-
Doğum tarixinizə görə hansı çiçəksiniz?
16.07.2016 02:28
Doğum Tarixinizə Görə Hansı Çiçəksiniz?1 Yanvar - 10 Yanvar : Çiçəyiniz: Sarı gentiyan.Sirrli bir çiçəkdir. Dağ çayırlarında yetişər. Xarakterə sirr qatmaqdadır. İçə qapalılıq və susqunluğun səbəbi sadə bir utancaqlıq da ola bilər. Bu simvolda doğulan insan inadla məqsədlərinə çatar. Soyuq havalarda sağlamlığına diqqət yetirməlidir.11 Yanvar - 20 Yanvar : Çiçəyiniz: Dəvə tikanı. O heç kimin diqqətini çəkməz. Bu səbəblə o davamlı öz özüylə məşğul olar. Bu xarakteri dəvə tikanının gerçək şəxsiyyətinin saxlanmasına səbəb olar və insanlar onun əhəmiyyətli xüsusiyyətini açıq ürəkliliyini hiss etməzlər. O yaxşı bir dostdur və ailəsinə bağlıdır. Çox çalışqandır. Verilən bütün işləri yerinə yetirər. Amma çox işləmək bir tərəfə sağlamlığına diqqət yetirib, istirahət etməsini də bilməlidir. Bu insanlarda təzyiq görülə bilər.21 Yanvar - 31 Yanvar : Çiçəyiniz: Ölməz çiçək. Bu insan ciddi biridir. Dəbi yaxından izləyər. Cazibədarlığı ilə ətrafındakıları qısqandıra bilər. Enerji dolu olduğu üçün çətinliklərlə başa çıxa bilər və pis niyyətli insanlarla döyüşüb onları məğlubiyyətə uğrada bilər.1 Fevral - 10 Fevral : Çiçəyiniz: Bağamburq. Bu işarənin qadını həddindən artıq maraqlı və yüngül hərəkətləri ilə diqqət çəkər. İnsanları başdan çıxarmaq onlar üçün ən sadə işdir. Bu işarə altında doğulan insanlar idman, bədən inkişaf etdirmə, karate, tennislə məşğul olaraq məşhurluğa çatarlar. Ayrıca, bu insanlar idmanla məşğul olduqları üçün sağlam olar və asan xəstələnməzlər.11 Fevral - 19 Fevral : Çiçəyiniz: Güzelavratotu. Bu işarədə doğulan qadınlar həqiqi gözəldirlər. Eyni zamanda ciddiliklərini qoruyarlar. Onlara yaxınlaşmaq asan bir iş sayılmaz. Kişilər yaraşıqlı olmasalar da yorulmadan işləyirlər. Bu şəkildə məqsədlərinə çatmasını da yaxşı bilərlər.20 Fevral - 28 Fevral : Çiçəyiniz: Mimoza. Bu insanlar həssaslıqları ilə digərlərindən seçilərlər. Mimoza insanı etdiyi iş dəyərini tapa bilməzsə həqiqətən acı çəkər. Bu insan ona verilən işi nəyin bahasına olursa olsun yerinə yetirər. Bu yolda lazım olsa öz sağlamlığını fəda edər. Amma nəticə olaraq da bir qiymətləndirmə, bir afərin eşitmə ehtiyacı hiss edər. İnfarkt və xora qaçınılmaz xəstəliklərdəndir.1 Mart - 10 Mart : Çiçəyiniz: Xaşxaş.Onun gözəlliyi hər kəsi ovsunlayar. Bu insanın toruna düşmək asan, oradan çıxmaq olduqca çətindir. Onun yolu çox kələ-kötürdür. Xaşxaş insanı öz güclərinə inanmalıdır, ancaq bu şəkildə müvəffəqiyyətli olar. Ət yeməklərindən uzaq dayanması tövsiyə edilər. Tərəvəzlər onun üçün vitamin qaynağı və yaxşı mənəvi anbardır.11 Mart - 20 Mart : Çiçəyiniz: Zanbaq. Zərif bir insandır. Zanbaq bir ay çiçəyi olduğu