Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • “Aya Sofya”da 85 ildən sonra ilk dəfə azan oxundu

    03.07.2016 10:56

    Mərasim TRT Diyanet TV kanalı ilə canlı yayımlanıb.Bu gün, iyulun 2-də, Türkiyənin İstanbulda şəhərində “Aya Sofya” məscidində 85 ildən sonra ilk dəfə azan oxundu.May.Az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, mərasim TRT Diyanet TV kanalı ilə canlı yayımlanıb.Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində müqəddəs Ramazan ayında Quranın oxudulması qərarını sərt şəkildə qınayıb.“Biz Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində Ramazan ayında Quranın oxudulması ilə bağlı qərarını qətiyyən pisləyirik. Dünya irs mədəniyyətinin tarixi abidəsində fanatizmlə dolu müsəlman ayinlərinin keçirilməsi anlaşılmazdır, hörmətsizlikdir və reallıq ilə əlaqəsi yoxdur. Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, - deyə Yunanıstan XİN-in bəyanatında bildirilirdi.

  • Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq

    03.07.2016 10:50

    Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək.Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq.May.Az xəbər verir ki, bunu Trend-ə Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib.Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində \"Yak-40\" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq.“Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, - Adıgözəlov bildirib.Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib.

  • Cəbhədən son xəbər

    03.07.2016 10:47

    Düşmən atəşkəsi pozub.Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumatda bildirilir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Azərbaycanda 3,8 bal gücündə zəlzələ oldu

    03.07.2016 10:45

    Bu gecə İmişli-Saatlı sərhədində zəlzələ baş verib.May.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, saat 2.58 radələrində İmişli - Saatlı sərhədində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.Zəlzələ ocağı 48 km dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.

  • Rusiyada dəhşətli qəza: 3 azərbaycanlı öldü, 3 nəfər yaralandı

    03.07.2016 10:43

    Dünən Rusiyanın Stavropol vilayətində dəhşətli qəza baş verib. May.Az yük avtomobili minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.Rusiya KİV-lərinin yazddığına görə, ölən şəxslər Azərbaycan vətəndaşları olub. Onlar Rusiya sərhədini həmin gün keçiblər. \"Andropov rayonunda \"Qafqaz\" federal avtomobil yolunun 296-cı km-də Mineralnıye Vodı şəhərindən Nevinnomıssk şəhəri istiqamətində hərəkətdə olan \"Mercedes\" markalı avtomobilin sürücüsü məsafəyə əməl etməyərək qarşı yolda hərəkətdə olan \"Kamaz\" nəqliyyat vasitəsi ilə toqquşub”, polisin yaydığı məlumatda bildirilir.

  • Cəbhədə atışma: Ermənilər Qazaxı atəşə tutdu

    03.07.2016 10:06

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.Müdafiə Nazirliyindən May.Az verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Banklar krediti kimlərə verir?

