-
DTX generalı aprel döyüşlərindən yazdı
25.06.2016 13:21
\"2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus \"Mi-24\" tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərbçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirib\". May.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.MTN rəhbəri qeyd edib ki, aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür.M.Quliyev deyib ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarıblar. \"Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilib ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir.Beləliklə də, düşmən təbliğatının \"erməni əsgərinin məğlubedilməzliyi” barədə \"mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirib”.O, qeyd edib ki, bu uğurlu hərbi əməliyyatın nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib, ordumuz hətta bundan bir neçə dəfə böyük ərazini tam nəzarətə götürməyə müvəffəq olub:\"Əsgər, gizir və zabitlərimizin şücaəti Azərbaycan cəmiyyətindəki vətənpərvərlik ruhunu coşdurub, Ermənistan əhalisini və işğalçı qüvvələri dərin psixoloji sarsıntıya məruz qoyub. Düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxıb, beynəlxalq ictimaiyyət, xüsusən, vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortya qoyduğunu görərək təcili hərəkətə gəlib.Prezident İlham Əliyevin dediyi kimi, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı konkret addımların atılmasının vaxtı çatmışdı, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək\".
-
Miri Yusif və Röya - #Səndən1Dənədir
24.06.2016 15:14
MP3 Yüklə l Скачать l Download
-
Məktəblərdə attestat pulu kimin cibinə gedir?
23.06.2016 03:28
Bir sıra məktəblərdə 11-ci sinfi bitirən şagirdlərdən 25 manat attestat pulu yığılır. Bunun qanuni olduğunu düşünən bir çox valideynlər isə tələb olunan məbləği verirlər. Redaksiyamıza Xırdalanda yerləşən 2 saylı orta məktəbdən daxil olan şikayətdə belə deyilir. May.Az bildirir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov musavat.com-a açıqlamasında bu pulun qanunsuz olaraq yığıldığını dedi: \"Bu cür hal varsa, bizə yazılı qaydada müraciət etsinlər. Biz məsələni araşdıraq. Bu pulun yığılmasından Təhsil Nazirliyinin xəbəri yoxdur. Hansısa məktəb barədə bu cür fakt, konkret şikayət varsa, ad-soyadlarını qeyd etmək şərti ilə bizə yazılı müraciət etsinlər. Bizim daxili nəzarət şöbəmiz var. Biz şikayəti həmin şöbənin xidməti araşdırmasına verək araşdırsın və müvafiq tədbir görülməsi ilə bağlı göstəriş verək\".
-
Rəsmi Bakı Nalbandyanın cavabını verdi
23.06.2016 03:26
\"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də öz ənənəsinə sadiq qalaraq qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir\".BAKU.WS-in məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib.XİN rəsmisinin sözlərinə görə, erməni nazir hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqe ilə ziddiyyət təşkil edir.Mətbuat katibi bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq Sankt-Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.E. Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşündən sonrakı açıqlamasında Azərbaycanın konstruktiv olmayan müxtəlif bəyanatlarla çıxış etdiyini deyib. İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Sankt-Peterburq görüşü iyunun 20-də baş tutub.
-
Qadınları fahişəliyə sürükləyən Elvira tutuldu
23.06.2016 03:25
Qadın alveri ilə məşğul olan şəxs saxlanılıb.May.Az DİN-in saytına istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Elvira Qurbanova qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
-
Təcili! Sərkisyan bu gün Qarabağa gəldi
23.06.2016 03:23
Ermənistan prezidenti Serj Sərkisyan bu gün iyunun 22-də Dağlıq Qarabağa gəlib. BAKU.WS xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti açıqlama verib. Məlumata görə Sərkisyanın səfəri \"işçi” xarakteri daşıyır, lakin onun işğal altındakı Azərbaycan ərazilərinə hansı məqsədlə yola düşdüyü göstərilmir.Virtualaz.org ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma \"DQR” rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.