üçün, sirləri ancaq yarım ay olduğu zaman ortaya çıxar. Hər şeyə baxmayaraq Zanbaq necə xoşbəxt olacağını yaxşı bilər.21 Mart - 31 Mart : Çiçəyiniz: Yüksükotu. Bu işarənin sarı və solğun çiçəklərinə baxmayaraq, bu işarəs(n)i daşıyan insanlar qərarlı bir şəxsiyyətə sahibdirlər. Başları bir maşın qədər sürətli və dəqiq işlə/çalışar. Həyatın ən çətin dövrlərində belə sürətli bir həll tapmaq onlar üçün çətin deyil. Heç bir zaman özlərini itirməzlər. Bir az əsəbidirlər. Baş ağrıları çəkə bilərlər.1 Aprel - 10 Aprel : Çiçəyiniz: Manolya. Dürüstdür, hər vaxt birinci olma istəyi ən diqqətə çarpan xüsusiyyətidir. İctimai əlaqələrində müvəffəqiyyətli sayılmaz. Çünki insanların tövsiyə və təkliflərinə əsla qulaq asmaz.11 Aprel - 20 Aprel : Çiçəyiniz: Ortancıl. O yaxşı ürəklidir, comərddir. Bəzən çox yaxşı davranar, əlində nə varsa hamısını ətrafındakılara verməyə çalışar. Bu xasiyyəti bəzən yaxınları tərəfindən yaxşı qarşılanmaz.21 Aprel - 30 Aprel : Çiçəyiniz: Dəxliyə. O maksimumçu bir şəxsiyyət daşımaqdadır və bu xasiyyəti məqsədlərinə çatmaqda onu maneə törədə bilər. Dəxliyə insanı başqalarından çox özünə və öz gücünə güvənməlidir. Bu vəziyyət yalnız iş üçün deyil, şəxsi həyatında da etibarlı ola bilər.1 May - 10 May : Çiçəyiniz: İnci çiçəyi. Comərd və yaxşı ürəklidir. Mənfəətçi insanlar tərəfindən mərhəmətsizcə istifadə edilməyə uyğundur. İnci çiçəği qadınına yaxşı bir qoruyucu gərəyə bilər. İş mövzusunda bu insanlar çox problemlər yaşamamaqdadırlar. Ani dəyişikliklər sinirlərini mənfi təsir edə bilər.11 May - 21 May : Çiçəyiniz: Kök otu. Asan güvənə bilməyən, təhlükələrdən çəkinən, hər vaxt zərbə gözləyən, hətta sevdiyi insana qarşı belə diqqətli və tədbirli olan bir insandır22 May - 31 May : Çiçəyiniz: Papatya. Bu ənənəvidir: sevir-sevmir. İnsanlar tərəfindən çətin aydın olsa da onları özünə çəkməyi bacarmışdır. Gözəl bir xarici görünüşə sahib olmalarına baxmayaraq bu insanlar, həyatlarını rəqabət uğruna masa başında keçirməyə hazırdırlar. İş ehtiraslarının səbəbi idmana olan maraqları da ola bilər.1 İyun - 11 İyun : Çiçəyiniz: Çançiçeği. Sabit xarakterlidir. Hər hansı bir dəyişiklik onu qorxuda bilər, üzə bilər. Yaxşı bir ailə və yaxşı bir iş sahibi olsa bu şəxsiyyəti üzündən çox zərər görməz. Ən/en sevdiyi nəqliyyat vasitəsni, məsələn iş gəzintiləri üçün seçim edə biləcəyi vasitə qatardır. Təyyarəmi? Əsla!12 İyun - 21 İyun : Çiçəyiniz: Krizantem. Sakitvə səssizdir, evdə oturmağı sevər, tədbirlidir, müşahidəçidir. Hadisələrdə dedi-qoduçuluq rolunu oynamaqdan xoşu gəlir.Məqsədlərinə çatar.22 İyun - 1 İyul : Çiçəyiniz: Lalə. Lalə kişisi şübhəsiz Don Juandır. Heç bir şeyi əhəmiyyətli hesab etməz. Lalə qadını enerjilidir. Özünə