    02.07.2016 17:12

    Banklarda şәrtlәr sәrtlәşdirilib; \"bank sәlәmi” yalnız rәsmi maaşı olanlara arayış әsasında verilir Azәrbaycan manatının dollar qarşısında ucuzlaşdığı vә növbәti devalvasiya haqqında xәbәrlәrin dolaşdığı bir vaxtda banklar kreditlәri bәrpa etmәyә başlayıblar. Belә ki, may ayının sonundan başlayaraq, kredit verilmәsini dayandıran banklar müştәrilәrә bildiriş göndәrәrәk yenidәn kreditlәşmәyә başladıqlarını elan ediblәr. İyun ayında isә kredit bazarında canlanma müşahidә olunub. Lakin әvvәlkindәn fәrqli olaraq kredit şәrtlәri xeyli ağırlaşdırılıb. \"Yeni Müsavat” olaraq bәzi bankların kredit şәrtlәri ilә maraqlandıq. \"Unibank”dan müsavat.com­a bildirdilәr ki, kredit yalnız rәsmi maaşı olanlara arayış әsasında verilir. \"Unibank” hazırda yalnız manat kreditlәri verir. Bank tәkrar müştәrilәrә kreditlәri davam etdirsә dә, yeni müştәrilәrә kreditlәrin verilmәsini iyun ayından bәrpa edib. Bankda kredit tarixçәsinә malik olmayan yeni müştәrilәrә kredit ayrılması üçün yaş hәddi 20­60 vә son iş yerindә staj minimal 12 ay tәlәb olunur. Tәkrar müştәrilәr üçün isә yaş hәddi 20­65 vә son iş yerindә minimal iş stajı 6 ay olmalıdır.Bank әmәk haqqı 160 AZN­dәn yüksәk olanlara kredit ayırır. Kreditin müddәti 3­24 ay, mәblәği isә 300­5000 AZN arası müәyyәn olunur. Kredit götürmәk istәyәn şәxs şәxsiyyәt vәsiqәsi vә gәlirlәri tәsdiq edәn sәnәd әsasında \"Unibank” filiallarından birinә müraciәt edә bilәr. Gәliri tәsdiq edәn sәnәd qismindә iş yerindәn arayış, әmәk haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilәr. İş yeri MMC olan müştәrilәrә kreditlәr yalnız elektron arayış vә ya son 6 ayın hesabdan çıxarışına әsasәn rәsmilәşdirilә bilәr. Kreditin ayrılması vә ayrılacaq mәblәğ aylıq gәlirlәr vә kredit tarixçәniz tәhlil olunduqdan sonra tәhlilә әsasәn bankda müәyyәn edilir.Bankdan bildirildi ki, kredit mәblәğinin tәyin edilmәsi qaydası Maliyyә Bazarlarına Nәzarәt Palatasının tәlәblәrinә tam uyğun hәyata keçirilir. Kredit verilmәsi prosesi iki mәrhәlәdә hәyata keçirilir. Әgәr әvvәllәr müştәri istәnilәn filialdan kredit götürә bilirdisә, indi filiala müraciәt edir, daha sonra son qәrarı bankın baş ofisi tәsdiqlәyir. Yalnız bundan sonra müştәriyә birdәfәlik istifadә üçün kredit kartı verilir.Kredit şәrtlәri ilә bağlı \"Bank of Baku” ilә dә әlaqә saxladıq. Bankdan bildirildi ki, kredit üçün tәlәb olunan әsas şәrt әmәk haqqı kartının olmasıdır. Yeni müştәrilәrә ilkin olaraq aylıq rәsmi әmәk haqqının iki misli mәblәğindә kredit ayrılır. Mәsәlәn, müştәrinin rәsmi әmәk haqqı 600 manatdırsa, ona 1200 manat kredit verilir. Kredit faizinә gәlincә, manatla verilәn kreditlәr 27 faizlә tәqdim olunur. Komissiyon haqqı isә verilәn mәblәğin 1 faizini tәşkil edir, yәni 1000 manata 10 manat.Digәr banklarla apardığımız danışıqlardan da mәlum oldu ki, kredit şәrtlәri xeyli sәrtlәşdirilib. Son iki devalvasiyadan sonra banklar daha mühafizәkar siyasәtә başlayıblar. Maliyyә Bazarlarına Nәzarәt Palatasının tәrtib etdiyi qaydalardan sonra banklar әvvәlkindәn daha ehtiyatlı davranırlar. Әgәr әvvәllәr rәsmi arayış olmadanda kredit verirdilәrsә, indi hәm әmәk haqqı kartı, hәm dә elektron arayış tәlәb olunur. Belә ki, tәqdim edәn müştәrinin başqa borcunun olub­olmaması, xәrclәrinin әmәk haqqına olan nisbәti tam araşdırılır, yeni müştәriyә ilk olaraq 1000 manat, ikinci müraciәtindә isә 2­3 min manat tәqdim olunur.Gәldiyimiz qәnaәtә görә, bankların hazırkı dövrdә kreditlәri bәrpa etmәsinin sәbәbi isә әmanәtlәrlә bağlı yaranan stabillikdir. Belә ki, son devalvasiyadan sonra insanlar kütlәvi şәkildә әmanәtlәrini geri çәkdilәr vә bankların kredit portfeli dә sıfıra endi, hazırda isә nisbәtәn sabitlik yarandığından insanlar evlәrdә saxladıqları vәsaitlәri yenidәn banklara әmanәt qoyurlar. Banklar da әn etibarlı müştәrilәrini seçәrәk tәdricәn kredit verilmәsini bәrpa etmәyә başlayıblar.

  • Bayram namazının vaxtı bəlli oldu

    02.07.2016 16:28

    Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə ANS PRESS-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib. Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq. \"Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər\".Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayı ilə bağlı fətva verib. Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.Bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

  • 26 yaşlı Vüsalənin yardımınıza ehtiyacı var!

