Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

    21.07.2016 01:41

    Fransa parlamentinin yuxarı palatası olan Senat ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılması qərarını dəstəkləyib.APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, ötən gün Fransa parlamentinin aşağı palatası fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını təklif edib. Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.

  • Məşhur müğənni toy ərəfəsi nişanı qaytardı

    21.07.2016 01:39

    Populyar müğənni Ledi Qaqa nişanlısı Teylor Kinndən ayrılıb.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 5 il sevgili olan məşhur cütlük toy ərəfəsində ayrılmağa qərar verib. 30 yaşlı müğənni artıq bir müddətdir ki, nişanlısının ona yarım il əvvəl sevgililər günündə hədiyyə etdiyi üzüyü taxmır.

  • Azərbaycanda internetdəki təhlükəli \"arvadlar\"

    21.07.2016 01:37

    Sosial şəbəkələrdə əxlaqdan, namus-qeyrətdən, milli-mənəvi dəyərlərdən, adət-ənənədən dərs keçən əsəbi, kobud və narazı insanlarla yəqin sizlər də qarşılaşırsınız. İşini-gücünü atıb xalqa ağıl öyrətməyə çalışan bu insanların dözülməz aqressiyası, gərgin aurası insanı hövsələdən çıxarır. Onlar ağlınıza gələcək hər şeyə qarşı müxalifətdədirlər. Real həyatda heç nəyə nail olmayan bu adamlar, virtual aləmdə meydan sulayır.Onlar nisbətən açıq fikirli qadınları fahişə, namussuz, azad düşüncəli, açıq sözlü kişiləri əxlaqsız hesab edir. Şeirlərdəki açıq-saçıq ifadələr, romanlardakı erotik səhnələr, köşə yazılarındakı tənqidi fikirlər onların lağ hədəfidir. Onlar din, fəlsəfə, psixologiya sahəsində özlərini ciddi mütəxəssis hesab etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən insanların da amansız tənqidçiləridir, çünki onlar hər şeyi \"bilirlər\".Sosial şəbəkələrdə baxımlı xanımların paylaşdığı fotoları lağa qoyur, fürsət tapan kimi qaşlarını çatıb, dodaqlarını büzüb çəkdirdikləri fotolarda isə ilahi məsumluq olduğunu düşünürlər. Onlar qaş almağa, bəzənməyə, açıq-saçıq geyimə, seks haqqında danışmağa, siyasi müzakirəyə, ədəbi polemikaya pis baxırlar.Ailə qurmamış qadının seks haqqında danışmasını tərbiyəsizlik hesab etdikləri üçün bu barədə təklikdə də düşünmürlər, bu barədə istənilən söhbəti tərk edir, bu barədə danışanları və düşünənləri qınayırlar.Fürsət tapan kimi ağlamalı, kədərli və qəzəbli statuslar yazıb diqqət mərkəzində olmağa çalışırlar.Heç bir siyasətçini, yazıçını, rəssamı, aktyoru, şairi, müğənini bəyənmirlər. İmkan tapan kimi