar ki, hər gün bizə gəlir, atam gedəndən sonra kişisiz qalan ocağımıza kişi nəfəsi gətirirdi. Bir-iki gün gəlməyəndə anam özü zəng eləyib onu çağırır, gözəl yeməklər bişirir, başına pərvanə olurdu. Onların arasındakı mehribanlığı görüb bəzən zarafat da edirdim: - Bahoo, mamam heç məni bu qədər əzizləmir. Elxanla anam gülüşürdülər:-Nədi, paxıllıq eləyirsən? Elxan universitetdə birinci növbə, mən ikinci növbə oxuyurdum. Bəzən elə olurdu ki, Elxan dərsdən çıxıb bizə gedirdi. Mən evə gedəndə o, bizdə olurdu. Artıq dərsdən çıxıb onu bizdə görməyə öyrəncəli idim… Bir dəfə elə oldu ki, axırıncı dərsimiz boş oldu, mən xəbər-ətər eləməmiş evə gəldim. Qapının zəngini basdım, qapını üzümə çox gec açdılar. Evə girən kimi Elxan da, anam da məni sorğu-suala tutdular:- Niyə tez gəldin, Bəs qayib yazılmazmı? Heç olmasa, bizə xəbər eləyərdin… Onların üz-gözünün qıpqırmızı qızarması məni şübhələndirmişdi, amma ağlıma gələn fikirləri şeytan dürtməsi bilib özümdən uzaqlaşdırmaq istəyirdim:- Deyəsən, mənim gəlməyimi istəmirdiniz, geri qayıda bilərəm, problem yoxdur. Elxanla anam mənim ikibaşlı sözüm qarşısında bir neçə saniyəlik özlərini itirdilər. Anam tez-tələsik məni qabaqlamaq istədi:-Yaxşı, yaxşı, dədən kimi hər sözdən söz çıxartma. Biz narahat olduq. Dedik, birdən icazəsiz gələrsən, qayib yazarlar sənə. Mısmırıq sallama, gəl çörəyini ye! O gündən sonra bütün beynim qarışdı. Qara-qura şübhələri özümdən qovmaq istədikcə onlar daha çox gəlirdilər üstümə. Bir gün qərarımı qətiləşdirdim: Onları yoxlamalıydım! Evin açarının surətini çıxardım. Elxanla universitetin qabağında həmişəki vaxtda-o, dərsdən çıxanda, mən dərsə gedəndə görüşdük.- Bizə gedirsən?-Hə, sən nə vaxt gələcəksən?- Bu gün dərsdən çıxanda qızlarla bir az gəzişmək istəyirik. Sən get otur bizdə, mən axşam gələcəm. Yaxşı, danışdıq… Birinci dərsdən sonra evimizə getdim. Yavaş-yavaş hiss elətdirmədən, çox sakitcə qapımızı açdım. Nə qonaq otağnda, nə mətbəxdə heç kim yox idi. Barmaqlarımın ucunda yataq otağına tərəf getdim. Yataq otağından sevişmə səsləri gəlirdi. Dünya başıma dar olurdu, gördüklərimin yuxu olması üçün nələrdən keçməzdim. Qapını yavaşca araladım. Anam nişanlımın qoynunda xumarlanırdı…Uzun müddət müalicə aldım. Universitetdə təhsilimi bir illik dondurdum. Atam nə qədər xahiş etsə də, ona nə nişanımın qayıtma səbəbini nə də anamla yaşamaqdan niyə imtina etdiyimi demədim. Heç onunla da yaşamağa razılıq vermədim. İndi tələbə qızlarla kirayədə qalırıq. Təhsilimə yenidən başlamışam. Eyni zamanda, bir nəşriyyatda korrektor kimi çalışıram. Özüm özümə söz vermişəm: Həyatda hər şeyin ola biləcəyinə özümü inadırmalı və yenidən yaşamağa, yenidən həyat atılmağa hazır olmalıyam!(qadınlar.biz)

  • Водный мир (1995)

    28.06.2016 02:20

    Жанр: фантастика, боевик, приключенияВ далеком будущем полярные снега растаяли, покрыв всю Землю водой. Авторы погружают нас в фантастический мир немногочисленных людей, живущих на воде, где самым дорогим являются пресная вода, земля, еда, сигареты и т. п.«Курильщики» убивают, грабят, обращают в рабство — используют двигатели внутреннего сгорания. Все остальные пытаются выжить, кто как может, а Кевин Костнер плавает сам по себе на своей фантастической лодке, но объединяет их всех одно — все они ищут остров.В одной из колоний живут очень красивая женщина и девочка с татуировкой на спине. А татуировка эта — часть карты, на которой и указан этот остров. Естественно, за ней и охотятся «курильщики»…

