Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Amaliya Pənahova: “MTN rəhbərliyi bizə boyun olmuşdu”

    23.07.2016 18:17

    \"15 ildir qanunla, sənədlə Rəşid Behbudov ünvanında yerləşən Şəhriyar adına klubda yerləşmişdik. Bu gün də rəsmi olaraq ünvanımız oradır. Amma təəssüf ki, mənim təşəbbüsümlə orada aparılan təmir axırda onunla nəticələndi ki, bizi oradan xaric etdilər və geri qaytarmadılar”. May.Az-in məlumtına görə, bunu Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova \"Yeni Müsavat”a müsahibəsində deyib.A. Pənahova bildirib ki, əvvəlki MTN rəhbərliyi problemin həlli ilə bağlı ona çox boyun olmuşdu:\"Biz də başa düşürük ki, bu məxsusi binadır. Amma orda 3 gözəl zal, səhnə var və təsadüfdən-təsadüfə istifadə olunur. Adamın heyfi gəlir... Amma neyləyək...6 ildir ki, bizi \"Dostluq\" kinoteatrına yerləşdiriblər, orada məskunlaşmışıq. Hər gün deyirlər ki, təmir olunacaq, amma heç bir şey yoxdur. Ora da elə bil 2-3 arvadlı ailədir”.

  • İlkin Həsəni: “ Onun-bunun həyatına burnunu soxmayan...”

    23.07.2016 18:14

    \"Keçmişinə heyifslənməyən, gələcəyindən qorxmayan və onun-bunun həyatına burnunu soxmayan kəs xoşbəxtdir. Xoşbəxt olun!”May.Az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı İlkin Həsəni \"Facebook” profilində yazıb. Güman ki, aparıcı şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.Yeri gəlmişkən, nişanlı olan İ.Həsəni ötən gün axşam.az-a açıqlamasında toyunun bu il olacağını deyib. Qeyd edək ki, İ.Həsəni ATV-nin əməkdaşı Aysellə nişanlanıb.

  • Sumqayıt-Bakı qatarı yolda qaldı

    23.07.2016 17:42

    Bu gün səhər saatlarında Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.Saat 08:00-da Sumqayıtdan yola düşən qatar 08:40-da Bakıya çatmalı olduğu halda 40 dəqiqə gecikib.Qatarın gecikməsi sərnişinlərin narahatçılığına səbəb olub. \"Azərbaycan Dəmir Yolları\" QSC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov azvision.az-a açıqlamasında bildirib ki, qatarın gecikməsinə texniki nasazlıq səbəb olub. \"Bakı-Biləcəri-Keşlə mənzilində 665 nömrəli Böyük Kəsik qatarında texniki nasazlıq olub. Sumqayıt-Bakı qatarının gecikməsi bilavasitə həmin nasazlıqla bağlı olub. Bakı-Biləcəri-Keşlə mənzili boş olmadığı üçün Sumqayıt-Bakı qatarı əks yolla hərəkət edib. Bu səbəbdən gecikmə olub\".

  • İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…

    23.07.2016 17:20

    İşıq pulunun cüzi artımından sonra ət, yumurta, yağ və meyvə-tərəvəz məhsullarının qiyməti bahalaşıb.Virtualaz.org saytının bazar və marketlərdə apardığı müşahidələrə görə, toyuq ətinin kiloqramı 25-50 qəpik, mal və qoyun əti 1 manat, duru yağlar 10-30 qəpik, yumurta isə 2-4 qəpik arası bahalaşıb.\"Fresko” supermarketində sümüklü mal ətinin kiloqramı 8 manat 50 qəpiyə satışa çıxarılıb, yumurta isə 11 qəpikdən 13 qəpiyə yüksəlib.Qoyun əti - 9 manat 50 qəpikToyuq ətinin kiloqramı - 3 manat 50 qəpikKartof - 90 qəpikPomidor - 70 qəpik - 2 manat 50 qəpikXiyar - 80 qəpik - 1 manat 60 qəpikMetronun \"Əhmədli” stansiyasının yaxınlığındakı ərzaq mağazasında da ət, yumurta və digər məhsulların bahalaşdığını təsdiqləyiblər. Satıcı Elnur Qənbərov bildirib ki, bu həftə yumurtanın yeşiyində 10 manat bahalaşma olub. \"Bir yeşikdə 360 yumurta var. Təxminən 10 gün əvvəl bir yeşik yumurtanı 32 manata almışdıq. Bu həftənin əvvəlində 42 manata almışıq. İndi yumurtanı 13 qəpiyə veririk”.Satıcı \"Azərsun”un istehsal etdiyi yağların qiymətində təxminən 10-15 qəpik artım olduğunu dedi.Xətai rayonu, Gəncə prospektindəki ət kəsim məntəqəsində də mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 20 qəpik artım olduğunu təsdiqlədilər. Mal əti 8 manata, qoyun əti 9 manata satılır. Ötən ay 6-8 manata satılan kənd toyuğu isə hazırda 10-12 manata təklif edilir. Qeyd edək ki, çörəyin də bahalaşdığı iddia olunurdu. Hətta sosial şəbəkələrdə \"zavod çörəyi”nin baha satıldığı mağazaların ünvanları da göstərilmidi. Saytın əməkdaşlarının baş çəkdiyi mağazalarda çörəyin bahalaşması təsdiqlənməyib.\"Devalvasiyadan sonra un bahalaşmışdı. Amma son 1-2 ayda bahalaşma olmayıb. Mağazalara \"Karmen” ununun 1 kiloqramı 46 qəpiyə satılır”, - metronun \"28 May” stansiyasının yaxınlığındakı topdansatış bazarında satıcılar belə deyiblər. Mağazalarda isə unun 1 kiloqramı 50 qəpiyə satılır.\"Yaşıl bazar”da meyvə-tərəvəz məhsulları bahalaşıb.Qiymətləri təqdim edirik:Xiyar - 50 qəpik - 1 manat 60 qəpikPomidor – 80 qəpik - 2 manatYaşıl bibər - 50 qəpikLobya - 1 manatKartof - 80 qəpikGilas - 5 manatAlma - 2-3 manatQarpız - 40 qəpik8-ci kilometr qəsəbəsində yerləşən bazarda isə nisbətən ucuzluqdur:Kartof - 50 qəpikSabirabad yemişi - 50 qəpikMasallıdan gətirilən badımcan - 20 qəpikŞəmkir kartofu - 70 qəpikŞəmkir lobyası - 70 qəpikXiyar - 50 qəpikYay alması - 1 manat 20 qəpikGavalı - 50 qəpikArmud (meşə gözəli) - 1 manat 80 qəpikMərəndi üzümü - 1 manat 60 qəpikAlça - 1 manat 20 qəpikKənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına deyiblər ki, kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan məhsullar daha ucuzdur. Bazar və mağazalardan narazı olanlar yarmarkalara müraciət edə bilərlər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə qiymət artımı üçün iqtisadi əsaslar olduğunu deyib. \"Ət istehsalı baha başa gəlir. Çünki ölkədə kifayət qədər yem tədarük olunmur. Məsələn, toyuq yeminə qatılan qatqılar xaricdən gətirilir. Dolların bahalaşması yemin bahalaşmasına təsir edir, son nəticədə məhsulun qiyməti artır. Bir neçə quşçuluq fabriki dollar bahalaşandan sonra dəymiş zərəri açıqlayıb. Onlardan birinin zərəri 2 milyon manata yaxındır”.Su və ardından işığın qiymətinin artırılması da bahalaşmaya səbəb olub: \"Paylama məntəqələrində quş və mal ətinin qiyməti təxminən 50 qəpik bahalaşıb. Bazarlarda meyvə-tərəvəz məhsulları tükənib. Yeni məhsulları nisbətən baha satışa çıxaracaqlar”.V.Məhərrəmov çörəyin bahalaşmayacağını deyib: \"Çörək strateji məhsul olduğu üçün onun qiymətinin bahalaşmasına imkan verilməyəcək. Çörəyin qiyməti nəzarətdədir. Bundan əlavə, dünya bazarında buğda ucuzlaşıb. Hazırda buğdanın 1 tonu 200 dollardan 147 dollara düşüb”.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri abbas Əliyev də mətbuata çörəyin qiymətinin artmadığını, süni qiymət artıranlara qarşı mübarizə aparılacağını bildirib.

  • Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)

    23.07.2016 17:17

    Tanınmış klipmeyker Zorikin (Zöhrab Ağayev) narkotik istifadəçisi olduğu barədə söhbətlər gəzir. May.Az 1xəbər.com-a istinadən xəbər verir ki, şayiələrin yaranmasına səbəb rejissorun qısa müddətdə gözəçarpacaq qədər arıqlamasıdır. Bir çoxları iddia edir ki, qalmaqallı rejissor bariatrik (mədə kiçiltmə əməliyyatı-red) əməliyyatı sayəsində piylənmədən qurtulub.165 kiloqramdan 90-ə düşən Zorik heç bir əməliyyat etdirmədiyini açıqladıqdan sonra fikirlər dəyişdi. İndi bir çox insanlar onun narkotikin \"köməyi” ilə arıqladığını deyir.Rejissor isə həmişə olduğu kimi şayiələrə özünəməxsus reaksiya verib: \"Artıq barəmdə danışılan heç bir şayiəyə fikir vermirəm. Deyirlər, narkotiklə arıqlamışam… Qoy, desinlər! İt hürər, karvan keçər... Hətta şahların, padşahların arxasınca danışıblar. 4 ay arıqlamaq üçün bir dərmanı var. Onu qəbul etmişəm. Reklam olmasın deyə, adını açıqlamıram, amma istəsəniz sizə açıqlaya bilərəm”.Rejissor barəsində şayiə yazanlara ismarış göndərməyi unutmayıb: \"Biri var Koroğlu, bir də var ki, kor kişinin oğlu. Mənə oxşamaq üçün gedib gözlərini çıxarsalar, Koroğlu olmayacaqlar, kor kişinin oğlu olacaqlar. Mənim kimi arıqlamaq istəsələr, gedib narkotik tərkibli maddələr qəbul edib özlərini pis günə qoymasınlar”.

  • Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

    23.07.2016 17:12

    Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda 652 nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Komitədən verilən açıqlamaya görə, itkin düşən şəxslərin 100-ü 14-18 yaşadək uşaqlar olub.Məlumatda bildirilir ki, ötən illərlə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı 141, 2014-cü ildə 128 olub.Əslində, kifayət qədər böyük olan bu rəqəm il ərzində 600-dən çox insanın, o cümlədən 100 azyaşlının hara getməsi ilə bağlı sualları ortaya qoyur. Bəs azyaşlıların itkin düşməsinə səbəb nədir və aidiyyatı orqanlar itkinlərin tapılması üçün hansı işləri görürlər? Problemdən çıxış yolu - evdən qaçışEkpertlər problemin kökünü cəmiyyətdəki gərginlikdə axtarır. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, məhz cəmiyyətdəki gərginlik ailələrə çox ciddi təsir edir və daha çox belə hallara problemli ailələrdə rast gəlinir:\"Azərbaycan ailəsi tarixdə heç vaxt indiki qədər gərgin olmayıb. Kasıb olub, xəstəliklər, müharibələr olub, amma ailənin tərkibində onu ailə kimi saxlayan qüvvələr olub. Əgər ailə gərgin olursa, cəmiyyət də gərginləşir. Bu zaman ora müdaxilə etmək, nizam-intizam yaratmaq da çətin olur. Ailədə, məktəbdə, cəmiyyətdə eyni zamanda gərginliklər baş verir. Bu zaman uşaqların bəzisi özü ailədən baş götürüb qaçır. Bəzən cəmiyyət burulğan kimi onları çəkib aparır”. Ekspertin sözlərinə görə, azyaşlıların itkin düşmələri ilə bağlı halların qarşısını almaq üçün elmin imkanlarından istifadə