Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Hollandiyadan Azərbaycana gələn meyvədə xəstəlik tapıldı

01.07.2016 14:50

Hollandiyadan Azərbaycana gələn meyvədə xəstəlik tapıldı


Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.


KTN-in mətbuat xidmətindən MayşAz-a verilən məlumata görə, meyvələr Niderland Krallığından idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün \"Təmiz Şəhər\" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.

Geri xəbərlərə