-
Atatürk hava limanındakı teraktda adı hallanan azərbaycanlı həbs edildi
05.07.2016 04:33
İyunun 29-da axşam saatlarında İstanbulun Atatürk aerportunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.Məhkəmədə E.Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu vəkil müdafiə edib.E.Bünyadova qarşı Türk Cəza Qanununun \"Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb, o, cəza evinə göndərilib.APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E.Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini açıqlayıb.\"Müdafiəçisi olduğum şəxsə aid edilən suçlamaları qəbul etmirik. Özü Türkiyədə yaşamaqdadır. Sabit yaşayış ünvanı var. Bu cəhətləri nəzərə alaraq, müdafiə etdiyim şəxs həbs edilmədən istintaqın aparılmasını, bu olmazsa, ədliyyə nəzarəti tətbiq edilərək istintaqın aparılmasını tələb edirəm”, - deyə vəkil bildirib.Lakin məhkəmə vəkilin bu tələbini nəzərə almayaraq, E.Bünyadovun həbsinə qərar verib.E.Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə də qərar qəbul edib.Qeyd edək ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub. Onlardan 4-ü, o cümlədən E.Bünyadov xarici vətəndaşdır.
-
Azərbaycanlı jurnalist ermənilər tərəfindən təhdid olunur
05.07.2016 00:27
Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad AbbasovU ermənilər təhdid edir. May.Az məlumat verir ki, bu barədəhaqda jurnalist \"Facebook\" hesabında yazıb:\"Əziz dostlar, ermənilərin təhdidləri real xarakter almağa başlayıb. Facebook-da anonim mesajlardan doymayıb, şəhərdə önümə kəsərək açıq-aşkar qorxutmağa çalışırlar. Bu təhdidlərə qarşı qanun çərçivəsində nə edə bilərik? Xahiş edirəm, Moskvadaki hüquq müdafiəçiləri və vəkil dostlarımız mənə məlumat versinlər\"-, deyə jurnalist qeyd edib. Qeyd edək ki, cəbhə xəttində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov 6 il işlədiyi Türkiyənin İxlas Xəbər Agentliyindəki işindən uzaqlaşdırılmışdı. Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilib. Lakin jurnalist bu iddiaları təkzib etmişdi. O, Rusiyanın televiziya kanallarında dəvət olunduğu verilişlərdə Azərbaycanı müdafiə etdiyi üçün işdən çıxarıldığını bildirmişdi.
-
Təmas xəttində erməni hərbçisinin meyiti tapılıb
05.07.2016 00:25
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçinin cəsədi tapılıb. May.Az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsun Ovannisyan açıqlama verib. Onun sözlərinə görə, hərbçinin cəsədi Tavuş rayonunda döyüş postlarından birində aşkarlanlıb. Faktla bağlı istintaq xidmətində araşdırma aparılır. Həlak olmuş hərbçinin Armavir sakini olan Arsen Mxitaryan olduğu və onun avtomatik silahdan açılmış güllə yarasından öldüyü bildirilir.
-
Dolların məzənnəsi açıqlandı
05.07.2016 00:24
Sabah üçün manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, 05.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 4-də USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində olub.
-
Xəstənin ayağını səhv kəsən həkim və klinikanın direktoru işdən azad olundu
05.07.2016 00:23
Bu gün Səhiyyə Nazirliyinin Kollegiya iclasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində ötən ayın 26-da vətəndaş Məmmədova Tərlan Həsən qızının cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.May.Az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyindən Lent.az-a məlumat verilib. Nazirliyin sərəncamına əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılıb. Komissiyada vurğulanıb ki, aparılmış kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq iyunun 23-də mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb. Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib. Kollegiyanın qərarına əsasən Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib. Mətbuat xidməti Angioloji Mərkəzin direktoru vəzifəsinə müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunmasını təsdiqləyib. Həmçinin o da vurğulanıb ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcək.