etibarı sonsuzdur. Bu qadınların həyat yoldaşları bədbəxt olarlar.2 İyul - 12 İyul : Çiçəyiniz: Su zanbağı. Su, hava və torpaq - üçü bir yerdə. Çox dəyişən bir şəxsiyyətə malikdir. Həyat onun üçün asandır. Çətinliklərin öhdəsindən gəlir. Çətinliklərindən tez xilas ola bilər.13 İyul - 23 İyul : Çiçəyiniz: Bənövşə. Hər kəsin gözləri onun üzərindədir. Ümumiyyətlə kölgədə gizlənər.Amma lazım olsa günəşə çıxar və ehtiyacı olan şeyi əldə edər. Yüngülə alınmamalıdır!24 İyul - 2 Avqust: Çiçəyiniz: Çöl gülü. Tikanlıdır. Çılpaq əllə tutula bilməz. Təbii bu tikanlar onun yaxşı qorunmasını təmin edər. Özünü yaxşı müdafiə edər və şərtlərə uyğunlaşmasını bilər.3 Avqust - 12 Avqust : Çiçəyiniz: Ay çiçəyi. Öz yerini günəşin altında tapmışdır. Bacarıqlılar onun gözlərini bağlaya bilməz.13 Avqust - 23 Avqust : Çiçəyiniz: Gül. Çiçəklərin kralıdır. Başqa insanlar hər vaxt gül insanını qısqanarlar. Onun əleyhinə intriqalar təşkil edilər, onu yerindən qoparmaq üçün planlar edilər, sui-qəsdlər qurular. Gül səhvli deyil. Amma bütün zamanlarda öz çatılmazlığını qorumaq gücdür. Sağlamlığına diqqət yetirməli və çox yorulmamalıdır.24 Avqust - 2 Sentyabr: Çiçəyiniz: Hezaren (delphinium). Özünə sərt davranar, xaricilərə isə dözümlülük tanıyar. Çox ağıllı olduğu deyilə bilməz. Bu səbəblə çətinliklərlə qarşılaşa bilər. Özünə uzadılan kömək əlini qəbul etməlidir3 Sentyabr - 11 Sentyabr : Çiçəyiniz: Qərənfil. Qərənfil insanı çox sabit fikirlidir. Ətrafındakılar bundan narahatlıq keçirə bilərlər. Amma o məğlub olmazdır, hər vaxt doğru yolu seçər və inadla yolunda dayanmağa davam edər.12 Sentyabr - 22 Sentyabr : Çiçəyiniz: Saray patı (aster). Saray patı payızın hüzn və kədərini bağlamağa çalışar. Saray patı insanı ətrafına sevinc saçar. Təəssüf ki, bəzən insanları sevindirməklə gecikər. Bu insanlar yaxşı idarəçi ola bilərlər.23 Sentyabr - 3 Oktyabr : Çiçəyiniz: Funda. Bu insanlar zəriflikləri ilə diqqət çəkərlər. Onlar işlərində ekspertdirlər. Öz qızıl əllərinin dəyərini bilərlər. Funda yaxşı bir dostdur. Yoldaşını pis gündə tək buraxmaz.4 Oktyabr - 13 Oktyabr : Çiçəyiniz: Kamelya (Yapon gülü). Xoş bir xarici görünüşə malikdir. Sakit amma qorxusuzdur. Hərəkətlərində uşaqlıq hiss olunar. Sənətə uyğunluqları vardır.14 Oktyabr - 23 Oktyabr : Çiçəyiniz: Yasəmən. Yasəmən şəfəqin, təzəliyin, gəncliyin simvoludur. Çalışqan bir insan olan Yasəmən başqalarına da kömək etməkdən zövq alar. Qısqanc iş yoldaşların diqqətə götürməməlidir.24 Oktyabr - 2 Noyabr : Çiçəyiniz: Freesia. Qorxusuz, inadçı şəxsiyyətləri bəzən zərər verə bilər. Bu işarənin insanları çox sevimli və simpatik olarlar. Bu sayədə işlərində də irəliləmə göstərərlər. Bir az diplomatik davranmalıdırlar.3 