  • Полтора шпиона (2016)

    28.06.2016 02:18

    Жанр: комедия, криминалОт лайка в соцсети до спасения мира — один шаг. Сегодня ты френдишь бывшего одноклассника, а завтра — он тащит тебя под пули. Кто ж знал, что заядлый любитель пончиков превратится в похожего на скалу супершпиона.

  • Azərbaycanlı fotoqraf rus modeli soyundurdu (FOTO)

    28.06.2016 02:06

    Məşhur rusiyalı model Natalya Prosina kamera qarşısında soyunub. Big.az xəbər verir ki, gənc xanım fotoqraf Eko Ağalarovun kamerası qarşısına keçib. Sarışın model qüsursuz vücudunu göstərib.

  • Vergidən yayınan müğənnilərin adları açıqlandı - SİYAHIda fəxri ad alanlar da var

    28.06.2016 02:03

    Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.May.Az məlumat verir ki, vergidən yayınan müğənnilərin siyahısı nazirliyin saytına yerləşdirilib.Siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Mətanət İsgəndərli, Rəqsanə, Gülyanaq Məmmədova, Xəyyam Nisanov, Elza Seyidcahan və digər sənətçilərin adları yer alıb. May.Az sihahını təqdim edir:

  • Azərbaycan yeni təhlükəli silahlar alır

    28.06.2016 01:59

    Prezident İlham Əliyev bununla bağlı müvafiq göstərişlər verdiyini deyib.\"Mən maddi-texniki təminatı daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər vermişəm. Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir”.BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirib.Dövlət başçısı bildirib ki, bu, son bir-iki ay ərzində baş verir: \"Bu proses davam etdiriləcəkdir. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Yəni, demək istəyirəm ki, bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Əlbəttə, biz gələcəkdə də çalışmalıyıq və çalışacağıq ki, Azərbaycan Ordusuna daim ən müasir silahları və texnikanı gətirək. Əminəm, buna nail olacağıq. Bununla paralel olaraq, əlbəttə, bizim hərbçilərimiz də müvafiq təlim kursları keçərək bu texnikadan istifadə etmək üçün artıq böyük peşəkarlığa malikdirlər və son vaxtlar təmas xəttində baş vermiş hadisələr bunu bir daha təsdiqlədi”.Prezident deyib ki, Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır: \"Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir.Biz müharibə şəraitində yaşayırıq və təbii ki, hərbi məsələlərə ən böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas prioritet məsələdir və qeyd etdiyim kimi, dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır.Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik. Bu məsələ - ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”.

  • \"Əxlaqsız filmlərdə gördüklərini mənim üzərimdə tətbiq edirdi...\"