    02.07.2016 16:25

    26 yaşlı Qasımova Vüsalə Əlibala qızı Qudpasçer sindromundan əziyyət çəkir. 3 aydır oynaq ağrılarından əziyyət çəkən qız daha sonra xəstəxanaya yatırılıb. Məlum olub ki, o, Qudpasçer sindromuna tutulub. Vüsalə hazırda reanimasiyadadır. Süni tənəffüs aparatı ilə nəfəs alır. Həkimlər onun müalicəsinin mümkün olduğunu deyirlər. Ancaq ailənin maddi durumu buna imkan vermir. Bu vəziyyətdən qurtulması üçün onun sizin yardımınıza ehtiyacı var. Qeyd edək ki, Vüsalə evin tək qızıdır. Ailəsi sizdən kömək gözləyir... Vüsaləyə kömək istəyənlər onun üçün açılmış Kapital Bankda hesaba pul köçürə bilərlər. Kod: 200112 VÖEN: 9900003611 Müxbir hesab: 01350100000000001944 S.W.I.F.T.: AIIBAZ2X AZN hesab nömrəsi AZ44AIIB41010019440041902111

  • “Sənin anan, bacında ondan yoxdur?” - Səidə Sultan

    02.07.2016 16:22

    Müğənni Səidə Sultanın \"Qafqazinfo”ya müsahibəsi- Səidə, mətbuata müraciət etdiz ki, sizi şantaj edirlər, fotoşoplu şəkillərinizi yaymaq istəyirlər. Nə məsələdir?-Bu işi belə qoymayacam. Həmin şəxsin kimliyi mənə maraqlıdır. Lazımı orqanlara müraciət etmişəm. Xahiş etmişəm ki, bu məsələyə ciddi yanaşsınlar. Kimlərın adı məlum olacaqsa, sizə məlumat verəcəm. Onlardan biri mütləq şəkildə şou-biznes üzvlərindən biri olacaq. Hər şeyi qayda-qanun çərçivəsində həll edəcəm. Bir insan olaraq hər kəs qanunu bilməli, həmin qaydalara riayyət etməlidir. Azadıq, müstəqilik, ancaq bu, o demək deyil ki, kiminsə abırını açıq ortaya qoyaq. Bunu ən axırıncı adamlar edir. Naməlum şəxslər instaqramda profil açıb, fotoşoplu şəkillərimi paylaşırlar. İnstaqramın \"direkti”nə yazırlar, məni hədələyirlər.\"Onlar maska taxıb özünü xalqa satırlar”- Nədənsə, bu kimi qalmaqallı hadisələr sizin başınıza gəlir...- Sizə bir şey deyim, balaca vaxtı həyətdə bütün uşaqlar oynayardıq. Allah şahiddir ki, hasarın o biri tayından daş atırdılar. O daş hərlənib-firlanıb xeyli uşağın arasında mənim başıma düşürdü. Ömür boyu problemli biri olmuşam. Harda gic şeylər başıma gəlib. İnsanlara çox güvənmişəm, səmimiliyimdən istifadə ediblər. Mənim əslində xalqdan gizlədiləsi heç nəyim yoxdur. Bir quru canım var. Elə şeylərim olub ki, şou-biznesə heç bir aidiyyatı olmayıb. Ancaq evimin söhbətləri şou aləminə gəlib çıxıb. Elə insana çevrilmişəm ki... Bu xalqdan, millətdən gizlədəsi, utanacağım, çəkinəcəyim heç nəyim yoxdur. Mən özümü tanıyıram. Həyatdı, heç nə asanlıqda əldə olunmur.Mən bilirəm ki, Allah məni darda qoymur. 33 yaşım var, bu yaşa kimi heç kəsin daşımadığı yükü daşımışam. Ağır zərbələrim çox olub, amma həmin Səidə olaraq qalmışam. Rahatam ki, çox səmimi insanam, saxta deyiləm. Bir şey var ki, müğənniləri müğənnilər daha çox tanıyır. Xalq onları yaxından tanımır. Efirdə bəziləri ilə birgə qonaq oluram, onlar maska taxıb özünü xalqa satırlar. Yəni ki, özlərini \"mələk” kimi təqdim edirlər. Mən isə belə şey edə bilmirəm. Məndə nə varsa, elə də hərəkət edirəm. Saxta olan insanlarda mənim onları yaxşı tanıdığımı bilirlər, belə danışırlar yanımda, daha sonra üzümə gülür, lakin aqressiv olurlar. Bilirəm ki, onlardan mənə nəsə pislik gələcək.- Şou-biznes üzvlərini onsuz da qeyri-səmimi olmaqda ittiham edirlər. Səmimi olanları da qəbul etmirlər...- Mənim nəyim olubsa, üzdə olub. Mən də istəyərəm ki, özümdən razı olum, maska taxa bilim. İnsan olaraq belə addımlar atmıram, elə bilərəm ki, süniləşərəm, qocalaram. Qoy məni belə tanısınlar. Məni görəndə istəmirəm desinlər ki, buna baxın, özünü artistliyə qoyur. Öləndə özümlə rəhmət aparmaq istəyirəm.