Noyabr - 12 Noyabr : Çiçəyiniz: Orkide. Orkide insanı sirrli və aydın olmaz şəxsiyyəti ilə diqqət çəkər. Şübhəçidirlər. Ətraflarındakı insanlara qarşı diqqətli yaxınlaşarlar. Səbrlə, işləyərək istədiklərini addım-addım əldə edərlər13 Noyabr - 22 Noyabr : Çiçəyiniz: Peony. Peony insanı sağlamlığı üçün narahatlıq yarada bilər. Hər şərtə dözümlüdür. Təbii işində çox işlədiyi zamanlarda ara verməli, istirahət etməlidir. Bir az daha tutumlu olmalıdır. Və planlarında bədxərc davranmamağı öyrənməlidir.23 Noyabr - 2 dekabr: Çiçəyiniz: Glayöl (Gladiolus). Glayöl insanı xüsusi qabiliyyətləri ilə digərlərindən fərqli olmasa da, çox çalışqan və müvəffəqiyyətlidir. Yaxşı idarə olunsa çox şey əldə edə bilər. Ancaq özünü tərifləməkdən xoşu gəlir.3 dekabr - 12 dekabr : Çiçəyiniz: Kəklik otu. İstinin simvoludur. Təzəliyi və küləyi sevər. Diqqət mərkəzində olmağa huşunu itirər. Meymun iştahlılığı ilə bəzən sərhədləri keçə bilər. İşdə bir tənqid götürsə dərhal müdafiə etməyə keçər və sıyrılmağı bacarar.13 dekabr - 22 dekabr : Çiçəyiniz: Lotus. Təmizlik simvoludur. Asiya insanları üçün çox şey ifadə edər. Buralarda yalnız egzotik baxımdan qiymətləndirilər. Lotus insanı zövqlüdür, məqsədlərinə asan çatar. İnsanlarla əlaqələrində daha elastik davranmalıdır.23dekabr - 31 dekabr : Çiçəyiniz: Axça. Bu işarə altında doğulan insanlar yaxşı yoldaş, dost olarlar. Etibarlıdırlar. Sakit və hirslənməyən şəxsiyyətləri var. Onları hirsləndirmək çətindir./qadinlar.biz/
-
Qəbizliyin gənəgərçək yağı ilə müalicəsi
16.07.2016 02:26
Gənəgərçək yağı qəbizlik zamanı ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır.MaY.AZ saglamolun.az-a istinadən bildirir ki, gənəgərçək yağı ziyansızdır və onun düzgün qəbulu adətən heç bir yanaşı təsirlərə səbəb olmur.Hamilə qadınlara gənəgərçək yağını qəbul etmək olmaz. Bağırsaqların fəaliyyətinin gücləndirilməsi uşaqlığın yığılmasına gətirib çıxarda bilər ki, bu da dölsalma və ya vaxtından tez doğuşla nəticələnə bilər.Bundan əlavə gənəgərçək yağını qarında güclü ağrılar, ürəkbulanması və qusma zamanı qəbul etmək olmaz.Böyüklər üçün doza - 1-2 xörək qaşığı, uşaqlar üçün - 1 çay - 1 desert qaşığı (uşağın yaşından asılı olaraq). Gənəgərçək yağının çox spesifik dadı var. Yağın qəbulunu asanlaşdırmaq üçün onu hər hansı şirəyə (limon, portağal və s.) əlavə etmək olar.Effekt 2-6 saat ərzində baş tutur. Həkimlər gənəgərçək yağını 3 gündən artıq qəbul etməyi tövsiyə etmir.Gənəgərçək yağı, bütün digər işlədici dərmanlar kimi, yalnız istisna hallarda qəbul olunmalıdır. Belə dərmanların daim qəbulu bağırsaqların fəaliyyətini daha da pozur, atoniyanın (fəaliyyətdən qalma) inkişafına səbəb olur və qəbizliyi daha da ağır edir.