    28.06.2016 01:56

    Boşanmaların sayı ildən-ilə artdıqca get-gedə daha da dərinləşən problemin həlli yolları hər kəsi ciddi şəkildə narahat edir. Səbəblər müxtəlifdir – maddi çətinliklər, ailə quran bəzi gənclərin məsuliyyətsizliyi, qarşılıqlı münasibətlərdə mənəvi keyfiyyətlərə deyil, daha çox maddiyyata üstünlük vermələri, xarakterlərin uyğunsuzluğu və s. Bu müsahibədə toxunacağımız problemin yaranması isə tamamilə başqa faktorlardan irəli gəlib. Hazırda paytaxtda yaşayan Gülnarə Kərimovanın (ad şərtidir) keçmiş ərindən ayrılmasının əsas səbəbləri ilə tanış olduqda təəccübünü gizlədə bilmirsən. Cəmi 5 il əvvəl qurulmuş ailənin dağılmasının, 4 yaşlı qızcığazın boynubükük, atasız qalmasının çox qəribə, hətta anormal səbəbləri var. \"Eyni rayonda, küçədə böyüyüb boya-başa çatmışdıq”Gülnarə Kərimova öz bibisi oğlu ilə 2010-cu ildə ailə qurub. Uşaqlıqdan bir evdə böyüyüblər. Sonradan atası işi ilə əlaqədar olaraq rayondakı evlərini satıb, Bakıya köçmək qərarına gəlib:\"1992-ci ilin yanvarında köçdük paytaxta. 1998-ci ildə bibimgil də evlərini satıb, Bakıya köçdülər. Atam bibimin yoldaşına məsləhət gördü ki, bizim yaşadığımız qəsəbədə ev alsın. Belə də etdi. Bir-birinə yaxın olan binalarda yaşayırdıq”.Hər iki ailənin övladları böyüdükdən sonra gənclərin ailə qurmaq söhbəti ortaya çıxır. Gülnarənin gələcək qayınanasının təsadüfi təklifi ilə reallaşan evlilik izdivacına hər kəs halallıq verir: \"Bibimgil Rasimi (keçmiş ərini) evləndirmək üçün ona qız axtarırdılar. Evlərimizin arasındakı məsafə yaxın olduğundan tez-tez ailəvi şəkildə bizə gəlirdilər. Elə olurdu hər gün saatlarla evimizdə olurdular. Bir gün bibim öz qızı və oğlu ilə bizə gəlmişdi. Nahar edirdik. Atam bacısından soruşdu ki, Rasimin evlənmək işi nə yerdə qaldı? Bibimin yerinə qızı cavab verdi. Dedi, dayı, yaxşı ailə, halal süd əmmiş tapa bilmirik. Birdən bibim başını qaldırıb, yeməyini yeyə-yeyə mənə baxdı: \"Odur ey, yaxşı qız Gülnarə. Gedib onun-bunun qapısını niyə döyürəm ki? Öz qardaşımın balası”. Gözlənilmədən deyilən bu sözdən atam tutuldu, mənsə utandım. Hiss etdim ki, yanaqlarım qızarıb. Ayağa durub süfrəyə çörək gətirmək bəhanəsi ilə otaqdan çıxdım. Üç gün sonra bibim yenə gəldi. Bu dəfə atamla elçilik söhbətini etməyə gəlmişdi”.Gülnarənin bibisi bu təklifindən sonra qardaşının övladını evinə gəlin gətirmək istəyini həyata keçirməyə başlayır. \"2009-cu ilin yayında elçilik, sonra \"hə” oldu. Nişan məclisimizdə ancaq öz qohumlarımız idi. Beləcə nişanlandıq. Valideynlərim bu məsələdə mənə ancaq tövsiyə verdilər. Sevdiyim oğlan yox idi. Ona görə ata-anamın məsləhətinə qulaq asdım”.Əvvəllər Rasimi sadəcə bibisi oğlu kimi tanıyan Gülnarənin sözlərinə görə, onu yaxşı, təmiz oğlan kimi tanıyıb: \"Nişanlı vaxtlarımızda onun hərəkətlərində hər hansı qeyri-adilik hiss etməmişdim. Çox sakit, amma ciddi və zəhmli oğlan idi. Hərəkətlərində, davranışlarında əsla deməzdim ki, bu, belə \"babnik”dir. Nə bilim, bəlkə də, sevgi gözlərimi kor etmişdi”. Gənclərin toyu 2010-cu ilin yanvarında baş tutub. Beş il əvvəl evləniblər: \"Ailə həyatımızın ilk illərində münasibətlərimizdə hər hansı problemlər, söz-söhbət yaşanmırdı. Yalnız bir-iki dəfə yüngülvari umu-küsü olmuşdu, vəssalam. Əvvəllər mehriban idik”.Lakin sonradan hər şey tədricən dəyişir: \"2011-ci ildə Aydan dünyaya gəldi. Onda Rasim qızının olması xəbərini bir az tutqun şəkildə qarşıladı. Bibim ona başa saldı ki, bu, Allah verən paydır. Adam belə şeyə pis olmaz”.