Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Bakıda ana və qızı suda batdı: qız xilas olundu, anası boğuldu

    28.06.2016 01:36

    Bakıda dəniz çimərliyində iki nəfər batıb. May.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.Dəniz çimərliyində Bakı şəhər sakinləri Nurlana Qədirova boğulub, qızı Həmidə Əliyeva isə xilas edilib.

  • Viza ən geci 3 günə veriləcək

    28.06.2016 01:33

    Yaxın vaxtlarda \"ASAN viza\" sisteminin işə düşməsi ilə turizmin inkişafı üçün görülən işlər daha da təkmilləşəcək. Belə ki, xarici ölkə vətəndaşları ən geci 3 iş günü müddətində viza əldə edə biləcəklər.May.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.Nazir turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib:\"Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkanı yaradılıb\".Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və \"ASAN Viza\" sisteminin yaradılması haqqında fərman imzalayıb.Fərmana əsasən, elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa \"ASAN Viza\" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.

  • Sabah 38 dərəcə isti olacaq

    28.06.2016 01:32

    İyunun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən OBBA.WS-ə verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

  • \"Sovetski\"də yanğın baş verir

    28.06.2016 01:30

    Bakıda \"Sovetski” adlanan ərazidə yanğın baş verir.Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) \"Əfsanə\" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

  • Şəbnəm Tovuzlu icra başçısının sevgilisi çıxdı

    28.06.2016 01:28

    Bir müddət öncə mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda saytımızda ilginc hesab ediləcək məlumatlar dərc edilmişdi.Məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb.Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.May.Az bidirir ki, ölkə.az-a daxil olan məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə \"ağıllandığı\" barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.Bu xəbərlərdən dərhal sonra Şəbnəm Tovuzlu ilə bağlı daha bir şok məlumat 7news.az saytının redaksiyasına daxil olub. Məlumatda deyilir ki, Şəbnəm Tovuzlu rayonların birinin icra başçısı ilə sevgili olub. Daxil olan məlumatda o da qeyd olunur ki, bu icra başçısı əvvələr musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib. Famil adlı şəxslə Şəbnəmin aralarının pozulmasına da həmin icra başçısı ilə münasibəti səbəb olub.Həmin icra başçısı ailəli olduğu üçün adını çəkməyi etik hesab etmirik.

  • Manatı qarşıda nələr gözləyir? - AÇIQLAMA

    28.06.2016 01:26

    Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək.May.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır: \"Əksər dövlətlər dollarla yanaşı funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq\". Millət vəkili Böyük Britaniyanın AB-də çıxmasının Azərbaycana təsirlərindən də danışıb: \"Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu, o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər. İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq. O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək\". Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

  • Azərbaycanlı diaspor rəhbərinin obyekti və avtomobilləri partladıldı

    28.06.2016 01:03

    Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində \"Azərbaycan\" Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.May.Az bildirir ki, Ş.Bəylərov APA-ya deyib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur. Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş.Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb. Partlayış kənardan idarə olunan qurğu ilə törədilib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

  • 87 yaşlı qadının sağlam ayağını kəsən həkim: \"Mən sənətkaram\"

    28.06.2016 01:00

    \"İnsanlar günlərdir məndən danışırlar. Artıq bu mövzuda danışmaqdan bezmişəm. Bilmədən səhv eləmişəm. Səhvimi boynuma alıram, gizlətmirəm. Hər bir həkimin başına gələ bilər. Bu vaxta kimi heç bir xəstə məndən narazı qalmayıb\".May.Az bildirir ki, bunu azvision.az-a Bakıda xəstənin ayağını səhv kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov deyib.O, elədiyi səhvə görə, qanun qarşısında cavab verməyə hazır olduğunu bildirib.\"Müvəqqəti olaraq işimdən uzaqlaşmışam. İş yekunlaşana qədər həkim kimi fəaliyyət göstərməyəcəyəm. Mən sənətkaram, bu sahədə peşəkar həkiməm. Bir səhvə görə karyeramı ləkələyə bilməzlər. Qanun qarşısında qərar qəbul edildikdən sonra öz sənətim üzrə işimi davam etdirəcəyəm\". Qeyd edək ki, Valeh Kərimov 81 yaşlı diabet xəstəsi olan Tərlan Əliyevanın sol ayağı əvəzinə sağ ayağını kəsib. Faktla bağlı cinayət işi açılıb.

  • Benzinin keyfiyyəti ilə bağlı rəsmi açıqlama: \"Yanacağın tərkibinə nə isə qatırlarsa...\"

    28.06.2016 00:58

    \"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə adətən yanacağın keyfiyyəti yox, kəmiyyəti ilə bağlı şikayətlər daxil olur\". \"APA\" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. \"Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa \"iş adamı\" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin \"iş adamı\" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb\", - deyə komitə sədri qeyd edib.

