-
Azərbaycan nefti ucuzlaşıb
22.07.2016 15:01
Azərbaycanın dünya bazarına çıxararaq satdığı \"Azeri LT CIF\" markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar və yaxud 0,70% ucuzlaşıb.May.Az xəbər verir ki, \"Azeri LT CIF\" markalı neftin bir barelinin qiyməti 48,14 dollara bərabər olub.Xatırladaq ki, \"Azeri LT CIF\" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
-
Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb
22.07.2016 14:59
Lisenziyası ləğv edilən \"Dekabank” ASC, \"Kredobank” ASC, \"Parabank” ASC və \"Zaminbank” ASC-də qorunan əmanətlərin ümumi məbləği 140 mln. 300 min manatdır”.May.Az \"Report”-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.R.Aslanlının sözlərinə görə, banklarda olan qorunan əmanətlərin həcmi bankın böyüklüyünə görə dəyişir.Sədr bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: \"Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.
-
Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görə
22.07.2016 14:56
ANS TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri Qənirə Ataşova Bakıya çağırılıb.May.Az bildirir ki, bu haqda azxebercom-a ANS TV əməkdaşları məlumat verib.Məlumata görə, Qənirə Ataşova iyul ayının 30-da Bakıya gələcək. Telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.Eyni zamanda, telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.Qeyd edək ki, ANS-in baş direktoru Mirşahin Ağayev bir neçə gün öncə hadisəylə bağlı açıqlamasında demişdi: \"Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir\".
-
“WhatsApp”ın bu yeniliyi hamını sevindirəcək
22.07.2016 14:53
\"Facebook” 2014-cü ildə milyardlarla dollara aldığı \"WhatsApp”da yenilik etməkdə davam edir.May.Az xarici mətbuata istinadən xəbər verir ki, yaxın günlərdə \"WhatsApp” ikimərhələli təsdiqetmə sisteminin tətbiqinə başlayacaq.Yeniliklər sırasında qalın - maili yazmaq, sitat mesaj ilə cavab vermək, ucdan-uca mesaj şifrələmə və yeni yazı növü də var.Daha bir yenilik isə, görüntülü danışmaq funksiyasının olacağıdır.Yeni xüsusiyyətlərə görə, zəngə cavab verməsəniz \"Səsli mesaj” və \"Geri arama” köməyinizə çatacaq. \"Səsli Mesaj”a səs ucaldan (diktofon)la da cavab verə biləcəksiniz.
-
Milli Mətbuat günüdür
22.07.2016 11:07
Bu gün Azərbaycan mətbuatının yaranmasının 141-ci ildönümüdür.May.Az xatırladır ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində \"Əkinçi\" qəzetinin nəşr edilməsi üçün icazə alıb.Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. \"Əkinçi\" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. \"Əkinçi\" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etdiyi üçün iki il sonra \"Əkinçi\" bağlanmııb. Azərbaycan mətbuatının ilk müjdəçisi \"Əkinçi\"dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında \"Ziya\", (1879), \"Kəşkül\" (1880), \"Kaspi\" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. \"Şərqi-rus\" (1903), \"Həyat\" (1905), \"Açıq söz\" (1915), \"Azərbaycan \" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb...Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə \"Əkinçi\" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.
-
Nazirdən xaricə gedənlərə xəbərdarlıq
22.07.2016 11:03
Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.May.Az xəbər verir ki, nazirlik əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də \"Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır.Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi \"Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur.turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd.
-
Abbas Bağırov Batumidə dincəlir (FOTO)
22.07.2016 03:11
Əməkdar artist Abbas Bağırov istirahətdədir.May.Az xəbər verir ki, müğənni \"İnstagram” bloqunda Gürcüstanda – Tbilisi və Batumidə dincələn zaman çəkilən fotolarını yerləşdirib.Görünür, bəzi həmkarları kimi A.Bağırov da yayda yaradıcılığa deyil, istirahətə üstünlük verir.Müğənninin istirahətindən olan fotolarını oxuculara təqdim edirik:
-
Parlament qəbul etdi: Fövqəladə vəziyyətin tətbiqinə başlanır
22.07.2016 03:08
\"Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət elan olunması haqqında\" qanun layihəsi ölkə parlamentinin səsverməsindən keçib.May.Az-in məlumatına görə, Türkiyə hökuməti tərəfindən Böyük Millət Məclisinə göndərilmiş sənədin lehinə 346 deputat səs verib və qanun layihəsi qəbul edilib.