\"Mən kütlənin arxasıyca qaçmamışam, heç vaxt da qaçmaram...”- Artıq 33 yaşınız var, həyatda çox zərbələr aldığınız deyirsiz. İndi həmin zərbələrin qarşısını almaq mümükün deyil?- Çox insan deyir ki, zərbələrin qarşısını almaq üçün dəyişmək lazımdır. Mən Allaha görə dəyişərəm, onun dediyi qanunlarla getməliyəm. Bilirəm ki, düz olan təkcə Allahdır. İnsanlar məni pis qələmə verir deyə dəyişməliyəm? Uzun geyinib, daha sonra başımı aşağı gəzərək özümü millətə satım? Mən onlar üçün yaşamalıyam? Gözüm aydın, özümə görə yaşayıram, öz səhvlərimə görə də Allah qarşısında cavab verəcəm. Birinci insanlar öz səvhlərini görməlidir, bu xoşbəxtliyə nəsib olandan sonra sakit durur, başqasına rəy bildirmirlər. Öz səhvlərini görmür, gözünü torla örtür, başqasına isə pislik edirlər.Deməli, mənim imtahanım belə imiş... İstədiyim pulum olsa, hər şeyi əldə etsəm, bütün hərəkətlərim unudular, heç kəs də mənim haqqımda danışmaz. Sevənlərim də var, tamaşaçı sevgisini birdən-birə almamışam. Bir vaxt var idi ki, kütlə məni olduğum kimi qəbul etmirdi, vəziyyət çox pis idi. İnsanlar isə dəyişib, özümü tam tapmışam. Ətrafımda olan dostlarım da oxuduğu mahnıları pul üçün yox, sənət xətrinə ifa edirlər. Mən kütlənin arxasıyca qaçmamışam, heç vaxt da qaçmaram. Müğənni kütləni dalınca aparmalıdır.\"Həmin insalara demək lazımdır ki, sənin ana, bacında ondan yoxdur?”- Elə Space TV-də aparıcı olduğunuz veriliş reytinqli idi. Sizdən asılı olmayaraq sinəniz açıldı, tənqid olunduz, daha sonra efirdən uzaqlaşdız... Hətta, siz hər kəsdən üzr istədiz.-Üzr istəməyə məcbur oldum. Hələ də sosial şəbəkədə görüntülərimi yayımlayırlar. Əslində, sinəmi bulanıq effekt verib yaya bilərdilər, ancaq etmədilər. Öz millətimiz hələ o hissəni dairəyə alır, ox ilə göstərir ki, bura da açılıb. Həmin insalara demək lazımdır ki, sənin ana, bacında ondan yoxdur? Mən istəyərdim ki, abırımı bu qədər açım ortaya qoyum? Söz deyə bilərəm, şıltaqlıq edərəm, amma qəsdən elə şey etmərəm. Biz tamaşaçıya görə niyə dəyişməliyik? Bilirdim ki, mənə qarşı qara reklam çox idi.Məcbur olub üzr istədim. Səhvim yox idi, həmin günü tamaşaçılara dedim ki, belə şeyin olmağını istəməzdim. Mənə dedilər ki, xalqdan üzr istə, mən pis günə düşmüşəm, millətdən niyə üzr istəyim? Hadisədən sonra iki gün depressiyada oldum. Saytlarda görüntülər yayımlanmamışdı. İki gün sonra hamı videoları yaydı. Daha sonra işlədiyim kanalda prodakşın veriliş hazırlayırdı. Onlarla heç vaxt yola getmirdim. Bilirdim ki, onlar məni işdən çıxarmağa can atırdılar. Belə də oldu... Veriliş həvəskarı deyiləm, ancaq indi təklif gəlib. Bu barədə fikirləşirəm.-Sizin geyimləriniz də həmişə tənqid olunur. Elə bil ki, toplum qısa geyinən müğənnilərə qərəzlidir...- Sizə olduğu kimi hər şeyi danışacam. 2000-ci ilə kimi Azərbaycan şou-biznesi çox mədəni idi. İnsanlara çox maraqlı gəlirdi, dövr dəyişdi. Son vaxtlar isə rayonda yaşayan insanlar Bakıya axın edib. Onlar burada məskunlaşdı, yaşamağa başladılar. Təbii, rayon əhlinin hamısına şamil etmirəm. Elələri var ki, səviyyəli, yüksək dil bilmə qabiliyyətinə sahibdirlər. Amma çoxluq \"Ayə, hey!” deyənlərdir. Bu tipli insanlar rayonda onun-bunun arxasına baxıb söz danışırlar. Rayonlarda yaranan sözbazlıq Bakıya gəlib. İndi, hamı sözbaz olub.