sentimental, ürək sızladan essefason yazılar yazıb, paylaşır bu yazılar haqqında tənqidi fikir bildirənləri bloka atırlar.Gecə-gündüz kiminsə həsrətini çəksələr də, özlərində cəsarət tapıb bunu dilə gətirə bilmir, gizli eşqin əzabı ilə yanıb qovrulurlar.Din haqqında anlayışları olmasa da, allahı tanıyır, \"o gözəgörünməzin\" nə vaxtsa bəxtlərini açacağına inanırlar. Ateistlərin, deistlərin, fərqli düşüncə sahiblərinin varlığı onları narahat edir.Liberalları sevmir, \"solçu\"lara nifrət edirlər, anarxistlərə ikrahla baxırlar.Günəşin doğuşunu və ya qürubunu seyr etməkdənsə, bu səhnələrin fotosunu çəkib paylaşmağı daha məqsədəuyğun hesab edirlər. Nikahsız sevişməyə qarşıdırlar, vətəndaş nikahını qəbul etmirlər və bu səbəbdən də özlərini \"alınmaz qala\" hesab edirlər. Sosial şəbəkələrdə onlara \"salam\" yazan əks cinsin nümayəndələrini \"ifşa eləməyi\" müqəddəs vəzifə hesab edirlər.Təsadüfən onlara zəng edib tanış olmaq istəyən gənc bəri başdan kəlmeyi-şəhadətini gətirməli, yaxınları ilə vidalaşmalıdır.Azərbaycan yazıçılarını bəyənmirlər, çünki \"bizimkilər yaza bilmir\".Hər birinin keçmişində ağır, kədərli və tükürpədən bir sevgi hekayəsi var (Əgər belə bir hekayə yoxdursa, mütləq uydururlar).Öz həyatlarının roman mövzusu olduğuna inanırlar və tanıdıqları yazıçılardan öz kədərli həyatlarını romana çevirməyi israrla tələb edirlər.Uğur qazanan, populyar insanlar, məhşurlar və tanınmışlar onların əbədi düşmənidir.Rəfiqləri ilə dərdləşəndə ərə getməyəcəklərini, müəyyən yaşdan sonra övladlığa uşaq götürəcəklərini bəyan edir, amma uşaq şəkillərini sosial şəbəkələrdə paylaşmaqdan zövq alırlar.Hərdən aforizmlər, hikmətli sözlər paylaşır, müəllif hüquqlarını qorumağı \"unudur\", doğuşdan dahi olduqlarını isbat etməyə çalışırlar.Onlar namus, sədaqət, əxlaq, tərbiyə, dürüstlük simvolu olduqlarını gözə soxmaq üçün dəridən qabıqdan çıxır, bu məqamlarda başqalarını aşağılamaqdan və təhqir etməkdən zövq alırlar.Zəmanədən, gəncliyin əxlaqının pozulmasından dərin narahatlıq hissi keçirirlər. Məncə, artıq hansı təhlükəylə üz-üzə olduğumuzun fərqindəsiniz. İnternetin, sosial şəbəkələrin şəxsiyyətə çevirdiyi bu insanlardan qurtuluşumuz yoxdur. XXI əsrin yeni bəlası, internetdə şəxsiyyətə çevrilmiş, real həyatda uğur qazana bilməyən avara kütlədir. Belə \"arvadlar\" sizin sağlamlığınız üçün təhlükəlidir.Oxumağı, araşdırmağı, düşünməyi sevməyən qaragüruh ucuz şöhrət, tez-bazar populyarlıq axtarışındadır.Və çanaq bizim başımızda qırılır...Cəlil CavanşirMilli.Az