etmək lazımdır:\"Ailə institutu ilə bağlı, uşaqların tərbiyəsi ilə bağlı ortada elmi fəaliyyət proqramımız olmalıdır. Bu zaman müəyyən oluna bilər ki, qanunvericilik orqanları nə etməlidirlər, hansı inzibati tədbirlər görülə bilər, maarifləndirmə necə aparılmalıdır, ailələrlə necə işləmək lazımdır. Heç kim elmi əsaslarla proqram hazırlamaq istəmir. Dəfələrlə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təklif etmişəm ki, bu sahədə elmi olaraq işlər görülsün. Amma burada gərək həqiqi elmi mütəxəsisslər olsun. Çünki ailə və uşaqlarla bağlı xeyli problemlər var. Müvafiq qurumlar ciddi əsaslarla işlər görülməlidir. Hələ ki, ortada nəticə yoxdur”.DİN: 100 yox, 16 azyaşlı itkin düşübDaxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org-a açıqlamasında bu məlumatın yanlış olduğunu dedi. Onun sözlərinə görə, bu rəqəmlərda ya Statistika Komitəsi səhv edib, ya da məlumatı yayan agentlik:\"Ötən il Respublika üzrə xəbərsiz itkin düşən 887 nəfər daxili işlər orqanları tərəfindən axtarılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində onlardan 652 nəfəri tapılaraq ailələrinə təhvil verilib. Qalan 235 nəfərin axtarışı isə davam etdirilir. Amma bu 235 nəfər axtarışda olan şəxslərin 70-80%-i keçmiş illərdə itkin düşən şəxslərdir. Buna baxmayaraq onların axtarışları davam etdirilir. Yəni yayılan məlumatlarda hansısa yanlışlıq olub”.E.Zahidovun sözlərinə görə, ötən il axtarışda olan 887 nəfərdən 116 nəfəriyetkinlik yaşına çatmamış uşaqlar olub ki, bunlardan 100-ü tapılıb. Hazırda axtarışda olan 235 nəfər arasında itkin düşən 16 azyaşlı var. E.Zahidovun sözlərinə görə, itkin düşən azyaşlıların hara yoxa çıxmasına gəlincə, bununla bağlı yalnız ehtimallar səsləndirmək olar. Yəni bəziləri valideynindən xəbərsiz dənizə gedir və suda batır. Bəzən olur ki, qız kiməsə qoşulub başqa ölkəyə qaçır. Və ya uşaq xəbərsiz qohumunun evinə gedir və bundan təşvişə düşən valideyn də 112 xidmətinə zəng vurur. İtkin düşən uşaqların əksəriyyəti yaxın bir-iki gün ərzində polis tərəfindən tapılır, amma qeydiyyata düşdüyünə görə bu statistikada öz əksini tapır.Dövlət Komitəsi hələ statistikanı araşdırırAilə, Qadın, Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsindən isə virtualaz.org-a bildirdilər ki, Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı statistikanı əldə etmək üçün müvafiq orqanlara sorğu göndərilib. Komitədən bu statistika olmadan belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görüldüyünü deyə bilmədilər:\"Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı müvafiq orqanlara sorğu göndərmişik. Çünki bununla təkcə statistika komitəsi məğul olmur, həm də Daxili İşlər Nazirliyi və digər qurumlar da araşdırma aparırlar. Əlimizdə dəqiq statistika olmadığından bu barədə heç nə deyə bilmərik. Belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görülməsi, analizlərin aparılması mümkün deyil”.

