-
Эмин Агаларов показал новую возлюбленную (фото)
20.07.2016 00:46
Популярный певец и композитор Эмин Агаларов опубликовал совместную фотографию с возлюбленной Аленой Гавриловой.Как передает May.Az, минувшим вечером известный музыкант и вице-президент группы компаний Crocus Group Эмин Агаларов в своем аккаунте Инстаграм поделился совместным фото с новой возлюбленной - \"Мисс Мордовия-2004\", моделью Аленой Гавриловой.«Всем прекрасного романтического настроения», - подписал певец снимок.
-
Əmrah Cəfərova yeni vəzifə verildi
20.07.2016 00:38
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi nəticəsində DSMF-nin mətbuat katibi postundan azad olunan jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə təyinat alıb.Modern.az saytının məlumatına görə, Əmrah Fəqanoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, hazırda nazirliyin həmin şöbəsinin rəisi Elman Babayevdir.Əmrah Fəqanoğlu Dövlət Sosial Müdafiə Fondunda çalışmazdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində və \"İki sahil” qəzetində işləyib.
-
Mətbuat Şurası jurnalistlərə müraciət etdi - ehtiyatlı olun!
20.07.2016 00:36
Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət edib. Mətbaut Şurasından May.Az daxil olan müraciətin mətnində deyilir:Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir.İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir.Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır.
-
Bu avtomobillərlə səfərə çıxmayın - DYP-dən AÇIQLAMA
20.07.2016 00:32
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.İdarədən Trend-ə daxil olan müraciətdə deyilir ki, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməsini, eləcə də sabahdan ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 42 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmasınlar.Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük versinlər, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə etsinlər.
-
Ərdoğan Obama ilə danışdı: Fətullah Gülən Türkiyəyə veriləcək?
20.07.2016 00:14
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. Telefon danışığında Fəthullah Gülənin Türkiyəyə qaytarılması məsləsi müzakirə olunub.Ağ Evdən verilən açıqlamada isə Fəthullah Gülənin qaytarması ilə əlaqədar rəsmi müraciətin onlara çatdığı bildirilib. Qeyd olunub ki, hazırda müraciət qiymətləndirilir.\"Türkiyə hökuməti elektron şəkildə Gülənlə bağlı materialları təqdim edib. Bu materiallar ABŞ və Türkiyə arasında 30 il əvvəl imzalanmış \"Ekstradisiya haqqında” sazişə uyğun olaraq Dövlət Departamenti və Ədliyyə Nazirliyi tərəfindən tədqiq ediləcək”, - Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.O əlavə edib ki, Obama və Erdoğan həmçinin Türkiyədə dövlət çevrilişinə cəhdin istintaqı məsələsinə də toxunublar. \"Obama dövlət çevrilişinə cəhdin istintaqında bir daha hərtərəfli yardım təklif edib”, - deyə Ernest qeyd edib.Onun sözlərinə görə, Obama Türkiyənin demokratik yolla seçilmiş hökumətinə ABŞ-ın dəstəyini təsdiqləyərək, dövlət çevrilişinə cəhdin istintaqının demokratik prosedurlara uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb.
-
Горячие каникулы Валиды Аббасовой
19.07.2016 02:59
Валида Аббасова, известная азербайджанская фотомодель, обладательница титула \"Мисс Миллениум\", которая не уступает мировым секс-символам. Она всегда молодая, красивая и стройная. Время над этой женщиной не подвластно. Как передает May.Az, известная модель отдыхает в Швейцарии и делится с подписчиками в Инстаграме откровенными фотографиями с пляжного отдыха. Купальные наряды слабое место Валиды Аббасовой. Модель может похвастаться красивым и стройным телом, поэтому пляжные фотографии в Инстаграм-аккаунте звезды занимают лидирующее место. Она та женщина, которая способна создавать красоту вокруг себя. Веселая, позитивная, красивая – это все Валида Аббасова. Женщина, которая умеет наслаждаться жизнью!
-
Metroda gediş haqqı sentyabrda 50 qəpik olacaq? (RƏSMİ CAVAB)
19.07.2016 02:55
Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu qərardan sonra ölkədə metroda gediş haqqının artacağı ilə bağlı söz-söhbət yaranıb. İddia olunur ki, sentyabr ayından etibarən gediş haqqı 40-50 qəpik civarında müəyyən olunacaq. Məsələ ilə bağlı May.Az İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur. Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də gediş haqqının artırılması məsələsinə münasibət bildirib. O qeyd edib ki, qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı tərəfimizdən heç bir müraciət olunmayıb.