-
İsmayıl Alper Coşkun: “Amerikanın reaksiyasını gözləyirik”
22.07.2016 03:07
\"15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir. Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: \"Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.
-
Bakıda uşaq bağçasında intihar
22.07.2016 01:44
Bakıda uşaq bağçasında intihar hadisəsi baş verib.\"Report” un məlumatına, Nizami rayonunun R.Rüstəmov küçəsi ev 8 ünvanında yerləşən uşaq baxçasında Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Faiq Zeynalov özünü asaraq intihar edib.Qeyd edək ki, bu uşaq bağçası uzun müddətdir istifadə olunmur.Faktla bağlı araşdırma aparılır.
-
Pulla vətəndəşlıq alınan 23 ölkə – SİYAHI
22.07.2016 01:40
MaltaMalta 650 min avro qarşılığında vətəndaşlıq haqqını tanıyır. Avropa Birliyinin vətəndaşı olmaq şansı, həm də ölkənin Schengen Bölgesi\'ndə olması, eyni zamanda birlik dövlətləri ilə viza anlaşmasının olması Maltanı digər ölkələrdən üstün edir.SinqapurHesabınızda 2 milyon dollar varsa, Sinqapur vətəndaşlığı üçün də haqqınız var. Fəqət daha bir şərt var ki, illik 160 milyon dollar civarında bir cirova sahib olmalısınız.AvstriyaAvstriya da pul qarşılığında vətəndaşlıq haqqını tanıyır. Amma onların nə qədər pul tələb etdikləri açıqlanmır. Bu informasiya gizli saxlanılır. Puldan əlavə uğur tarixçəsi də kimi istəkləri də var.BelçikaBelçika vətəndaşı olmaq üçün ən azı 3 il ərzində Belçika\'da yaşamaq lazımdır. Bu şərti yerinə gətirsəniz dövlət tərəfindən sizin üçün müəyyən olunan bir məbləğ qarşılığında Belçika vətəndaşı ola bilərsiniz.Kipr RespublikasıAvropa Birliyi üzvü olan Kipr vətəndaşlıq üçün 3 milyon avro tələb edir.Monteneqro500 min avronuz varsa, keçmiş Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan Balkan ölkəsi Monteneqronun vətəndaşı ola bilərsiniz. Antiqua və BarbudaHər şeyi atıb dünyanın sahil qəsəbəsinə yerləşmək üçün ideal bir yerdir. Karib dənizinin cənubunda, Kiçik Antillər adasının qrübündakı cənnət kimi bir ada ölkəsi olan Antiqua və Barbuda, vətəndaşlıq üçün 400 min dollar istəyir.DominikaKiçik Antiller-də bir ada dövlətidir və rəsmi dili İngilis dilidir. Dominika, vətəndaşlıq haqqı üçün həqiqətən də heç pul tələb etmir. Dominikada 100 min dollar həcmində sərmayə yatırsanız vətəndaşlığı havayı əldə edirsiniz.Dominik RespublikasıDominika ilə arışdırmaq lazım deyil. Bu ölkədə vətəndaşlıq almaq istəyən subay adam 100 min dollar ödəməlidir. Evli və ya uşaqlı olanlar üçün vətəndaşlıq haqqı 200 min dollar təşkil edir.QrenadaVətəndaşlıq haqqı üçün 100 min dollarlıq sərmayə şərti irəli sürən daha bir ada ölkəsi Qrenadadır. Bu ölkə Karib dənizinin şərqində yerləşir.St.Kitts və NevisLeeward adalarında yerləşən, iki adadan ibarət olan bu federal ölkə 250 min dollar qarşılığında vətəndaşlıq haqqı tanıyır. Ancaq bir istisnası var. Yalnız İran vətəndaşlarına vətəndaşlıq verilmir.ABŞ1 milyon dollarlıq şirkət quran, 500 min dollar sərmayə qoyan şəxs ABŞ-da müddətsiz qalma imkanı qazanacaq. Bununla yanaşı beş il Amerikada qaldığınız halda vətəndaşlıq hüququ ala bilərsiniz.