Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Tech-Tech xanımlar mükafatlandırılacaq

    21.04.2008 20:05

    Tech-Tech Xanım Azərbaycan xanımların İT üzrə bilik və bacarıqlarını artırmaq üçün bir sıra işlər həyata keçirir.Məlumat verdiyimiz kimi  müraciət edən 150-dən artıq xanımdan 30 nəfər seçilib və son iki ay ərzində xanımlara peşəkar mütəxəssislər - Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov tərəfindən Software, Database, Network və Server əsaslarını öyrədən kurslar keçirilib.Xeberler.az-ın məlumatına görə, ilkin mərhələnin yekunu olaraq dekabrın 13-də Tech-Tech Xanımların mükafatlandırma mərasimi keçiriləcək.Tədbirdə Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən, İKT İnkişafına Dəstək Fondundan və İT sktorunda çalışan mötəbər qonaqların da dəvət olunduğu tədbirdə xanımların mükafatlandırılması, layihə çərçivəsində görülən işlərə dair hesabat və gələcək mərhələlərin açıqlanması nəzərdə tutulub.Bu sosial  layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilib. Layihə çərçivəsində ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlarımıza öyrədən kursların keçirilməsi oldu. WoWoman xanımların özlərini ifadə etməsi, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməsi, birlikdə daha çox nailiyyətlər əldə etmələri və özlərinə inamı artırmaq məqsədilə yaradılan sosial platformadır. WoWoman komandasının qarşısına qoyduğu mühim məqsədlərdən biri də, xanımların İKT sektoruna marağını artırmaqdır. Məhz buna nail olmaq üçün isə, Tech-Tech Xanım layihəsi yaradıldı.

  • Rektorun qızını döyən şəxslərə pis xəbər

    08.10.2004 01:06

    Bakı Apellaysiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının barəsində olan hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protestinə və qardaşların verdiyi apellyasiya şikayətinə baxılıb.BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, məhkəmə apellyasiya protestini və apellyasiya şikayətini təmin etməyib. Onların barəsində olan hökm dəyişdirilmədən saxlanılıb.Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.Həmin hökmdən narazı qalan Baş Prokurorluq onların cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Zaur və Elin Məmmədov isə onların barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.

  • Kino.May.Az | En Kaliteli Full HD Film Sitesi | Film izle

    10.12.2000 17:59