  • \"Azərbaycan ərazisində hər hansı ölkənin hərbi bazasının yaradılması barədə məlumatlar...\" - RƏSMİ

    21.07.2016 01:35

    May.Az bildirir ki, bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov AZƏRTAC-a deyib:\"Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil.Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub.Qeyd edim ki, Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi tərəfindən buradakı 2 otaq açılır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra edilən zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür və Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər.Təsdiq edilmiş Protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkəmizdə fəaliyyət göstərən və \"Qızıl Şərq\" hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin ölkəmizdəki hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib. Bu protokol həmin tikilidə icarəçi tərəfindən təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır\".

  • Azərbaycanda kişi 40 yaşlı sevgilisinə görə özünü yandırdı (TƏFƏRRÜAT)

    20.07.2016 18:33

    İsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü yandıran gəncin intihar olayına aydınlıq gətirib.May.Az azxeber.com-a istinadən bildirir ki, prokurorluqdan verilən məlumata görə, Elnur Dəmirov İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın üstünə yıxılıb yandığını deyib: \"Burada vəziyyəti ağırlaşdı, Bakıya apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı. Dedi ki, özünü öldürmək kimi bir niyyəti olmayıb\".Prokurorluqdan onu da əlavə ediblər ki, E.Dəmirovun sevdiyi qızı ona verməmələri ilə bağlı yayılan məlumatlar şayiədir: \"Orada başqa məsələlər var. Elnur bir qadına vurulub, onun da 40 yaşı var. Həmin qadının da Elnur boyda uşağı var. Elçiliklə bağlı yayılan məlumatlar hələ ki təsdiqini tapmayıb. Bütün bunlar araşdırılacaq və onun yanmasının əsl səbəbi sonra bilinəcək\".Qeyd edək ki, İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Rayon sakini, 29 yaşlı Elnur Dəmirov özünü yandıraraq həyatına qəsd edib. Ağır yanıq xəsarətləri alan gənc Respublika Yanıq Mərkəzinə gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

  • Emindən sevgilisinə 101 qızıl gül (FOTO)

    20.07.2016 18:30

    Müğənni-bəstəkar Emin Ağalarov \"İnstagram” bloqunda qızıl gül buketi ilə çəkdirdiyi fotosunu paylaşıb.May.Az xəbər verir ki, görünür ifaçı bunu \"Miss Mordoviya” gözəli (2004) Alyona Qavrilovaya sevgisini nümayiş etmək üçün bir jest edib.Onu da əlavə edək ki, cütlük münasibətlərini artıq gizlətmir. Onlar birgə bir sıra tədbirlərdə iştirak edirlər.

  • Sarkisyan istefaya gedir

    20.07.2016 18:25

    \"Ermənistan prezidenti Serj Sarkisyan özünün istefası prosedurana başlayıb”.Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu Ermənistan müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyan deyib.\"Sarkisyan özünü ölkənin prezidenti hiss etsəydi, bu günlər ərzində hər hansı bir bəyanatla çıxış etməyə borclu idi. Hər şeydən göründüyü kimi, o, üsyançıların tələblərinə müvafiq olaraq istefaya gedir”, - müxalif lider bildirib.Artıq neçə gündür ki, jurnalistlər Ermənistan prezidenti Serj Sarkisyanın harada olduğunu öyrənməyə çalışırlar. Silahlı üsyanın davam etdiyi bütün bu günlər ərzində o bəyanat verməyib.Jurnalistlərin suallarını cavablandıran prezidentin müşaviri Alik Sarkisyan bildirib ki. ölkə prezidenti \"işinin başındadır, lazım gələrsə, bəyanat verəcək”. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.Eyni zamanda Yerevanda polis bölməsinin binasını zəbt etmiş silahlı qrupun lideri Pavlik Manukyan daha bir girovu sərbəst buraxmaq təklifini rədd edib. \"Əgər siz həmkarlarınıza görə belə narahat olursunuzsa, polis rəisi Vova Qasparyan özü gəlib onları əvəz etsin. Gəlsin yanımıza, bütün girovları azad edək”, - o deyib.

  • Ərdoğanla Putinin görüş yeri açıqlandı

    20.07.2016 18:22

    Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun ilk ongünlüyündə Rusiya ərazisində görüşəcəklər.May.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, görüşün keçiriləcəyi dəqiq tarix və şəhər hələ müəyyən edilməyib.Qedy edək ki, bundan əvvəl görüşün Bakıda keçiriləcəyi bildirilirdi. Lakin Peskov bunun real olmadığını bildirib. O deyib ki, Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü olacaq.