-
Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək
23.06.2016 03:21
Azərbaycanın sığorta şirkətləri yol qəzası nəticəsində yararsız vəziyyətə düşmüş və balanslarına götürdükləri avtomobilləri onlayn hərracda sata biləcək. Bu barədə \"Report\"a açıqlamasında avtomobilərə dəymiş zərərin qiymətləndilməsi ilə məşğul olan \"Audatex-Azerbaijan\" şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.Onun sözlərinə görə, təmsil etdiyi şirkətin bu xidməti tezliklə Azərbaycan bazarına təqdim ediləcək: \"Söhbət \"auto-online\" xidmətindən gedir. Sığorta şirkətləri məhv olmuş (\"total loss\") avtomobilləri bizə təqdim edə biləcək. Bizim şirkət onlara baxıb qiymətləndirəcək və onlayn rejimdə, xüsusi hazırlanmış saytda satışa çıxaracaq. Təbii ki, hərrac qaydalarına uyğun olaraq ən yüksək qiyməti təklif edən şəxslər həmin maşınları ala biləcəklər\".Bununla yanaşı, tətbiqi planlaşdırılan yeni xidmət təkcə sığorta şirkətləri üçün nəzərdə tutulmayıb. Z.Kərimzadə bildirib ki, istənilən idarə, müəssisə və təşkilat avtomobil parkındakı köhnə nəqliyyat vasitələrini onlayn hərraca çıxara biləcək.
-
İranda zəlzələ oldu - Naxçıvan silkələndi
23.06.2016 03:19
Bu gün yerli vaxtla saat 14:47:06-da Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən May.Az-a verilən məlumata görə, zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.
-
\"Rəşad məni zorladı ...\" - Mesajla başlayan \"sevgi\", təcavüz və bəraət
23.06.2016 03:10
Bakıda zorlama və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Quba rayon sakini, 1994-cü il təvəllüdlü Rəşad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Rəşad Quliyev 2014-cü ilin yanvar-fevral aylarında satıcı işlədiyi Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerin yaxınlığındakı S.Ə.Pişəvəri küçəsi 1 ünvanında yerləşən \"Real Telekom\" telefon mağazasına anası ilə telefona mahnı yazdırmaq üçün gələn Samirə Mehdiyeva (ad və soyad şərti verilib) ilə tanış olmaq istəyib.ZorlamaBu məqsədlə Rəşad 15 yaşlı Samirənin telefon kartına öz mobil telefon nömrəsini yazaraq ona zəng etməsini xahiş edib. 11 fevral 2014-cü ildə Samirə öz telefonu vasitəsi ilə Rəşada mesaj göndərib. Rəşad da qarşılıqlı sevgi xarakterli mesajlar yazaraq Samirəni guya sevdiyini və onun üçün darıxdığını bildirib.BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, Rəşad həmin vaxt Samirəni görüşə dəvət edib. Fevralın 14-də, saat 21.30 radələrində Rəşad onunla görüşə gələn Samirə ilə işlədiyi mağazanın qarşısında görüşüb. O, Samirəyə mağazanın binasının arxasına keçərək gəzişməyi təklif edib. Onlar söhbət edə-edə evlərin arası ilə nisbətən qaranlıq yer olan 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəliblər. Bu zaman Rəşad Samirəni öpüb, sonra cinsi əlaqədə olublar.3 il cəzaİstintaq orqanı Rəşad Quliyevi Cinayət Məcəlləsinin 149.3.3-cü ( aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmə Rəşad Quliyevə verilən ittiham üzrə maddəni dəyişib və onu Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində Rəşad Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib. Həmiçinin Rəşad Quliyevin vəkili də apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyasında iş hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.