Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Gələn həftənin qeyri-iş günləri

    02.07.2016 11:40

    Müsəlmanların müqəddəs ayının - Ramazanın sonuna sayılı günlər qalıb. Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri iş günü olacaq. ANS PRESS-in məlumatına görə, iyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.Bununla da gələn həftə 5 günlük qrafiklə çalışanlar 4 gün - 6,7 (bayram günləri), 9,10 iyun (həfttəsonu) istirahət edəcəklər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

  • Azərbaycanda qadın kreditini ödəsə də 5 il sonra məhkəməyə verildi (VİDEO)

    02.07.2016 11:36

    Balaxanı qəsəbəsi, \"6 mədən” ünvanında yaşayan Nargilə Sulatanova 2006-cı ildə paytaxtdakı mağzalardan birindən mebel alıb. Dediyinə görə, kreditə götürdüyü mebelin pulunu ödəyib bitirdikdən 5 il sonra ona kredit borcunun olduğu haqqında məhkəmə qətnaməsi gəlib.May.Az xezerxeber-ə istinadən məlumat verir ki, Nargilə Sultanovanın sözlərinə görə, mebeli götürən zaman ona \"banka ödəniş olunacaq və ya bankla müqavilə var”,- deyə heç bir xəbərdarlıq edilməyib. Mebel mağazası ilə müqavilə bağlanıb və hər ay məbləğ mağazaya ödənilib.Maraqlısı budur ki, onun mebel aldığı salon da hazırda fəaliyyət göstərmir. İndi mübahisə tərəfləri kimi bankla həmin qadın qalıb. Nargilə Sultanova deyir ki, artıq məhkəminin qərarı ilə onun ölkədən çıxışına da qadağa qoyulub.Ekspertlər isə deyir ki, əgər məsələ qadının dediyi şəkildə baş veribsə burada ciddi hüquqi pozuntular var. Yəni bank müqavilə üzrə son ödəniş vaxtından 3 il müddət keçibsə burda bank iddia hüququnu itirir. Həmin qadın elə təkcə bu əsasa görə qərarı ləğv etdirə bilər.[media=http://baku.ws/video2/v.php?v=493954][video=http://baku.ws/video2/v.php?v=493954]

  • В Chrome добавят поддержку виртуальной реальности

    02.07.2016 02:04

    Google продолжает укреплять позиции на рынке VR-решений, запустив в своём фирменном браузере тестирование формата WebVR.Разработчики Chrome рассказали о том, что вскоре в популярный браузер будет интегрирована поддержка виртуальной реальности, передаёт The Verge. В настоящий момент данная опция в тестовом режиме доступна пользователям последней версии Chrome Dev. Для активации VR-оболочки необходимо перейти по ссылке.Представители компании не сообщают, когда функция станет доступной массовому потребителю. Однако, скорее всего, это произойдёт не раньше, чем на рынке появятся первые устройства на основе VR-платформы Google Daydream. Иными словами, ждать придётся как минимум до осени 2016 года.

  • Побег за мечтой (2016)

    02.07.2016 01:24

    Побег за мечтой (2016)Жанр: криминал, драмаТри истории о трех разных мужчинах. Молодой писатель без книги, но со смертью под боком. Врач с принципиальной позицией и непониманием среди окружающих. И адвокат, считающий, что от всего можно откупиться. Всех троих испытает судьба, и ни один из них не останется прежним…

  • Vəzin iltihabı bu mərəzi YARADIR

    02.07.2016 01:21

    Bartolinit uşaqlıq yolunun dəhlizində yerləşən bartolin vəzinin iltihabıdır. Xəstəliyin törədicisi stafilokokk, streptokokk, qonokokk, bağırsaq çöpləri, bəzən isə trixamonozdur. Uşaqlıq yolu dəhlizinin böyük vəzisinin xaricə axan axacağının iltihabı nəticəsində kanalikulit, sonradan isə vəzin absesi inkişaf edir.Bartolin vəzisinin absesi xəstənin aşağıdakı şikayətləri olur:- zəiflik- baş ağrısı- bel ağrısı- hərarət.Yerli olaraq baxış zamanı isə hiperemiya, ödem və ağrının olması meydana çıxır. Bartolinit absesi yetişib öz-özunə açılandan sonra xəstənin vəziyyəti nisbətən yüngülləşir.Müalicəsi:Xəstəliyin müalicəsində törədicini nəzərə alaraq antibiotik təyin edilir. Kəskin fazada fizioterapiya (ultra yüksək tezlikli) istifadə edilir.Yerli müalicə olaraq vəzin nahiyəsinə buz, iltihab əleyhinə olan applikasiya qoyulur. Bartolin vəzin absesində cərrahi müalicə aparılır. Abses kəsilir, irin xaric olunur, yaranın kənarları dəriyə tikilir. Əməliyyatdan sonra tikişlər antiseptik məhlullarla bir neçə gün yuyulmalıdır.