  • Şəbnəm Tovuzlu icra başçısı ilə “sevgili” olması haqda

    28.06.2016 00:56

    Son zamanlar müğənni Şəbnəm Tovuzlu ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir. Ən son isə müğənninin rayonlardan birinin icra başçısı ilə sevgili olduğu xəbəri yayıldı. Gununsəsi.info bununla bağlı Şəbnəm Tovuzludan açıqlama alıb: \"Yalan şayiələrdir. Mən hamısını oxuyuram və bu məsələlərə normal baxıram, çünki onların əlində heç bir dəlil, sübut yoxdur. Gündəmdə olan müğənniyəm, ona görə söz atırlar. Ən son xəbəri oxuyanda çox güldüm. Görəsən, sintezator ifaçısı necə icra başçısı olub? Ayıbdır. Düşmənim də yoxdur, bu məlumatları mənim haqqımda mediaya kim sızdırır, bilmirəm?! Mən dava-dalaşdan uzaq insanam. Sakit biriyəm deyə şaiyə yayırlar. Heç birinə heç nə deməyəcəyəm, məhkəməyə də vermək fikrim yoxdur. Özləri də bilmədən məni reklam edirlər, sağ olsunlar, amma mənə belə reklam lazım deyil. Bu yayılan xəbərlər mənim heç xoşuma gəlmir. Buna baxmayaraq, öz işimlə məşğulam. Heç birinə əhəmiyyət vermirəm, məni heç maraqlandırmır”.

  • Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)

    28.06.2016 00:55

    Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur. Ədliyyə Nazirliyindən \"Report\"a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib.Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verilib.Son beş ildə 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə İzmir adı verilib.Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlər də var.Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verilib.

  • \"Saqqallı\" varlıq Ağdaşın daha bir kəndinə dadandı

    28.06.2016 00:52

    Bir neçə gündür Ağdaş rayonunun Qoşaqovaq kənd sakinlərini qorxu içərisində saxlayan naməlum \"saqqallı\" varlıqlar rayonun daha bir kəndində görünüblər. Onlar bu gecə rayonun Pirkəkə kəndində evlərə hücum ediblər. ANS PRESS-ə açıqlama verən kənd icra nümayəndəsi Bəhlul Məmmədov bildirib ki, bu barədə ona gecə saat 03 radələrində kənd sakinləri məlumat veriblər:\"Bir küçənin sakinləri təlaş içərisində idi. Kəndlilərdən biri mənə dedi ki, o, həmin şəxsi görüb. Onun sözlərinə görə, həmin şəxs qara paltarlı, uzun boylu bir adam olub. Digər bir sakin isə bildirdi ki, həmin şəxs onun həyətinə girib və toyuqlarını daşlayıb. Nəticədə də 4-5 toyuq daş zərbələrindən xəsarət alıb. Toyuqları daşlanan sakinin qonşusu isə həmin şəxsin onun həyətindən keçərək qaçdığını dedi. Mən də ərazidə bir müddət dayandıqdan sonra müvafiq qurumlara məlumat verdim”.Bəhlül Məmmədov deyir ki, sakinlər həmin adamın çox sürətli qaçdığını, küncə sıxışdırıldıqda isə yoxa çıxdığını deyirlər. Onun sözlərinə görə, naməlum şəxs və ya varlığın həyətinə girdiyi şəxsin qonşusu ötən gün axşam saatlarında Qoşaqovaqdan traktorla gələrkən texnikanın qoşqusunda Pirkəkədəki evinə ot gətirib: \"Həmin traktor sürücüsü mənə göstərdi ki, o qoşquya yığdığı otun üstündə sanki kimsə yatıb. Buna görə də həmin hissədə ot yapışıb. Ehtimal edilir ki, həmin şəxs elə məhz Qoşaqovaqdan gəlib. Gecə bütün sakinlər təşviş içərisində idi. Ancaq heç kimə xəsarət yetirilməyib, oğurluq edilməyib\". ANS PRESS məsələ ilə bağlı kəndin sahə müvəkkili ilə də əlaqə saxlayıb. Murad adlı müvəkkilin cavabı isə belə olub: \"Mətbuatın belə şeylərə inanmasını başa düşə bilmirəm. Bu yalan məlumatdır. Belə bir məxluq yoxdur. Başqa da heç nə deyə bilmərəm”.Bir neçə gün əvvəl Ağdaş rayonunun Qoşaqovaq kəndində qəribə hadisələr baş verdiyi barədə məlumat yayılıb. Həmin vaxt açıqlama verən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov bildirmişdi ki, sakinlərin gözünə görünən bu saqqallı şəxs təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır.\"Həyətlərə girərək sanki nə isə axtarır. Əlində də alışqan işığı var. Gecə saat 02-03 radələrində gəlir”.Bələdiyyə sədri bildirmişdi ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: \"O hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir\".