-Kənardan çılğın və sərbəst bir qadın təəssüratı yaradırsız, əslində necəsiz?- Mənə dəyirlər ki, qəmli olma, sənə yaraşmır. Nə çəkdiyimi Allah bilir. Məsəl var ki, ən çox gülən insan, dərdli insandır.\"Dərmanları qəbul etmədim, sevgi yaşadım, depressiyanı unutdum”-Tez-tez depressiyaya düşürsüz...- Bir müddət depressiyadan müalicə alırdım. 2007-ci ildə atam dünyasını dəyişdi. Düşdüm depressiyada, iki il bundan əvvəl həkimə müraciət etdim. Dərmanlar qəbul etməyə başladım, daha sonra sevgi hissi yaşadım. Elə bil dərmanların məlhəmi sevgiyə ötürüldü. Dərmanları qəbul etmədim, sevgi yaşadım, depressiyanı unutdum. İndi isə yenidən depressiya yaşayıram.\"Onlar evləndilər, mən də ərə getmək istədim...”- Xanım müğənnilərin elə bil ki, ən böyük problemi ailə həyatı qurmaqdır. Sizdə necə?- Razıyam, ərə gedəndə bir söz, getməyəndə başqa söz deyirlər. Bacım Pərvanə 2010-cu ildə ailə həyatı qurdu. Bu ilə kimi ərə getmək haqqında heç vaxt düşünməmişəm. Kişi özünü öldürsün, desin ki, Səidə, səni sevirəm. Mən yenə də ciddi yanaşmayacaqdım. Bacılarım ailə qurandan sonra, ərə getmək həvəsinə düşdüm. 2010-cı ildən sonra ərə getmək istəyim daşa dəydi, sevgilimdən ayrıldım. Alınmadı, qorxdu... Müğənni xanımla evlənməyin məsuliyyəti böyükdür. Onları da başa düşmək olar, cəmiyyətimiz başqa cürdür. Elə kişilər var ki, söz götürmək istəmirlər. İstəyərəm ki, özüm kimi kişi qabağıma çıxsın.- Müğənnilərimizin çoxu xarici vətəndaşlarla ailə həyatı qurur...- \"Ağciyər” kişilər bizdə daha çoxdu. Yəni ki, dildə deyirlər, əməldə reallaşdırmırlar. Ancaq danışırlar... İndiki zamanda belələrini hər yerdə görmək olar. Bir məsəl var ki, \"heç vaxt heç vaxt demə”. Amma mən \"heç vaxt” deyə bilərəm. Xarici vətədaşa heç vaxt ərə getmərəm. Qurban olaram Azərbaycan kişilərinə...\"Uşağın halal olması üçün nikah vacibdir”-Yaxınlarınız övlad sahibi olmaq istəyiniz barədə çox danışır. Uşaq dünyaya gətirmək üçün nikah vacibdir?- Uşağın halal olması üçün nikah vacibdir. Allah heç bir anaya belə şey qismət eləməsin. Niyə uşaq hamının yanında başıaşağı olmalıdır? Hamı ailə qursun, övlad dünyaya gətirsin. Mən demirəm ki, rəsmi nikah olsun. Dini nikahda ola bilər. Allahın buyurduğu qanuna riayət etməklə, uşaq dünyaya gətirmək olar. Əsas kəbindir...\"100 manata görə ölkədən çıxışıma qadağa qoyublar”- Adınız vergidən yayınan məşhurlar sırasında hallandı...- Hazırda mahnılar çıxara bilərəm, gündəmə gəlirəm. Elə olur ki, istəmədiyim halda məndən yazırlar. Vergilər Nazirliyi ilə düşmənçiliyim yoxdur. Elə bir plan qurublar ki... 100 manata görə ölkədən çıxışıma qadağa qoyublar. Diaspora və başqalarının təşkil etdiyi dövlət konsertləri üçün xaricə gedirəm. Mənə deməzlər ki, həm qadağa qoyurlar, həm də konsertə niyə aparırlar? Söhbət puldan getmir, məsələ bu qədər ucuzlaşmayıb. Biz xaricdə yaşamırıq. Onlarda müğənni ilə çalışan şirkətlər vaxtında vergilərini ödəyirlər. Bizdə isə hər şey müğənninin üzərindədir. Rəsmi olaraq iş yerim yoxdu, maaş almıram. Qocalanda pensiya kartı da istəmirəm.- Bəlkə də, günahkar siz müğənnilərsiz? Bəzi müğənnilər daha çox maşınlarını, evlərini reklam edir, toy qiymətlərini açıqlayırlar...- Bir nəfər görə hamıya qarşı belə addım atmaq lazım deyil. Olanda susmuşam, olmayanda isə səsimi çıxartmamışam. Vergidən də mənə deyirlər ki, kimlərin daha çox qazandığını bilirik. Bilirsizsə, strukturunuzu düzgün qurun. Guya, hamı vergi verəcək? Hər şey düzələcək?