-
SON DƏQİQƏ! Türkiyədə hərbi çevrilişə cəhd, yollar bağlandı - VİDEO
16.07.2016 02:24
Bu dəqiqələrdə Türkiyənin Ankara və İstanbul şəhərlərində atışma səsləri eşidilir.MAY.AZ-ın verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.Nə baş verdiyi bilinməsə də, sosial şəbəkələrdə yazılanlara görə ölkədə hərbi çevrilişə cəhd olub./azxeber/
-
Ərdoğan xalq müraciət etdi: HAVA LİMANINA GƏLİN - VİDEO
16.07.2016 02:03
Ərdoğan Bəyaz TV-yə açıqlama verib. May.Az xəbər verir ki, telefonla canlı başğalntıya çıxan Ərdoğan xaqlı meydanlara və hava limanına dəvət edib. \"Xalqı meydanlara, hava limanlarına çağırıram. Gəlin onların cavabını birlikdə verək. Biz bu meydanları onlara buraxmayacağıq”, - Ərdoğan bildirib.\"İşğalı çox qısa zaman ərzində aradan qaldıracağıq. Bu havanı bulandıranlar lazımı cavabı alacaqlar”, - ərdoğan əlavə edib.Ərdoğan özünün də Ankaraya qayıdacağını deyib. Amma prezidentin harada olduğu açıqlanmayıb.
-
Roza Zərgərlidən yeni mahnı
16.07.2016 01:53
Roza Zərgərli yeni mahnı oxuyub.May.Az xəbər verir ki, ifaçı sözləri Zelfi Bədəlova, musiqisi və aranjimanı Elvin Musayevə məxsus \"Ayrıldıq nədən” adlı mahnı oxuyub.\"Yeni mahnıya klip çəkməyi planlaşdırırıq. Çəkilişləri xaricdə etməyi düşünürəm. Sentyabr ayında Yaltada keçiriləcək «Şərq bazarı» («Vostoçnıy bazar») adlı musiqi yarışmasına münsif qismində dəvət almışam. Onlardan da maraqlı təklif gəlib. Ola bilsin ki, klipin çəkilişlərini Krım Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaltada gerçəkləşsin» - deyə, R.Zərgərli deyib:«Doğrudur, hələ də istirahətə getməmişəm, yaradıcılığımla məşğulam. Yeni mövsüm üçün «İctimai» kanalda aparıcısı və müəllifi olduğum «Bakı vaxtilə» verilişinin hazırlıqlarını görürəm. Amma buna baxmayaraq, on günlük istirahət etməyi planlaşdırıram. Həmçinin növbədə artıq hazır olan yeddi mahnım var ki, onları da istirahətdən qayıtdıqdan sonra təqdim edəcəyəm. Bir böyük layihə üzərində də çalışıram. Amma bu qoy sirr olaraq qalsın. Ancaq onu deyə bilərəm ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə daha da böyük töhfə vermiş olacağam”.
-
Türkiyədə hərbi çevriliş: Ordu nəzarəti ələ aldı - VİDEO (YENİLƏNİR)
16.07.2016 01:49
Türkiyə silahlı qüvvələri insanlara küçəyə çıxmağı qadağan edib. TRT-ni ələ keçirən ordu bəyanat yayıb. Bəyanatda deyilir ki, Türk Silahlı Qüvvətləri konstitusiyasında nəzərdə tutulan demokratiyanın, insan hüquq və azadlıqlarının, ölkədə qanunun aliliyinin, pozulan asayişin təmin edilməsi üçün ölkənin iadəredilməısini tamamilə ələ alıb. Bəyanatda həmçinin qeyd olunub ki, bütün beynəlxalq müqavilə və öhdəliklər öz qüvvəsində qalır. \"Bütün dünya ölkələri ilə dostluq münasibətlətimizin davam etməsini arzu edirik”. ***Ordu AKP-nin binasdını mühasirəyə alıb. Baş Qərərgah rəisi Hülusi Kılıc girov götürülüb. Müxalif partiyalar iqtidarı müdafiə edib. CHP və MHP baş nazirə zəng edərək hakimiyyətin yanında olduqlarını bəyan ediblər. ***BAKU.WS xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını bildirib. Bəyanatda deyilir ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır. *** Bu gün axşam saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olub. May.Az Türkiyə mətbuatəna istinadən xəbər verir ki, bir qrup hərbçi baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib. Qeyd edək ki, bir müddət əvvəl İstanbulda boğaz körpüləri tanmamilə bağlanılıb. Bunu da çevriliş cəhdi ilə əlaqəli olduğu bildirilir. Jandarm İstanbulda Boğaziçi və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçid istiqamətində nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Hər iki körpüdə avtomobilin hərəkəti tamamilə dayandırılıb. Təhlükəsizlik tədbirlərinə hərbçilərin də cəlb edildiyi bildirilir.