  • Azərbaycanda sürücü yol polisini məhkəməyə verir

    20.07.2016 18:08

    Son günlər sürücülər radar borclarına görə yolda hərəkət edərkən maşınlarının Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasından narazıdırlar. Saxlanılan avtomobillərin cərimə meydançasına aparılması həmin sürücülərin şikayətçi olmasına gətirib çıxarıb.Onlar deyirlər ki, bəzi yol polisləri nə zamansa radara düşmüş, borcları yaranmış sürücülərin maşınlarını zorla cərimə meydançalarına aparırlar. Halbuki, bəzi sürücülər radar borclarının olmasından xəbərsizdirlər. Onların sözlərinə görə, borcların olması barədə hansısa xəbərdarlıq, bildiriş almayıblar. Bu cür hadisə iyulun 20-də səhər saat 06:50 radələrində Bakıdakı Nobel prospektində yerləşən \"Nargilə” kafesi yaxınlığında şəhər sakini Xalid Nağıyevin də başına gəlib.Bu barədə vətəndaş Xalid Nağıyev özü Modern.az-a məlumat verib.X.Nağıyev deyir ki, 99-YP-451 dövlət nömrə nişanlı maşında özünü Yol Patrul Xidmətinin əməkdaşı kimi təqdim edən inspektor Murad Vəliyev onu saxlayıb: \"Bu gün səhər olan 10-VT-937 dövlət nömrə nişanlı avtomobilimi saxladan Yol Patrul Xidmətinin əməkdaşı Murad Vəliyev mənim 10 manat və 50 manat məbləğində müxtəlif vaxtlarda yaranmış radar borcumun olduğunu dedi. Mən isə bundan tamamilə xəbərsiz olduğumu yol polisinə bildirdim. Ona dedim ki, mənim bunlardan xəbərim yoxdur, bilmirəm radara nə zaman düşmüşəm və mənə bu barədə heç bir rəsmi xəbərdarlıq, rəsmi bildiriş və sənəd gəlməyib.Yol polisi isə mənə dedi ki, bu barədə sizə evə poçtla bildiriş, xəbərnamə gəlməli idi. Mən yenidən ona belə bildiriş almadığımı deyəndə cavab verdi ki, \"bunun bizə dəxli yoxdur, maşın mütləq cərimə meydançasına aparılmalıdır”. Yol polisinə dedim ki, bu qanunsuz əməldir və mənim sənədlərimin hamısı qaydasındadır, maşın heç yerə apıla bilməz. Amma buna baxmayaraq, zorla maşınımı cərimə meydançasına apardılar.Mənə əlindəki planşetdə cəriməmin olduğunu göstərdi və dedi ki, bununla bağlı olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindəki \"10-cu otaq”a yaxınlaşmalısan. \"Orada biləcəksən bu nədir”.Həqiqətən də heç nə anlamadım. Mən bundan bir neçə gün əvvəl ASAN Xidmət vasitəsilə də yoxlayıb hər hansı radar cəriməsinin olmadığını dəqiqləşdirmişdim.Maşınımı yol polisi Murad Vəliyev məcburi şəkildə cərimə meydançasına apardı. Belə qanunsuzluq görməmişdim. Bu barədə şikayətçiyəm və yol polisini məhkəməyə verəcəm. Çünki mənim hüquqlarım ciddi şəkildə pozulub”.Xatırladaq ki, bu cür problemlə son günlər yalnız sadə vətəndaşlar deyil, jurnalistlər, tanınmış şəxslərdə üzləşiblər. Nə üçün radar borcu yazılan bildiriş vaxtında vətəndaşın ünvanına çatmır. Sənədləri qaydasında olan sürücünün maşını yolun ortasında saxlanılaraq, anidən cərimə meydançasına aparıla bilərmi?Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindəki \"10-cu otaq”da nələr olur?Hər halda Baş Dövlət Yol Polisi İdarəsi bütün bu suallara cavab verəcək...

  • ANS-ə daha bir zərbə

    20.07.2016 18:05

    \"Özəl televiziya kanalları dövlətin bu ilki maliyyə yardımı ilə bağlı hesabatlarını ilin sonuna kimi Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim etməlidir”. May.Az-in məlumatına görə, bunu \"Report”a Şuranın Aparat rəhbəri Toğrul Məmmədov bildirib.Onun sözlərinə görə, indiyə kimi ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı bir televiziya – \"Lider TV” MTRŞ-ya hesabat təqdim edib: \"Hesabatın təqdim olunması üçün televiziya kanallarının bu ilin sonuna kimi vaxtı var”.T.Məmmədov onu da bildirib ki, ANS televiziyasının yayımı dayandırılsa da, telekanalla MTRŞ arasında olan məhkəmə prosesi davam edəcək və şirkət dövlət tərəfindən ayrılmış 161 min vəsaiti dövlət büdcəsinə geri qaytaracaq.Qeyd edək ki, bu il mayın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Həmin məbləğ özəl yayımçılar arasında bərabər məbləğdə bölünüb.

