-
6 ayda 14 mindən çox cinayət törədilib
09.07.2016 00:08
Bu ilin 6 ayı ərzində Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 251 cinayət qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.Nazir müavini deyib ki, qeydə alınan cinayətlərin 94,2 faizi və ya 13 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub: \"Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb\".V.Eyvazov bildirib ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb: \"Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb\".Polis general-leytenantı qeyd edib ki, \"102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb: \"Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb\".Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.Nazirin birinci müavini qeyd edib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb.Məruzəçi bildirib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Belə ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972.383 nəfərə şəxsiyyət vəsiqəsi, 179.792 nəfərə isə ümumvətəndaş pasportu verilib.Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.
-
Ramil Usubov polislərə tapşırıq verdi
09.07.2016 00:07
\"Daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir”. DİN-in mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, bunu daxili işlər naziri Ramil Usubov bu gün keçirilən kollegiya iclasında deyib. Onun sözlərinə görə, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirib, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlar və hərbi qulluqçular yüksək peşəkarlığı ilə fərqlənib, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işi hazırda da uğurla davam etdirilir.Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.Nazir şəxsi heyətin cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam yerinə yetirəcəyinə, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini ifadə edib.
-
Nurbala, Balacaxanım, Dursunəli və başqaları
09.07.2016 00:04
Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib. (\"Report\")
-
Bu İt İnsanın Ən Yaxşı Dostudur
08.07.2016 02:15
İt hər baxımdan insanın ən yaxşı dostudur, amma bu it dostluğu daha yüksək bir səviyyəyə daşıyır. Yeməyini ona verən adamın həyatını asanlaşdırmaq üçün əlindən gələni edən iti çox sevəcəksiniz.
-
Bakıda körpələr evi qarət olundu
08.07.2016 02:07
Bakıda körpələr evi və uşaq bağçası qarət olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, hadisə Xətai rayonu ərazisindəki \"Körpələr evi\"ndə və uşaq bağçasında baş verib. Hər iki müəssisəsyə pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.
-
\"Onunla ikiəlli görüşmək üçün növbəyə düzülənlər var\"
08.07.2016 02:04
Rejissor Kənan MM varlı insanların əhatəsində olan insanları tənqid edib. May.Az məlumat verir ki, rejissor varlı şəxsləri əslində onların əhatəsindəki insanların pis tanıtdıqlarını bildirib. O, sosial şəbəkədə bunları yazıb: \"Bir imkanlı şəxs ilə görüşüm var idi və məni onun yanına bir tanışım apardı. Həmin imkanlı şəxslə ilk görüşüm idi. Əl uzadıb görüşdüm. Hər şey səmimi və normal keçdi. O şəxs də çox səmimi və mədəni şəkildə məni yola saldı... Amma əsas mövzu o deyil. Məni onu yanına aparan köhnə tanışımın həzm edə bilmədiyi şey oldu. Mənə irad tutdu ki, niyə o admla ikiəlli görüşmədim. \"Bilirsən, o, necə hörmətli insandır?! Onunla ikiəlli görüşmək üçün növbəyə düzülənlər var... Biz iki əlimizlə yalnız Allaha dua edərik. Əslində elə insanları qəddar və səmimi göstərən özləri deyil, yanındakı ikiəlli görüşənləridi. Bəndədən gələn Allahdan gəlsin\".
-
ŞOK: Mahmudovun bandası ərinə xəyanət edən qadınları...