-
Bakıda qadın özünü binadan ataraq intihar etdi
15.07.2016 11:31
Bakıda intihar hadisəsi baş verib. MAY.AZ xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbənin Ə.Ağayev küçəsi ev 22 mənzil 56-da yaşayan Ofelya Bağırova özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerində ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır./report/
-
Ordumuzun baş leytenantı şəhid olub
15.07.2016 11:22
Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.Bu barədə May.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.
-
Namiq Qaraçuxurlu ata oldu
15.07.2016 11:20
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ata olub.May.AZ bildirir ki, bu haqda ifaçı musavat.com saytının müxbiri ilə söhbəti zamanı deyib:\"Şəxsi məsələlərdən danışmağı sevmirəm. Bu dəfə düşündüm ki, həyatımda baş verən sevindirici hadisədən xəbərdar olmaq sevənlərimin də haqqıdır. Artıq qız atası olmuşam, övladıma Sara adını qoymuşuq. Qızıma kimin adını verdiyimizi isə açıqlamaq istəmirəm\".Qeyd edək ki, Namiq Qaraçuxurlu ötən il oktyabrın 12-si ailə həyatı qurub. Kişi toyu edən sənətçi hələ də xanımını mətbuat qarşısına çıxarmayıb.
-
İşıq pulu nə qədər və niyə artırıldı?
15.07.2016 11:17
Xəbər verdiyimiz kimi bu gün Tarif Şurasının növbəti iclası keçirilib.May.Az xəbər verir ki, iclasda “Azərişıq” ASC və “Azərenerji” ASC-nin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.Pərakəndə satılan elektrik enerjisinin qiymətinin 0,01 manat (1 qəpik) artması aylıq işıq puluna ciddi təsir göstərir. Belə ki, hazırda mövsümü nəzərə alaraq orta aylıq pərakəndə elektrik sərfiyyatı 500 kilovat/saat hesab edilir ki, bu da aylıq olaraq 35 manat elektrik borcuna gətirib çıxarır. Hansı ki, bu göstərici əvvəlki dövrdə 30 manat olaraq hesablanırdı.Müəmmalı tərəfi isə budur ki, “Azərişıq” ASC –nin 750 mln. ABŞ dolları (1 mlrd. 200 mln. manat) xarici borclanmaya getdikdən sonra tarifin artırılması sözügedən borcun əhalidən toplanmasını göz önünə qoyur./1xeber.com/
-
Xalq artisti nazirliyi hədələdi: \"Bir qəpik də verməyəcəyəm\"
15.07.2016 11:15
Xəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb.Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədovadır. O, saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, indiyədək vergi borcunu ödədiyini, dövlətə borclu olmadığını demişdi.Üstündən bir ay vaxt keçsə də, xalq artisti hələ də vergi borcunu ödəməyib.MAY.AZ bildirir ki, G.Məmmədova azvision.az-a açıqlamasında ona yazılan 5200 manat borcu imkansızlıqdan ödəyə bilmədiyini deyib.\"Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilənə görə, üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur\".
-
Şəbnəm sevgilisinin ona aldığı 5 otaqlı evini göstərdi - VİDEO
15.07.2016 11:12
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) iş adamı Famil adlı şəxsin ona bağışladığı evi nümayiş etdirib.May.Az xəbər verir ki, 5 otaqlı evində şad-xürrəm yaşayan müğənni ad günü olan azyaşlı qohumu ilə evində video çəkib, sosial şəbəkədə paylaşıb.Qeyd edək ki, müğənni bir müddət öncə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb. Musavat.com saytının yaydığı məlumata görə, müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzili geri qaytarsın.Ş.Tovuzlu da özü mətbuata açıqlamasında Famil adlı şəxsin ona ev aldığını təsdiqləyib. O, evin onun əlindən alınması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib:\"Heç kimi evi əlimdən almayıb. Orada olan 3 otaqlı evi satıb, yerinə 5 otaqlı ev almışıq. Yəni evimizi böyütmüşük\".