  • Azərbaycanda 4 yaşlı uşaq əməliyyatdan çıxdıqdan sonra öldü

    02.07.2016 16:17

    Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb. ANS PRESS-in məlumatına görə, hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. Əməliyyatı həyata keçirən həkim İlham Ağayev ANS PRESS-ə açıqlamasında uşağın qusma nəticəsində həyatını dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatdan sonra balaca Arzunun vəziyyəti yaxşı olub: \"Uşaq ötən gün günorta saat 1 radələrində əməliyyata salınıb. Əməliyyat çox uğurla başa çatıb. Əməliyyatdan sonra uşağın anası yanında olub. Mən özüm də axşam saat 18:00-dək klinikada olmuşam, tez-tez ona baş çəkmişəm. Arzu danışırdı, gülürdü, bir az süd və su içmişdi\". Həkim evə getdikdən sonra da tez-tez xəstəyə görə klinikaya zəng vurduğunu və oradan müsbət cavab aldığını bidirib. Lakin axşam saat 21 radələrində uşağın vəziyyəti pisləşib və o qaytarıb. İ.Ağayevin sözlərinə görə, həmin vaxt da uşağın anası yanında olub. \"Amma bilmirəm uşaq qaytaranda üzü aşağı olub və ya necə olub ki, qaytardığı kütlə onun nəfəs borusuna gedib, edilən müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib\".Əməliyyatı həyata keçirən həkim deyir ki, körpənin aspirasiya (bədən boşluğunda qalan maye, hava və s.kütlənin sorulması) edərkən uşağın nəfəs borusundan qida kütləsi çıxıb. Güman olunur ki, bu səbəbdən uşaq boğulub, ölüb. Ölümün səbəbinin daha dəqiq olması üçün həkimlərin və hüquq-mühafizə orqanlarının təkidi ilə valideynlər meyiti ekspertizaya göndərməyə razı olub.\"Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur\", - deyə İlham Ağayev əlavə edib.

  • Sabaha olan hava proqnozu açıqlanıb

    02.07.2016 16:15

    Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən OBBA.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

  • Xoşqədəm ANS-i “Xəzər”ə dəyişdi

    02.07.2016 16:12

    Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə \"Xəzər\" telekanalında işə başlayacaq.MayşAz axşam.az-a istinadən məlumat verir ki, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.Qeyd edək ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan \"Yeni həyat\" verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının \"Səni axtarıram\" layihəsində çalışanlar da yer alıb.Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də \"Səni axtarıram\" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də \"Xoşqədəmlə axtarıram səni\" və \"Deməsək olmaz\" verilişlərinə aparıcılıq edib.Aparıcı analıq məzuniyyətinə çıxarkən \"Deməsək olmaz\" proqramını İradə İsaqa həvalə etmişdi.

  • Молода и прекрасна (2013)

    02.07.2016 14:38

    Жанр: драмаСемнадцатилетняя Изабель погружается в бездонный мир любви, в поиски себя. Не столько из-за денег, сколько ради удовольствия, она встречается с немолодыми клиентами в гостиничных номерах. Близкие Изабель не подозревают, чем одержима умная и тонкая девушка. Но однажды умирает один из ее постоянных клиентов…

  • Aqil Abbas: “Anam da həkimin əlində dünyasını dəyişdi, həkimi tutdurmalıydım?”