  • Podaqra: oynaqlarda yaranan ƏZAB

    02.07.2016 01:20

    Podaqra artritin yayılmış növlərindən biridir, orta yaşlı adamlarda, kişilərdə daha çox rast gəlinir.Səbəbləri:Podaqranın yaranma səbəbi purinlə zəngin olan maddələr orqanizmdə istehsal olunan sidik turşusunun artıq miqdarda olması nəticəsində baş verir. Normada sidik turşusu böyrəklər və sidik vasitəsilə xaric olur. Podaqralı xəstələrdə sidik turşusu çox yaranır və ya böyrəklər vasitəsilə çətin xarıc olur ki, nəticədə orqanizmdə toplanır. Sidik turşusu orqanizmdə artıq olduqda oynaqlarda xırda kristallar şəklində toplanır, bu da iltihab və ağrıya səbəb olur. Sidik turşunun müqdarının artması müəyyən dərman preparatlarının qəbulundan sonra da baş verə bilər.Simptomları:Oynaqlarda kəskin ağrı, şişkinlik, qızartı olur. Bu ağrı bir neçə gün və ya həftə davam edə bilər. Podaqra tutması ən çox gecələr baş verir. Daha çox ayağın baş barmağı zədələnir, diz oynağı, bilək və əl barmaqları da zədələnır.Fəsadları:Bu fəsad oynaqlarada hərəkət məhdudluğuna səbəb ola bilər. Bəzən dəri altında ağ düyüncüklər - tofuslar ola bilər.Siz nə edə bilərsiniz:Həkimə müraciət etmək lazımdır. Düzgün müalicə tutmanı 1-2 günə aradan qaldırır. Pəhrizə əməl etmək lazımdır. Siz ət məhsullarından ( qara ciyər, ürək, böyrəklər), yağlı balıq, qızarmış balıq, konservləşdirilmiş istiotu, qırmızı ət məhsulları, ət, göbələk bulyonlardan imtina etmək lazımdır. Spirtli içkilərdən istifadə etməyin. Tutma zamanı oynağa sakitlik verin, dar ayaqqabi geyinməyin.Həkim nə edə bilər:Həkim diaqnoz qoyur və müvafiq müalicə təyin edir.

  • Ölümə səbəb olan böyrək xəstəliyi

    02.07.2016 01:18

    Qudpasçer sindromu böyrəklərin və ağciyərlərin proqressivləşən autoimmun xəstəliyi olub böyrək yumaqcıqlarının və alveulların kapiliarlarının membranına qarşı antitellərin əmələ gəlməsi ilə xarakterizə olunur.Xəstəlik genetik xarakter daşıyır. Amma xəstəliyin əmələ gəlməsində virus infeksiyalarının, peşə zərərlərinin, hepatit xəstəliklərinin də rolu olduğu söylənilir.Qudpasçer sindromu zamanı qeyri-məlum etioloji faktor böyrəklərin və ağciyərləri zədələyir. Zədələnmə nəticəsində böyrək yumaqcıqlarının sekresiyası yavaş-yavaş azalır. Bu təbii olaraq böyrəklərin və ağciyərlərin autoimmun zədələnməsinə imkan yaradır.Qudpasçer sindromunda alveolitin əmələ gəlməsində alveolyar makrofaqların aktivləşməsi böyük əhəmiyyətə malikdir. Aktivləşmiş vəziyyətdə onlar 40-a yaxın sitokin ifraz edirlər. Sitoksinlər polimorf nüvəli leykositlərin ağciyərlərə fibroblastların daxil olmasını gücləndirir.Xəstəlik zamanı aşağıdakı patologialar meydana çıxır:* böyrəklərin və ağciyərlərin mikrosirkulyasiya hövzəsi zədələnir* hər iki orqanın kapiliyarları zədələnir* böyrək çatışmazlığı inkişaf edir* alveoldaxili qansızmalar baş verir* hemosideroz və pnevmoskleroz inkişaf edir.Xəstəlik ağciyər xəstəliklərinin əlamətləri ilə özünü göstərir. Xəstələrdə yorğunluq, təngnəfəslik, arıqlamaqdan şikayət edirlər. Adətən ağciyərlərin zədələnməsi tez, böyrəklərin zədələnməsi isə gec baş verir.Böyrəklər zədələndiyi zaman isə hemoturiya, oliqoanuriya və böyrək çatışmazlığı inkişaf edir.Qudpasçer xəstəliyinə diqnozun qoyulmasında rentgenoqrafiya, EKQ və biopsiyanın nəticələri əsas götürülür.Xəstəliyin uyğun müalicəsi olmadığından nəticə çox pis olur. Xəstələr ağciyər qanaxmasından və ya böyrək çatışmazlığından ölürlər.