  • Röya Türkiyə şou-biznesinə “bomba” kimi düşəcək

    23.07.2016 17:10

    Əməkdar artist Röya Ayxan qısa fasilədən sonra yenidən türkiyəli sənətçilərlə işbirliyinə start verib.May.Az-in məlumatına əsasən, belə ki, bir çox türkiyəli sənətçilərin mahnılarına ekran həyatı verən klipmeyker Nihat Odabaşı \"İnstagram” bloqunda Röyanın yeni klipindən kadr paylaşıb.Röya da həmçinin \"İnstagram”da Nihat Odabaşı ilə çalışmağın böyük zövq olduğunu deyib.

  • Çoxalan Avtomobil saytları

    23.07.2016 13:30

    Nəsə son zamanlarda Avtomobil ilə əlaqədar saytlar gözümə çox dəyməyə başlayır. Hara daş atırsan gedib bir avtomobil saytının başına dəyir. 3 dənə, 5 dənə, lap 7-8 dənə olmağını da adam yadırğamaz. Ancaq son zamanlarda qarşıma çıxanları bir kənar yazdım, baxdımki ən az mənim bildiyim 15 dənəsi var. İndi kimin də siyahıya əlavə edəcəyi varsa şərhlərdə edə bilərlər. Mənə maraqlıdır, nəyə görə son zamanlarad Avtomobil saytları açmağa maraq bu qədər artır. Mən o qədərdə avtomobillərlə maraqlanan deyiləm. Ancaq böhranın yaralarını tam sağaltmamış inanmıram ki, insanlar böyük həvəslə maşın almağın dalınca qaçsınlar ki, belə saytlara bu qədər çox tələbat yaransın. Belə görünür ki, bu da bəns eləmək alışqanlığından meydana gələn bir vəziyyətdir. Baxıb görürlər ki, Avtomobil.az və Turbo.az `da reklam kifayət qədər çoxdu, fikirləşirlər ki, «niyə də yox?», bir dənə sayt da biz açaq pul qazanaq. Hətta disput.az`ın belə reklam yerlərinin boş qalmağına baxmayaraq, maşallah avtomobil.az və turbo.az`da belə bir hal çox da müşahidə olunmur. Bilmirəm indi bu saytların yolunu getmək istəyənlərin fikirləri nə dərəcədə özünü doğruldar. Ancaq çeynənmiş ideyanı görməkdən bir az adamın gözü ağrıyır. Yəqin ki, avtomobilə çox marağım olmamasından irəli gəlir. Madam bu qədər şikayətləndim, qısaca sizin üçün də sadalayım saytları. İkisini onsuda qeyd elədim, indi isə sadalayım. Sadalamanı saytların reytinqinə filana görə etmirəm. Sadəcə random olaraq yazıram:1. Avtomobil.az2. Turbo.az3. Vmart.az — Son zamanlarda müxtəlif saytlarda reklamı ilə qarşılaşırdım4. Azavto.com — Mak.az`da reklamını görmüşdüm.5. Signal.az — Google Adsense`də qarşıma çıxıbdı.6. Autobaku.az — Fayda.az`da reklamını görmüşəm.7. Avtom.az — Səhv yadımda qalmayıbsa metroda görmüşəm reklamını.8. Avtoaz.com Bununla da son zamanlarda qarşılaşmışam. Ola bilsinki 7-ci yerdəki ilə qarışdırım reklamını gördüyüm yeri. Amma bu da son zamanlarda qarşıma çıxanlardandır. Avtomobil9. Avtoday.az10. Garaj.az11. 077.az12. Avtopark.az13. Avtoportal.az14. Avtoxeber.az15. 4charx.comOnu da qeyd edim ki, adlarında avto olan saytların hamsı Avtomobil.az istisna olmaqla uğursuzdur. Çünki hamsı bir-birinə oxşayır və adamın ağlında istər-istəməz avtomobil.az canlanır. Fikrimcə bu qədər çox avtomobil saytı bizim internet sferasına lazım deyil.

  • Чем Азербайджан удивит зрителей на Международном фестивале фейерверков

    23.07.2016 11:31

    Текущий 2016 год в России объявлен Годом кино. Это отразилось и на тематике фестиваля: каждой команде будет отведено по 9 минут на выступление. Согласно требованиям организаторов, для музыкального сопровождения номера командам необходимо выбрать известные песни и мелодии из фильмов.По словам Эмина Джафарова, гендиректора компании \"Большой праздник\", особенностью выступления азербайджанской команды станет именно музыка: \"Удивить зрителей мы намерены мелодиями: будут звучать саундтреки из зарубежных, российских и советских фильмов, но с национальным колоритом\". Какие именно прозвучат песни Эмин Джафаров уточнять утонять не стал – \"Пусть это будет сюрпризом\".23 июля перед зрителями выступят команды из Казахстана, Эстонии, России и Франции. 24 июля – из Китая, Мальты, Португалии, Азербайджана. На счету каждой из них множество наград и уникальный опыт проведения масштабных мероприятий, таких как церемонии открытия и закрытия летних Олимпийских игр в Пекине, конкурс \"Евровидение-2012\", первые Европейские игры и многие другие.Команда из Португалии является обладателем рекорда Книги рекордов Гиннесса за самое масштабное шоу фейерверков в 2006 году, а команда из Мальты участвовала в создании самого крупного на сегодняшний день фейерверка по версии Гиннесса в Дубае (2014 год). Участники продемонстрируют зрителям последние разработки в области пиротехнических технологий и фейерверочного искусства.В состав жюри в этом году вошли режиссер и телеведущий Юлий Соломонович Гусман, актеры Ирина Медведева и Федор Добронравов, руководитель Департамента национальной политики, межрегиональных связей и туризма города Москвы Владимир Черников и президент Российской пиротехнической ассоциации Николай Вареных. Имя победителя будет названо в конце конкурсной программы 24 июля. По традиции закроет фестиваль гала-фейерверк от российских пиротехников.