İngiltərəBirləşmiş Krallığın vətəndaşı olmaq istəyirsinizsə 5 il ərzində 1 milyon funt-sterlinq hesab açdırmalısınız.Makedoniya400 min avrodəyərində investisiya edərək və ən azı 10 işçini işə götürməklə Makedoniya vətəndaşı olmaq mümkündür. BolqarıstanƏn az bir il yaşasaz və 1 milyon leva-lıq (1,2 milyon dolar) investisiya etsəniz vətəndaşlıq ala bilərsiniz. AlbaniyaAlbaniyanınn şərti – 200 min investisiya qoymaq.AlmaniyaAlmaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya miqdarı 250 min Avro. Bununla Alman vətəndaşlarına məşqulluq yaratsanız oldu bu iş. QvatemalaBeş illik dövlət istiqrazlarına ən azı 50 min dollarlıq investisiya qoysanız Qvatemalalı ola bilərsiniz.Honq KonqAsiyanın ən böyük sərbəst bazarı və limanı; ən işlək ticaret, industriya və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1 milyon 260 min dollar tutarında bir investisiya qoymaq lazımdır. Kanada800 min dollarlıq vəsaitiniz varsa və ölkədə 400 min dollarlıq investisiya etsəniz artıq Kanadalısınız. SlovakiyaAvropa Birliyi ölkesi Slovakiya vətəndaşlıq üçün 1 milyon avroluq investisiya istəyir.İrlandiya500 min dollarlıq sərmayə yatırmağınız gərəkən bu AB ölkəsinin vətəndaşlığı üçün hökümətin təyin etdiyi tarixi gözləməniz gərəkdi. 3 ay mı olar 5 il mi olar artıq onlar qərar verir. UruqvayUruqvay vətəndaşı olmanız üçün küllü miqdarda pul verməniz lazım deyil. Sadəcə yoluxucu xəstəliyiniz olmaması və aylıq 1200 dollar maaşınız olması yetərlidi. 3 illik yaşamdan sonra Cənubi Amerikanın Avropa ölkəsi Uruqvayın vətəndaşı ola bilərsiniz. FINS.AZ
-
Erməni bəstəkar: \"Biz bu dəfə Qarabağı birdəfəlik itirəcəyik\"
22.07.2016 01:39
\"Əgər biz bu dəfə də umümxalq hərəkatına başlaya bilməsək onda Qarabağı birdəfəlik itirəcəyik.\" May.Az-in məlumatına görə, bu sözləri məşhur erməni bəstəkar Ruben Axverdyan İrəvanda təşkil edilən mitinqdə bildirib. O, deyib ki, ermənilərin hazırda türklər və ruslarla problemi var. \"Niyə rus telekanalları Roma Papasının Ermənistana səfərini işıqlandırmadı? İndi onlar ilk fürsətdə bizə terrorçu deyirlər. İndiki hakimiyyət xalqa deyil, rus xüsusi xidmət orqanlarına xidmət edir. Onlar uzun müddətdir xalqın qanını sorurlar. Artıq bunu etiraf etməyin vaxtı gəlib çatıb\", - deyə erməni bəstəkar bildirib.