-
Özünü məhşurların yanına fotoşop edən bu oğlan internet fenomeninə çevrilib.
19.07.2016 02:25
Özünü məhşurların yanına fotoşop edən bu oğlan internet fenomeninə çevrilib.Hemin fotolari size teqdim edirik:
-
Vitse-prezidentin hansı səlahiyyətləri olacaq? – LAYİHƏ
19.07.2016 02:20
Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib.Xəbər verdiyimiz kimi, Azərbaycanda vitse-prezident postunun təsis edilməsi nəzərdə tutulur. May.Az-ın Fins.az-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində yer alıb.Layihəyə görə, ölkədə Birinci vitse-prezident və vitse-prezidentlər ola bilər. Onları vəzifəyə prezident təyin edir.Bununla əlaqədar Konstitusiyanın bir neçə maddəsinə dəyişikliklər ediləcək. Əsas dəyişikliklərdən biri odur ki, ehtiyac yaranarsa, dövlət başçısını vəzifədə indi qüvvədə olduğu kimi baş nazir yox, vitse-prezidentlər əvəzləcəyəcəklər. Belə ki, Konstitusiyanın 105-ci maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün ərzində (indi qüvvədə olan variantda bu müddət üç ay nəzərdə tutulub) növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir.Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək. Qeyd edək ki, Konstitusiyanın hazırda qüvvədə olan variantında prezidenti əvəzləyəcək şəxs olaraq baş nazir nəzərdə tutulurdu.Dəyişikliklərə görə, hər hansı səbəbdən Birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək. Vitse-prezident də bu vəzifəni hər hansı səbəbdən icra edə bilmədikdə, bu səlahiyyət baş nazirə həvalə edilir. Baş nazir hansısa səbəbdən vəzifəni icra edə bilməsə, bu səlahiyyət Milli Məclisin sədrinə verilir, bu da mümkün olmadıqda, Milli Məclisin müəyyən etdiyi şəxsə verilir. “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir” - deyə dəyişikliklərdə bildirilir.Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib - “Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı”.Bu maddəyə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.Vitse-prezidentlərin təminatı üçün də yeni maddə nəzərdə tutulub. “Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı”: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir». Nəhayət, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə görə, vitse-prezidentlərə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ veriləcək.
-
Deputat seçilmək üçün yaş həddi 18-ə endirilə bilər
19.07.2016 02:15
Azərbaycan Respublikasının Konstitusiyaasına dəyişikliklər edilir.Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18-ə endirilə bilər.May.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.
-
Yevlaxda gənc oğlan çayda boğuldu
19.07.2016 02:10
Hadisə Kövər kəndi ərazisində qeydə alınıb.Yevlaxda 23 yaşlı oğlan çayda batıb.May.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 17-də Kür çayının Yevlax rayonu, Kövər kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Elməddin Siyafəddin oğlu Abdulrəhmanovun cəsədi batdığı yerdən 120 metr aralıda tapılıb. Mərhumun cəsədi sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 18:10-da başa çatıb.
-
3 manata görə qadını döydü
19.07.2016 01:16
68 yaşlı qadının əl-qolunu bağlayıb, yüksək məbləğ tələb edən quldur cəmi 3 manat və mobil telefonla kifayətlənməli olub.May.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy sakini Elxan Pirverdiyev Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib.Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən \"qəhrəman\" 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib.Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törədən Gədəbəy rayon Şaxtaxtlı kənd sakini, əvvələr məhkum olumuş E.Pirverdiyev saxlanılıb. O, hadisəni törətməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib-içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib.
-
Vahid Mustafayevdən ANS-in bağlanmasına ilk reaksiya
19.07.2016 01:13
Yayımına qadağa qoyulan ANS televiziyasının prezidenti Vahid Mustafayev telekanalın həyətində mühafizəçilərinin əhatəsində görünüb. ANS prezidentinə yaxınlaşan gununsesi.info-nun əməkdaşı ona baş verənlərlə bağlı sual edib. Olduqca gərgin vəziyyətində görünən Vahid Mustafayev şokda olduğunu deyib. \"Özünüz, görürürsünüz, nə baş verir. Şokdayam. Söz tapmıram deməyə…”-deyən Vahid Mustafayev əməkdaşımızdan kənarlaşıb.