  • “Oğlan Evi 2” yeni ulduzlarla ekrana gəlir

    20.07.2016 14:27

    Ötən ilin ən uğurlu kinokomediyalarından birinin II hissəsinin çəkilişləri artıq başlayıb.\"Oğlan evi 2”nin əsas hadisələri filmin birinci hissəsindən ən çox yadda qalan Baba (aktyor Elcan Rəsulov) obrazının ətrafında cərayan edəcək. Filmdə çəkiləcək yeni aktyorlara gəldikdə, yaradıcı heyət \"Oğlan evi 2”də \"Bozbash Pictures” serialından məşhur aktyor Nicat Rəhimov və video-bloger Hüseyn Əzizoğlunun adlarını çəkib. Tamaşaçıların sevgisini qazanmış İsi obrazının ifaçısı Elşən Hacıbabayev və Qurban Məsimov da (Kapitan Rzayev) yeni çəkiləcək filmdə rol alıblar.Rejissor İlham Qasımovun ötən filmində bir mənzilin bir neçə nəfərə satılması problemi qabardılmışdısa, bu dəfə qəhramanlar maşın alverçilərinin fırıldağının qurbanı olacaqlar. \"Oğlan evi 2”nin yaradıcı heyəti söz verir ki, tamaşaçılar bu dəfə də filmi ailəlikcə izləyib zövq ala biləcəklər.\"Kapital Bank”ın baş sponsorluğu ilə ərsəyə gələn \"Oğlan evi 2” filmi 2016-ci ilin son günlərində kinoteatrlarda nümayiş olunacaq.

  • Bakıda avtomobillər kəskin ucuzlaşdı: telefon qiymətinə maşın (QİYMƏTLƏR)