  • Putindən növbəti Qarabağ həmləsi

    28.06.2016 00:49

    Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək.ANS PRESS-in məlumatına görə, bu barədə \"RİA Novosti” Kremldəki mənbəyə istinadla xəbər yayıb.Mənbənin məlumatına görə, Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədr ölkələrini də məlumatlandıracaq.\"Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə İ.Əliyev və S.Sarkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Bu, yaxın günlərdə olacaq. Dövlət başçısı həmkarlarına zəng edəcək”.Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib.Görüşün nəticələrinə dair yayılan birgə bəyanata əsasən, tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.

  • Kıvanç Tatlıtuğ elə bir şey istədi ki...

    26.06.2016 00:23

    2 mövsüm fasilə verdikdən sonra yeni serialı ilə ekranlara geri dönməyə hazırlaşan aktyor Kıvanç Tatlıtuğ rejissor mövzusunda komanda ilə ortaq nöqtəyə gələ bilmir. MAY.AZ bildirir ki, ssenarisini Səma Ergenekon və Eylem Canpoladın yazdığı serial yeni mövsümdə Star TV-də yayımlanacaq. “AY Yapım”a məxsus olan serialın rejissorluğunun Ali Belginə həvalə olunması nəzərdə tutulsa da, Kıvanç Tatlıtuğ öz istəyini irəli sürərək “Kuzey Güney”-də birgə işlədiyi Mehmet Ada Öztekinlə çalışmaq istədiyini söyləyib. Hazırda Mehmet Ada Öztekin yay üçün nəzərdə tutulan“Bodrum masalı” serialını çəkir. İlk bölümləri lentə alınan serialın rejissoru İstanbula gələcək. Buna görə də Kıvanç Mehmet Ada Öztekinle iş ehtimalını nəzərə alaraq bu təkliflə çıxış edib. Noyabrda ekrana çıxacaq serialda böyük bir eşq hekayəsinin canlandırılacağı gözlənilir. \\Axşam.az

  • Şirvanda azyaşlı faciəvi şəkildə öldü

    25.06.2016 14:34

    Faktla bağlı araşdırma aparılır.Şirvanda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb.May.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Xəbərə görə, iyunun 24-də Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsində yaşayan azyaşlı Məhəmməd Muradov elektrik cərəyanı vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

  • Eypio & Burak King - Günah Benim

    25.06.2016 14:04

    Eypio - & Burak King - #Günah Benim

  • Ermənilər razılaşmaya əməl etmədi: atəşkəs pozuldu

    25.06.2016 13:30

    Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən OBBA.WS-ə bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Həmçinin Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

  • Azərbaycanlı müğənni qəzaya düşdü

    25.06.2016 13:29

    Müğənni Bahar Lətifqızı qəzaya düşüb.May.Az Bizimyol.info-ya istinadən məlumat verir ki, ifaçı axşam saatlarında Sumqayıta, Dünya TV-yə çəkilişə gedərkən qəza keçirib. Müğənni, \"Ford” markalı avtomobili ilə kanalda yayımlanan, əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu \"Sirriniz Qalmasın” verilişinə tələsirmiş. Məlumata görə, Bahar Lətifqızı efirə gecikdiyi üçün maşını sürətlə sürüb və qəza baş verib.Hadisə yerinə DYP əməkdaşları gəlib. Bahar Lətifqızının xəsarət aldığı bildirilir.

  • Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyətlər verildi

    25.06.2016 13:27

    Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Fərmanla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə xeyli yeni səlahiyyətlər verilib. Hüquqşünas Ərşad Hüseynov OBBA.WS-ə deyib ki, dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ictimai nəqliyyatla bağlı xeyli xətalara (biletsiz sərnişin daşıma, müvafiq sənədlər olmadan sərnişin daşıma, avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsi, özbaşına nişan qoyma və s.) görə məsuliyyətə cəlb etmə səlahiyyəti Agentliyə verilir. hesab edir ki, həmin səlahiyyətlərin verilməsi Agentliyin Əsasnaməsindən irəli gəlir və bu yeni qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək...

  • Birjalarda neftin qiyməti

    25.06.2016 13:24

    Dünya birjalarında neftin qiyməti cüzi bahalaşıb.OBBA.WS məlumat verir ki, Nyu-Yorkun NYMEX (\"New York Mercantile Exchange”) birjasında \"Layt” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar bahalaşaraq 47,58 dollar, Londonun İCE (\"İnterContinental Exchange Futures”) birjasında \"Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar artaraq 48,39 dollar olub.