\"Otağa girəndə təəccübdən az qaldım dəli olum”Onun sözlərinə görə internet aludəçiliyi, ən əsası isə Rasimin zərərli vərdişləri ailənin dağılmasının əsasını qoydu: \"Hər şey Rasim evə kompüter alandan, internet xətti çəkdirəndən sonra başladı. Hiss edirdim ki, hər gün evdən soyuyur. Mənə, uşağa əvvəlki kimi qayğı göstərmirdi. Axşamlar işdən gəlib dincəlmək, ailəsi ilə maraqlanmaq, uşağını oynatmaq əvəzinə, saatlarla kompüterin qabağında oturub, oyun oynayırdı. Bizimlə maraqlanmırdı. Elə olurdu ki, Aydan atasını görəndə beşikdən əllərini uzadıb onunla oynamaq istəyirdi. Amma Rasim onu qucağına almırdı. Hiss edirdim ki, get-gedə bizə ailəsi kimi yanaşmır”.Rasimin ailəsindən uzaqlaşmasının əsas səbəbi kompüterdə saatlarla oyun oynaması yox, internetdən başqa məqsədlər üçün istifadə etməsi imiş: \"Sonradan bildim ki, məni aldadırmış. Hər dəfə gəlib otağa girəndə hiss edirdim ki, kompüterdə nəsə qurdalanır, monitorun ekranında nəyisə tez bağlayır. Bir gün axşam mətbəxdə iş görürdüm. Axşam saat 9 olardı. Məni yanına çağırdı. Elə bildim çay istəyir. Gəlib otağa girəndə təəccübümdən az qaldım dəli olum. Kompüterdə porno film izləyirdi. Əlimi atıb monitorun elektrik xəttini şəbəkədən çıxarmaq istəyəndə əlimdən tutub necə burdusa, elə bildim qolum dirsəkdən çıxdı. Əsəbiləşdi. Onu hələ belə hirslənən görməmişdim. Üstümə qışqırdı ki, bu nə hərəkətdir edirsən, qudurmusan? Hətta az qaldı məni vursun. Soruşdum ki, Rasim, pozğun filmlərə niyə baxırsan? Məgər sən də küçə uşağısan, ağlı başında olmayan yeniyetməsən? Cavab verdi ki, mənim 16 yaşım yoxdur. Xoşuma gəlir, baxıram. Kompüter monitorunda gördüyüm səhnələrdən iyrənib otaqdan çıxdım. Həmin gündən ailəmizin qara günləri başladı.\"İnternetdə əxlaqsız filmləri izləyirdi”Əvvəllər erotik filmlərin aludəçisi olmuş Rasim evləndikdən sonra da zərərli vərdişlərindən əl çəkə bilməyib: \"Hər gün axşam işdən qayıdıb saatlarla kompüter qarşısında otururdu. İnternetdə qızlarla yazışır, porno çarxları, filmləri izləyirdi. Mən də ev işlərini görürdüm. Elə olurdu ki, Aydan yataq otağımızda beşikdə ağlayıb qucaq istəyirdi. Əlimdə işim olduğundan uşağı qucağıma ala bilmirdim. Atasının isə dünya vecinə deyildi. Qonaq otağının qapısını açıb yalvarırdım ki, Rasim, nə olar Aydanı beş dəqiqəlik qucağına al, mənim əlimdə işim var axı. Elə bil heç nə eşitmirdi. Elə olurdu gecə saat 2-yə qədər kompüter qarşısında əyləşirdi. Ailəsi ilə heç maraqlanmırdı. Desəm inanmazsınız, bu adam gedib, işığın pulunu da ödəmirdi. Borclarımız o qədər yığılmışdı ki. Bir dəfə gəlib işığımızı kəsdilər. Axşam qaranlıqda qaldıq”.Xanımı və azyaşlı uşağı ilə maraqlanmayan ailə başçısı getdikcə daha çox internet aludəçisinə çevrilib: \"Axşam saat 9-dan gecə saat 2-yə, bəzən də 3-ə qədər kompüterin qarşısında əyləşirdi. Elə olurdu ki, gecə güclə kompüter qarşısından qaldırırdım ki, Rasim, səhər yatıb qalacaqsan, işə gedə bilməyəcəksən, dur dincəl. Hərdən elə kompüterin qarşısında yuxu basırdı onu. Gəlib görürdüm oturduğu yerdə yatıb”.Gülnarə deyir ki, Rasimin belə zərərli vərdişlərindən, porno filmlərin \"manyak”ı olmasından vaxtında xəbər tuta bilməyib: \"Nişanlı vaxtda evlərində nə edirdi onu deyə bilmərəm. Amma sonradan boşanma söhbəti ortaya çıxanda kiçik qardaşı ağzından qaçırdı ki, Rasim yeniyetmə yaşlarından erotik filmləri izləyirmiş. Hətta tez-tez əxlaqsız qadınlarla da görüşürmüş”.\"Övladımın xatirinə hər şeyə dözürdüm”Rasimin ailəsindən uzaqlaşmasının başlıca səbəblərindən biri də ailə qurduqdan sonra əxlaqsız qadınlarla intim görüşləri imiş: \"Tez-tez telefonuna gizli mesajlar gəlirdi. Lakin telefonunu kodda olduğundan bunları oxuya bilmirdim. Hərdən telefonu qapadıb balkona çıxmasından, yaxud otağında xısın-xısın danışmasından başa düşürdüm ki, mənə xəyanət edir. Üzr istəyirəm, bir dəfə hansısa əxlaqsız qadından süzənək xəstəliyinə yoluxmuşdu. Hətta mənə də yoluxdurmuşdu. Bu addımına bəraət qazandıra bilməzdi. O heç mənə izahat verməyi şəninə sığışdırmırdı. Övladımın xatirinə hər şeyə dözürdüm. İstəmirdim ki, ailəm dağılsın. Onun mənə qarşı davranışlarındakı bu cür anormallıqlarla bağlı əvvəlcə bibimə, sonra valideynlərimə şikayət etdim. Birinci dəfə bibimə dedim. Əvvəlcə inanmadı. Dedi elə şey ola bilməz. Sonra inandı. Amma bunun heç bir xeyri olmadı. Bundan sonra anama dedim ki, Rasim bizimlə maraqlanmır. Anam dedi ki, ailənin sirri ailədə qalmalıdır. Səsini çıxarma. Mən də razılaşdım, başqa əlacım nə idi?”