-
AZAL Türkiyədə qiyama görə ləğv edilən reyslərin biletlərini geri qaytarır
18.07.2016 19:37
\"Azərbaycan Hava Yolları\" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.AZAL-dan May.Az verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv olundu
18.07.2016 19:34
Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olunub.\"Report” xəbər verir ki, struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarılıb. Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradılıb.Bu şöbəyə Mail Rəhimov müdir təyin olunub.Qeyd edək ki, M.Rəhimov əvvəllər Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri olub.
-
“Qəbələ\" - MTK oyununun biletləri artıq satışdadır
18.07.2016 19:30
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək \"Qəbələ\" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.May.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletləri bu gündən etibarən \"Bakcell Arena\"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.Qeyd edək ki, iyulun 21-də \"Bakcell Arena\"da keçiriləcək \"Qəbələ\" - MTK matçı saat 21:00-da başlayacaq.
-
Aktyorun hərbi çevrilişdə linç edilən əsgərə kömək etmək cəhdi “qatil” damğası ilə nəticələndi
18.07.2016 19:28
Boğaziçi körpüsündə yaralı əsgərləri daşıyanlar arasında olan aktyor Ali Nuri Türkoğlu sosial şəbəkədə böyük bir yanlışın qurbanı olub.May.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi çevrilişə mane olmaq üçün küçəyə çıxan minlərlə adamdan biri olan aktyora kömək etmək istədiyi halda qatil damğası vurulub.Belə ki, linç olunan əsgəri xilas edərək, avtomobilə minməsinə yardımçı olan sənətçinin fotoları sosial şəbəkələrdə sürətlə yayılıb, onu qatil adlandırıblar.Görüntülərə gələn sərt təpkilərdən sonra Ali Nuri Türkoğlu yaralı sözügedən fotonu istifadəçisi olduğu sosial şəbəkədə paylaşaraq, \"Çox şükür! Daha əvvəl də dediyim kimi təcili tibbi yardım maşınının məkana girə bilmədiyi üçün, yaralı əsgəri biz gələn ilk qara rəngli avtomobilə mindirməli olduq. Canımdan çoxdan keçmişəm”, - deyə qeyd edib.
-
Rəqsanə: “Şortik geyinmək eyibdirsə...”
18.07.2016 19:10
Müğənni Rəqsanə İsmayılova uzun qaynaq saçlarını qısaldıb.May.Az xəbər verir ki, ifaçı \"İnstagarm” bloqunda paylaşdığı fotolarında \"saçlarım getdi” - qeydini yazıb. R.İsmayılova eyni zamanda, qısa şort geyindiyi üçün fotolarda ünvanına yazılan təhqirlərə də cavab verib.\"Düşündüm, \"İnstagram”da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin\" – deyə müğənni yazıb.
-
Azərbaycanda narkotik alverçisi ilə polislər arasında silahlı insident
18.07.2016 17:07
Azərbaycanda polis əməkdaşları ilə narkotik alverçiləri arasında insident yaşanıb.May.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi \"Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.
-
Azərbaycanda bəzi körpələrə Messi, Ronaldo, Zidan kimi adlar verilib - SİYAHI
18.07.2016 17:04
Son beş ildə Azərbaycanda doğulan xeyli sayda körpəyə məşhur futbolçuların adları verilib.Ədliyyə Nazirliyindən \"Report\"a verilən məlumata görə, həmin adların arasında türk futbolçularının adları üstünlük təşkil edib. Son beş ildə doğulan 228 körpəyə Ayhan, 131-nə Arda, 16-na Hasan adı verilib.Həmin müddətdə 1 körpəyə Messi, 1-nə Ronaldo, bir uşağa Dario, 6-na Aleks adı qoyulub.Ümumiyyətlə, son beş ildə uşaqlara Fateh (889), Hakan (21), Zidan (2), Sabri (2), Georgiy (1), Hamid (4), Halil (2) Ayhan (228), Nihat (2729), Tayfun (22), Ümit (12), Tayfur (4), Ali (225), Volkan (2), Sinan (405), Mehmet (21), Necati (16) kimi adlar da verilib.Verilən adlar arasında qeyd olunan adların iştirakı ilə yaradılanlar da çoxdur. Belə ki, son beş ildə Azərbaycanda doğulan uşaqlar arasında Fatehəhməd, Fatehcəfər, Fatehcahan, Fateh Edvard, Ardan, Ardacan, Arda Furkan, Arda Ali, Hasanberkan, Hasan Jibirva, Hasan Emir, Hakan Eren, Hakan Emin, Nihatbəy, Nihatcan, Aleksa, Sinan Mete, Mehmet Ali, Mehmet Sabri, Mehmet Mesud, Mehmet Onur və s. adlar da yer alıb.
