Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Azərbaycanda qəbul imtahanları pullu olacaq

    14.07.2016 01:23

    İmtahan xərcləri dövlət büdcəsindən verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək. May.Az-in məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində deyib.- Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Mərkəz bu imkanından nə zamandan istifadə edəcək?- Ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq.- Bu, yalnız ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanlarına şamil olunacaq?- Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Bir misal göstərim. İyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirildi. Bu imtahanlarda iştirak etməli olan 40 min nəfərdən 9 mini rüsumu, yəni 2 manatı ödəyib, amma imtahana gəlməmişdi. Biz isə ona həm cavab kartı, həm sual kitabcası hazırlamışdıq, həm də onlar üçün binalarda müəyyən yerlər, nəzarətçilər ayırmışdıq. Həmin şəxslər \"İmtahana buraxılış vərəqəsi”ni götürmüşdü. Təbii ki, buna görə də biz onların imtahana gələcəyini gözləyirdik. Amma onlar imtahana gəlməyib. Bu, məsuliyyətsizlikdir.- Bir şəxsin imtahan verməsi dövlətə necəyə başa gəlir?- Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı. Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır.- Onda hansısa imtahanlar dövlət hesabına aparılacaq?- Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır. Buraxılış imtahanlarının da pulsuz olması belədir ki, onun pulunu dövlət ödəyir. Ancaq bundan sonra dövlət hər bir iştirakçıya görə bu vəsaiti bizə hansı formatda ödəyəcək?! Müəyyən işlər var ki, bizə dövlət tərəfindən sifariş olunur. Dövlət tərəfindən sifariş olunan o işləri bizim üçün dövlət maliyyələşdirməlidir. Amma elə xidmətlər var ki, biz onları vətəndaşlara göstəririk. O xidmətlərin bir qismi ödənişli olmalıdır. Ola bilsin ki, dövlət tərəfindən elə bir qərar qəbul olundu ki, o xidmətlərin bir qisminin xərclərini yenə də dövlət öz üzərində saxlayacaq. Bir misal göstərim. Yalnız may ayında 690 mindən çox elektron xidmət göstərmişik. Bu xidmətlər vətəndaşlar üçün pulsuzdur. Biz gələcəkdə də bu elektron xidmətləri vətəndaşlara pulsuzmu göstərməliyik, yoxsa bu xidmətlər də hansısa özünü maliyyələşdirmə mexanizmi əsasında həyata keçirilməlidir?! Təbii ki, biz indi bu məsələləri müzakirə edirik. Heç kim fikirləşməsin ki, bunlar çox sadə məsələlərdir. Biz indi həmin o xidmətləri göstərə-göstərə eyni zamanda, yeni mexanizm də hazırlayırıq. Faktiki olaraq, 2 istiqamətdə iş aparırıq.- İmtahanlar üçün rüsum artırılarsa, bunun hansı həcmdə olması və nə zamandan tətbiqi nəzərdə tutulur?- Bunu mən deyə bilmərəm. Çünki bu məsələlərlə əlaqədar araşdırmalar apardıqdan sonra təkliflərimizi hazırlayaraq qanunvericlikdə nəzərdə tutulan qaydada Tarif Şurasına, Maliyyə Nazirliyinə təqdim edəcəyik.- Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqədə müsahibə mərhələsinin ləğvinin zəruriliyi barədə fikirlər səsləndirilsə də, bu məsələ qanunvericiliyə daxil edilmədi və yenə də müsahibə mərhələsi saxlanıldı. Müsahibə mərhələsinin saxlanmasına münasibətiniz necədir?- Qanun necə qəbul olunubsa, elə də icra olunmalıdır. Qanunun icrası ilə əlaqədar şərh vermək istəmirəm.- Dövlət qulluğuna qəbulla əlaqədar dəyişiklik nəzərdə tutulur?- \"Dövlət qulluğu haqqında” yeni qanun qəbul olunub. O qanunda hansı dəyişikliklər nəzərdə tutulubsa, təbii ki, biz də onu həyata keçirəcəyik. Amma onun həyata keçirilmə mexanizmi elə olmalıdır ki, effektiv olsun. Biz indi bunun üzərində fikirləşirik. Bununla əlaqədar müvafiq işlər aparırıq.- Mexanizmin hansı formada olması təklif ediləcək?- Biz indi bunları müzakirə edirik. Bu mexanizm iqtisadi baxımdan effektiv olmalıdır. Bu, həm də elə formatda olmalıdır ki, insanlar bu xidmətdən istifadə edə bilsinlər. Onların əlyetərliliyini artırmaq, gəncləri dövlət qulluğuna hazırlaşdırmaq, dövlət qulluğunda işləmək şanslarını artırmaq üçün imkanları olsun.

  • Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

    14.07.2016 01:22

    Bu gün Sumqayıt şəhəri ərazisində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib.Bu barədə May.Az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində körpüdən poleqona gedən yolda 8 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 57 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb.Bu gün həmçinin, Ağdam rayonu Zəngişalı kəndində əkin sahəsində 3 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.Ümumilikdə 13 iyul tarixində 5500 kv.m ərazi yoxlanılıb.

  • İcra başçısından sərəncam - Çimərliklərə giriş pulsuz olacaq

    14.07.2016 01:19

    Sumqayıt icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.May.Az məlumat verir ki, sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.

  • Azərbaycanda iki uşaq anası qardaşı tərəfindən bıçaqlandı

    12.07.2016 12:55

    Dünən Sabirabad rayonunda qardaşın bacısını qətlə yetirməsi ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. May.Az Lent.az-a istinadən xəbər verir ki, Balakənd kəndində 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni qısqanclıq zəminində öldürdüyünü açıqlayıb. Hadisədən dərhal sonra Sabirabad rayon Polis Şöbəsinə gedərək könüllü şəkildə təslim olan 41 yaşlı Məhəmməd Hüseynov bacısını hansı səbəbdən öldürdüyünü deyib. O, iddia edib ki, 32 yaşlı Şəmsiyyə ailəsinə yaraşmayan hərəkətlər edib.Hadisə vaxtı 32 yaşlı qadın qardaşının bıçaq zərbələrindən yayınmaq istəsə də, M.Hüseynov qaçaraq onu yaxalayıb və kürəyinə çoxsaylı bıçaq zərbələri endirib. İlkin araşdırmadan sonra məlum olub ki, Şəmsiyyə Hüseynova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və iki övladı ilə ata evinə qayıdıb. Ata evində məskunlaşan qadının övladlarından böyüyü orta məktəbin 8-ci sinfində, digəri isə ibtidai sinifdə oxuyurmuş.Hadisəni törədən Məhəmməd Hüseynov isə xeyli vaxt imiş ki, ailəsi ilə birgə Saatlı rayonunun Saracalı kəndində yaşayırmış. Lakin onun böyük övladı nənə-babasından ayrıla bilmədiyi üçün Balakənd kəndində qalıb və məktəbə də burada gedir.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Sergey Lavrovdan Qarabağla bağlı ümidləndirici açıqlama

    12.07.2016 12:09

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.Sergey Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkişafına təkan verilməsinin vacibliyi qeyd edilib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri də bu səylərə dəstək verəcək. Həmçinin Şimal-Cənub dəhlizi ilə bağlı məsələ də müzakirə olundu. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq.Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycana səfərinin ümumilikdə məhsuldar olduğunu vurğulayıb.Elmar Məmmədyarov hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib. \"Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”, - deyə Elmar Məmmədyarov bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını vurğulayıb.

  • İlham Əliyev: \"Gömrük rüsumları artırılmalıdır\"

    12.07.2016 12:08

    \"İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin\". May.Az-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Prezident bildirib ki, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır: \"İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var\".Ölkə başçısı yerli istehsalı sürətləndirmək üçün tənzimləyici tədbirlərin görməli olduğunu vurğulayıb: \"Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq\".

  • İlham Əliyev: Ermənistan üçün dərs olacaq

    12.07.2016 12:04

    Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir.May.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən deyib.Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.\"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir”, - deyən Prezident bildirib ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir.Prezident İlham Əliyev NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamların öz əksini tapdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.

  • Azərbaycanlı aktrisanın çox qalmaqala səbəb olacaq FOTOsu

    12.07.2016 12:02

    ABŞ-da istirahətdə olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni fotosu ilə qalmaqala səbəb olub. May.Az-in məlumatına görə, aktrisa Nyu-Yorkda üç polislə foto çəkdirərək İnstagram hesabında paylaşıb.Türkiyə mətbuatı bu fotonu son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirib.