  • Üzüm yarpağı çayının faydaları

    02.07.2016 01:16

    Üzüm yarpağının tərkibində C, E, A, B6 vitaminləri və çoxlu minerallar var. 5 tənək yarpağında 14 kkalori vardır. Üzüm yarpaqlarından qədim zamanlardan müalicə məqsədilə istifadə edilib.Üzüm yarpağı dəmələməsinin ishal, ginekoloji qanaxmalar, irininli vaginal axıntılar zamanı faydası böyükdür. Bu dəmləmə damar divarını möhkəmləndirir, varikoz genəlmələr və ayaq damarlarında durğunluğu aradan qaldırır. Üzüm yarpağı qaynadılıb 1 ay müddətində içilərsə alkohol qəbulunu kəsir. Bu müalicə üsulu alkoholdan zərər görmüş orqanizmi təmizləyir, alkohol zəhərlənmələrini aradan qaldırır. Üzüm yarpağı aşağıdakı kimi, dəmlənir.10-12 üzüm yarpağının üzərinə 200 ml isti su tökülür və 5-7 dəqiqə qaynadılır, ilıq halda içilir. Dəmləmənin orqanizmə bir-çox faydaları vardır:- damarları möhkəmləndirir və damar keçiriciliyini tənzimləyir- ağciyər xərçənginin inkişafını ləngidir- üz dərisini cavanlaşdırır- ishalı kəsir- qanaxmaları azaldır- ayaqlardakı ödəmi aradan qaldırır-alkohol zəhərlənmələrini aradan qaldırır- insanı spirtli içkidən diksindirir.

  • Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır

    02.07.2016 01:14

    \"Hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26-sı regionlarda, 8-i Bakıda) 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir\".Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ölkədə müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır: \"Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir. Şöbə müdiri onu da qeyd edib ki, hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır: \"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. XBÇ hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb olur\", - deyə F.Babayev əlavə edib.

  • Azərbaycanlı kişi müğənni qadın oldu

    02.07.2016 01:12

    Vaxtı ikən populyar olan Azərbaycanın kişi müğənnisi qadın oldu. 90-cı illərdə ekstravaqant imici ilə gündəmdə olan müğənni Rövşən Hicrəti cinsini dəyişib.Vətəni tərk edərək hazırda Hollandiyada yaşayan Rövşən əməliyyat etdirərək qadın cildinə girib. Adını isə dəyişərək Roşana Lamborgini olub. Aldığımız məlumata görə, hazırda ərdə olan müğənni Hollandiyada müğənnilik fəaliyyətini davam etdirməkdədir. Yeri gəlmişkən, Roşananın əri də azərbaycanlıdır.Müğənninin hazırkı qadın obrazlı şəkillərini təqdim edirik:

  • Tahir İmanov model xanımı ilə təqdimatda - FOTOLAR

    02.07.2016 01:09

    Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist Günel Anarqızının \"Seçilənlər\" kitabının təqdimatı və musiqili ədəbi gecə keçirilib.Mərasimə qatılan tanınmışlar arasında əməkdar artist, KVN-çi Tahir İmanov ilə həyat yoldaşı, keçmiş model Nigar Əliyeva da olub.Tahir İmanov fotolarını çəkmək istəyən fotoqraflara etiraz edərək bildirib ki, fotolarının çəkilməsini istəmir.Qeyd edək ki, T.İmanovun həyat yoldaşı Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə \"Best Model Azerbaijan\" müsabiqəsində \"Miss Grace\" nominasiyasına layiq görülüb. 2010-cu ildə \"Best Model Azerbaijan\" müsabiqəsində 2-ci yerə çıxıb və \"Miss Xəzər\" nominasiyasını qazanıb. 2011-ci ildə \"Qaranlıqlar çiçəyi\" filmində çəkilib.Cütlüyün toy mərasimi 2015-ci ilin dekabrın 26-da keçirilib.