-
Tolik də evlənmək istəyir
18.07.2016 16:59
Qalmaqallı prodüser Tolik (Tarix Əliyev) evlənmək istəyir.May.Az xəbər verir ki, prodüser \"İnstagram” bloqunda tanınmış təşkilatçı Aqil Məmiyevin toyundan foto paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.Daha sonra isə o, evlənmək arzusunda olduğunu dilə gətirib.\"Məni də həvəsləndirdiniz. Bəlkə bu il mən də evləndim” - deyə, Tolik fotoya qeyd yazıb.
-
700 bal toplayan abituriyentlər kimlərdir? - TAM SİYAHI
18.07.2016 16:53
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 6 nəfər 700 bal toplayıb.May.Az \"Report”-a istinadən həmin abituriyentlərin tam siyahısını təqdim edir:I ixtisas qrupu üzrəTural Ağayev - Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır;Rəvan Nəzərəliyev - Xırdalan 5 saylı tam orta məktəbi;Sultanlı Nadir Faiq oğlu – Ankara-məktəb lisey.IV ixtisas qrupu üzrəSəbinə İsmayılova - Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu;Zülfüqarov Orxan Əzim oğlu - Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi;Lətifov Ağalətif İsak oğlu - İsmayıllı rayonu, 5 saylı orta məktəbi.
-
Yüksək temperatur 2-3 gün davam edəcək
18.07.2016 16:45
Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək. Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: \"Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub\".
-
Серверы Pokemon Go не выдержали наплыва пользователей после мирового запуска игры
18.07.2016 12:24
После официального запуска в европейском регионе серверы Pokemon Go приказали долго жить. Пользователи по всему миру сообщают о проблемах с доступом к игре. Охотники на покемонов по всему миру остались без любимого развлечения после запуска Pokemon Go в Европе. Серверы приложения моментально «упали» и до сих пор не восстановились после массового наплыва пользователей. Начинающим покемон-мастерам остаётся только ожидать восстановления работы серверов, так как без них она не работает. Вечером 16 июля пользователи в первый раз сообщили о проблемах доступа к Pokemon Go. Вместо загрузки, на экране появлялось сообщение о проблемах на серверах и просьбой попробовать запустить игру позже. Тогда речь шла о DDOS-атаке, ответственность за которую взяла на себя хакерская группировка PoodleCorp, сообщив об этом в твиттере. Позже в группе появилось еще одно сообщение: «Это был всего лишь небольшой тест, скоро мы это масштабнее». Сами разработчики игры связывали проблемы с перегрузкой серверов из-за наплыва новых пользователей. Pokemon Go была запущена на iOS и Android 6 июня. Изначально игра была доступна только в США, Австралии и Новой Зеландии, сегодня состоялся европейский запуск игры. Релиз проекта в России ожидается в ближайшие дни.
-
Qiyamın unudulmaz üzü Tijen Karaş kimdir?
18.07.2016 12:19
İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsində haqqında danışılanlardan biri də TRT-nin aparıcısı Tijen Karaşdır.May.az xatırladır ki, Türk Silahlı Qüvvələrinin qiyam zamanı aparıcıya bəyanat oxutdurmuşdular. Daha dəqiq söyləsək o, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə oxuyaraq insanların diqqətini çəkmişdi. Həyəcanı səsindən və simasından bəlli olsa da, T.Karaş işini peşəkar səviyyədə görmüşdü. Onu da deyək ki, son günlər internetdə ən çox axtarılan Tijen Karaşdır. Bunu nəzərə alıb, BAKU.WS oxucularına 15 iyul qəhrəmanı haqda məlumat veririk. Beləliklə, Tijen Karaş 1975-ci il yanvarın 25-də də Ankarada doğulub. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət Kanal D-də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən T.Karaş 2000-ci ildə TRT-də \"Yaşam ve Gençlik” adlı proqrama aparıcılıq edib. TRT Avrasya, TRT Int və TRT Türk-də müxtəlif verilişləri aparıb.
