Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Qara Qarayev prospekti bağlanır

30.06.2016 01:00

Qara Qarayev prospekti bağlanır


Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır.

Bu, \"Azəravtoyol\" ASC-dən \"Report\"a daxil olan məlumatda deyilir.
Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən \"Qara Qarayev\" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.

Geri xəbərlərə