    02.07.2016 12:05

    81 yaşlı cərrah Cəfər Quliyev ətrafında ittihamlar səngimək bilmir. 1981-ci il təvəllüdlü xəstə Lumu Veyisovanın ölümünə həkimin səbəbkar olması söylənilir.May.Az məlumat verir ki, Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında həkim barəsində səslənən ittihamlara münasibət bildirib.\"Həm sosial şəbəkələrdə, həm də saytlarda Cəfər həkim haqqında nə gəldi yazırlar. Başa düşürəm ki, cavan insan ölüb. Lap yaşlı insan olsun. Həyat itkisidir. O ailənin halına yanıram. Acısını anlayıram. Allah ölənə rəhmət eləsin! Sadəcə, başqa məsələyə toxunmaq istəyirəm. Həkim barəsində önyarğıya başlayıblar. Halbuki, ekspertiza sübut edə bilər ki, xəstənin həyatını itirməsinə səbəb Cəfər həkimdir, yoxsa, xəstə həyatını itirmək üzrə imiş?!. Xəstəni həkimə çatdıranda elə vəziyyətdə imiş. Cəfər həkim başda olmaqla həkimlər allahın bacısı oğlu deyillər. Həkim əzraillə çarpışır.Cəfər həkimi insan kimi, ziyalı kimi, vətənpərvər kimi çox yaxşı tanıyıram. Cəfər həkimi Azərbaycanda tanımayan şair, yazıçı, sənət adamı yoxdur. Bütün ömrünü bu işə həsr edib. İndiyə qədər 5000-dən çox insanın həyatını xilas edib. Çox halal insandır. Pulda, malda gözü olmayan həkimdir”.Aqil Abbas həkimin deputat Fərəc Quliyevlə adının hallanmasına sərt münasibət bildirib.\"Bu qədər də önyarğılamaq olmaz axı!. Bir məsələyə də toxunmaq istəyirəm. Deyirlər ki, Cəfər həkim deputatın əmisidir. Kimdir Fərəc Quliyev?! Düzdü, mənim dostumdur. Amma Cəfər həkim həkim olanda Fərəc Quliyev kənddə futbol oynayırdı. Hamı bunu qabardır. Halbuki, Cəfər həkim minlərlə insana həyat verən həkimdir. Hamı müstəntiq olub. Cəfər həkimin çox cavan oğlu rəhmətə gedib. Heç 30 yaşı yox idi. Övlad itirmiş atadır. Xəstəsini itirdiyinə görə onun nələr çəkdiyini bilirəm. Sumqayıtda hörməti olan insandır”.Deputat həkimin yaşının çox olmasına da toxunub.\"Tez-tez yaşının çox olmasını qabardırlar. İnsanlar tələb edir, ona inanırlar. Gedib evindən gətirirlər. Nə olsun 81 yaşı var. İstəsə futbol da oynayar. Həkimin əlində anam dünyasını dəyişib. Onda o həkimi tutdurmalı idim?! Bacımın cavan yoldaşı ölüb. Sadəcə, demək istəyirəm ki, həkimin günahı varsa təslim olacaq. Amma insanların onu təhqir etməsinə lüzum yoxdur”.

  • Bu günün məzənnəsi

    02.07.2016 12:03

    Bu gün səhər üçün manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 04.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 1-də USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində olub.

  • Azərbaycan vətəndaşı Atatürk aeroportuna hücuma görə saxlanıldı

    02.07.2016 11:57

    İstanbul Atatürk Hava Limanında iyunun 28-də üç intiharçı terrorçu tərəfindən törədilmiş terror hücumunda əli olduğu güman edilən şübhəlilər arasında bir Azərbaycan vətəndaşı da var.May.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda \"Kavkazskiy uzel\" portalı İstanbulda hakimiyyətlə əməkdaşlıq edən insan haqları təşkilatlarından birində işləyən Dağıstan sakininə istinadən yazır.Bildirilir ki, Atatürk Hava Limanına terror hücumu ilə bağlı İstanbulda reydlər davam edir. İstanbul polisi intiharçı-terrorçuların Türkiyəyə saxta pasportla gəldiyini bildirir və hazırda terrorçulara saxta sənəd təşkil edənlər müəyyənləşdirilir.Şahidlərin bildirdiyinə görə, iyunun 30-da səhər saatlarında İstanbulun müxtəlif rayonlarında antiterror polisi terror hücumunda əli olduğu təxmin edilən şübhəlilərin yaxalanması üçün əməliyyat keçirib. \"Reydlər Pendikdə, Aksarayda və Qayaşehirdə keçirilib. İnsanları polis bölməsinə, oradan deportasiya təcridxanalarına aparıblar. Mənə beş nəfərin saxlanıldığı məlumdur. Onların arasında 3 dağıstanlı, 1 Çeçenistan sakini və bir Azərbaycan vətəndaşı var\", - mənbə bildirib.Saxlanılan Azərbaycan vətəndaşının tanışları isə onun iyunun 30-da səhər Qayaşehirdə tutulduğunu deyiblər. \"Biz onun adını demək istəmirik. Antiterror polisi həmin Azərbaycan vətəndaşının qaldığı evə səhər tezdən gəldi. Ailə üzvlərinin hamısı yatırdı və polislərin qapını döyməsini eşidən olmadı. Nəticədə onlar qapını yerindən çıxarıb mənzilə daxil olublar və ailə üzvlərindən birini özləri ilə aparıblar\", - saxlanılan şəxsin qonşusu anonimlik şərti ilə deyib.Qonşusunun dediyinə görə, həmin şəxsi əvvəl Miqrasiya Xidmətinin əməkdaşları bir neçə gün saxlamışdı və sonra üzr istəyib buraxmışdılar. \"O, İstanbulda işləyirdi, miqrantların leqallaşdırılması ilə bağlı vasitəçilik və hüquqi xidmətlər göstərirdi\", - qonşusu deyib.Xatırladaq ki, İstanbuldakı son terror hücumlarının təşkilatçısı əslən Çeçenistanın Pankisi dərəsindən olan \"təkqol Əhməd\" ləqəbli Əhməd Çatayev hesab edilir. O, İŞİD-in yüksək rütbəli komandirlərindən biridir və Amerika kəşfiyyatı Çatayevin Türkiyədə terror hazırladığı haqda Ankaranı xəbərdar edibmiş.