-
Həyat yoldaşı ilə necə “düzgün” savaşmaq lazımdır? - ÜSULLAR
21.07.2016 19:45
Əlbəttə siz birgə yaşadığınız o şəxsi çox sevirsiniz, ona hörmət edirsiniz. Ancaq bu dəqiqə yox! Konkret bu dəqiqə siz onu parçalamaq istərdiniz! Siz sadəcə ona baxırsınız və əsəbləşirsiniz!Ailə mübahisələri - istənilən ailənin həyatının ayrılmaz hissəsidir. Tez-tez və ya nadir hallarda, ciddi və ya qeyri-ciddi səbəblərdən ailə üzvləri (ər-arvad) arasında mübahisələr adi haldır. Səhərdən axşamadək stressli həyatda aldığımız mənfi enerjini bəzən heç səbəb olmayanda da ailə üzvlərimizə yönəldirik. Bu, xüsusilə gərgin işdə işləyənlərə xas olan xüsusiyyətdir. Nəticədə hər xırda məsələ üstündə ailə mübahisələri başlayır. Dava-dalaşın da statistikası varStatistikaya görə ailələr il ərzində orta hesabla 312 dəfə (böyük və kiçik məsələlərə görə: \"Sən harada idin? Niyə gecikirsən?”, \"Suyu qabın boğazından içmə, 100 dəfə demişəm” və s.) mübahisə edirlər.Bu mübahisələrin 70% pul mövzusuna aid olur. Bu və ya digər sorğularda iştirak etmiş ailələrdən 22% qeyd ediblər ki, mübahisələr onların gündəlik həyatında sevgi münasibətindən daha çoxdur. Bəzi ailələrdə belə mübahisələr dərhal unudulur – münasibətlər tezliklə qaydasına düşür, bəzən isə belə mübahisələr münasibətlərin tamamilə pozulmasına, dözülməz evliliyə və nəhayət ailənin dağılmasına səbəb olur.Bəs nə etmək lazımdır ki, belə mübahisələr ailəni dağıtmasın?Sən demə digər problemlər kimi, ailə mübahisələrini də idarə etmək, hətta, …reqlamentləşdirmək olarmış. Sadəcə bunun üçün bəzi qaydalara əməl etmək kifayətdir. Fins.az xarici mətbuata istinadən psixoloqların belə hallar üçün məsləhətlərini təqdim edir. Məsləhətlər «Biz xoşbəxtik» deyən cütlüklər arasında keçirilən sorğunun nəticələri əsasında hazırlanıb.Beləliklə, «düzgün» mübahisələrə hazırsınız?! Getdik...1. Mübahisələrdən qaçmayın, çəkinməyinSiz nədənsə və ya nəyəsə əsəbləşmisiz? Dişinizin dibindən demək istədikləriniz var? Bunu gizlətməyin. Öz daxilinizdə kin saxlamayın.Siz də anlayırsınız ki, bu strategiya mübahisələrin sayının azaldılmasına yox, gələcək mübahisənin gücünün artmasına səbəb olacaq. Siz dözürsüz, yenə də dözürsüz (əslində davamlı şəkildə əsəbinizi boğursuz) və günlərin birində çox cüzi bir şeydən Siz atom bombası kimi partlayır və ailə həyatı boyunca yığılmış bütün kininizi üzə çıxardırsınız. 2. QışqırmayınBu heç də yeni bir fikir olmasa da, mübahisə zamanı hamıdan uca səslə qışqıran heç də hər zaman haqlı tərəf deyil. «Qışqıran qalibdir» fikri tamamilə səhvdir. Siz nə qədər gərgin və əsəbi olsanız belə qarşı tərəfi (həyat yoldaşınızı) əsəbinizin səbəbi haqqında təmkinlə məlumatlandırmağa çalışın.3. Keçmişi qurdalamayınDava zamanı diqqətinizi indiki zamanda baş verən hadisələrə cəmləmək çox vacibdir. 