08.07.2016 02:01
Ləğv edilən MTN-lə bağlı mediaya sızan bir-birindən ilginc məlumatlar ictimaiyyəti hər ötən gün bir az da sarsıtmaqda, dəhşətə gətirməkdədir. Uzun illər ərzində dövlətin onlara verdiyi yetkidən dövlətin sütunlarını sıradan çıxarmaq, şəxsi maraq və mənfəətlərini təmin etmək üçün istifadə edən Eldar Mahmudov komandası ilə bağlı bugünlərdə moderator.az-a daha bir tükürürpədici informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, şantaj, fiziki və psixoloji təzyiq üsullarından istifadə edərək külli miqdarda pul qazanan sabiq MTN rəhbərliyi \"ayağı sürüşkən” evli qadınlardan da böyük həvəslə \"çörək pulu” çıxarıb. Dövət maraqları, milli maraqlar üçün təhlükə kəsb edən şəxsləri nəzarətə götürmək əvəzinə bu cür qadınları nəzarətə alan komandanın bu qadınlardan necə pul qazanması isə olduqca maraqlı və bir o qədər də ikrahedicidir. Mənbənin sözlərinə görə, MTN bu cür qadınlardan pul qazanmaq üçün öncə onlara lazım olan xüsusiyyətləri özündə birləşdirən qadınlar axtarıb tapırdı. Hansı ki, bu qadınlar özündə üç əsas xüsusiyyəti birləşdirməli idi. Belə ki, onlar imkanlı olmalı, evli olmalı və \"kənar sevgiliyə” malik olmalı idilər. Bütün bu xüsusiyyətləri özündə birləşdirən qadınlar təsbit edildikdən sonra onların üzərində, sözün həqiqi mənasında, əməliyyat işi qurulurdu. Belə ki, yetkililərdən birinin rəhbərlik etdiyi əməliyyat qrupu həmin qadının və onun görüşdüyü kişinin əlaqə nömrələrini nəzarətə götürür, danışıqlarını qeydiyyata alır, görüş yerlərini müəyyənləşdirir, bu şəxslərlə bağlı audio-video faktlar əldə edir, sevişmə səhnələrini lent vasitəsi ilə \"əbədiləşdirirdi”. Yetərincə fakt əldə etdikdən sonra isə həmin şəxslərin hər ikisi ilə ayrı-ayrılıqda əlaqə saxlanılır, onlardan külli miqdarda pul tələb edilirdi. Bildirilirdi ki, əgər tələb edilən pul lazımi vaxtda çatdırılmasa, o zaman onların sevişmə səhnələrinin əks olunduğu videolar internetdə yayımlanacaq, bu kasetlər onların ailərinə, iş yoldaşlarına, yaxın qohumlarına göndəriləcək.Mənbənin sözlərinə görə, MTN-in tələsinə düşən, bu hədədən sarsılan, ailələrinin dağılacağından, rüsvay olacaqlarından, iş və ictimai karyeralarının bitəcəyindən qorxan şəxslər bir qayda olaraq MTN-in tələbləri ilə razılaşmaq və bundan sonrakı ömürlərini hər an ifşa olunmaq qorxusu altında yaşamalı olublar.Yüzlərlə qadın və kişinin bu cür şantaja məruz qaldğını bildirən mənbənin sözlərinə görə, onların arasında yüksək siyasi postlarda çalışan, iş və biznes dünyasının ulduzları olan şəxslər də olub ki, bu şəxslər hələ də həmin videoların ictimailəşəcəyi qorxusu ilə yaşayırlar.
-
Saakaşvlinin avtomobili oğurlandı
08.07.2016 01:58
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin \"Toyota Land Cruiser\" avtomobili oğurlanıb. May.Az xəbər verir ki, respublikanın baş prokurorluğu keçmiş prezidentin avtomobilinin Ukraynanın paytaxtı Kiyevdə qaçııldığını bildirib. Dəyəri təxminən altı milyon qrivn (15,5 milyon rubl) olan avtomobilin kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən oğurlandığı güman edilir.