\"3 ildən çox idi ki, mənlə maraqlanmırdı”Boşanma fikri ərinin qeyri-ənənəvi intim münasibətlərə olan marağından sonra yarandı: \"Mənə maraq göstərmirdi. 3 ildən çox idi ki, övladı ilə də maraqlanmırdı. Balamın xətrinə canımı dişimə tutub dözürdüm ki, Aydanım atasız böyüməsin. Amma o, get-gedə daha da həddini aşırdı. Mənə əxlaqsız qadın kimi baxırdı. Söysəydi, ondan yaxşı idi. Bilərdim ki, ərimdir, hirslənir, əsəbini soyudur. O, bundan betərini edirdi. Son vaxtlar ən iyrənc üsullara əl atırdı. İnternetdə hansısa porno filmi izləyib, məni yanına çağırırdı. Deyirdi ki, gəl biz də kinodakı kimi sevişək. Deyirdim, ay Rasim, nə danışırsan? Onlar pozğun adamlardır. Buna görə nə qədər pul alırlar. Mən sənin ailənəm, pozğun qadın, fahişə deyiləm. Məhəl qoymurdu”.Son bir ildə belə təkliflər irəli sürən ailə başçısı intim həyatını \"romantik” qurmağa qərar verib: \"İki dəfə mənə otaqda vəhşi kimi yaxınlaşdı. Dönə-dönə üzr istəyirəm, filmdəki səhnələri mənim üzərimdə həyata keçirdi. İntim münasibətlərin bütün formalarından istifadə etməyə başlamışdı. Özüm özümdən iyrənməyə başladım. Bütün bədənimi murdar etdi.Bir dəfə gecə otağa girdi. Paltarını soyunanda oyandım. Filmlərdə izlədiyi qeyri-ənənəvi seks üsullarını mənim üzərimdə tətbiq etməyə başladı. Ağrıdan dözə bilmirdim. Yalvarırdım ki, ay Rasim elə eləmə. Hətta elə qışqırdım ki, uşaq diksinib oyandı. Qorxub ağlamağa başladı. Bu, əməlli seks manyakı idi. Belə hərəkətləri əvvəllər həftədə bir dəfə edirdi. Amma son aylar elə olurdu həftədə 3-4 dəfə mənə qarşı belə təkliflər edir, iyrənc hərəkətlərini davam etdirirdi, baxdığı pozğun kinoları gözünün qarşısına gətirib, oradakı səhnələri mənlə münasibətdə tətbiq edirdi. Ötən ilin martından etibarən zorakılıqları daha da artdı. Əgər əvvəllər mənə qarşı zorakılıqları qonaq otağında, yaxud yataq otağımızda edirdisə, sonradan bu hərəkətləri daha da çoxaldı. Mətbəxdə iş gördüyüm yerdə vəhşi kimi üstümə cumub, məndən qeyri-ənənəvi sekslə məşğul olmağı tələb edirdi. Ayaqyolunun qapısı açıq olsaydı, bəlkə, istədiklərini orada da edərdi. Ya bir də görürdün ki, sabun istəmək bəhanəsilə məni hamama çağırırdı. İçəri girib sabunu ona verəndə qollarımdan tutub içəri çəkirdi. Paltarımı su ilə isladıb əyin-başımı soyundururdu”.Qadın buna etiraz edəndə Rasimin cavabı qeyri-adi olub: \"Deyirdi ki, mən romantik ərəm. Başa sala bilmirdim ki, ay Rasim, bu iyrənclikdir. Düzdür, bu, aylardır davam edirdi. Amma sonralar əvvəlkindən də iyrənc üsullara əl atdı. Sanki mən bunun həyat yoldaşı yox, küçə qadını, fahişə idim. Hər gün özümü bir az da təhqir olunmuş hiss edirdim. Başa düşdüm ki, belə ailə olmaz. Sentyabrda qızımı da götürüb atamgilə gəldim. Hər şeyi bir daha olduğu kimi açıb evdəkilərə danışdım. Bir aydan sonra ərizə ilə məhkəməyə müraciət etdim”.Rasimin buna reaksiyası çox adi olub. O, xanımının ayrılmaq qərarına heç təəccüblənməyib də: \"O, onsuz da məni ailəsi kimi görmürdü. Boşanandan sonra düşündüm ki, gərək bu addımı çoxdan ataydım. Atam cehizlərimi yığışdırıb gətirdi. Sonralar onu işi ilə əlaqədar Gəncəyə göndərdilər. Hər ay aliment göndərir. Gedib götürmək istəmirdim, anam dedi ki, bala o, uşağın puludur. Heç olmasa, əyin-başına xərcləyərsən. Get pulu götür”.