  • Müdafiə Nazirliyi məlumat yaydı

    02.07.2016 11:55

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Bakıda polis ağır qəza törətdi: 15 yaşlı oğlan öldü

    02.07.2016 11:53

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.May.Az lent.az-a istinadən bildirir ki, Əmircan qəsəbəsində Suraxanı Rayon Polis İdarəsinə məxsus olan 90 AP 597 dövlət qeydiyyat nişanlı \"FİAT Doblo\" yolu keçmək istəyən 15 yaşlı oğlanı vurub. Ağır xəsarət alan məktəblinin həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

  • Suriyada döyüşən azərbaycanlı: Cinsi əlaqəyə məcbur edildim

    02.07.2016 11:50

    \"Kürd qüvvələriylə döyüşlərdə əsir düşdüm. Əsirlikdə olanda gördüm ki, kürd qadınlar düşərgədə qulluqçu kimi işləyir. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam”.May.Az Azadliq radiosuna istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən Rufan Ağcabəyov deyib.Suriyada Bashar al-Assad rejiminə qarşı döyüşməkdə ittiham olunan Rufan Ağcabəyovla Marfin Vladimirin məhkəməsi 1 aya yaxındır ki, davam edir.Rufan əsirlikdə olarkən başına gələnlərdən danışarkən deyib ki, saxlandığı düşərgədə hər gün kürd qadınlarla zorən cinsi əlaqəyə girib. Hakimin suallarını cavablandıran Rufan onu Suriyaya aparan yollardan da söz açıb:\"Mən ora Orxan adlı bir nəfərin vasitəçiliyi ilə, Türkiyədən keçərək gedib çıxmışdım. Xeyli azərbaycanlı vardı. İşimin adı \"camaat”ın yerləşdiyi inzibati binaya gecə və gündüz keşik çəkmək idi. Silah da vermişdilər – \"AK-74” avtomatı... Ümumiyyətlə, orda vəziyyət belədir - Suriya ərazisində\"Azəri camaatı” iki yerə bölünür.Bir hissəyə Abu Yəhya, ikinci hissəyə Xalid başçılıq edir. Abu Yəhyanın dəstəsində 70-80, Xalidin dəstəsində 15-20 azərbaycanlı var. Mən Xalidin dəstəsindəydim. Xalidin dəstəsi hələ yeni yaranmaqdaydı. \"Azəri camaatı”nın tərkibi təkcə azərbaycanlılardan ibarət deyildi. \"Camaat”da Dağıstandan və başqa yerlərdən müxtəlif millətlərdən olan insanlar cəmləşib”.Təqsirləndirilən şəxs danışır ki, getdiyi gündən qoruduğu qərargahda - Atma qəsəbəsindəki yüksəklikdə olub. Qərargaha keşik çəkdiyi müddətdə Xalidin yanına xeyli azərbaycanlının gəlib getməsinin şahidi olub.O, ifadəsində göstərib ki, ərəb şeyxləri tez-tez \"Camaat”a yardımlar göndərirmiş.Əsir düşdüyü müddəti isə həyatının ən ağır günləri hesab edir. O, əsirlikdə olarkən düşərgədə kürd qadınlarının xidmət göstərdiyini, əsirlərin həmin qadınlarla zorla cinsi əlaqəyə məcbur edildiyini də deyir.Rufan Suriyaya hansı marağa görə getməsi ilə bağlı suala \"orda gündə üç dəfə pulsuz yemək və 750 Suriya pulu verilirdi” deyə cavab verib.O, bildirib ki, Xalidin və Abu Yahyanın dəstəsinin məqsədi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulanları ərzaq və hərbi geyimlərlə təmin etmək, həmin ərzaqları və geyimləri qaçaq yolla Suriyaya keçirmək olub.Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov da Suriya döyüşlərindən birində öldürülüb. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçıları olub.