1985-ci ildə birgə məzuniyyətinizdə baş vermiş hansısa hadisənin, 2016-cı ildə müzakirəsi mənasızdır. Siz nədən narazı olduğunuzu qarşı tərəfə (həyat yoldaşınıza) düzgün çatdırmağı bacarmalısınız. Əlbəttə biz hər birimiz insanıq, bəzən hisslərimizi, əsəbimizi idarə etmək çətindir, buna görə də ehtimal ki, mübahisə məhz qışqırmaqla yekunlaşacaq (amma digər tərəfdən niyə?), lakin ən azından mübahisəni təmkinlə, müzakirə formasında başlayın. 4. Bir-birinizi eşidin İnsanların daha bir problemi ondan ibraətdir ki, bəziləri danışmaq üçün məhz mübahisə məqamını gözləyirlər. Lakin mübahisə sizi əsəbləşdirən amillərə qıraqdan baxmaq üçün gözəl fürsətdir. Mübahisənin yarısı təkcə sizin həyat yoldaşınıza qarşı sonsuz iddialarınızın səsləndirilməsinə yox, bu və ya digər iddianız üzrə onun da fikrinin dinlənilməsinə sərf olunmalıdır. Bəzən mübahisə zamanı düşünürsüz ki, siz haqlısız, sizin fikrinizdən əlavə düz fikrin olması mümkün deyil, ancaq qarşı tərəfi dinləmək özü də bir bacarıqdır. Unutmayın ki, məhkəmə zalında belə təqsirləndirilən şəxsə özünü müdafiə etmək üçün söz verilir.Həyat yoldaşınıza qulaq asın və əgər siz hərbi fərəqət formasında dayanaraq, gözlərinizdən od püskürürsünüzsə bu heç də sizin qulaq asdığınız demək deyil. Özünüzü aldatmayın. Qarşı tərəfi eşidin və bilin ki, niyə o, sizin düşündüyünüz fikri paylaşmır? Onun fərqli düşüncəsi nədir?5. Cavab qaytarmayın Mübahisə edən üçün o, an qarşı tərəfin hər hansısa bir fikrinə cavab qaytarmamaq çox çətindir. Bu strategiya bağçada əla işləyirdi. Mübahisə zamanı Əliyə, Vəliyə və başqasına cavab qaytaran kimi siz danılmaz qalib olurdunuz. Amma unutmayın ki, sizin artıq 4 yaşlı uşaq deyilsiniz. Mübahisəniz var, mövzunuz üzrə mübahisə edin. Mübahisə var deyə qarşınızdakı şəxs (həyat yoldaşınız) sizin düşməniniz statusuna keçməyib. O, hələ sizin sevdiyiniz insandır. Hər bir mübahisədən sonra siz yenə də bir-birinizin üzünə baxmalısınız. 6. Mübahisəni çox uzatmayın Hansısa ideal bir aləmdə insanlar cəmi 2 dəqiqə mübahisə edib və bir daha heç vaxt bu mövzuya qayıtmırlar. Lakin reallıqda elə olur ki, bir mövzu aylarla və ya illər gündəmdə qalır və mübahisə səbəbi olur. Əgər mübahisə \"cavab qaytarmaq” fazasından çıxıb, \"qışqırmaq” fazasina keçibsə və siz artıq \"bir-birinizi eşitmirsinizsə” mübahisəni dayandırsanız yaxşı olar. Əks halda hər iki tərəf ciddi şəkildə bir-birinin xətrinə dəyə bilər və bununla da kin saxlama mexanizmi işə düşəcək. Bəzən mübahisə zamanı dediyimiz sözlərə görə əlavə olaraq üzr istmək lazımdır.Mübahisəyə fasilə verin, diqqətinizi acı sözlərdən yayındırın. Unutmayın ki, cavab qaytarmaq müsabiqəsində heç vaxt qalib olmur.
-
DİQQƏT! Bu yolda nəqliyyat hərəkəti məhdudlaşdırılacaq
21.07.2016 19:40
İyul ayının 22-dən 23-nə keçən gecədən etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi təmir işləri ilə əlaqədar olaraq qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır.Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilibSürücülərdən alternativ yoldan istifadə etmələri tövsiyə olunur.