-
Ermənistanda qiyam həyəcanı: snayperlər damlara yerləşdirildi
17.07.2016 16:25
Ermənistanda silahlı qrupun polis bölməsinin binasına hücum etməsi nəticəsində hər iki tərəfdən də yaralananlar var. May.Az-in məlumatına görə, hücumu təşkil edənlərdən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis bölməsinin yerləşdiyi Erebuni rayonundakı binaların damlarına snayperlər yerləşdirilib. Hadisə nəticəsində ölənlərin də olduğu bildirilir. Qeyd edək ki, bu gün bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib. Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən \"Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyan azad edilməsini tələb edirlər. Binanın ərazisinə hərbçilər gətirilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan yaxın saatlarda rəsmi açıqlama yayacaqlarını elan edib. Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb. \"Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan iyunun 20-də Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilərək həbs edilib. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb. Keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın evində və onun rəhbəri olduğu \"Əlahiddə Şuşa batalyonu veteranları” ictimai birliyinin ofisində də axtarış olub. Keçmiş komandir, siyasi xadim silah-sursat əldə etmək, onların daşınmasını təmin etmək və qanunsuz saxlama ittihamları ilə saxlanılıb. Jirayr Sefilyan aprel döyüşlərindən sonra Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. \"Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirmişdi.
-
Dəhşətli istilər gəldi
17.07.2016 16:23
Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaqBakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 36-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
-
Ağdamda yer titrədi
17.07.2016 16:22
Ağdamda zəlzələ olub. Bu barədə May.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.İlkin məlumatlara əsasən, yerli vaxtla saat 09:58-də Ağdamdan 24 km qərbdə zəlzələ qeydə alınıb.Maqnitudası 3, dərinliyi 17 km olan zəlzələ hiss olunmayıb.
-
Kadırov Türkiyədə çevriliş cəhdinin səbəblərini AÇIQLADI
17.07.2016 16:20
Çeçenistan lideri Ramazan Kadırov öz Facebook səhifəsində Türkiyədəki hərbi çevriliş cəhdini şərh edib.BAKU.WS xəbər verir ki, Kadırov qiyamın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərblə əlaqələrini kəsərək müstəqil siyasət aparması ilə bağlı olduğunu yazıb.Kadırov qeyd edib ki, Türkiyənin Suriyadakı hadisələrə münasibətinin dəyişməsi və Ərdoğanın müstəqil siyasət yürütməsi \"Qərbə bağlı\" generalların xoşuna gəlməyə bilər. Ona görə də, onlar ölkənin rəhbərliyini ələ keçirməyə cəhd etdilər: \"Türkiyədə hərbi çevriliş cəhdi oldu. Qiyamçılar təyyarə də daxil olmaqla hərbi texnikadan istifadə etdilər. Ölü və yaralılar var. Bu hadisələr xalqın Rəcəb Tayyib Ərdoğanı və hökuməti dəstəklədiyini göstərdi. Türkiyə bizim yaxın qonşumuz, iqtisadi, mədəni və humanitar sahədə sıx əlaqələrmiz olan bir ölkədir. Son zamanlarda Rusiya ilə Türkiyə arasında iqtisadi və digər sahələrdə əlaqələr güclənir. Bundan başqa, Türkiyənin Suriyadakı hadisələrə baxışlarında da müsbət dəyişikliklər baş verir. Bundan başqa Ərdoğan ölkəni islamlaşdırır və Osmanlının nüfuzunu bərpa etmək istəyir. Osmanlının sərhədlərinin xatırlayanlar isə buna imkan verməyəcəklər. Türkiyədəki son hadisələr də bununla bağlı ola bilər.Ümumilikdə isə Türkiyədə qərbə bağlı ordu generalları həmişə siyasi proseslərə müdaxilə ediblər. Qeyd etdiyim kimi, Ərdoğan isə Qərbdən müstəqil siyasət yürütməyə qərar verib. Bu da onların xoşuna gəlməyə bilər. Biz bir çox inqilab gördük. Öz təcrübəmizə əsaslanaraq çevrilişlərin ağır nəticələrə səbəb olduğunu bilirik. Qardaş Türk xalqına ən qısa zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulayırıq\", - Kadırov vurğulayıb.