\"Samirənin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib\"Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Rəşad Quliyev elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, Samirə ilə heç vaxt cinsi əlaqədə olmayıb: \"Samirəni zorlamamışam, seksual xarakterli əxlaqsız hərəkətlər etməmişəm. Bütün bunlar yalan, mənə qarşı şər və böhtandır\".Təqsirləndirilən şəxsin sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarıb: \"2014-cü ilin yanvar ayının sonlarından başlayaraq Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yanında yerləşən \"Real Telekom\" adlanan mağazada disk satıcısı işləməyə başlamışam. Əvvəllər özünü Təhminə kimi təqdim edən, sonradan adının və soyadının Samirə Mehdiyeva olduğunu bildiyim qız bir neçə dəfə anası ilə birlikdə işlədiyim telefon mağazasına telefona mahnı yazdırmaq üçün gəlib. Samirəni 2014-cü ilin yanvar-fevral aylarında tanımışam. Samirənin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib. Söhbət əsnasında kirayədə qaldığım evdə su olmamasından narazılıq etdim və kirayə ev axtardığımı bildirdim. Qızın anası mobil telefon nömrəmi götürdü ki, onlar tərəfdə mənim üçün ucuz və şəraitli ev tapacaq\".\"Samirə boynuma atılaraq ağladı\"Rəşad Quliyev bildirib ki, fevralın 11-də tanımadığı nömrədən ona mesaj gəlib: \"Əvvəlcə mesaj yazan şəxsi tanımadım. Sonra Təhminə kimi tanıdığım Samirə özünü təqdim etdi. Həmin gün biz xeyli mesaj yazaraq danışdıq. Fevralın 14-də, axşam saat 21.30 radələrində işdə olduğum zaman Samirə iş yerimə gələrək məni çölə çağırdı. Bayıra çıxdıqda qapının qarşısında məni gözləyən Samirə boynuma atılaraq ağladı. Samirə evə gecikdiyini deyərək boynumu qucaqladı və bildirdi ki, qurban olum, məni evə apar. Mən də Samirəni ötürmək qərarına gələrək mağazaya girdim və paltarımı geyinərək mağazadan çıxdım. Samirə ilə binanın arxasından keçdik. Avtobus dayanacağına bir neçə metr qalmış dayanaraq bir neçə dəqiqə söhbət etdik. Sonra isə avtobusa minmək üçün küçənin əks tərəfinə keçdik\".\"Mənimlə birlikdə yaşamaq istədiyini dedi\"Rəşad Quliyev qeyd edib ki, Samirə Xırdalana gedən avtobusa minməkdən imtina edib və bildirib ki, sürücü onu tanıyır: \"Bu səbəbdən avtobusa \"20 Yanvar\" metro stansiyasından minmək üçün birlikdə səki ilə hərəkət edərək 20 Yanvar dairəsinə çatdıq. Moskva prospektində Sumqayıt istiqamətinə gedən avtobusların dayanacağında avtobusa minmək istəyərkən Samirə bu sürücünün də onu tanıdığnı bildirdi və avtobusa minməkdən imtina etdi. Bu səbəbdən biz kənara çəkildik. Bu zaman atam mənə zəng etdi. Atam ilə işlərim barədə təxminən 5 dəqiqə danışdıqdan sonra Samirə ilə 135 nömrəli marşrut avtobusuna minərək onun yaşadığı Xırdalana gəldik. Yolda Samirə onu yaşlı Mazan adlı qohumuna ərə vermək istədiklərini, lakin onu istəmədiyini bildirdi. Samirənin məndən xoşu gəldiyini, mənimlə birlikdə yaşamaq istədiyini dedi. Samirəyə nişanlı olduğumu bildirdim\".\"Samirəyə məndən əl çəkməsini dedim\"Rəşad Quliyevin sözlərinə görə, bir qədər sonra Xırdalanda Samirə çatdıqlarını bildirib və onlar avtobusdan düşüblər: \"Bu zaman Samirə evlərinə tərəf getdi. Mən isə yolun əks tərəfinə keçərək avtobusa minərək şəhərə qayıtdım. Yolda olduğum vaxt 10-15 dəqiqə keçmiş tanımadığı nömrədən Samirə zəng vurdu və anasının artıq evə gəldiyi üçün evə girə bilmədiyini, anasından qorxduğunu dedi. Samirə geri qayıtmağımı xahiş etdi. Mən isə qayıda bilməyəcəyini bildirdim və qorxmamasını, evə getməsini söylədim. Bundan sonra Samirə müxtəlif nömrələrdən bir neçə dəfə zəng vuraraq yanıma gəlmək istədiyini bildirdi. Samirəyə məndən əl çəkməsini, evə getməsini dedim. Bir müddət sonra yenidən mənə zəng gəldi. Telefona cavab verəndə taksi sürücüsü olduğunu, Samirəni 3-cü mikrorayon dairəsində düşürdüyünü bildirdi. Bundan sonra, Samirədən xəbərim olmayıb. Gecə evimdə yatmışam. Səhəri günü Samirənin anası və qardaşı yanıma gəldilər. Onlar Samirəni soruşdular. Samirəni axşam evə ötürdüyümü, sonuncu dəfə taksi sürücüsünün telefonundan zəng vurduğunu bildirdim. Bundan sonra məni izahat vermək üçün polis bölməsinə çağırdılar\".