-
Hərbi hissələrdə xüsusi rejimin tətbiqinə başlanıldı
04.07.2016 23:54
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.Havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Eyni zamanda hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir.Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorlarla təmin edilir.Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.
-
Avtovağzal bayrama görə qrafiki dəyişir
04.07.2016 23:53
Ramazan bayramı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir. ANS PRESS-in məlumatına görə, artıq bayram günləri ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı əlavə avtobuslar ayıracaq. Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzalı iyulun 4-dən 8-ə kimi qrafikində dəyişiklik edəcək. Bayramla əlaqədar xəttə çıxarılan avtobusların sayı artırılacaq: \"Adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 600 reys təşkil edilir. Ehtiyatda əlavə olaraq 200 avtobus saxlayacağıq. Ehtiyac olarsa, həmin avtobuslar da xəttə buraxılacaq\". Adi günlərdə 300-350 reyslə 10 minə yaxın sərnişin daşınırsa, bayram günlərində avtobus reyslərinin sayı 600-ə qədər artacaq. Sərnişin artımı isə əlavə 4-5 min civarında olacaq. Qurum rəsmisi sərnişinlərə biletlərlə problem yaşamamaları üçün avtovağzala bir neçə saat öncə müraciət etmələrini xahiş edib. Onun sözlərinə görə, hər bayramda rayonlara gedənlərin sayı çox olduğundan sərnişinlər narazılıqlar yaşayırlar.\"Azərbaycan Dəmir Yolları\" Ramazan Bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçir. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.Şəfa Mehmanqızı iyul ayının ortalarından avtovağzaldan Bakı-Batumi istiqamətində avtobusların fəaliyyətə başlayacağını da bildirib. Onun sözlərinə görə, bu istiqamətdə biletlərin qiyməti böyüklər üçün 25 manat, uşaqlar üçün isə həmin qiymətin 50%-ni təşkil edəcək. Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dır.
-
Sabaha olan hava proqnozu açıqlandı
04.07.2016 23:51
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az verilən məlumata görə, paytaxtda və yarımadada şimal küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.İyulun 5-də səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
-
Mərkəzi Bank dolların bahalaşmasına qarşı addım: 50 milyon manat
04.07.2016 23:49
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.\"Marja\" xəbər verir ki, 4 iyul 2016-cı il tarixində keçiriləcək hərracda 4,01%-6,99% dərəcəsi ilə 50 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərracın müddəti 1 aydır. Dolayı hərrac Blumberq ticarət sistemində keçiriləcək.Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. 13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirildi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bildi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.
-
Kənan MM: \"Paltarlarımı ya 20 yanvardan, ya da Sədərəkdən alıram\"
04.07.2016 23:46
\"Əsas paltar deyil, əsas içindəkidir\". May.Az məlumat verir ki, bunu rejissor Kənan MM sosial şəbəkədə yazıb. O paltarlarını bahalı ticarət mərkəzlərindən almadığını bildirib: \"Mən paltarlarımı ya 20 yanvardan, ya da \"Sədərək Ticarət Mərkəzi\"indən alıram. Yalandan gopa basmağın mənası yoxdur. Brenddir, markadır, nə bilim nə. Əsas paltar deyil, əsas içindəki insandır\",- deyə rejissor qeyd edib. Qeyd edək ki, bir neçə müddət əvvəl Kənan MM \"Qız açarı stolun üstünə atdı ki, bir gecə mənimlə ol\" açıqlaması ilə gündəmə gəlmişdi. Rejissorun sözləri birmənalı qarşılanmamışdı.
-
Gəlin toy günü suda boğuldu
04.07.2016 23:45
Rusiyada toy zamanı faciə baş verib. May.Az ANS PRESS-ə istinadən məlumat verir ki, gəlin öz toyunda suda boğularaq ölüb. Hadisə Moskva ətrafında, Klyazminsk su anbarının ərazisində baş verib. Yeni evli cütlük dostları və yaxınlarının müşayiəti ilə toylarını qeyd etmək üçün anbarın kənarına gəliblər. Onlar axşama kimi yeyib-içiblər. Axşam saatlarında isə gənclər üzməyə qərar veriblər. Onlar üzərək bir sahildən digərinə keçmək niyyəti ilə suya giriblər. Gəlin rəfiqəsi ilə yan-yana üzüb. Lakin sahidən bir neçə metr aralandıqdan sonra qəfildən batmağa başlayıb və suyun dibinə gedib. Rəfiqəsi cəhd etsə də, onu xilas edə bilməyib. Qonaqlar və bəy də dərhal onlar olan yerə üzüblər. Lakin qadını tapmaq mümkün olmayıb və hadisə yerinə xilasedicilər çağırılıb. 32 yaşlı gəlinin meyitini səhər saatlarında sudan çıxarmaq mümkün olub. Qeyd edək ki, adıçəkilən su anbarında üzməyin qadağan edilməsi barədə nişanlar qoyulsa da, onlara əhəmiyyət verən yoxdur.