-
Ankarada güclü partlayışlar - YENİLƏNİB
16.07.2016 03:06
İstanbulun Bakırköy rayonunun cümhuriyyət baş prokurorluğu dövlət çevrilişinə təşəbbüs göstərmiş hərbçilərin görüldükləri yerdə həbs edilmələrinə dair sanksiya verib.Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, proseslərin başlamasından bir müddət sonra Ankaradakı özəl hərəkat təlim mərkəzində partlayış baş verib, eyni yerdə təxminən 3 saatdan sonra ikinci partlayış olub. Ankaradan verilən başqa bir xəbərdə isə TRT-nin binasında da partlayış olduğu bildirilir. Bir neçə xəbər kanalının canlı yayınından başqa digər kanallar proqramlarını davam etdirirlər.02:31Oxu.Az xəbər verir ki, Virtualaz.org-un mənbələrinin verdiyi məlumata əsasən, partlayışlardan biri TRT dövlət televiziyasının binasında baş verib.Bundan bir qədər öncə həmin televiziyada Ərdoğanın devrilməsi ilə əlaqədar müraciət oxunmuşdu.02:10İyulun 16-na keçən gecə Ankarada iki güclü partlayış baş verib.Bu barədə Oxu.Az RİA Novsoti-yə istinadən xəbər verir.Ölən və yaralananlar barədə məlumat yoxdur.
-
Türkiyə xalqı Ərdoğana köməyə qalxdı, ordu əhaliyə atəş açdı
16.07.2016 03:04
Ölkənin bütün məscidlərində azan oxunmasına başlanılıb.İstanbulun Boğaz körpüsündə irəlilələmək istəyən bir qrupa atəş açılıb.May.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2 min nəfərlik qrupa ordu tərəfindən atəş açılıb. Yaralıların olduğu bildirilir.Məlumata görə, İstanbulun bir çox yerində insanlar küçələrə çıxaraq orduya etiraz edirlər.Ankarada Baş Qərargah qarşısında və İstanbul Polis İdarəsinin qarşısında əhalinin tankların üzərinə çıxaraq, hərbi çevrilişə etiraz etdiyi bildirilir.Ərzurum, İzmir, Bursa, Balıkəsir, Yalova və digər rayon və şəhərlərdə də əhalinin küçələrə axışdığı bildirilir.Türkiyənin bütün məscidlərində azan oxunmasına başlanılıb.
-
\"Bu şəhərdə\" konsertə hazırlaşır
16.07.2016 02:33
Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İgəndərov növbəti konsertə hazırlaşır. MAY.AZ bildirir ki, tədbir noyabrın 4-dən 8-nə kimi Heydər Əliyev Sarayında baş tutacaq. “Bu şəhərdə” komandası tamaşaçılara yeni maraqlı səhnələr təqdim edəcək.
-
\"Bu qədər çirkin olmayın\"- Səmra od püskürdü
16.07.2016 02:31
\"Eurovision 2016\" təmsilçimiz Səmra Rəhimlinin Fransada baş verən terror hadisəsinə görə başsağlığı yazması sosial şəbəkədə tənqid olunub.Müğənni ünvanına deyilən təhqirlərə sərt cavab verib:\"Bir insanın ölümünə sevinəcək qədər mərhəmətsiz və çirkin qəlbli insanlarsınız. Nə fərqi var hansı ölkədə baş verib, o ölkə haranı sevir. Bu dəhşətli hadisədir və hər birimizin başına gələ bilər. Söhbət insan həyatından gedir... İnsan bu qədərmi ucuzdur ki, adamlar bir-birinin ölümünə sevinir? İstəyirəm bütün dünyada sülh olsun, insanlar daha ölməsin, terror olmasın, hamı azad, sərbət yaşasın. Qəlbinizdə bir az da olsa, mərhəmət olsun, insan sözünü insansızlaşdarmayın.Disiz, ağızsız heyvanlara belə kömək etməyən, onlara Allahın suyunu belə verməyən, onları daşlayan və bundan zövq alıb gülən insanlardan çox şey istəyirəm, bunun fərqinə varıram. Siz başqalarının acısına, ölüsünə hörmət etmədən, bizim acımıza hörmət və anlayış axtarmayın. Bu qədər qəddar olmayın, yazdıqlarımı bütün çirkin ürəkli, qara fikirli insanlara şamil edirəm\". (axsam.az)