    20.07.2016 14:24

    Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb. Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, son dövrdə bu avtomobillərə Azərbaycan bazarında tələbat azalıb. Hətta yollarda da bu avtomobillərə az-az rast gəlinir. Rusiya avtomobillərini yol polisinə görə satırlarV.Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Belə ki, Rusiya istehsalı olan avtomobillər, xüsusilə də \"Vaz 2107” və \"Niva”larla bağlı \"avtoxuliqan avtomobili” təəssüratı formalaşıb. Buna əsaslanan yol polisləri \"Vaz 2107”, \"Niva” və digər Rusiya istesalı olan avtomobilləri daha çox saxlayaraq nöqsan tapmağa çalışırlar. Qaydalara riayət edən \"Vaz 2107” sürücüləri isə bu tipli yoxlamalardan yorulublar. V.Hüseynovun sözlərinə görə, sürücülərin böyük hissəsi məhz buna görə Rusiya istehsalı olan avtomobillərdən yaxa qurtarmağa çalışırlar. Nəticədə satış elanı verən \"Vaz” sahiblərinin sayı artıb. Məsələn, may ayında Rusiya istehsalı olan ikinci əl avtomobillərlə bağlı elanlarının sayı 50-yə yaxın idisə, indi bu rəqəm 80-nə qədər yüksəlib. Bu avtomobillərlə bağlı satış elanlarının hədsiz artması isə təbii ki, qiymətlərə təsir edib. Türkiyədə istirahət etmək istəyənlər \"Vaz 2107”lərini satırlarBundan əlavə, maraqlıdır ki, sürücülərin bir hissəsi yayı Türkiyədə və digər ölkələrdə istirahət etmək üçün 2000-2500 manatlıq avtomobillərini satmağa çalışırlar. V.Hüseynov bildirib ki, son bir neçə gündə saytda elan yerləşdirən 5-6 müştəri \"Vaz 2107”lərini satmalarını istirahətə getmələri ilə əsaslandırıblar. 4 000 min manatlıq \"Vaz 2107” 2 000 manata düşübV.Hüseynovun sözlərinə görə, bazarda bu avtomobillərə tələbatın azalması da qiymətlərə kəskin təsir edib. Nəticədə may ayında 4 min manata satılan Rusiya istehsallı avtomobilləri indi 2000-2500 manata almaq olar. Buna \"Vaz 2107”, \"Vaz 2106”, \"Vaz 21011”, \"Niva” modellərini aid etmək olar. Məsələn, hazırda 2000, 2002-ci il model \"Vaz 2107” avtomobilləri 2000 manata almaq olar. \"Vaz 2106” modelləri 3500 manatdan 1700-1800 manata kimi ucuzlaşıb. Buna baxmayaraq, ikinci əl Rusiya avtomobillərini alan yoxdur. Alıcılar daha çox avtomobil alverçiləridir. Onlar yaranan fürsətdən istifadə edərək 2000 min manata avtomobil alıb. Üzərində kiçik kosmetik təmir aparmaqla avtomobili bazardakı qiymətlərdən xəbəri olmayan müştərilərə 3000-3500 manata satırlar. Smartfon qiymətinə avtomobilSayt rəhbərinin sözlərinə görə, indi hətta bəzi işlək vəziyyətdə olan Rusiya avtomobillərini smartfon qiymətinə almaq mümkündür. Belə ki, 1995-2000-ci il model \"Vaz 2106”, \"Vaz 2107”, \"Vaz 21011” və furqon \"Vaz 21 04”lər 2000-2500 manatdan 1000-1500 manata kimi ucuzlaşıb: \"İndi hətta avtomobilin qiymətini soruşanda \"telefon qiymətinə”- deyə cavab verirlər”.\"Rusiya avtomobilləri ucuzlaşmaqda davam edəcək”V.Hüseynov hesab edir ki, yay mövsümü ilə əlaqədar olaraq ikinci əl Rusiya avtomobilləri sentyabr ayına kimi daha 10-20 % ucuzlaşacaq. Avtomobil bazarında digər modellərin qiymətləri ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 5-10 min manatlıq \"Mercedes” və digər markalara tələbat yüksəkdir. Ona görə də bu avtomobillərin qiymətlərində enmə müşahidə edilmir.

  • Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

    20.07.2016 14:20

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. May.Az-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

  • Günay İbrahimli makiyajsız belə görünür (FOTO)

    20.07.2016 14:17

    Müğənni Günay İbrahimli cəsarətli addım atıb.May.az xəbər verir ki, ifaçı \"İnstagram” bloqunda makiyaşsız fotolarını paylaşıb.Onu da əlavə edək ki, G.İbrahimli bir müddət öncə rinoplastik (burun əməliyyatı-red) əməliyyat keçirmişdi.Müğənninin sözügedən şəkillərini oxuculara təqdim edirik:

  • “Qafqaz” Universiteti bağlandı

    20.07.2016 14:13

    \"Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.May.Az-in məlumatına görə, bu barədə Təhsil Nazirliyi açıqlama verib. Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra \"Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