  • Avtomobillərin Azərbaycana gətirilməsi qaydası dəyişdi

    12.07.2016 11:56

    Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları dəyişib.May.Az APA-ya istinadən xəbər verir ki, bu, bu gün Nazirlər Kabinetinin \"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları\"nda dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. Qaydaya əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. İndiyə qədər müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməli idi. Dəyişikliyə əsasən bu sahədə şərtlərin əhatə dairəsi genişləndirilib. Başqa sözlə, avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir: - avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır; - Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur; - avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır; - avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir; - xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır. Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident də ölkə ərazisini tərk etdikdə bu şərtlərdən birinə əməl etməlidir. Eyni zamanda bu hallarda avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanıldıqda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır. Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Bu qayda 30 gün sonra qüvvəyə minəcək.

  • Xaricə getmək istəyənlər üçün viza qiymətləri — SİYAHI

    12.07.2016 11:53

    Turizm mövsümündə xaricə gedənlərin ilk xərcləri viza üçün çıxır. Fins.az Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını nəzərə alaraq, dünyanın müxtəlif ölkələrinə səyahət üçün viza qiymətlərini araşdırıb. 1. ABŞ – 160 dollar, səfirlikdən verilir 2. Kanada – 250 dollar, onlayn alınır və ya Türkiyədəki səfirlikdən verilir 3. Şengen ölkələrinə – 35 avro (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn, Xorvatiya)Qeyd edək ki, bəzi Şengen ölkələrinə səyahət etmək üçün ayrıca olaraq həmin ölkələrə də viza verilir. Bunlar aşağıdakılardır: 4. Belçika, İspaniya, Fransaya – 47 dollar, Fransanın Azərbaycandakı səfirliyində verilir. İtaliyaya viza almaq üçün 56 dollar ödəniş etmək lazımdır. 5. Norveç - 35 avrodan əlavə, \"VFS Global” şirkətinə müraciət edərək əlavə 40 AZN ödəniş etmək lazımdır. 6. Böyük Britaniya – 130-135 dollar (qısamüddətli 6 ay, bir və ya bir neçə giriş). Viza əldə etmək üçün onlayn müraciət edib, ödəniş etmək lazımdır. 7. Misir – 25 dollar, Misirdə yerindəcə viza verilir.8. Dubay – 75-150 dollar. Dubaya vizanı 75 dollardan o zaman almaq olar ki, səyahət edən şəxs otel bronlamış olsun. Bunu etməyənlər üçün isə vizanın qiyməti 100-150 dollardır. 9. Tailand – 40 dollar. Bakıdakı səfirliyə müraciət edilərək əldə olunur. 10. Hindistan – 67 manat. Səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində verilir. 11. Yaponiya – Viza, pulsuz verilir. Bakıdakı Yaponiya səfirliyinə müraciət etmək lazımdır. Vizalar müraciətdən sonrakı 5-10 gün ərzində verilir. Lakin bəzən müraciətetmə prosesi də 15-20 gün çəkir.

  • Şad xəbər: Havaların isinəcəyi tarix açıqlandı

    12.07.2016 11:50

    Azərbaycanda hava temperaturu 36 dərəcəyə qədər yüksələcək.May.Az xəbər verir ki, bu haqda məşhur hava proqnozu saytı weather.com bildirib. Saytda yerləşdirilmiş informasiyaya əsasən iyulun 13-dən etibarən Bakıda havanın temperaturu mövsüm normalarına uyğun olacaq. Ən isti günlər həftənin istirahət günlərinə təsadüf edəcək. Havanın temperaturunun yüksəlməsi isə çimərlik mövsümünün daha da canlanmasına səbəb olacaq.