-
Xatirə İslam AXTARIŞDA: \"Evli qadın istəyirəm...\"
21.07.2016 19:39
Müğənni Xatirə İslamın işçisi ərə gedir.May.Az xəbər verir ki, çox sevdiyi işçisinin evlənməsi müğənnini əməlli-başlı kədərləndirib.O, bundan təsirlənərək sosial şəbəkədə status yazıb:\"Qönçə gülüm təbrik edirəm, xoşbəxt ol. Mən işçilərimi çox istəyirəm, amma səni nədənsə övladım kimi istəyirəm tərbiyəli olduğun üçün əlbəttəki bunu özün qazanmısan. Ay Allah, bütün işçilərim 1 il keçmədən ərə gedir, artıq 7-ci toya gedəcəyəm. Mən gərək evli qadın tapım\".
-
Bakıda küçənin ortasında tanımadığı qızla öpüşdü — VİDEO
21.07.2016 17:33
Bakıda parkların birində maraqlı hadisə yaşanıb. MAY.AZ-ın məlumatına görə, oğlan skamyada oturan tanımadığı qıza yaxınlaşıb və tanış olub. Daha sonra isə qızı öpməyə başlayıb. Sosial şəbəkədə yayılan “prank” stilli video səs-küy yaradıb. Qeyd edək ki, “prank” daha çox telefon zarafatlarında nəzərdə tutulur. Lakin son zamanlar bu zarafatlar internetdə müxtəlif versiyalarda yayılıb.
-
Rəsmi qəzet “Space” TV-ni tənqid edib
21.07.2016 13:48
Rəsmi \"Azərbaycan” qəzeti \"Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. May.Az \"Afrikadan gəlmiş \"Azərbaycan gözəli”” adlı məqaləni təqdim edir:Bir gün sağsağanın zövqünü yoxlamaq üçün ona dünyada ən gözəl bildiyi quş balasını tapıb gətirməyi tapşırırlar. Rəvayətə görə sağsağan bütün dünyanı ələk-vələk edərək əldən-dildən düşür. Amma istədiyini tapa bilmir! Axşam tərəfi kor-peşman yuvasına qayıdanda \"evrika” deyib sevinir! Sən demə, dünyada onun balasından gözəli yox imiş!Elə balasını da aparıb nümunə kimi göstərir!Bu əhvalatda böyük bir həqiqət var: hərə özününkünü gözəl sayır!Bəs biz?!Televiziya yalnız informasiya vermir, maarifləndirmir, əyləndirmir! O həm də nümunə göstərir, tərbiyələndirir, yüksək zövq aşılayır (yaxud aşılamalıdır).Hər bir televiziya ekranı həm də məxsus olduğu millətin aynasıdır. Orada təkcə milli-mənəvi dəyərlər təbliğ olunmur, eyni zamanda, zahiri əlamətlər də yer alır. Məsələn, Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur.Adətən, ictimai-siyasi, yaxud elmi-mədəni proqramlar (şou proqramlarında hər şey keçir) üçün gözəllik etalonumuza yaxın qadın aparıcılar tapmaq çətinlik törədir. Hava haqqında məlumatı səsləndirməkdən ötrü isə (gün çıxacaq, yaxud külək əsib yağış yağacaq demək üçün) elə bir xüsusi bilik və ciddi hazırlıq tələb olunmur. Odur ki, hava proqnozlarını səsləndirməyi gözəlliyi daha qabarıq olanlara etibar edirlər. \"Space” telekanalı (adı da \"importnı”dı ey!) bu niyyətlə maraqlı \"yeniliyə” imza atıb. Qaradərili \"afrikalı”ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib!Gözəl tapıntıdır, deyilmi?!\"Afrikalı gözəl” azərbaycanca danışır!Adam son dərəcə xoşbəxtlik duyğuları yaşayır...Adını və soyadını heç cürə yadımızda saxlaya bilmədiyimizə görə, üzr istəyirik, yazıb sizə də çatdıra bilmirik...\"Space”nin rəhbərliyi \"keyf bizimdir, kimi istəsək, aparıcı seçə bilərik” - deyə bilərlər. Doğrudur, lakin başqa bir həqiqət də var. \"Space” məhdud dairədə yayılan qapalı kanal deyil. Ekran isə həmişə ictimai mahiyyət daşıyır! Seçimdə bu məqam nəzərə alınmalıdır!İndi tamaşaçını nəyləsə təəccübləndirmək də çox çətindir. Yaponlar elə robotlar düzəldib nümayiş etdirirlər ki, adamın ağzı açıq qalır!Yenə də olsun!Əgər \"Space”çilər bununla həm də tamaşaçıları təəccübləndirmək istəyirdilərsə, rahat nəfəs ala bilərlər. Bu onlara müyəssər oldu!Bizi də əməlli-başlı təəccübləndirdilər:* zövqsüzlükləri ilə;* Azərbaycan qadınının gözəlliyinə biganəlikləri və dönüklükləri ilə;* ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikləri ilə!O yazıq \"Afrika gözəli”nin dili də söz tutmur axı!Mübarəkdir!Çox uğurlu yaradıcılıq \"tapıntısına” görə təbrik edirik!