\"Samirəni görüşə çağırmamışam\"Rəşad Quliyev daha sonra qeyd edib ki, Samirənin telefonuna öz nömrəsini yazmayıb: \"Samirə ilə görüşmək fikri olmayıb. İlk olaraq Samirə mənə mesaj yazarkən mesaj yazanın kim olduğunu belə bilməmişəm. Samirə özünü təqdim etdikdən sonra mesaj yazanın Təhminə kimi tanıdığım qız olduğunu bilmişəm və qarşılıqlı olaraq bir-birimizə sevgi xarakterli mesajlar yazmışıq. Fevralın 14-də Samirəni görüşə çağırmamışam və həmin gün Samirənin iş yerimə gələcəyindən də xəbərim olmayıb\".\"Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub\"Daha sonra Rəşad Quliyev bildirib ki, heç vaxt 266 saylı məktəbin həyətində olmayıb: \"Həmçinin fevralın 14-də, axşam saatlarında Samirə ilə birlikdə 266 saylı məktəbin həyətinə getməmişəm. Onunla cinsi əlaqədə olmamışam və ya ona qarşı seksual xarakterli heç bir hərəkət etməmişəm. Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub. Qızını da əxlaqsız hərəkətlər etməyə məcbur edib. Ana və qızı başqa şəxslərə şər atmaqla pul qazanmaqla məşğul olublar\".\"Rəşad məni görüşə çağırdı\"Zərərçəkmiş şəxs qismində dindirilən Samirə Mehdiyeva bildirib ki, anası Zöhrə ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsi adlanan yerdə yerləşən telefon mağazasına mahnı yazdırmaq uçün gediblər: \"Həmin vaxt mağazada satıcı işləyən Rəşad Quliyev anamın telefonunun yaddaş kartına özünün telefonunun nömrəsini yazdı və məndən ona zəng etməyimi xahiş etdi. Fevralın 11-də anamın tanışı Mirislam Mahmudovdan aldığım telefon nömrəsindən Rəşada mesaj yazdım. Bu zaman Rəşad məni görüşə çağırdı\".\"Mənimlə cinsi əlaqəyə girməyi təklif etdi\"Samirə Mehdiyevanın sözlərinə görə, fevralın 14-də, axşam anasının qaz sayğacı kartına pul yükləmək üçün getdiyini görüb və saat 20.30 radələrində evdən çıxaraq Rəşadın işlədiyi mağazaya gəlib: \"Rəşad əvvəlcə \"Sahil\"ə gəzməyə getməyi təklif etdi. Mən isə vaxtımın az olduğunu və anamın evə qayıdana qədər evdə olmağımın vacibliyini dedim. Bu zaman Rəşad mənə \"bu tərəfə gedək\" dedi və binanın arxa tərəfinə keçdik. Orada adamların olduğunu gördük. Rəşad məhlənin içərisinə doğru getməyi xahiş etdi. Gəzə-gəzə 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəldik. Ətrafda heç kimin olmadığını görən Rəşad məni tutaraq divara sıxdı və məni öpməyə başladı. Sonra mənə qarşı seksual xarakterli hərəkətlər etməyə başladı və mənimlə cinsi əlaqəyə girməyi təklif etdi\".\"Mənimlə cinsi əlaqədə oldu\"Samirənin ifadəsinə görə, Rəşadın cinsi əlaqədə olmaq təklifini rədd edib və onu geriyə itələyib: \"Bu vaxt Rəşad qolumdan tutaraq məni öldürməklə hədələdi. Sonra Rəşad məni soyunduraraq iki dəfə cinsi əlaqədə oldu. Bu zaman qorxumdan səsimi çıxarmadım. Cinsi əlaqədə olandan sonra Rəşadla \"20 Yanvar\" metro stansiyasına gəldik. Oradan Xırdalana gedən 135 saylı marşrut avtobusu ilə məni evimizin yaxınlığına gətirdi və sonra şəhərə qayıtdı. Evə gəldikdə anamin artıq evdə olduğunu gördüm. İçəri girməkdən qorxaraq Rəşadın yanına qayıtmaq istədim. Yolda müxtəlif şəxslərin telefonu ilə Rəşada zəng vurdum və evə getməkdən qorxduğumu dedim, onun yanına qayıtmaq istədiyimi bildirdim\".