  • Azərbaycanlı həkimdən daha bir bağışlanılmaz səhv

    12.07.2016 11:46

    \"Həkim mənə xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı\".May.Az bildirir ki, bunu anspress-ə şikayətçi Sevinc Mirzəyeva deyib.O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa da, o, bu yaxınlarda həkim tərəfindən aldadıldığını başa düşüb.\"Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərcəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: \"Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərcəng olmayıb\", - dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə\", - deyə Sevinc Mirzəyeva bildirdi.37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, həkim onu bir ömür boyu şikəst qoyub.\"İndi gedirəm həmin xəstəxanaya, baş həkim mənimlə kobud danışır. Deyirlər, biz bilirik nə etmişik. Amma halbuki, əməliyyata salınarkən mənə orqanlarımın çıxarılacağını heç kim deməmişdi, nə də mən hər hansı bir sənədə qol çəkmişəm. İndi deyirəm, heç olmasa, mənim pulumu qaytarın, gedim xarici ölkədə yenidən orqanlarımı bərpa edim. Pulumu da vermirlər\".Xanım deyir ki, klinika ona uzun müddət epikriz verməkdən boyun qaçırıb: \"Ancaq 7 aydan sonra mənə epikrizi verdilər\". Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış da verilib.Sevinc Mirzəyeva məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də məktub göndərdiyini vurğuladı.Sumqayıtda sözügedən xəstəxananın baş həkimi Baxşəliyev Fikrət bizimlə kobud danışaraq, xəstənin kanallara, xəbər portallarına deyil, lazımdırsa, təhlükəsizlik idarələrinə şikayət etməsini bildirərək, telefonun dəstəyini asdı.Qadının analıq arzusunu gözündə qoyan həkim Şaban Əhmədov isə Sevincə \"papillar kistoma\" diaqnozunun qoyulduğunu və bunun əsasında onun əməliyyat olunduğunu bildirdi. \"Qadın xəstəxanamıza gələndə pis vəziyyətdə idi. Mən 3 ginekoloqla məsləhətləşib bu əməliyyatı etmişəm. Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı\".Şaban Əhmədov eyni zamanda qeyd etdi ki, əməliyyata girməzdən əvvəl hər şey haqqında xəstəyə məlumat verilib və o da buna razı olub.Məsələni daha dəqiq araşdırmaq üçün bir neçə ginekoloqa da sənədi göstərdik və münasibət aldıq. Ginekoloqlar belə halda əməliyyatın vacib olduğunu, lakin uşaqlıq və sağ yumurtalığın saxlanılmasını deyirlər. Hətta bir yumurtalıqla qadının hamilə qala biləcəyini də vurğuladılar. Səhiyyə Nazirliyindən isə bildirdilər ki, əgər qadın onlara həqiqətən müraciət edibsə, lazımi şöbə məsələni araşdıracaq və kimin haqlı, kimin haqsız olduğu üzə çıxandan sonra bununla bağlı müvafiq tədbir görüləcək.

  • Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulan qadağa ləğv olunub

    12.07.2016 11:45

    Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın Azərbaycanın hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsinə dair qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.\"Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, keçmiş deputatın şikayəti qismən təmin olunub. Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib və G.Əhmədovanın üç ay müddətinə Azərbaycandan çıxmasına icazə verilib. Xatırladaq ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti verib. O, 8 aylıq ölkədən çıxıb Almaniyada əməliyyat olunmaq istəyir.Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb. Bundan əvvəl G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi G.Əhmədovanın iddiası təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

  • Tarix açıqlandı: 13-dən sonra hər kəs dənizə axın edəcək

    11.07.2016 19:15

    Azərbaycanda hava temperaturu 36 dərəcəyə qədər yüksələcək.May.Az xəbər verir ki, bu haqda məşhur hava proqnozu saytı weather.com bildirib. Saytda yerləşdirilmiş informasiyaya əsasən iyulun 13-dən etibarən Bakıda havanın temperaturu mövsüm normalarına uyğun olacaq. Ən isti günlər həftənin istirahət günlərinə təsadüf edəcək. Havanın temperaturunun yüksəlməsi isə çimərlik mövsümünün daha da canlanmasına səbəb olacaq.

  • Bakıda ata qızını zorladı: hadisə anbaan kameraya düşdü

    11.07.2016 18:12

    Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib.May.Az xəbər verir ki, Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub.Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb. Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib. Lentin surətini anasına və bacısına göstərib.İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb. Polis Bölməsi toplanmış materialları dərhal Suraxanı rayon prokurorluğuna təqdim edib. Ata və övladı arasında olan cinsi əlaqənin görüntüləri acıq-sacıq və etik normalardan kənar olduğundan təqdim edə bilmirik.Prokurorluqdan APA TV -yə bildirdilər ki, hadisədə təqsirli bilinən 53 yaşlı şəxs dindirilib və sərbəst buraxılıb. Bildirildiyinə görə, 53 yaşlı ata bu ilin fevral ayından qızı ilə cınsi əlaqədə olmağa başlayıb.