-
Bakıda 22 yaşlı qız mağazada tanışı tərəfindən öldürüldü
04.07.2016 23:43
Bakıda qətl törədilib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb. V. Qarayev tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
-
Cəbhədə son vəziyyət
04.07.2016 23:42
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. Müdafiə Nazirliyindən May.Az verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
Ahmet Kaya - Günaydin Annecigim
04.07.2016 01:08
Ahmet Kaya - Günaydin Annecigim
-
İranlı modeldən cazibədar FOTOLAR
04.07.2016 00:00
Tanınmış iranlı model Mahlaqha Kaberi İnstaqramda yeni fotolarını paylaşıb. May.Az məlumat verir ki, model görünüşü ilə yenə göz oxşayır. Cazibədar modelin fotolarına çox sayda bəyənmə gəlib. Instagram izləyiciləri onun ünvanına tərif dolu şərhlər yazıblar. Seksual modelin izləyici sayı 1 milyonu keçib. Xatırladaq ki, Mahlaqha Kaberi ötən il \"One Time” jurnalı tərəfindən \"Ən gözəl və cazibədar model” sorğusu üçün namizədlərdən biri seçilmişdi. Cazibədar model İnstaqram-dan aktiv isitifadə edən məşhurlardandır. Modelin İnstaqram hesabında 1 milyondan çox izləyicisi var. Gözəl model \"Kainat gözəli” tituluna da layiq görülüb.
-
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?
03.07.2016 23:52
Bu gün axşam saatlarında paytaxt Bakıda bomba həyəcanı yaşanıb.May.Az-in verdiyi məlumata görə, bu gün axşam saat 19:00 radələrindən təxminən 22:00-dək Xətai prospektindən Heydər Əliyev Prospektinə gedən yol bağlanıb. Körpünün altı və ərzidəki maşınlar xüsusi cihazla yoxlanılıb. Polislərin sürücülərə verdiyi məlumata görə, Xətai Prospektini Heydər Əliyev prospekti ilə birləşdirən körpüyə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Məlumata görə körpünün altından partlayıcıya bənzər əşya tapılıb.Xəbər yenilənir…
-
Фестиваль ВКонтакте
03.07.2016 19:25
Фестиваль ВКонтакте соберёт под открытым небом в Санкт-Петербурге пользователей, сообщества и звёзд социальной сети.Билеты — vk.cc/ticketsBaşlanğıc:16 iyul saat 13:00Sonu:17 iyul saat 23:00
-
Daha bir ölkə kişi qıtlığından əziyyət çəkir - FOTO
03.07.2016 18:58
Dünyaca məşhur aktrisa və sənətçilərin ana vətəni Avstraliyada kişi qıtlığı yaşanır. Böyük şəhərlərdə yaşayan qadınlar öz məhəbbətlərini tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalır. May.Az xəbər verir ki, McCrindle adlı şirkətin araşdırmasına görə ölkənin 8 əyalətinin 6-da qadınların sayı kişilərdən 100 min çoxdur. Aaraşdırmaya görə, yeni doğulan körpələrin əksəriyyəti qız uşaqlarıdır. Son iki ildə isə 20-35 yaş arasındakı qadınların özlərinə ər tapmaqda problemləri olduğu ortaya çıxıb. Problemin daha qabarıq göründüyü yerlər isə Tasmania və Victoria əyalətləridir.Bəzi mənbələr isə iddia edir ki, əslində araşdırmanın nəticəsi həqiqəti əks etdirmir. Bu, ölkəyə daha çox turist cəlb etmək üçün məqsədli şəkildə uydurulub.
-
FHN Şəkidəki vəziyyətlə bağlı aşıqlama yaydı
03.07.2016 18:53
Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb. May.Az xəbər verir ki, iyulun 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. Bu gün 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.
-
Azərbaycanda DƏHŞƏT: 5 yaşlı uşaq yanan maşında can verdi
03.07.2016 18:52
Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın mlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi \"Mercedes\" markalı, 11 BG 172 dövlət qeydiyyat nişanlı \"Mercedes\" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib. Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
İlk iş günü hava necə olacaq?