  • Neftçalada 19 yaşlı özünü Kürə atdı

    02.07.2016 01:00

    İntihar hadisəsi rayonun Birinci Qaralı kəndi ərazisində qeydə alınıb.Neftçala rayonunda intihar hadisəsi baş verib.May.Az APA-ya istinadən xəbər verir ki, rayonunun Birinci Qaralı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədova Şəfa Şakir qızı özünü Kür çayına ataraq həyatına son qoyub.Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qızın meyitini axtarırlar. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Türkiyədə İstanbul terroru ilə bağlı kütləvi həbslər başladı

    02.07.2016 00:59

    Həbs edilənlərin İŞİD-lə əlaqəsi olduğu üzə çıxıb.Türkiyənin hüquq-mühafizə orqanları İstanbul aeroportunda baş vermiş terror aktında şübhəli bilinən 17 nəfəri saxlayıb. Oxu.Az-ın Milliyet nəşrinə istinadən məlumatına görə, saxlanılan şəxslərin kimliyi açıqlanmır.Bildirilir ki, həbs edilənlərin “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqəsi olduğu üzə çıxıb.Qeyd edək ki, Atatürk aeroportunun giriş və çıxışında, eləcə də avtomobil dayanacağında törədilən partlayışlar zamanı 44 nəfər ölüb, daha 239 nəfər isə yaralanıb.Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

  • İraq Prezidenti İlham Əliyevdən kömək istədi

    02.07.2016 00:54

    İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.May.Az xəbər verir ki, Prezident Fuad Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş edib.Qeyd olunub ki, İraq dövləti yeddi ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.Bildirilib ki, 2016-cı il iyulun 10-20-də Türkiyənin İstanbul şəhərində Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə də UNESCO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki, İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.

  • Ramil Usubov polislərə rütbə verdi

    02.07.2016 00:53

    Azərbaycan polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, istinadən bildirir ki, nazirliyin aidiyyəti xidmət rəislərinin, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.Daxili işlər naziri təntənəli mərasimdə çıxış edib. Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri onları, valideynlərini və yaxınlarını Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə bir daha təbrik edib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.O, qeyd edib ki, müstəqilliyi, dövlətçiliyi, ictimai asayişi, qanunçuluğu və xalqın əmin-amanlığını etibarlı qorumaq qarşıda duran ən mühüm vəzifələrdir. Hakimiyyətin nümayəndəsi olan polis mədəniyyəti, nəzakətli davranışı ilə nümunə, vətəndaşlarımızın güvənc yeri olmalıdır. Xidməti borca daim sadiq qalmalı, əzm və fədakarlıqla çalışmalıdır. Hər zaman axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, nəzəri biliklərini, peşəkarlıq səviyyələrini artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.\"Vətəndaşlarımız da əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar”, - deyə, R.Usubov əlavə edib. Nazir vurğulayıb ki, bizim üçün ən böyük, ən dəyərli və obyektiv qiymət isə xalqın dövlətinə inamıdır.Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş beş məzuna - Şəhriyar Abuzərliyə, Mətin Qulubəyliyə, Zöhrab Quliyevə, Gözəl Gözəlova və Natiq Şahverdiyevə diplomları və \"polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.Əlaçı məzun Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər \"Azərbaycan Polisi” marşını ifa ediblər. Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

  • Silahlı Qüvvələrə yığılan vəsaitin məbləği açıqlandı

    02.07.2016 00:51

    Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb. May.Az Müdafiə Nazirliyinin saytına istinadəm verdiyi məlumata görə, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2016-cı il tarixədək 74.828.198,22 AZN, 212.373,88 ABŞ dolları, 3593,69 avro və 5000,0 rubl vəsait daxil olub.

  • Şəbnəm Tovuzlu: \"Soruşan yoxdur ki, söydüyüm adam...\"