-
Bakıda bu avtobusların marşrut xətti dəyişdi
05.07.2016 00:21
Paytaxtda bir sıra avtobusların marşrut xətləri dəyişib. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Onun sözlərinə görə, paytaxtın Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq. Buna görə də, 11-12-15-20-36-44-54-62-70-94-214 nömrəli marşrut xətləri üzrə hərəkət edən sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə edilir.
-
MTN-nin tutduğu məhbus həbsxanada öldü
05.07.2016 00:19
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu il təvəllüdlü Almas Rəhmət oğlu Qafarov xəstəlikdən ölüb.Qeyd edək ki, A. Qafarov 2009-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib.Məlumata görə, Almas Qafarov bir qrup şəxslə qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.Daha sonra Almas Qafarov \"Qızılağac” Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki \"Kurkasa” adası yaxınlığında İrandan gələn külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədib.
-
Azərbaycanda mədrəsələr açılır
05.07.2016 00:18
\"Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq\".Bunu \"Report\"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib: \"Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göstəriş verib. Dövlət Komitəsi bu prosesdə iştirak edir. Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür\".S.Heydərovun sözlərinə görə, Bakıda \"Heydər\" məscidinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin yaradılması nəzərdə tutulub. Komitə sədrinin müavini deyib ki, mədrəsə məzunları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə imam və axund təyin olunacaqlar.
-
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
05.07.2016 00:17
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir:\"Hörmətli həmvətənlər!Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eyni zamanda məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar.Əziz bacı və qardaşlarım!İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.Ramazan bayramınız mübarək olsun!\"
-
İrəvanda Qarabağ bəyanatı
05.07.2016 00:16
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən toplantısında (KTMT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. May.Az xəbər verir ki, bəyanatda münaqişənin sülh yolu ilə həlli və regionda gərginliyin azaldılması haqqında fikirlər səsləndirilib. \"Regionda gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik. Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək biz ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq\", - bəyanatda bildirilir.
-
Azərbaycanlı terrorçu: “Mən Allahın əsgəriyəm, düz yoldayam”
05.07.2016 00:13
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan \"Umar Abu Mücahid” ləqəbli Nurəddin Xəlilovun və onun rəhbərlik etdiyi 17 nəfərik radikal dini dəstənin növbəti məhkəmə iclası keçirilib.Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Məhkəmə prosesi başlayan kimi təqsirləndirilən şəxslər hər zaman olduğu kimi, bu dəfə də hakimə etiraz edərək, \"hökmün Allaha məxsus olduğunu” bildiriblər. Onların valideynləri övladlarını düz yola qayıtmaqlarını arzulayıb: \"Sizin beyninizi yuyublar. Ağlınızın ucbatından ömrünüzü zindanda keçirəcəksiniz\".Təqsirləndirilənlərdən \"Xalid\" ləqəbli Əhməd Kərimov qohumlarına bildirib ki, heç kimin ona yazığı gəlməsin: \"Mən Allahın əsgəriyəm, düz yoldayam. Mənə yazığı gələnlərə deyin ki, əksinə, mənim onlara yazığım gəlir, çünki cahildirlər. Mənimsə yolum haqq yoludur\".Prosesdə vəkillər müdafiə çıxışı ediblər. Onların bir çoxu müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.Məhkəmə prosesi iyulun 11-davam edəcək.Xatırladaq ki, ötən həftə dövlət ittihamçısı \"Abu Mücahid” ləqəbli Nürəddin Xəlilovun ömürlük, Rəşad Həşimli, Müşfiq Mikayılov, Əhməd Kərimov, Coşqun Kərimbəyli və Bahadur Məmmədovun 20 il, Fəxri Şirinzadə, Rufiz Bəyimov və Zaur Əliyevin 18 il, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Samir Məmmədov və Niyaməddin Xəlilovun 16 il, Anar Rzayev, İlqar Musayev və Ceyhun Abdullayevin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gediblər. Səhər saat 4 radələrində üzlərinə maska taxıb quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, \"Vinçester” markalı tüfəng, \"Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus \"VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurladıqları müəyyən edilib.Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib. (virtualaz.org)
-
Rus pornoaktrisa 4-cü dəfə ərə gedir
05.07.2016 00:12
Məşhur rus pornoaktrisası, \"Dom-2\" yarışmasının iştirakçısı Yelena Berkova aktyor Andrey Stoyanovla ilə evlənir. May.Az-in məlumatına görə, 31 yaşlı Berkova 4-cü dəfə ərə gedəcək.Berkova və 42 yaşlı Andrey Stoyanovala münasibətləri uzun illərdir ki, davam edirdi. 2016-cı ilin yanvarında Andrey aktrisanın təkidi ilə öz həyat yoldaşından boşanıb. Cütlük yay məzuniyyətini birlikdə keçirib və istirahətdən qayıtdıqdan sonra nişanlanmaq qərarı verib.Berkovanın sözlərinə görə, o və Andrey uzun müddət ünsiyyət saxlamayıb. Amma son zamanlar birgə layihə üzərində işləyiblər və bu zaman yenidən sevgili olmaq qərarı veriblər.