-
Sabah 37 dərəcə isti olacaq
08.07.2016 01:51
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, paytaxtda və yarımadada əsən mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
-
Ermənilərdən ETİRAF: 288 hərbçi ölüb
08.07.2016 01:49
2016-cı ilin son 6 ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin 136 hərbçisi ölüb. BAKU.WS xəbər verir ki, bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb. Araşdırmaya əsasən 136 ölüm hadisəsindən 77-i 1-5 aprel tarixlərində qeydə alınıb. Digər ölüm halları isə rəsmi məlumatlara əsasən başqa səbəblərdən (özünə qəsd, nizamnamənin pozulması, təbii fəlakət və s.) baş verib. Məlumata əsasən erməni əsgərləri arasında qeydə alınan ölüm hallarından 17-i Ermənistan, 119-u isə Dağlıq Qarabağ ərazisində baş verib. Ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistan ordusunda ölüm halları 4 dəfə artıb. Belə ki, 2015-ci ildə bu göstərici 34 ölüm faktı olub. Sənəddə, həmçinin son üç ilin statistik məlumatları da öz əksini tapıb: \"2013-2016-ci illərdə Ermənistan ordusunda 288 ölüm faktı qeydə alınıb ki, onlardan 114-dü qeyri döyüş şəraitində, 174-ü isə atəşkəs rejiminin pozulması nəticəsində baş verib”.
-
Avtomobillərə qənim kəsilən paytaxt sakini tutuldu
08.07.2016 01:46
2 avtomobil qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci PB və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus \"VAZ-21011” markalı, iyunun 3-də Aydın Əliyevə məxsus \"VAZ-2106” markalı avtomobilləri qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.
-
URAN - 100\'lük (2016)
06.07.2016 15:40
-
İkinci Nəfəs - 19 May ( Official Video )
06.07.2016 15:37
-
Ирина Шейк показала поклонникам обнаженную грудь (фото)
06.07.2016 15:27
30-летняя супермодель Ирина Шейк опубликовала очередное взбудоражившее подписчиков фото. На снимке она предстала практически топлес.Этот снимок был сделан коллегой красавицы - моделью Джоан Смоллс.\"Убиваем время между съемок\", - пописала фото Шейк.За несколько часов эта фотография набрала больше 135 тысяч лайков и сотни восторженных комментариев.
-
Azərbaycanda ipoteka kreditləri dayandı
05.07.2016 18:27
Azəbaycan İpoteka Fondu (AİF) iyulun 1dək müvəkkil banklar vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.May.Az-in \"Marja\"ya istinadən xəbərinə görə, bu göstəricilər iyunun əvvəlindəki rəqəmlərlə eynidir. Yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib. Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır.
-
Əsgərimiz snayper gülləsindən şəhid oldu!
05.07.2016 18:24
Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
-
Canlı efirdə Telli Borçalıya elçi düşdülər
05.07.2016 18:21
Aşıq Telli Borçalıya canlı efirə elçi düşüblər.Lent.az-ın məlumatına görə, \"5/5\" verilişində qonaq olan aşığa özündən 10 yaş balaca olan Rüstəm adlı bir bəy aparıcı Zaur Kamala ismarış yazaraq Telli Borçalı ilə evlənmək istədiyini bildirib: \"Salam Zaur bəy, Telli xanımı verilişinizə dəvət etdiyinizə görə sizə çox sağolun deyirəm. Tellini, doğrudan da, çox istəyirəm. Peşəm montajçıdır. İstilik sistemlərində boruları montajlayıram\". Elçi düşən bəyin təklifinə isə T.Borçalı hələ cavab vermək istəmədiyini deyib: \"Belə şəkildə gördüm, çox yaraşıqlı oğlandır. Amma real həyatda görməmişəm, nəsə deyə bilmərəm. Nə olar ki, elçi düşən oğlanı efirə çağırın. Elə olsun ki, həmin verilişdə mən də olum\".