\"Zorlandığım barədə anama danışmaqdan qorxdum\"Samirə Mehdiyeva bildirib ki, bu zaman Rəşad ona yanına gəlməməsini deyib: \"Bu vaxt anamın dayanacağa tərəf gəldiyini gördüm və taksiyə oturdum. Taksi sürücüsünün telefonundan Rəşada zəng vurdum. Lakin Rəşad məni qəbul etmədi. Taksi sürücüsünə getməyə yerim olmadığını dedim. Ondan səhərə kimi maşında qalmağıma icazə istədim. Səhərə kimi maşınında qaldım. Səhəri gün sürücüdən məni Xırdalanda bazarın yanında düşürməsini xahiş etdim. Sürücü həmin yerdə məni düşürdü. Bir qədər sonra anam və qardaşım oraya gəldilər və məni evə apardılar. Zorlamam barədə anama danışmaqdan qorxdum. Bu barədə səhəri gün yuxudan duranda anama hər şeyi danışdım\". \"Qızıma baxdığını gördüm\"Cinayət işi üzrə şahid qismində ifadə verən Samirə Mehdiyevanın anası Zöhrə Mehdiyeva bildirib ki, fevralın 14-də, axşam saat 21 radələrində karta qaz yükləmək üçün 3-cü mikrorayon dairəsinə gəlib və qazı yükləyərək bir saatdan sonra evə qayıdıb: \"Qızım Samirənin evdə olmadığını gördüm və Quşçuluq massivində başqa evdə yaşayan oğlum Amilə zəng vuraraq məlumat verdim. Oğlum ilə birlikdə Abşeron Rayon Polis Şöbəsinə gələrək qızımın evdən getməsi və geri qayıtmaması barədə ərizə verdim. Fevralın 15-də, saat 17 radələrində Samirəni Xırdalan şəhərində tapdıq. Məlum oldu ki, qızım həmin gecə başqa bir oğlanla taksidə qalıb. Sonradan qızımın məhkəmə-tibbi ekspertizadan keçirilməsini xahiş etdim və ekspertiza ilə Samirənin bakirəliyinin pozulduğu müəyyən edildi. Ona görə də ərizə ilə Abşeron Rayon Prokurorluğuna müraciət etdim. Qızımın dediyinə görə, onu Rəşad zorlayıb\".Zöhrə Mehdiyeva daha sonra ifadəsində qeyd edib ki, Rəşadın işlədiyi 3-cü mikrarayon dairəsi yanında yerləşən \"Real Telekom\" adlanan mağazaya 2014-cü ilin yanvar ayında qızı Samirə ilə birlikdə 2-3 dəfə musiqi yazdırmağa gedib: \"Həmin vaxt Rəşadın qızıma baxdığını gördüm və buna görə də ona xəbərdarlıq etdim. Qızımin itdiyini bildikdən sonra Rəşadın qızıma baxmağından şübhələndiyimə görə, oğlum ilə birlikdə onun iş yerinə gəldik. Fevralın 15-də, günorta saatlarında qızımı tapdıq. Fevralın 16-da qızım Rəşad tərəfindən zorlandığını dedi. Mən də bu barədə polisə ərizə ilə müraciət etdim\".Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rəşad Quliyevin apellyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.Məhkəmə Rəşad Quliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
-
Azərbaycanda əhali aksiya keçirib
23.06.2016 03:08
Tovuz şəhər sakinlərinin rayondakı mərkəzi yolu bağladıqları bildirilir. Sakinlərin etiraz aksiyasına qalxmasının səbəb kimi isə Tovuzun əsas küçələrinə 15 gündür içməli suyun verilməməsi göstərilir.May.Az Report-a istinadən xəbər verir ki, sakinlərin aksiyası nəticəsində şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti çətinləşib, tıxac yaranıb.Etiraz edən sakinlərin deməsinə görə, rayonun Nəsimi, M.Rəsulzadə, Y.Sadıqov küçələrinə 15 gündür içməli su verilmir.Aksiya keçirilən əraziyə Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının gətirildiyi bildirilir. Polis əməkdaşlarının müdaxiləsindən sonra mərkəzi prospektdə hərəkətin bərpa edildiyi deyilir.Tovuz Su-Kanal idarəsinin rəisi Azər Süleymanov sayta sakinlərin su təchizatındakı problemin səbəblərindən danışıb.\"Son günlər havanın yağmurlu olması nəticəsində Zəyəm çayında sululuq artıb. Buna görə də, şəhərə su verilməsində çətinlik yaranıb. Sakinlərin içməli suya olan tələbatını ödəmək üçün bu gün həmin küçələrə maşınlarla içməli su gətirilib”.İdarə rəisi əhaliyə içməli suyun verilməsində yaranan problemin iki gün ərzində həll olunacağını bildirib.