-
Pokemon Go - Android Apk
18.07.2016 22:43
Android telefonlar üçün Pokemon Go oyunu.
-
Azərbaycan şəxs adlarının izahı - Android app
18.07.2016 22:09
Tətbiqdə 11035 (5963 kişi, 5072 qadın) şəxs adının leksik mənasının izahı verilmişdir.Özəllikləri:• Offline işləmə rejimi - internet olmadan istifadə edə bilərsiniz. Sürətli axtarış• Axtarış filterləri: Axtarış sözü ilə başlayan və bitən• Seçilmişlər siyahısı - bəyəndiyiniz adı \"ürək\" düyməsini basmaqla bu siyahıya əlavə edə bilərsiniz.• Əlfəcin (Bookmark) - Bəyəndiyiniz adı müxtəlif qruplarda saxlaya bilərsiniz.• Tarixçə - Baxdığınız adlar ın tarixçəsi• Azərbaycan hərfləri üçün virtual klaviatura• Tablet dəstəyiYükləmək üçün Play Market-də \"adlarin menasi\" axtarış edib yükləyin.Və ya keçiddən istifadə edin.
-
Yüksək bal toplayan abituriyentlərimiz.
18.07.2016 21:47
Yüksək nəticə göstərən əkiz qardaşlar.Bu iki əkiz qardaş tarixə yazıldı. Rəvan Nəzərəliyev 700 bal, Nurlan Nəzərəliyev isə 685 bal toplayıb. Böyük qardaşları Rəşad isə 2013- cü ildə 675 bal toplayaraq BANM -a daxil olmuşdur.
-
İmtahanda 700 Bal Toplayan Qız
18.07.2016 21:43
TQDK ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan etdikdən sonra 6 nəfərin 700 bal topladığı müəyyənləşdi. Onlardan 5-i oğlan, 1 qızdır.Yeganə xanım məzun və ən yüksək nəticə göstərən Səbinə İsmayılovadır.Qazaxın Canallı kəndində doğulan Səbinə elə yaşadığı kənd məktəbinin məzunu olub. Məktəbin direktoru Ulduzə Məmmədova Səbinənin ziyalı ailədə böyüdüyünü, təhsil ocağında təlim tərbiyəsi ilə seçildiyini bildirib.Direktor həmçinin 700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiyadasının qalibi olduğunu da açıqlayıb.Kənd məktəbini bitirib test tapşırıqlarının hər birinə düz cavab yazan S. İsmayılova ailənin böyük övladıdır. Qeyd edək ki, 2 qardaşın yeganə bacısı IV ixtisas qrupunda ən yüksək nəticəyə sahib olub.
-
ANS-in fəaliyyəti dayandırıldı: TV, radio və sayt bağlandı
18.07.2016 20:55
Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırlması ilə bağlı məlumat yayıb. Şuradan May.Az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib. Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib. Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin \"hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb. Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər. \"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər. Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək. Qeyd edək ki, ANS şirkətlər qrupuna internetin verilişi də dayandırılıb və ona görə də ANSPRESS.COM saytı da işləmir.
-
Nazirlikdən isti hava ilə bağlı xəbərdarlıq: \"Bütün işlər dayandırılmalıdır\"
18.07.2016 19:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. May.Az-in nazirliyə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir. Eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.
-
Qorxunc iddia: “Pokemon Go” İŞİD-in oyunudur
18.07.2016 19:39
Bütün dünyada böyük ajiotaja səbəb olan \"Pokemon GO\" adlı oyun haqqında qorxunc iddialar yayılıb. May.Az bildirir ki, qonşu ölkə Türkiyədən olan bir neçə istifadəçi sosial şəbəkələrdə \"Pokemon Go”nun İŞİD-in \"oyunu” olduğunu iddia edib.İŞİD-in terror qorxusundan küçələrə çıxmayan insanları yenidən mərkəzi yerlərdə toplamaq üçün bu oyunu çıxardığı deyilir. Qeyd edək ki, oyun Avropada, o cümlədən Türkiyə və Azərbaycanda rəsmi olaraq təqdim edilməsə də, müxtəlif üsullarla onu telefona yükləmək mümkündür.