03.07.2016 18:50
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.İyulun 4-də Azərbaycanın rayonlarında gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı və dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
-
ATƏT ermənilərin aprel döyüşləri ilə bağlı təklifini rədd etdi
03.07.2016 18:48
Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın aprel hadisələri ilə bağlı komitənin qəbul edəcəyi qətnaməyə təklif etdiyi düzəliş qəbul edilməyib.ANS PRESS-in məlumatına görə, A. Qeqamyan aprel döyüşlərində təmas xəttində Azərbaycan Silahlı Qüvvələrin daxilində İŞİD üzvləri döyüşdüyünü və və onların erməni əsgərlərinin başını kəsdiyini iddia edib.Komitədə məruzəçi olan İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Sederfelt tərəfindən təklif qəti olaraq rədd edilib və düzəliş komitə iclasında qəbul olunmayıb.
-
10 примеров успешных и не очень примеров государств и общин, созданных на анархических принципах
03.07.2016 11:24
Изречение о том, что анархия – мать порядка, приписывают теоретику революции и анархизма Пьеру Жозефу Прудону. Хотя анархия уже давно считается идеологической системой, которую невозможно реализовать, на протяжении всей истории люди постоянно пытаются построить анархическое сообщество. Ведь постулаты анархизма так заманчивы: человек может нормально жить и развиваться только в системе, которая не основана на государственной власти. В нашем обзоре речь пойдёт о попытках людей построить анархическое общество.1. Революционная КаталонияВ результате испанского переворота в июле 1936 года, когда фашисты пытались получить контроль над Испанией, анархистская партия в Каталонии под названием CNT-FAI или Федерация анархистов Иберии (ультраправое крыло Национальной конфедерации труда) возглавила народное восстание путем организации ополченцев против Националистических сил. В целом, силы этих ополченцев состояли из 18 000 работников (в том числе Джорджа Оруэлла, который воевал за каталонцев). Они сумели победить националистические силы и добиться независимости Каталонии. Хотя организацию подвергли впоследствии критике за присоединение к национальному правительству, она сделала многое, чтобы увеличить шансы на победу в войне против диктатуры в Испании. CNT-FAI также сумела добиться ряда реформ, а именно коллективизации земли и ресурсов. Правительство также смогло поощрить добровольную коллективизацию. Заводы были \"конфискованы и контролировались комитетами выборных работников\". В конце концов, анархическое правительство пало в 1938 году.2. Парижская коммунаПарижская Коммуна возникла в 1871 году в качестве реакции на франко-прусскую войну и часто считается первым примером захвата власти рабочим классом. Национальную гвардию Парижа, которая была отрезана от армии, поддержали горожане, а также были проведены свободные выборы , чтобы определить , кто будет управлять городом. Коммуна реализовала некоторые анархистские политики, такие как превращение предприятий в рабочие кооперативы. 8 мая правительство Франции, наконец, победило коммуну и восстановило свою власть над городом.3. Вольная территорияС 1918 по 1921 год Вольная территория была анархистским государством, созданным в Украине Нестором Махно. Вольная территория считается одним из немногих государств, основанных исключительно на анархистской идеологии, чему явно соответствует его флаг, на котором было написано \"Смерть всем, кто стоит на пути обретения свободы трудящимися\". С армией в 100 000 человек Махно захватил юго-восточную часть Украины, где проживало 7 миллионов человек. Его анархистское общество было структурировано путем создания рабочих и крестьянских Советов, члены которых голосовали по важным вопросам. Махно также выступал против централизованного правительства любого рода. В конце концов, Красная Армия вторглась на Вольную территорию и смогла победить армию Махно в 1921 г.4. Свободный город ХристианияСозданный в 1971 году свободный город Христиания является одним из немногих анархистских сообществ, которое активно по сей день. Также примечательно то, что оно сумело остаться автономным на протяжении более 40 лет. Город был основан поселенцами-хиппи в датском Копенгагене в заброшенных военных казармах. Вскоре хиппи объявили Христианию свободным городом, жители которого не обязаны платить налоги и могут открыто продавать-покупать марихуану. В общине запрещена частная собственность (к примеру, жители автономии не могут владеть личными автомобилями). В то же время в анархическом сообществе есть ряд законов, призванных исключить насилие и преступления. В 2012 году правительство согласилось продать общине занимаемую ей землю.5. Коммуна Твин ОуксВ 1967 году небольшая группа коммунитаристов решила построить общество, основанное на ценностях эгалитаризма и устойчивости окружающей среды. Основанное на 160 гектарах акров земли в штате Вирджиния сообщество живет за счет садоводства и сельского хозяйства, а также производства гамаков, которые затем идут на продажу. Все