Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

AZAL-dan İstanbuldakı terrorla bağlı AÇIQLAMA: “Bizim sərnişinlərdən ölən və xəsarət alan yoxdur”

29.06.2016 01:38

AZAL-dan İstanbuldakı terrorla bağlı AÇIQLAMA: “Bizim sərnişinlərdən ölən və xəsarət alan yoxdur”


\"Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib”.

Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun bildirdiyinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: \"Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”.

P. Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.

\"AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir” deyən P. Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı- İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.

Geri xəbərlərə