-
Başı kəsilən 17 yaşlı qızın gizli mesajları üzə çıxdı
23.06.2016 03:06
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti tapılıb. Onu hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələ də məlum deyil.G.Gülməmmədovanın əmisi Natiq Gülməmmmədov AzVision.az-a açıqlamasında qatilin tapılması üçün axtarışların davam etdirildiyini deyib.\"Günayın kim tərəfindən öldürülməsini bilmirik. Ailənin heç kimlə problemi, ədavəti olmayıb. Qardaşım sakit insandır. Hazırda o, xəstə olduğu üçün gəzə bilmir. Bizim nəslimizdə ilk dəfədir, belə qətl hadisəsi baş verib. Bu, dəhşətli qətldir. Günayı öldürən normal insan ola bilməz. Belə cinayəti ancaq terrorçular, İŞİD-çilər törədə bilər”.Əmisinin sözlərinə görə, poli əməkdaşları tərəfindən G.Gülməmmədovanın bir oğlanla danışdığı aşkar edilib: \"Araşdırma zamanı Günayın telefonunda gizli mesajlar tapılıb. O, kiminləsə mesajlaşırmış. Polis əməkdaşları hazırda həmin şəxsin müəyyən edilməsi istiqamətində iş aparırlar. Bəlkə də hadisəni həmin şəxs törədib. Polis tərəfindən mesajlar yoxlanılıb. Həmin şəxs polisə ifadə verəcək. Biz onun kim olduğunu bilmirik. Ailə üzvləri Günayın oğlanla danışdığından xəbərsiz olublar. Mesajlar onun ölümündən sonra ortaya çıxıb.Cinayətin baş verdiyi axşam Günay evdəkilərə qonşuya getdiyini deyib. O, beş dəqiqəyə evə qayıdacağını bildirib. Amma qayıtmayıb. Bir neçə saatdan sonra Günayın başı kəsilmiş vəziyyətdə meyiti tapıldı”.
-
Sarkisyan Baş Kəşfiyyat İdarəsinin rəisini işdən qovdu
23.06.2016 03:05
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi Qaregin Mxitaryanı tutduğu vəzifədən azad edib.May.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun əvəzinə Stepan Melkonyan təyin edilib. Qaregin Mxitaryanın nə üçün işdən çıxarıldığı açıqlanmayıb. Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistanın güc sturuklurunda bir neçə şəxs tutduğu vəzifədən azad edilib.
-
Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı
23.06.2016 03:03
Məşhur azərbaycanlı \"qanuni oğru” Rövşən Lənkəranski İstanbulda kriminal aləmin nüfuzlu şəxslərini bir araya yığıb.Toplantıda oğru aləmində baş verən proseslər müzakirə olunub və bir sıra ciddi qərarlar qəbul edilib. Müzakirələr zamanı azərbaycanlı Ruslan adlı avtoritetə \"qanuni oğru” adı verilməsi də razılaşdırılıb və avtoritetə tacqoyma mərasimi keçirilib. Məlumata görə, əslən Lənkərandan olan Ruslan Bakının Əhmədli qəsəbəsində doğulub.Bir müddət əvvəl həbsdən azad olunan avtoritet, Azərbaycanı tərk edərək xarıcdə kriminal fəaliyyətini davam etdirir.Qeyd edək ki, iyunun 19-da başqa bir azərbaycanlının Moskvada \"qanuni oğru” adı alması barədə məlumat yaymışdıq. Bildirmişdik ki, Lənkəranskinin adamı hesab olunan Samir adlı avtoritetə \"qanuni oğru” statusu verilib.Məlumata görə Yasamalda doğulan Samir, məşhur \"qanunu oğru” Lotu Yunusun dayısı Hacıbalanın oğludur. (aznews.az)
-
Azərbaycanda İpoteka ilə bağlı yeni sistem - Prezident Fərman verdi
23.06.2016 03:02
Azərbaycan prezidenti İlham Əliyev ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb.May.Az xəbər verir ki, dövlət başçısının saytına istinadən bildirir ki, fərmana əsasən, \"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib. Nazirlər Kabinetinə \"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə \"Elektron hökumət” portalında \"Elektron ipoteka” sistemini yaratmaq və 2017-ci il yanvarın 1-dən tətbiq etmək tapşırılıb.\"Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir: ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini; ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını; ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını; ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə \"Elektron ipoteka” sisteminin \"Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını, habelə ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən \"Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etməlidir. Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb ki, \"Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.