велосипеды, автомобили, компьютеры и рекреационные объекты, приобретенные общиной, принадлежат не кому-то определенному, а всей общине и доступны для общего пользования.6. Коммуна СтранджаКоммуна Странджа в Болгарии была анархистским обществом, которое было провозглашено 18 августа 1903 года Михаилом Герджиковым, командиром Внутренней Македонско-Одринской Революционной Организации. Армии Герджикова, которая насчитывала всего 2 000 человек, удалось установить временное правительство в горах Странджа после противостояния с турецкой оппозицией, насчитывающей 10 500 солдат. В коммуне, была создана коммунитарная система, где ресурсы распределялись равномерно в соответствии с необходимостью. Недолговечная коммуна была побеждена османскими войсками всего один месяц спустя, 8 сентября 1903 года.7. Автономная область ШинминВ 1924 году корейская коммунистическая федерация анархистов (KACF) начала способствовать активному созданию анархистских профсоюзов и развитию антиимпериалистических настроений в Китае. Пять лет спустя, KACF объявила провинцию Шинмин независимой от Китая и сразу же попыталась создать децентрализованную форму контроля в пределах этого района. Как и в других анархистских обществах, KACF создала свободную ассоциацию местных советов в областях, районах и селах. Хотя эти советы принимали независимые решения относительно своих территорий, они сотрудничали друг с другом по важным вопросам, таким как сельское хозяйство, финансы и образование. Однако из - за попыток императорской Японии завоевать регион, автономия области была отменена в 1931 году.8. Сирийский КурдистанХотя технически это не анархистское общество, Сирийский Курдистан (ака Федерации Северной Сирии) является де-факто автономной зоной, которая имеет право на самоуправление, независимо от официального сирийского правительства. Хотя официальная политическая система Сирийского Курдистана, который объявил автономию в ноябре 2013 г., описывается как либертарианский социализм, государство также находится под влиянием анархистских принципов. Сирийский Курдистан перенял свои идеалы от вермонтского философа Мюррея Букчина, который утверждал, что в идеале национальное государство должно принимать форму \"либертарного муниципализма\". По сути, это обозначает собрания людей, которые голосуют при необходимости решения каких-либо проблем на местном уровне.9. ЗомияПростирающаяся от вьетнамской горной местности до Тибетского плато в Афганистане, Зомия представляет собой географический регион с населением в 100 миллионов человек, чье название было придумано нидерландским исследователем Виллемом ван Шенделем в 2002 году. Зомия рассматривается некоторыми политологами, как пример отказа от современного государства и действующего анархистского общества. В данном регионе мира такие государства, как Китай и Вьетнам, не имеют контроля над этими \"труднодоступными\" районами, вследствие чего, они в значительной степени находятся на самоуправлении.10. Бир ТавильХотя технически это не государство и не общество, Бир Тавиль является одним из немногих районов мира, на который не претендует ни одно государство. Следовательно, это непринадлежащая никому территория, без законов и без правительства. Эта аномалия случилась, когда англичане подписали соглашение с египтянами о том, что новая британская колония Судан будет иметь границу с Египтом вдоль 22-й параллели. При этом, в 1902 году Британия провела новую \"административную границу\", согласно которой Бир-Тавиль (площадь которого составляет 2060 км²), остался спорной территорией. Возможно , это место было бы идеальным для анархистов, которые могли бы попытаться реализовать свои идеи без необходимости провоцировать законное правительство.
-
Rusiyada təyyarə qəzası: Ölənlər var
03.07.2016 11:00
Aviaqəza nəticəsində təyyarə tamamilə parçalanıb və yanıb.İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb. May.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur:“Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”. Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub. Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.
-
Hillari Klinton FTB-də 3,5 saat dindirilib
03.07.2016 10:58
ABŞ prezidentliyinə namizəd məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsində günahlandırılır.Ötən gün sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klinton “elektron poçt işi” üzrə Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən dindirilib, May.Az APA-ya istinadən xəbər verir.Qeyd edək ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. FTB faktla bağlı ilkin istintaq aparır, lakin, hələlik, Hillari Klinton barəsində cinayət işinin başlanmasına qərar verməyib.“Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtundan istifadə etdiyini könüllü şəkildə danışdı... İstintaqa hörmət baxımından o, bu barədə heç bir şərh verməyəcək”, - deyə siyasətçinin mətbuat katibi Nik Merril bildirib.Onun sözlərinə görə, FTB-nin mənzil-qərargahında baş tutan söhbət 3,5 saat davam edib.