  • Bakıda tikilən bina “2016-cı ilin ən yaxşı ofis binası” elan olundu

    11.07.2016 18:01

    İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik \"Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün \"Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib.Azərbyacan Dövlət Neft Şirkətindən (SOCAR) May.Az-a verilən məlumata görə, müsabiqəyə \"Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilən SOCAR Tower \"Ofis binası” nominasiyasında qalib gəlib.Qeyd olunub ki, ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır: \"Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb\".Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.Xatırladaq ki, SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının \"Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan \"Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işləri 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

  • Telli Borçalı \"telsiz\" fotosundan danışdı

    11.07.2016 17:56

    Azərbaycanlı aşıq Telli Borçalı bütün sosial şəbəkəni bir-birinə vuran fotosundan danışıb.Aznews.az xəbər verir ki, T.Borçalı fotosunu yayanları şərəfsiz adlandırıb:- Bu yaxınlarda sosial şəbəkələrdə bir fotonuzu yaymışdılar: \"Telli Borçalı, Telsiz Borçalı\". Həmin fotunu görmüşdünüz?- Hə, görmüşdüm. Onlar səviyyəsiz, şərəfsiz adamlardır. Tək mənim deyil, xalq artistlərinin ünvanlarına nələr deyilmir. Gülyanaq Məmmədovanın həbs olunması xəbəri və başqaları... Təkcə Telli üçün yazılmır, o qədər vəzifəli şəxslər haqqında yazırlar ki...

  • Ronaldonun final matçına damğa vuran hərəkətləri (FOTO, VİDEO)

    11.07.2016 16:42

    AVRO 2016 finalında Portuqaliya ilə Fransa qarşı-qarşıya gəlib. May.Az-in məlumatına görə, əsas vaxtda heç-heçə olduğu üçün əlavə vaxt artırılıb. 120 dəqiqə sonunda gülən tərəf Portuqaliya olub və kuboku qazanıb. Matçın əvvəllərində Dmitri Payet ilə mübarizə zamanı zədələnən və oyundan çıxan Ronaldo çox kədərlənib. Ancaq daha sonra Ronaldo matç boyunca baş məşqçi kimi komanda yoldaşlarına göstərişlər verib. 120 dəqiqə bitənə qədər yerində dayana bilməyən Ronaldo son fitin çalınmasıyla birlikdə sanki dəliyə döndü və sevinc gözyaşlarına boğuldu.

  • Bakıda nəhəng ticarət mərkəzi 15 milyon manata satışa çıxarıldı (FOTO)

    11.07.2016 16:31

    Bakıda 15 milyon manata obyekt satılır. May.Az-in məlumatına görə, obyekt Memar Əcəmi metrosu yaxınlığında yerləşir. Ümumilikdə 8 mərtəbədən ibarət ticarət mərkəzində pilləkanlar, eskolatorlar, yük və sərnişin üçün liftlər quraşdırılıb. City Mall ticarət mərkəzinin həyətində 30 sot sahəsi var. Ticarət obyekti qiymətinə görə Bakıda satışa çıxarılan ən bahalı əmlaklardan biridir.

  • Erməni ilə ailə quran azərbaycanlı qız:\"Baxın, öyrənin...\" - FOTOLAR+VİDEO

    09.07.2016 00:23

    Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurub. May.Az məlumat verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla həyat yoldaşının soyadını da götürüb. Üç ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin bir qız övladı var. Leyla sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır. Erməni və azərbaycan dilində duet şəkilində ifa olunan mahnının sədaları altında rəqs edən azərbaycanlı və ermənilərin birgə rəqsini paylaşan Leyla bunları yazıb: \"Baxın, öyrənin, dostluq və sülh şəraitində necə yaşayırlar. Bu videonu mənasızcasına milliyətçilik və vətənpərvərlik edənlərin acığına paylaşıram\". Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası asetindir. Ayşən Ayxan