  • Azərbaycanlı model ana oldu

    28.06.2016 01:54

    AZAL klubunun gürcü əsilli futbolçusu Nuqzar Kvirtiyanın həyat yoldaşı, model İnna Kvirtiya ana olub. BAKU.WS-in Axşam.az-a istinadən məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb. \"İnsanlar, bizim Nuqzarla indi balacamız var. Sevgimizdən dünyaya gələn qız. Hər şey asan oldu. Bundan sonra 10 qız, 10 oğlan övladı istəyirəm. Nuqzar, səni sevirəm\" deyə, model bildirib.

  • Tatuajın yaratdığı ciddi təhlükə

    28.06.2016 01:51

    Bu gün tatuaj artıq dəb halını alıb və hər gün tatuajın yeni formaları yaranır. İnsanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Yəqin xəbərsizdirlər ki, tatuaj xərçəng xəstəliyi belə yarada bilər.Bəzi hallarda insanlar sonradan tatuajı sildirmək qərarına gəlir. Bu da həm istənilən nəticəni vermir, həm də dəriyə təsirsiz ötüşmür.Dermatoloq-kosmetoloq Mehdi Mahmudi insanların tatuajdan uzaq durmasını məsələhət görür.M.Mahmudi Trend-ə bildirib ki, tatuaj insan bədəni üçün yad maddələrdən ibarətdir: \"Tatuaj üçün maddələri insan bədəninə yeridəndən sonra bədən həmin maddələrə əks reaksiya verə və insana fəsadlar yetirə bilər. Həmçinin, tatuaj maddələri standart və qeyri-standart olur. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır”.Dermatoloq-kosmetoloq əlavə edib ki, tatuaj zamanı sterilizasiya qaydalarına əməl olunmadığı halda, insan yoluxucu xəstəliklərə və infeksiyalara yoluxa bilər.O deyib ki, bir çox hallarda insanlar tatuajdan yorulur və onu sildirməyə qərar verir: \"Tatuajın silinməsi isə uzun və çətin bir prosesdir. Sildirmək istəyərkən də fəsadlar yarana bilər. Sildirərkən dəri zədələnir, əvvəlki vəziyyətini bərpa edə bilmir. Son dövrlərdə tatuaj vurduranların, eləcə də tatuaj sildirənlərin sayı çoxalıb. Tövsiyə edərdim ki, insanlar tatuajdan uzaq dursunlar. Çünki bu, insan bədəninə xarici müdaxilə və yad maddələrin daxil edilməsidir. Onun ziyanları çoxdur. Xüsusilə böyük həcmdə, bədənin çox yerlərində tatuaj etdirmək heç məsləhət deyil”.