-
Ali məktəblərə keçid balları açıqlandı
15.07.2016 10:45
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları açıqlanıb.May.Az azVision.az-a istinadən məlumat verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.I ixtisas qrupunun \"Riyaziyyat”, \"Fizika, \"İnşaat mühəndisliyi”, \"İnformasiya texnologiyaları”, \"Elektronika”, \"Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, \"Kompyuter elmləri”, \"Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.Azərbaycan Dillər Universitetinin \"Tərcümə (dillər üzrə)”, \"Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar, IV qrupda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində isə ingilis dili fənni üzrə attestat qiymət \"4”, və \"5” olan abituriyentlər iştirak edə bilərlər.\"Aqromühəndislik”, \"Torpaqşünaslıq və aqrokimya”, \"Balıqçılıq və balıq təsərrüfatı işi”, \"Meşəçilik”, \"Aqranomluq”, \"Zootexniklik”, \"Baytarlıq”, Subioehtiyatları və akvabitkilər” ixtisaslarına, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin \"Melorasiya və Su Təsərrüfatı tikintisi mühəndisliyi”, \"Ekologiya” və \"Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.Xatırladaq ki, ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanı bu gün - iyulun 15-də keçirilir, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 25-də keçiriləcək.
-
В Баку выступит звезда «Евровидения 2016»
15.07.2016 01:23
Звезда «Евровидения 2016», к которому приписывали роман с Сямрой Рагимли едет в Баку.В Баку выступит звезда «Евровидения 2016»Еще одна звезда российского шоу-бизнеса приедет на фестиваль в Баку.Как передает LiFe.Az со ссылкой на официальный страницу фестиваля, по многочисленным просьбам поклонников известный российский певец, участник «Евровидения 2016» Сергей Лазарев выступит на международном летнем музыкальном фестивале «Жара».Впервые этим летом на побережье Каспийского моря будет по-настоящему жарко – 9-10 июля пройдет международный летний музыкальный фестиваль «Жара» на красивейшем курорте столицы Азербайджана – Sea Breeze.Организаторами фестиваля выступают певец и музыкант Эмин Агаларов, заслуженный артист РФ Григорий Лепс и основатель Русского радио и премии «Золотой граммофон» Сергей Кожевников.Фестиваль удивит количеством звездных гостей, среди которых Валерий Меладзе, Нюша, Леонид Агутин, Григорий Лепс, А-Студио, Николай Басков, Валерия, Полина Гагарина, Ани Лорак, EMIN, Слава, MBAND, Потап и Настя, Burito, Ирина Дубцова, A-DESSA, Джиган, Светлана Лобода, Глюкоза, IOWA и многие другие.Среди участников фестиваля значатся также Зульфия Ханбабаева и группа «Раст». На днях к числу звездных гостей фестиваля прибавился король российской эстрады Филипп Киркоров.