    02.07.2016 00:50

    Medianın ən çox danışılan müğənnisi Şəbnəm Tovuzlu (Əsədova) İnstaqram profilini izləmək istəyən yeni istifadəçilər üçün bəzi qadağalar edib. May.Az Primetime.az-a istinadın xəbər verir ki, 302 min \"follow\"eri olan Şəbnəm bunun səbəblərini belə izah etdi:\"Bu günə qədər səhifəm hamıya açıq idi. Saxta profillər açıb təhqir yazanları bloka atmaqdan bezmişdim. Bir neçə gün bundan əvvəl paylaşdığım şəkillərin birinin altında yenə şəxsiyyətimə toxunan ifadələr yazıldı. Soruşan yoxdur ki, söydüyüm adam mənə nələr yazıb ki, mən də onu təhqir etmişəm. Həmin adam yazdığım söyüşlərdən də artığına layiqdir. Buradan hamıya səslənirəm. Əgər bir də səhifəmdə təhqir olunsam, polisə müraciət etməkdən başqa yolum qalmır. Mən də bəzi həmkarlarım kimi \"internet qoçu\"larını qanuni şəkildə cəzalandıracağam.Gündəm yaratmaq naminə yazdığım şərhi \"skrin\" edib xəbərə çevirən jurnalistlərə səslənib deyirəm ki, əgər işinizi qərəzsiz görürsünüzə, niyə təkcə mənim cavabımı oxuculara çatdırırsınız? Belə jurnalistika olmur. Şəxsi həyatıma bu qədər müdaxilə etmək səlahiyyətini onlara kim verib? Bu andan etibarən İnstaqram səhifəmə girişi məhdudlaşdırmışam. Və səhifəmi izləmək istəyən insanları seçim edib, qəbul edəcəm\".Şəbnəm onu da vurğuladı ki, rekert saytlarda haqqında yazılan yalan xəbərlərin qarşısını almaq üçün Mətbuat Şurasına müraciət ünvanlayacaq.

  • Aprel döyüşlərinin davamı gəlməlidir

    02.07.2016 00:47

    Aprel döyüşlərindən sonra qoşunların təmas xəttində xüsusi izləmə radarlarının yerləşdirilməsini təklif etmiş, lakin uğur qazana bilməmiş Ermənistanda ortaya buna bənzər yeni ideya atılıb.ANS PRESS-in məlumatına görə, Ermənistan hakimiyyətinə yaxın olan KİV-lər təmas xəttinə ATƏT-in pilotsuz uçan aparatlarını (PUA) yerləşdirməyi təklif edirlər. Məsələn, müdafiə naziri Seyran Ohanyana yaxınlığı ilə tanınan \"Lragir” portalı siyasi şərhçi Artyom Yerkanyanın bu barədə yazdığı məqaləni dərc edib.Artyom Yerkanyan məqaləsində ATƏİ-in Ukraynada monitorinq üçün Almaniya və Avstriya istehsalı olan PUA-lardan istifadə edildiyini bildirir:\"Bu çağdaş pilotsuz qurğular kamera və radarla təchiz edilib, atəşkəs reciminə riayət edilməsinin monitorinqi üçün ən əlverişli vasitə sayılırlar. Uçan aparat istənilən hava şəraitində işləyə bilər və səkkiz saat ərzində əlavə enerjiyə ehtiyac olmadan uça bilir. Onların təqdim etdiyi göstəricilərin dəqiqliyi heyrət doğurur”.Bu cür PUA-ların yetirəncə baha, təxminən 2 milyon dollar olduğunu vurğulayan Artyom Yerkanyan Fransanın məsələ ilə bir az xərc çəkib təmas xəttində bu cür aparatlar yerləşdirməsini arzulayır. Amma Artyom Yerkanyan bu məsələdə əsas məqamı unudur - Ukrayanda ATƏT-in PUA-larının monitorinq aparması üçün təklifi Donbas seperatçıları deyil, Ukrayna verib. Çünki Donbas ərazisi Ukraynanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri daxilindədir. Yəni Azərbaycan icazə verməzsə, heç bir beynəlxalq qurum onun ərazisinin üzərində PUA-lar uçura bilməz. Uçurmaq istəyərsə belə, bu, düşmən tərəfin kəşfiyyat PUA-sı sayılaraq vurulacaq. ATƏT də Azərbaycanın razılığ olmadan təmas xəttində bu cür aparatların hərəkətinə icazə verməz.Təbii ki, bunu Ermənistan tərəfi də anlayır, amma buna baxmayaraq bu qəbildən olan məlumatlarla gündəmi narahat edirlər - müxtəlif beynəlxalq qurumlara bununla bağlı cavağsız müraciətlər edir, Azərbaycanın bu təkliflərlə razılaşmamasından şikayət edir və s… Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistanın bu cür mənasız təkliflərlə vaxt udmaq istədiyini bildirib:\"Ermənistanın bu cür mənasız təkliflərinin bir məqsədi var - vaxtı uzatmaq və ordunu işğal edilməmiş Azərbaycan ərazilərindən çıxarmamaq. Bu zaman işğal edilmiş Azərğaycan torpaqlarında verilən əsgər itkiləri də qulaq ardına vurulur. Qarabağdan Ermənistana hər gün 1-2 nəfər əsgər meyiti gedir\".Üzeyir Cəfərov bu cür təkliflər irəli sürməyi həm də Ermənistan diplomatiyasının uğursuzluğu sayır:\"Qarşı-qarşıya səngər tutmuş iki döyüşən ordunun təmas xəttində bu cür PUA-ların hərəkətinə kim icazə verər? Hansı komandir razı olar ki, PUA-lar səngərlərin üstü ilə hərəkət edərək mövqeləri çəkib kənara ötürsün? Bunun düşmənə deyil, ATƏT-ə məxsus PUA olduğunu hardan biləcəklər? Təbii ki, istənilən komandirin ilk vəzifəsi həmin PUA-nın vurulması olacaq. Həmin PUA-lar vurulduqdan sonra təmas xəttində ilk atəş kimin atdığını necə sübut edəcəklər? Bu cür təkliflərin elə ilk öncədən məntiqsiz olduğu anlaşılır\".Təbii ki, Ermənistan hakimiyyəti münaqişənin həllini bu üsullarla sonsuzluğa qədər uzada bilməz. Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın döyüşməyə qərarlı olduğunu nəzərə alaraq münaqişənin həllində irərliləyiş əldə etməyə çalışırlar. Amma Serj Sarkisyan münaqişənin həllini öz prezidentlik hakimiyyətinin sonuna - 2018-ci ilə qədər uzutmaq istəyir və öz hakimiyyəti dövründə erməni ictimaiyyətinə \"azad edilmiş torpaqlar\" kimi təqdim etdikləri Azərbaycan rayonlarını geri qaytarmaq istəmir. Üzeyir Cəfərov Sarkisyanı yola yalnız aprel döyüşlərinin davam etdirməklə gətirməyin mümkün olduğunu bildirir: \"Azərbaycan daha geniş ərazilər azad etməklə Ermənistana ordusunun real gücünü göstərməlidir. Əks halda, Serj Sarkisyanı əvəz edənlər də bu cür oyunbazlıqla vaxt udmağa çalışacaqlar\".Ehtiyatda olan polkovnik-letenant bu məsələdə haqlıdır. Azərbaycan Madrid prinsipləri çərçivəsində irəl gedərək bir həmlə ilə Ağdamı, Cəbrayıl və Zəngilanı, Kəlbəcəri və təbii ki, Tərtər üçün təhlükə yaradan Sərsəng su ambarını işğaldan aza edə bilər. Yəni bununla Ermənistan Madrid prinsiplərinə uyğun şəkildə geri çəkilməyə məcbur edilə bilər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu yalnız alqışlamalıdırlar. Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinin əsas yolu məhz Azərbaycan ordusunun hərbi uğurundan asılıdır.