  • \"Namusuma dil uzadanın...\" - Əməkdar artist hədələdi

    20.07.2016 04:10

    “Başımdakı tük qədər düşmənim var. Hər zaman həqiqəti dediyim üçün bəzi çaqalların gözü məni götürmür. Bütün Azərbaycan məni yaxşı tanıyır, hamı bilir ki, kişi qeyrətli qadınam”.Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Bir müddət əvvəl intim fotolarına görə şantaj olunduğu deyilən aktrisa məsələ ilə bağlı danışıb. O, bildirib ki, belə şayiələri onu sevməyənlər yayır:“Mənim namusuma dil uzadanın meyitini qəbiristanlığa uzadaram. Hər dəfə düşmənlərim namusuma ləkə yaxaraq, zərbə vurmaq istəyirlər. Alınmayacaq... Xalqın gözü tərəzidir, hər şeyi yaxşı görür. Yaydılar ki, guya məni intim fotolarla şantaj edirlər. Həmin şəxsi polisə vermişəm. Hətta dedilər ki, bunu “DünyaTV”də “Sirriniz qalmasın” verilişini mənimlə birlikdə aparan Azər Xuduyev edib. Məni heç kim şantaj etmir, edə də bilməz. Alnım açıq, başım da dikdir. Mən öz xasiyyətimi aslana bənzədirəm”.M.Xanlarova hazırda Azər Xuduyevlə münasibətlərinin yaxşı olduğunu bildirib:“Bu yalan xəbərlər bizim aramızı vura bilməz. Biz dostuq, aramızda başqa heç nə ola bilməz\".Aktrisa bir çoxlarını fəxri adlar alan tanınmışları tənqid edib:“Heç vaxt ad eşqində olmamışam. Azərbaycan incəsənətində sözümü demiş, möhürümü vurmuş insanam. Respublikanın “əməkdar artist”iyəm, Prezident mükafatçısıyam, bunlar mənim üçün böyük şərəfdir. Biri var sənə adı verələr, biri də var adı almaq üçün nələrsə edəsən. Şou-biznesdə bəziləri var ki, ad almaq üçün hər yola əl atırlar. Bir çoxları fəxri ad alıb. Onlara demək istəyirəm ki, heç olmasa bu ada layiq olmağa çalışın. “Xalq artisti” adını alırsan, amma xalq sizi “xalq afferisti” kimi tanıyır. Yerindən qalxan özünə sənətkar deyir. Bu gün sənətkar Zeynəb Xanlarovadır”.

  • Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO

    20.07.2016 03:09

    Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib. \"Shacman” yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb. Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb \"Shacman” yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb. Qəza nəticəsində \"Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb. Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb. Faktla bağlı araşdırma aparılır.

  • ANS-in bağlanması xəbəri ATV-nin efirində (VİDEO)

    20.07.2016 01:36

    Ötən gün ANS telekanalının yayımı antitürkiyə və terrorizmin təbliği ilə bağlı materiallar yaydığı üçün dayandırılıb. May.Az məlumat verir ki, ANS-in bağlanması ilə bağlı məlumatın ATV kanalında yayımlanan xəbər proqramında şərh edilib.

  • Mirşahin Ağayev: \"Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm\"

    20.07.2016 01:23

    \"Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb\". Bunu Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mirşahin Ağayev APA-ya açıqlamasında deyib. \"Həmişə azad mətbuata dəstək olan Prezidentimiz İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin\" M. Ağayev qətiyyətlə bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz: \" Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən sadəcə mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib\". M. Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: \"Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir. Bizi xüsusi təəssüfləndirən məqam həm də budur ki, Türkiyədə hərbi qiyam başlanan ilk saatdan ANS-in əməkdaşları fasiləsiz xəbər rejimində çalışmış, Azərbaycan tamaşaçısını hadisə rayonundan ən qaynar xəbərlərlə təmin etmişdi. Qardaş Türkiyədəki təmsilçimiz dəfələrlə hərbçilərin təzyiqi və təhdidləri ilə üzləşmiş, qiyamçıların atəşi altında çalışmışdı. Əməkdaşlarımız ən çətin anlarda belə Türkiyə və Azərbaycan dostluğunu əsas tutmuşdular. Türkiyənin Azərbaycandakı səfirliyi bu fəaliyyətimizə görə bizə təşəkkür etmişdi. Sonda belə alınmasını heç arzulamazdıq. Təəssüf... Bu gün biz həm də ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik. Ona görə ki, ANS-in bağlanmasına gətirib çıxaran addım atmış, onları nigaran və müvəqqəti də olsa ANS-siz qoymuşuq. Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətrafı izahat, lazımi sübut və dəlillər təqdim etmişik və inanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda həmişə azad mətbuata dəstək olan Prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin\". Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib. MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin \"hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb. Şuranın məlumatında, həmçinin, Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edilib.