-
Bakıda ən ucuz taksi xidmətləri (QİYMƏTLƏR)
15.07.2016 00:57
Azərbaycanda taksi xidmətləri günü-gündən artmaqdadır. Bəs görəsən paytaxtımızda xidmət göstərən taksi şirkətləri arasında ən ucuz qiyməti hansı təklif edir? May.Az bunun üçün kiçik bir araşdırma aparıb. Taksi şirkətlərinin təklif etdiyi qiymətləri iki ünvan üzrə müəyyənləşdirərək yekun nəticə əldə etdik. Bakıda xidmət göstərən taksi şirkətlərinin İçəri şəhərdən (Nizami küçəsi 1) 28 May metrosu və İçəri şəhərdən (Nizami küçəsi 1) Əhmədli metrosuna kimi təklif etdiyi qiymətləri təqdim edirik: Salam taksi - 28 May metrosu - 2 AZN; Əhmədli metrosu - 5.68 AZNEkonom taksi 28 May metrosu - 3 AZN;Əhmədli metrosu - 7,40 AZNTaxi 24 - 28 May metrosu - 3,5;Əhmədli metrosu - 6,90;Felix taxi - 28 May metrosu - 2,70 AZN;Əhmədli metrosu - 7,52 AZN 189 - 28 May metrosu - 3,4 AZN;Əhmədli metrosu - 8,30 AZN London Taxi - 28 May metrosu - 4 AZN;Əhmədli metrosu - 10 AZN Uber - 28 May metrosu - 3 AZN;Əhmədli metrosu - 7 AZN Utap - 28 May metrosu - 2,25 AZN;Əhmədli metrosu - 5,7 AZN
-
Okaber ft Sirat - Çağır Gəlim (Yeni Mp3)
14.07.2016 11:48
Okaber ft Sirat - Çağır GəlimMusic Video by Okaber feat. Sirat performing Çağır gəlim ( c ) 2016 RT Studio.Yüklə:Yüklə l Скачать l Download
-
Aeroportun uçuş-enmə zolağında iki təyyarə toqquşub
14.07.2016 01:32
Minsk aeroportunda uçuş-enmə zolağında iki təyyarə toqquşub. APA-nın \"Sputnik-Belarus”a istinadən verdiyi məlumata görə, hadisə qasırğa zamanı baş verib. Toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb. Təyyarələrdən biri \"Belavia” şirkətinə məxsusdur, digərinin markası dəqiqləşdirilir.
-
Şəkidə daşqın təhlükəsi
14.07.2016 01:30
Dağlara yağan aramsız leysan yağışları nəticəsində Şəkinin daha bir kəndinə ziyan dəyib.May.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, yağan yağışlar səbəbindən Biləcik çayına güclü sel gəlib. Sel səbəbindən Cunut kəndini rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən yol yararsız hala düşüb. Avtomobillər yolda qalıb.Sakinlərin sözlərinə görə, analoji hal əvvəllər də bir neçə dəfə baş verib. Hətta kəndə düşən sel suları mal-qaranı tələf edib. Təsərrüfata ziyan dəyib. Lakin xoşbəxtlikdən bu dəfə bənzər faktlar qeydə alınmayıb. Ən böyük fəsad yolda yaranıb. Sözügedən ərazidə körpü və ya suötürücü boru yerləşdirilmədiyindən hər dəfə sel gəldiyində yol yararsız hala düşür.Bu günədək yaranmış fəsadları kənd bələdiyyəsi öz hesabına aradan qaldırsa da, bu dəfə dağıntının güclü olması bələdiyyə tərəfindən yolun bərpa edilməsini mümkünsüz edib.Cunut kəndində yaranmış vəziyyət artıq aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Kəndin rayon mərkəzi ilə əlaqəsinin tam bərpa olunması istiqamətində işlərə başlanılıb.
-
Azərsu\" \"The Daily Mail\"in cavabını verdi
14.07.2016 01:28
\"Azərsu\" Böyük Britaniyanın \"The Daily Mail\" nəşrinin \"Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab verib. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır.\"Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və \"Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımdası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib.Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər\".
-
Siğə üçün mobil tətbiqetmə
14.07.2016 01:26
İranda qeyr-adi nikah (siğə) bağlamaq forması meydana çıxıb.MAY.AZ qafqazinfo-ya istinadən bildirir ki, \"Telegram\" adlı mobil mesajlaşma tətbiqində qruplar yaradılaraq orada müvəqqəti nikah bağlanır. Məlumata görə, sözügedən qruplarda şəxslər xüsusiyyətlərinə görə kateqoriyalara ayrılır. Qrupa üzv olanlar isə müvəqqəti nikahlanmaq istədiyi adamı həmin siyahıdan seçir.Bildirilir ki, qrupa üzv olan kişilər üçün yaş həddi yoxdur və onlar nikah üçün 2-15 milyon riyal (təxminən 180-1200 manat) ödəniş etməlidir. Müvəqqəti nikah istəyən qadınlar isə qrupa üzv olmaq üçün şəxsiyyət məlumatlarını və xüsusiyyətlərini ifadə edən bir kağız doldurmaq məcburiyyətindədir.Qeyd edilir ki, sözügedən qrup vasitəsilə 1 saatdan 99 ilə qədər nikah bağlamaq mümkündür.