-
ŞOK SSENARİ: Azərbaycandan olan milyonçu qətlə görə Moskvada həbs olundu
23.06.2016 03:00
Azərbaycandan olan milyonçu və Moskvanın iri firmalarından birinin rəhbəri qətl törətməyə görə həbs olunub. Virtualaz.org \"Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, o, ağlagəlməz dərəcədə qəddar və həyasız şəkildə özünə sui-qəsd səhnələşdirib və baş verənlərə görə düşmənlərini günahlandırıb. Bu tamaşanı inandırıcı etmək üçün biznesmen öz sürücüsünün real qətlini də təşkil edib.Qəzet yazır ki, hadisə aprelin əvvəllərində Moskva vilayətinin Mıtişi şəhərində baş verib. Biznesmenin adı və soyadı şərti olaraq \"Armen Staşinyan” göstərilir, lakin onun milliyətcə azərbaycanlı, yaxud erməni olduğu haqda məlumat verilmir. Bildirilir ki, həmin vaxt biznesmen öz villasından xidməti BMW avtomobili ilə uzaqlaşmaq istəyəndə killer maşına atəş açıb. \"Staşinyan” möcüzə nəticəsində sağ qalıb, ancaq sürücü aldığı 3 güllə yarasından hadisə yerində ölüb.Hadisəni araşdıran müstəntiqlər əvvəlcə \"Staşinyanın” sifarişli qətli cəhdi versiyasına üstünlük veriblər. Biznesmen deyib ki, o, Çindən Rusiya bazarına mal gətirir və işləri yaxşı getdiyindən rəqibləri onu aradan götürməyə çalışır. Lakin biznesmenin qurduğu tamaşa əməliyyatçılar üçün o qədər də inandırıcı olmayıb. Onlar müəyyən ediblər ki, biznesmen hadisəyə bir gün qalmış şəxsi mühafizəçilərindən imtina edib, sürücüsünü firmada başqa vəzifəyə keçirib və yeni sürücü işə götürüb.Habelə ekspertiza müəyyən edib ki, atəş açılarkən biznesmen maşında olmayıb və sürücünün qanı onun üstünə sıçramayıb. Hərçənd ki, biznesmen hadisə zamanı maşında olduğunu və sürücünün yanında oturduğunu demişdi. Nəticədə müəyyən olunub ki, biznesmen killer tutaraq sürücünü güllələdib və bununla da özünə qarşı sui-qəsd görüntüsü yaradıb. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəhbərinin köməkçisi Olqa Vradiy deyib ki, biznesmenə qarşı qətl ittihamı ilə cinayət işi qaldırılıb, onun həbsi məsələsi həll edilir.
