Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Əsgərimiz snayper gülləsindən şəhid oldu!

05.07.2016 18:24

Əsgərimiz snayper gülləsindən şəhid oldu!


Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Geri xəbərlərə