-
AZAL-ın Bakıdan uçan sərnişinlərinin nəzərinə!
05.07.2016 00:10
4 iyul 2016-cı il, Bakı – Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq \"Azərbaycan Hava Yolları\" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyyə edir.Bundan başqa, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq: (+99412) 598-88-80 və ya *8880, və yaxud da callcenter@azal.az e-mailinə yazmağınız xahiş olunur. Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə aşağıdakı telefon nömrəsi vasitəsilə zəng edərək müəyyənləşdirmək mümkündür : (+99412) 497-27-27, və yaxud da aşağıdakı linkdə faylı yükləmək mümkündür: https://www.azal.az/upload/pdf/Summer_Timetable_AZAL_AZALJET_AZ.pdf
-
Bakıda azyaşlı beşinci mərtəbədən yıxılaraq öldü
05.07.2016 00:09
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.May.Az bildirir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 3-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.
-
Azərbaycanda 36 mindən çox şagird Ana dilindən \"2\" qiyməti aldı
05.07.2016 00:07
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.May.Az-in məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) \"2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) \"2” qiyməti alıb.XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) \"2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) \"2” qiyməti alıb. Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.
-
Bakıda Brejnevin icazi ilə istehsal olunan avtomobil 100 minə satışa çıxarıldı
05.07.2016 00:05
Bakıda 100 min manata 1979-cu il istehsallı maşın satılır. May.Az-in məlumatına görə, \"Sport Minik\" markalı maşının mühərriki 1,2 L. gücündədir. 20 min \"probeqi\" avtomobilin əl işi olduğu bildirilir. Avtomobilin sahibi iddia edir ki, maşın daşdan yığılıb. SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnevin razılığı əsasında istehsal olunan maşından dünyada yalnız bir ədəddir. Avtomobilin sahibi bildirir ki, \"Sport Minik\" retrodur və bu barədə 70-ci illərdə istehsal olunan jurnaldan məlumat əldə etmək mümkündür.
-
Banunun anasının şəkilləri ortaya çıxdı
05.07.2016 00:03
Sosial şəbəkələrin fenomeninə çevrilən kiçik Banunun anasının fotosu da ortaya çıxıb.Qızcığazın anasının fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.Qeyd edək ki, kiçik Banunun hər iki sosial şəbəkəsi qohumları tərəfindən idarə edilir.Fotoları təqdim edirik:
-
Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər
04.07.2016 23:59
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun səhv amputasiya etdiyi üçün növbəti dəfə əməliyyat olunan Tərlan Məmmədova bu həftənin sonunda evə buraxılacaq.May.Az bildirir ki, Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya deyib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, xəstənin ağrıları azalıb, tikişləri sökülüb və heç bir narazılığı yoxdur. Mərkəz direktoru qeyd edib ki, vəziyyət belə davam edərsə, 5-6 gün sonra xəstə evə buraxılacaq: \"Hadisə ilə əlaqədar yaradılan komissiyanın, ekspertizanın rəyi hələlik məlum deyil. Rəy hazır olanda ictimaiyyətə məlumat veriləcək\". Qeyd edək ki, həkim Valeh Kərimov şəkər xəstəliyindən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın sol ayağının əvəzinə sağ ayağını amputasiya edib. Daha sonra qadının sol ayağı da kəsilib.