-
İtkin düşən gəlinin atası DANIŞDI: \"Əri qızımı hər gün...\"
23.06.2016 02:58
Xəbər verdiyimiz kimi, Tovuz rayon sakini 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. Onun 8 gün əvvəl evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilir. Məlumata görə, Tovuzun Əlimərdanlı kəndində doğulan A.Quliyeva 6 il əvvəl rayonun Aşağı Öysüzlü kəndinə gəlin köçüb. İtkin düşən gəlinin 2 övladı var. Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış aparılır. A.Quliyevanın atası Məzahir Quliyev AzVision.az-a bildirib ki, qızının itkin düşməsində günah onun həyat yoldaşı və qayınanasındadır. \"Qızımın əri və qayınanası onu çox incidirdi. Yazıq qıza gün verib, işıq vermirdlər. Aytəkin bundan öncə də 3-4 dəfə evdən qaçmışdı. Bir neçə dəfə mən özüm onu evimizə gətirmişəm. Həyat yoldaşı onu tez-tez döyürdü. Aytəkinin itkin düşməsinə səbəb onlardır. Qızım günorta saat 12-də evdən qaçıb. Neçə gündür, Aytəkindən xəbər ala bilmirik. Bütün rayonu, kəndləri axtarmışıq, heç kim onu görməyib. Qonşuların dediyinə görə, əri hər gün Aytəkini döyüb. Bütün bu işlərin arxasında qayınanası durur. O, özünü şahzadə kimi aparır. Deyir ki, mənim bütün sözlərim əmrdir. Qızımın həyatını məhv etdilər. Onun iki balaca övladı var. Bəlkə də Aytəkin haradasa intihar edib”.
-
Ramazan ayının 17-ci gününün duası: 3 dildə (imsak və iftar vaxtı)
23.06.2016 02:57
\"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin\". Tərcüməsi:\"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun\". Молитва:Во имя Аллаха Всемилостивого и Милосердного.О Аллах! Укажи мне в этот день путь к благим деяниям, удовлетвори мои нужды и осуществи мои мечты. О Тот, кто не нуждается в пояснениях и вопросах, кто осведомлено всем, что находится в сердцах обитателей миров, благослови Мухаммада и его пречистое семейство! İyunun 23-də Bakıda imsak saat 03:08, iftar isə saat 20:31-dədir.
-
Sarkisyan təmas xəttində - Azərbacanın işğaldan azad etdiyi ərazilər müzakirə olundu
23.06.2016 02:54
Bu gün Azərbaycanın işğal olunmuş ərazisinə - Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan birbaşa təmas xəttinə yola düşüb. May.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti cəbhənin cənub istiqamətinə - Füzuli və Cəbrayıl rayonuna gəlib. Məlumata görə, Sarkisyan yüksək rütbəli erməni zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyətini müzkirə edib. Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan ordusu təmas xəttinin həmin istiqamətində düşmən təxribatının qarşısı alaraq əks-hücumla stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini və ümumilikdə işğal olunmuş Azərbaycan ərazisinin bir faizini azad edib. Düşmən ordusu həmin döyüşlərdə çoxlu canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib.
-
Одержимость (2004)
23.06.2016 02:51
Одержимость (2004)Жанр: триллер, драма, мелодрамаНакануне важной деловой поездки молодой преуспевающий финансист Мэтью замечает в ресторане свою бывшую возлюбленную Лизу, которая таинственным образом исчезла два года назад и страстью к которой он все еще одержим. Забыв обо всем, Мэтью ступает на путь обмана и подозрений, чтобы выследить ее.
-
Ordumuz Naxçıvanda hərəkətə keçdi: ermənilər təşvişdə
22.06.2016 02:36
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimi izləyib.Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyırdı.Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb. Düşmən strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ keçiriblər. Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək dərinlikdəki hədəfləri məhv ediblər.İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını, vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket kompleksləri düşmənə böyük itkilər verib. Bu zaman hava hücumundan müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib və strateji obyektləri hava hücumlarından qoruyub. Sonra atəş dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum qruplaşmasını havadan dəstəkləyib. Bu zaman briqadanın tanklarla gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edərək deyib: Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bunun bir səbəbi ölkəmizdəki sabitlik və davamlı inkişafdırsa, digər səbəb güclü və qüdrətli ordunun olmasıdır. \"Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır\", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan ordusu inkişaf edərək müstəqilliyimizin təminatçısına çevrilib. Torpaqlarımız etibarlı müdafiə olunur.Ali Məclisin Sədri deyib: Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir.Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Torpaqlarımızın müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur. Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir. Xalq-ordu birliyi vardır. İnsanlar sizə güvənərək rahat yaşayır. Hər bir hərbi qulluqçu da bilməlidir ki, onun arxasında güclü dövlətimiz və xalqımız dayanıb.Ali Məclisin Sədri qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətlə Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin \"Ölkəmiz qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq\" fikirləri ilə tamamlayıb.Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan olunub.Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan \"Hamı bir nəfər, bir nəfər hamı üçün\" şüarını səsləndiriblər.