-
Qərar verildi: Bütün dünyada oruc bir gün artıq tutulacaq
05.07.2016 18:17
Bu il Ramazan Bayramının ilk günü üçün dünyanın fərqli ölkələrində 2 ayrı tarix təyin olunub. May.Az-in məlumatına görə, Türkiyə və Mavritaniyanın da içində olduğu bəzi İslam ölkələrində Ramazan Bayramının başlanğıc tarixi olaraq 5 iyul qəbul edilib. Bu gecə ay görünmədiyi üçün Səudiyyə Ərəbistanı, İraq və İordaniya, Misir, Livan, Qətər, Fələstin, Sudan, Küveyt, Suriya, Yəmən və Konqoda Ramazan Bayramı 6 iyul günü başlayacaq. Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan bəyanatda deyilir: \"Ramazanın 29-cu günü ay görünmədiyi üçün oruc bir gün daha artırıldı. Peyğəmbər əfəndimizin, \"Hilalı görmədiyiniz zaman ramazanı 30 günə tamamlayın\" hədisinə uyğun olaraq Ramazan ayının 30-cu günü oruc tutulacaq\".
-
Həkimlər xəbərdarlıq edir: isti havada böyrəklərinizi qoruyun!
05.07.2016 04:37
İsti yay aylarında bütün digər orqanlar kimi böyrəklər də gərginliklərə məruz qalır.May.AZ saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən həkimlər isti havada böyrəklərin sağlamlığına qarşı daha diqqətli olmağı və müəyyən qaydalara riayət etməyi tövsiyə edirlər.Sizə həkimlərin bəzi tövsiyələrini təqdim edirik:- Susuzluğa yol verməyin. Susuzluq zamanı qan qatılaşır, böyrəklərə artıq güc düşür ki, bu da böyrəklərin sağlamlığına ziyan vurur.Həmçinin susuzlaşma böyrəklərdə daşların əmələ gəlməsinin riskini də artırır.Lakin birdən çoxlu su içmək də böyrəklər üçün ziyanlıdır. Bu ödemlərin əmələ gəlməsinə səbəb ola bilər.Yanınızda hər zaman 1 butulka təmiz su saxlayın tez-tez və az-az su için. Sağlamlıq buna yol verirsə, gün ərzində 2 l təmiz su için.- Yayda insanların əksəriyyəti çimərliklərdə dincəlməyi xoşlayır. Burada böyrəklərimizi növbəti təhlükə gözləyir.Sudan çıxdıqda dərhal paltarınızı dəyişin. Nəm paltarda oturmayın. Bu böyrəklərin sağlamlığına ciddi ziyan vura bilər.- Yayda ət qidalarının miqdarını azaldın. Bu qidalar qanı daha da \"qatılaşdırır\". Daha çox meyvə-tərəvəz yeyin.- Çay, qəhvə, tərkibində kofein olan sərinləşdirici içkilərin qəbulunu azaldın. Bu içkilər sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.
-
Qədr gecəsi - bir ömürdən xeyirli bir gecə
05.07.2016 04:35
Ən əvvəl onu bilməliyik ki, qədr gecəsi ilin gecələrinin ən üstünü, fəzilətlisi, hörmətlisi, əzəmətlisidir. Allah təala belə buyurmuşdur: Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?3. Qədr gecəsi min aydan xeyirlidir.4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.5. O gecə sübh açılanadək əmin-amanlıq olur. [Qurani Kərim, əl-Qədr (Qədr gecəsi) surəsi]Həqiqətən də qədr gecəsi axtarılmalıdır. Bu gecəni xüsusi olaraq Ramazan ayının son on günündəki tək günlərində axtarmaq müstəhəbdir. Yəni yaxşı əməldir. Allahın elçisi, sevimlimiz Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu Qədr gecəsini Ramazanın son günlərində axtarardı. Ramazanın son on günü girdiyi vaxt gecələri ibadətlə keçirər, ailəsini oyadar, ibadət üçün yaxşıca hazırlaşardı. Belə ki, son gecələr xanımlarından uzaqlaşıb özünü ibadətə verərdi. Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm) bu davranışı bizə onu bildirir ki, biz də bu Qədr gecəsini axtarmalıyıq. Əgər Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) axtarıbsa deməli bu böyük və əzəmətli bir işdir. Biz də bundan dərs götürməliyik.Qədr gecəsinin təyin edilməsi haqqında alimlərin müxtəlif fikirləri vardır. Bəziləri 21-ci, bəziləri 23-cü, bəziləri 25-ci, bəziləri 27-ci, digər bəziləri də 29-cu günlərin gecələri olduğunu demişlər. Bəziləri isə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədisinə uyğun olaraq son on gecələrin tək gecələrindən birinə dağılmışdır demişlər. Alimlərin çoxuna görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Çünki bununla bağlı hədis vardır. Belə ki, Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) səhih bir sənədlə İbn Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət etdiyi hədisdə Allah rəsulu (səlləllahu aleyhi və səlləm) belə demişdir: “Hər kim qədr gecəsini axtarsa onu iyirmi yeddinci gecəsində axtarsın”.Müslim, Əhməd, Əbu Davud və Tirmizinin Übeyy bin Kəbdən (Allah ondan razı olsun) rəvayət edərək, Tirmizinin səhih dediyi hədisdə Übey bin Kəb belə demişdir: “Özündən başqa ilah olmayan Allaha and olsun ki, Qədr gecəsi Ramazanın içərisindədir. Yenə də Allaha and olsun ki, onun hansı gecə olduğunu bilirəm. Qədr gecəsi, Allah rəsulunun (ona və ailəsinə salam olsun) bizə əhya etməklə əmr etdiyi, Ramazanın iyirmi yeddinci gecəsidir”. (Belə ki, hədisdən də göründüyü kimi səhabə Qədr gecəsinin məhz bu gecə olmasına and içir. Qədr gecəsinin bir çox əlamətləri vardır. Ən böyük əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır).Ümumiyyətlə bu gecənin özünə xas bəzi xüsusiyyətləri vardır ki, biz onları bu qısa məqalədə qeyd etməyəcəyik. Əsasən ona toxunmağı vacib bilirik ki, bu gecədə əsasən hansı ibadətləri yerinə yetirməliyik. Bu barədə yenə də Allah rəsulundan (s.ə.s) gələn hədisə baxacağıq. Buxari və Müslimin Əbu Hüreyrədən (r.a) rəvayət etdiyi hədisdə Allahın elçisi (s.ə.s) belə buyurmuşdur: “Hər kim qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə keçirərsə onun keçmiş günahları bağışlanar”.Aişə (r.ə) deyir: “Mən dedim: “Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?” Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “De: “Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə\'fu-anni. (ət-Tirmizi, 3513, 3855. əl-Albani “Sahihu Sunənit-Tirmizi”də (3/ 170) səhih olduğunu bildirmişdir.)Tərcüməsi: Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla!Bu gecə çox dua etmək, Allahdan bağışlanma diləmək, tövbə və istiğfar eləmək lazımdır. Bəzi insanlar elə başa düşür ki, bu gecəni səhərə qədər oyaq qalmaq lazımdır. Təbiidir ki, əgər buna imkanı və gücü çatarsa oyaq qalsın. Amma bu o demək deyildir ki, səhərə qədər çilə çıxarıb ibadətdən kənar bir işlə məşğul olasan. Bu qətiyyən yol verilməzdir. Əsasən bilməlisən ki, bu gecənin bir hissəsində müəyyən qədər ibadət, etsən, Quran oxusan, zikr etsən, namaz qılsan sənə kifayət edər. Oyaq qalmaqda məqsəd ancaq və ancaq Allaha yönəlib dua etmək, bağışlanma üçün yalvarmaq və Allahı çox zikr etməkdir. Allah təala bizə Qədr gecəsinin qədr-qiymətini vermənin yollarını göstərsin. Qədr gecəsində ibadət edib günahları bağışlanan kimsələrdən olaq. Amin!