  • Günün qoroskopu: 20 iyul 2016

    20.07.2016 01:06

    Qoç - İnadkarlar öz problemlerini hell ederek meqsedlerine çatacaqlar, asan qelebe arzusunda olanlar ise havayı yere ümid etmesinler. Praktiki meselelerin helli üçün münasib gündür, eksperimentlerden çekinmek, cari işlerle meşğul olmaq daha meslehetlidir. Hem şexsi, hem işgüzar meselelerde köhne dostlarınıza etibar edin. Buğa - alış-veriş etmek, eylenceye ve yalnız ehvalı yükseltmek üçün nezerde tutulan eşyalara pul xerclemek olar. Hem flirt, hem de ciddi eşq macerası boş bir şeyden başlaya biler, münasibetlerin inkişafı ise ildırım süretli olacaq. Ekizler - özleri üçün iş ve eylence tapmaqda çetinlik çekmeyen Ekizler üçün uğurlu gün olacaq. Digerleri ise uğursuz günlerin ardından nehayet ki, dincele, qüvvelerini berpa ede bilerler. Amma ciddi neticeler gözlemesinler.Xerçeng - adi, maraqsız gündür. Vacib heç ne baş vermir, ele siz de işlerden, maceralardan çekinirsiniz, daha çox tenbelliye meyllisiniz. Bu, özlüyünde pis deyil, amma nezere alın ki, reqibleriniz bu veziyyetden öz xeyirlerine istifade ede bilerler.Şir - maliyye veziyyetiniz yaxşıdır. Gözlemedyiniz yerden pul ala bilersiniz. Bexti getiren Şirler ev problemini hell ede, yaxud hansısa bahalı emlak sahibi ola bilerler. Mağazaları geze bilersiniz. Evinizin yaxınlığında deyil, bir qeder uzaq rayonlarda edeceyiniz alış-veriş daha uğurlu olacaq.Qız - işlemek istemirsiniz, bu sebebden işleriniz de axsayır, heç bir netice de elde etmirsiniz. Yalnız bir qrup Qızlar teşebbüskarlıq ederek bütün planlarını gerçsekleşdire bilecekler. Hetta bedxahları da onların işlerine pel vura bilmeyeceklerTerezi - müsbet emosiyalar çoxluq teşkil edecek, ehvalınız ela olacaq, bir deqiqe de olsun, menevi rahatlığınızı itirmeyeceksiniz. Bu gün çox cazibedarsınız, bu sebebden yeni tanışlarınızın sayı artacaq.Eqreb - müsbet tendensiyaların güclü tesiri neticesinde gün herterefli uğurlu ve qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstelik, size kömek edecek insanları da tez tapırsınız. Müşterek ve teşkilati işlerin helli üçün münasib gündür. Rehber Eqrebler yeni, ela işçiler tapacaqlar.Oxatan - pul ala bilersiniz, ümumiyyetle, maliyye veziyyetinz pis deyil. Vacib aile tedbirleri, qohumlarla ünsiyyet, ziyafetlerin teşkili üçün yaxşı gündür. Ekstravaqant geyimler, qeyri-adi zinet eşyaları, bijuteriya almaq olar.Oğlaq - yeni bir işe başlaya bilmir, köhnesini davam etdirmek istemirsiniz. Bu sebebden de ehvalınız korlanır. Üstelik, bu gün xoşunuza gelmeyen insanlarla işlemeli olursunuz. Bu da menevi tarazlığınızı qoruyub saxlamağınıza mane olur.Dolça - işde xırda anlaşılmazlıqlar, problemler, iş yoldaşlarınızla münaqişeler mümkündür. Evde veziyyet daha yaxşıdır, amma siz bunu qebul etmek istemir, qaşınmayan yerden qan çıxarmağa çalışırsınız. Bir çox Dolçalar düşünlmemiş hereketler etmeye, telesik qerarlar vermeye meyllidirler. Bir neçe gün sonra ise bunların peşmanlığını çekecekler.Balıqlar - hem irimiqyaslı planlar fikirleşmek, hem de onları heyata keçirmek olar. İdeyalarınız pis deyil, onlardan en yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün erzinde bir deqiqe de olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etmeyeceksiniz.