  • Ramazan ayının 26-cı gününün duası: 3 dildə (imsak və iftar)

    02.07.2016 00:43

    \"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin\". Tərcüməsi:\"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!\" Молитва:Во имя Аллаха Всемилостивого и Милосердного. О Аллах! Сделай так, чтобы старания мои в этом месяце заслужили Твое одобрение, а грехи мои были прощены, чтобы деяния были приняты, а недостатки скрыты. О Тот, кто является самым внемлющим из всех слышащих! İyulun 2-də Bakıdaimsak saat 03:13, iftar isə saat 20:31-dədir. İftar duası:\"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli\". Tərcüməsi:\"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!\" О Аллах! Ради тебя я постился, открываю ифтар ниспосланным Тобой хлебом насущным, и на Тебя я уповаю! Во имя Аллаха Всемилостивого и Милосердного.О Владыка безмерной милости, прости мне мои грехи!

  • Səfir: \"Erməni tərəfi düşünürdü ki, yenə də 1993-cü ildə olduğu kimi olacaq\"

    01.07.2016 18:38

    Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda, demək olar ki, Azərbaycan onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb.May.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşü zamanı deyib. Onun sözlərinə görə, uzun illərdir insanların yaddaşına hopmuş \"dondurulmuş münaqişə\" ifadəsi yanlışdır, belə bir şey yoxdur: \"Aprel hadisələri zamanı Ermənistan tərəfi düşünürdü ki, yenə də 1993-cü ildə olduğu kimi olacaq. Amma onlar səhv düşündülər\" Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi Vaşinqton çox diqqətlə cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri izləyir:\"Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır\".Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik: \"Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq\".