-
Ziya Məmmədovun daha bir səlahiyyəti ləğv edildi
21.07.2016 13:45
\"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı dəyişib.May.Az APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin \"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində \"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 20 iyul 2016-cı il tarixli sərəncamında əksini tapıb.İndiyə qədər \"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Nəqliyyat Nazirliyi olub. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin \"Avtomobil yolları” Məqsədli Büdcə Fondu ilə bağlı səlahiyyəti ləğv edilib, bu səlahiyyət \"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib.\"Avtomobil yollan” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu və dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşır. Digər dəyişikliyə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də \"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun formalaşdırılmasına yönəldiləcək.
-
Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır - VİDEO
21.07.2016 01:45
Aydın Şükürov adlı vətəndaş məhkəmənin onun şikayətinə baxmamasından narazıdır.Elektron protokollarla bağlı belə mübahisələrin çox olduğunu nəzərə alınanda məsələnin əhəmiyyəti böyüyür. Çünki yol polisi əməkdaşları hər mübahisə zamanı sürücülərə tövsiyə edir ki, məhkəmələrə müraciət etsinlər.Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hakimlərin məlumatsızlığı ilə bağlıdır. Şikayətə baxılması üçün \"İnzibati tənbeh tətbiq etmək haqqında qərar\" adlı sənəd məhkəməyə təqdim edilməlidir. Amma verilən protokol qərar statusunda olmadığından ona baxılmır.Hakimlər burada incə bir məqamı unudurlar.Protokol da avtomatik olaraq 10 gündən sonra qərara çevrildiyindən digər şikayətlərə olduğu kimi ona da baxılmalıdır.Ekspertin fikrincə, əksər hallarda hakimlər dövlət yol polisinin elektron məlumat bazasında protokolun qərarsız kimi göstərilməsini əsas gətirərək protokolu geri qaytarırlar.Problemin həll edilməsi üçün məhkəmələrdə elektron protokolların qərara çevrilməsi nəzərə alınmalıdır. Əks halda süründürməçilik və vətəndaşı necə davranacağına suallar yaranır.May.Az \"Xəzər Xəbər\"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
-
Qatıqla qarışdırıb üzünüzə sürtsəniz... - MASKA
21.07.2016 01:43
Tərkibində A və K vitaminləri olan qara bibər və olduqca faydalı süd məhsulu olan qatıqla üz maskası hazırlaya bilərsiniz. Bu maska dərinizi yumşaldacaq. Milli.Az lent.az-a istinadən maskanın reseptini təqdim edir.Ərzaqlar:2 xörək qaşığı qatıq1 çay qaşığı qara bibər Hazırlanması:Qatıq və qara bibəri yaxşıca qarışdırın. Dairəvi masaj edərək üz və boyun bölgənizə çəkin. 2-3 dəqiqə gözlədikdən sonra ilıq suyla durulayın. Davamlı çəksəniz, tezliklə fərqi görəcəksiniz.