  • Müdafiə Nazirliyi cəbhədən ən son məlumatı yaydı

    28.06.2016 01:49

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Azərbaycanlılar ermənini ölümdən xilas etdi

    28.06.2016 01:46

    Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib. İlk olaraq ona Azərbaycan nümayəndələri yardım edib. APA-nın məlumatına görə, bu barədə \"Ararat\" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib. \"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək\", - deyə A. Simonyan bildirib.

  • Gəncədə toyda dava: gənc oğlanın üzünü çapdılar

    28.06.2016 01:45

    Gəncə şəhər sakini toyda döyülüb.May.Az APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Orxan Məhərrəmov üz nahiyəsinin çapılmış yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Ona tibbi yardım göstərilib və evə buraxılıb.O.Məhərrəmov bildirib ki, o Gəncədə olan şadlıq evlərinin birində tanımadığı şəxs tərəfindən döyülüb.Faktla bağlı araşdırma aparılır.

  • Südün tərkibinə sabun, əhəng, təbaşir, turşu… qatılır və satışa çıxarılır

    28.06.2016 01:43

    Rusiyanın baytarlıq və fitosanitar nəzarəti xidməti (Россельхознадзор) yerli süd məhsullarının tərkibini yoxlayıb. Rusiya mətbuatının yaydığı açıqlamada deyilir ki, məhsullların istehsal dəyərinin azaltmaq və beləliklə də, mənfəət əldə etmək məqsədilə süd məmulatlarının tərkibinə nişasta, təbaşir, sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə qatılıb. Dövlət xidmətinin tənqid etdiyi şirkətlər yerli bazardan əlavə, həm də xarici ölkələrə məhsul satırlar. Bu ölkələrin arasında Azərbaycan da var.Azərbaycan Rusiya ilə yanaşı, Belorusiya, Ukrayna, Türkiyə və bir neçə Avropa ölkələrindən süd və süd məhsulları alır. Bəs yerli məhsulların tərkibi yoxlanılırmı? Qeyd edək ki, təkcə xarici məhsullar deyil, elə yerli istehsalın keyfiyyəti də düşünməyə vadar edən suallardandır. Çünki yerli müəssisələrin istehsal etdiyi süd və süd məhsullarının qablaşdırılmasında 100 faiz təbii süddən istifadə olunduğu qeyd edilir.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında deyib ki, çoxsaylı fermaların yaradılmasına baxmayaraq,ölkə bazarı saxta məhsullarla doludur.Xüsusilə də,son aylar dövlətin sahibkarlara yaratdığı şəraitdən, yəni yoxlamaların dayandırılmasındansui-istifadə edənlərin sayı artıb.\"Xaricdən gətirilən süd məhsulları ölkə bazarına birbaşa daxil olur. Bu məhsulların tərkibi yoxlanılmır. Hazırda satışda 6 ay yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən xamaların yararlılıq müddəti 6 aydır.Xamalar dadı ilə, qoxusu ilə tam yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb, yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi araşdırılmayıb.İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır. Və ya \"Fermerskaya smetana” deyilən bir brend var və neçə ildir Azərbaycanın əmtəə bazarına daxil olub. Bu məhsulun yararlılıq müddəti uzundur və tərkibi yoxlanılmır”,-deyə hüquq müdafiəçisi əlavə edib.E.Hüseynov iddia edir ki,ölkədə səhv bir tendensiya gedir. İstehsalçılar ölkənin tanınmış ekspertlərini dəvət edib onlardan rəy alırlar: \"Onlar bir qrup adama pul verirlər. Adlarını ekspert qoyanlar pul alndan sonra guya ki, qatqıların zərərsiz olduğuna, yararlılıq müddətinin artırılmasına rəy verirlər”.Hazırda süd bazarında \"İvanovka” mal nişanı ilə süd, pendir, xama və digər ağartı məmulatları satılır. E.Hüseynov isə deyir ki, \"İvanovka” müəssisəsinin rəhbərliyi ilə danışıb və onlar Bakıya müntəzəm süd vermədiklərini, məhsul hazırlanmadığını deyiblər:\"İvanovka”nın Bakıda cəmi 3 mağazası var. Digər 11 mağaza var ki, onlar bu fermanın adından saxta məhsullar satır”.Təşkilat rəhbəri onu da qeyd edir ki, xırda ticarət mərkəzində istehsal tarixi saxtalaşdırılmış ağartı məhsulları verilir.\"Qatığın, xamanın üzərində saxta istehsal tarixləri vurulur, hətta fevralın 30-dək yararlılıq müddətinin vurulduğunun şahidi olmuşuq. Belə məhsullar daha çox yas və toy mərasimlərində istifadə edilir”.E.Hüseynov süd məhsulları alarkən qısa yararlılıq müddəti olan məhsullara üstünlük verilməsini tövsiyə edib.Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, ölkə əhalisinin südə illik tələbatı 3,5 milyon tondur. Azərbaycanda isə 1,7 milyon ton süd istehsal edilir. Südə olan təlabatın yerdə qalan hissəsini xarici ölkələrdən gətirilən məhsullarla ödənilir:\"Hətta Rusiyada televiziya vasitəsilə belə bir təcrübə keçirildi, kəsmiyi kibritlə yandırdılar. Bəlli olub ki, kəsmiyin tərkibinə bitki yağının qatqıları qarışdırılıb, nəticədə, qatqılar yanmaya səbəb olub.Azərbaycan bazarı isə belə təhlükəli məhsullarla doldurulur.Ölkədə müstəqil ekspertiza olmadığından, məhsulları yoxlatdırmaq mümkün deyil”.Ekspert onu da əlavə edir ki, inkişaf etmiş ölkələrdə süd sağılması kompüter vasitəsilə həyata keçirilir. İnəkdə xəstəlik olanda kompüterin yaddaşına siqnal daxil olur, sağım dayandırılır, heyvanmüalicəyə göndərilir. Azərbaycanda isə hətta vərəm, brüselyoz kimi xəstəliklərə yoluxmuş heyvanların da südü sağılır və satışa çıxarılır: \"Südün və süd məhsullarının hazırlanmasında quru süddən də istifadə edilir. Baxmayaraq ki, qablaşdırmalarda bu barədə məlumat yoxdur. Azərbaycana quru süd idxal olunur. Məhsulun tərkibindəki mikroorqanizmlərin inkişafını süni dayandırmaq üçün antibiotiklər əlavə olunur. Bu isə orqanizm üçün olduqca zərərlidir”.Göründüyü kimi, ekspertlər bazardakı vəziyyətin ürəkaçan olmadığını iddia edirlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadi İnkişaf Nazirliyi isə sahibkarlığın inkişafına dəstək üçün yoxlamaların 2 il müddətinə dayandırılmasını əsas gətirərək gözləməyi məsləhət görürlər. Buna görə də, məsuliyyət yenə də istehlakçıların üzərinə düşür.Çalışın, zəhərlənməyin!