-
20 gündür yoxa çıxan 3 uşaq anası tapılmır: \"Ərinə xəyanət edib\"
04.07.2016 23:58
İyunun 14-də Tovuzun Öysüzlü kəndində iki uşaq anası, 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb.May.Az bildirir ki, Aytəkin Quliyevanın atası Məzahir Quliyevin azvision.az-a bildirdiyinə görə, hadisədən 20 gün ötməsinə baxmayaraq, qızından hələ də bir xəbər yoxdur: \"Ötən gün rayon prokurorunun qəbulunda oldum. Bildirdi ki, axtarışlar davam edir. Mən bir ata kimi övladımın öldürülməsindən şübhələnirəm. Heç bir ana 20 gün 3 balasından uzaq qal bilməz. Qızımı bəlkə də öldürüb, basdırıblar. Aytəkinin axtarışı ilə bağlı telekanallara müraciət etmişik. Efir vasitəsilə onun axtarışlarını davam etdirəcəyik\".Qeyd edək ki, gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov Aytəkin Quliyevanın başqa bir oğlana qoşulub qaçdığını bildirmişdi.\"Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq\". Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.
-
3 yaşlı Arzunun ölümündə ittiham olunan həkim: \"Biz demirik ki...\"
04.07.2016 23:56
Burun-boğaz əməliyyatından sonra dünyasını dəyişən 3 yaşlı Arzu Qurbanlının ölümündə günahlandırılan həkim ittihamlara cavab verib.May.az bildirir ki, aznews.az-a açıqlama verən \"Real\" Tibb Mərkəzinin cərrahı İlham Ağayev ekspertiza rəyinin hələ də açıqlanmadığını bildirib: \"Biz də ekspertizanın cavabını gözləyirik. Yəqin ki, hazır olanda ictimaiyyətə məlumat veriləcək. Uşaq qusub. Sadəcə olaraq, aspirator nəfəs yoluna salınıb oradan qusuntu kütləsi çıxarılıb. Bunu ekspertiza deyil, biz həkimlər görürük. Mən bilən həmin vaxt valideynlər içəridə olub\". İ.Ağayev uşağın atası Sənan Qurbanlının \"Həkim bəzi media orqanlarına uşağın yeməyini qaytardığını və yeməyin nəfəs borusuna düşdüyü üçün öldüyünü iddia etsə də, razılaşmıram. Çünki həmin gün Arzu heç nə yeməmişdi\" fikrinə də münasibət bildirib. Deyib ki, insan heç nə yeməsə də, onun mədəsində həmişə şirə olur: \"Biz demirik ki, uşaq nəsə yeyib. Qaydaya görə, mədə boş qalıb narahatlıq verməsin deyə 4 saatdan sonra xəstə su içə bilər. Kütlə deyəndə içdiyi su, yediyi çörək nəzərdə tutulmur. Həmçinin adi mədə şirəsi var. Biz heç nə yeməsək belə, mədədə həmişə müəyyən qədər kütlə olur\".Həkim əməliyyat öncəsi A.Qurbanlıya narkozun çox verildiyi iddiasına isə belə cavab verib: \"Mən cərraham, narkoz vermirəm. Bildiyim qədərilə də narkoz ona qaydasında verilib\".Xatırladaq ki, 3 yaşlı Arzu Qurbanlı iyunun 30-da Sumqayıt şəhərindəki \"Real\" Tibb Mərkəzində boğaz və burun əməliyyatından sonra dünyasını dəyişib. Valideynləri uşağa narkozun çox verildiyini iddia edir.