  • Qonşu ölkədə həqiqi hərbi xidmət ləğv edildi

    28.06.2016 01:40

    Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib.\"Report\" \"RİA Novosti\"yə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğbv edilməsi haqqında sərəncam imzalayıb.Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: \"Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram. Bu qərar imzalandığı andan qüvvəyə minir\".Xatırladaq ki, bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.

  • 6 maşın yandıran prezident təqaüdçüsü haqqında yeni faktlar üzə çıxdı

    28.06.2016 01:38

    Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc Novruz Vəliyev barədə yeni faktlar ortaya çıxıb. Bu barədə Trend-ə Gədəbəy rayonunun Fərzalı kənd sakinləri məlumat verib.Sakinlər bildirirlər ki, həmin şəxs kənddə dəfələrlə təxribatlar törətsə də, onun barəsində ciddi tədbir görülməyib: \"Bu, onun birinci hadisəsi deyil. Dəfələrlə kənddə hadisə törətməyə cəhd edib. Kənddə boş qalan evləri bir neçə dəfə yandırmağa cəhd edib. Sakinlərin müdaxiləsindən sonra onun belə hərəkətlərinin qarşısı alınıb. Təxminən 6-7 ay əvvəl Fərzalı kəndində bir evi benzin töküb yandırdı. Evin sahibi İsrafil Əliyev və onun həyat yoldaşı rəhmətə gedəndən sonra ev boş qalmışdı. Novruz da evin boş qalmasından istifadə edərək evə benzin töküb yandırmışdı. Hadisədən sonra polis onu saxlayaraq müalicəyə göndərdi. Amma az müddətdən sonra yenidən buraxdılar\".Sakinlər deyirlər ki, N. Vəliyev yaşadığı kənddə və yaxınlıqdakı kəndlərdə hamını hədələyib, birinin evini, birinin maşınını yandıracağını bildirib.Sonuncu hadisədən sonra Novruz Vəliyev Bakıdakı ruhi əsəb dispanserlərindən birinə təkrar müalicəyə göndərilib.