  • Erməni silahlı bölmələri atəşkəs rejimini 14 dəfə pozub

    23.07.2016 11:27

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub. May.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Azatamut, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

  • Ağdamın işğalından 23 il ötür

    23.07.2016 11:23

    Bu gün Ağdamın işğalından 23 il ötür.May.Az xatırladır ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

  • Bank əməkdaşları müştərini döydü - Azərbaycanda şok

    23.07.2016 11:20

    Zabrat qəsəbə sakini Rasim Budaqov \"Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb.Hadisə ilə bağlı \"Qafqazinfo”ya müraciət edən R. Budaqov bildirib ki, 2015- ci ilin sentyabrında yoldaşının əməliyyat olunması üçün sözügedən bankdan 2000 dollar kredit götürüb: \"Hər ay 161 dollar yəni 170 manata qədər kredit qaytarırdım. Devalvasiyadan sonra isə aylıq borc artdı. Mən yenə də hər ay əvvəlki şəkildə, yəni 161 dollar borc ödəyirdim.Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın , əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.Həmin şəxs polisə şikayətçi olmamağı bizdən istədi. Dərhal 102-yə zəng etdim. Ekspertizaya da getmişik. Hər ay kreditimi ödədiyim halda niyə bank əməkdaşı tərəfindən döyülməliyəm? Bu ciddi cinayət əməlidir”.

  • Nuşirəvan Məhərrəmli: “ANS ÇM-in yayımı bərpa olunmayacaq”

    23.07.2016 11:18

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin və radiosunun yayımının dayandırılmasına münasibət bildirib. Şura sədri N.Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri məhkəməyə təqdim edib: \"Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin ittiham ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz sadəcə olaraq öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük”. N.Məhərrəmli ANS radiosunun yayımının dayandırılmasının səbəblərinə də toxunub: \"ANS radiosunun bağlanılması tam qanuna uyğun addımdır. Bilirsiniz ki, mövcud qanunvericiliyə görə, hər hansı televiziya və ya radio qurumunun bir il ərzində 3-dən çox məsuliyyət tədbiri varsa, onun bağlanılması ilə bağlı Milli Televiziya və Radio Şurasının hüququ və səlahiyyətləri vardır. Ona görə də biz öz hüququmuzdan istifadə edərək, ANS radiosunun yayımını dayandırmışıq. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib. Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir”. N.Məhərrəmli \"Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı keçirdiyi iclasdan sonra telekanal rəhbərliyindən sizinlə əlaqə saxlayan olubmu?” sualını isə belə cavablandırıb: \"ANS televiziya kanalı və radiosunun yayımı dayandırıldıqdan sonra bu şirkətin rəhbərliyi ilə hər hansı əlaqəm olmayıb. Onlarla hər hansı əlaqə saxlamıram”. Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən \"ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə \"ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.

  • Bakıda yol polisi ilə taksi arasında yarış (VİDEO)

    23.07.2016 00:51

    Bakıda taksi sürücüsünü saxlatmağa çalışan yol polisi maşını qəza şəraiti yaradıb. May.Az-in məlumatına görə, Bakı-Sumqayıt yolunda qeydə alınan görüntülərdə polis maşınının manevrləri əks olunub. Polisin \"tabe ol\" əmrindən boyun qaçıran taksi sürücüsü sürət yığaraq uzaqlaşmağa çalışıb. Ancaq yol polisi maşını buna imkan verməyib. Təhlükəli anların yer aldığı görüntülərdə polis maşınının taksinin üzərinə sürdüyü açıq-aydın görünür. Yolda hərəkətin dayanmasına qədər gəlib çıxan bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin anları oxucularımıza təqdim edirik:

  • Ukraynaya toya gedən azərbaycanlı \"vorzakon\" qovuldu

    22.07.2016 23:29

    Azərbaycanlı \"qanuni oğru” \"Tolik Noqinski” ləqəbli Taleh Qəribxan oğlu Dağlıyev Ukraynadan deportasiya edilib.Rusiya KİV-in məlumatına görə, 32 yaşlı Dağlıyev Kiyevə toya gəlibmiş. Amma paytaxtın \"Borispol” aeroportunda saxlanılan \"oğru” başqa təyyarəyə ilə Minskə yola salınıb. Kiyev polisinə daxil olan məlumata görə, Noqinski toydan sonra hansısa \"sxodka”da iştirak edəcəkmiş.\"Tolik Noqinski\"yə \"qanuni oğru\" titulu 2014-cü ilin sentyabrında Türkiyədə verilib. Onun \"xaç atası\" \"Blondin\" ləqəbli şəxsdir. İstanbulda kriminal aləmin marağında olan \"söhbət\"ə görə daha iki nəfərə - \"Vlad Şarap\" və \"Maks Pioner Penzenski\"yə də ad verilib.Bundan əlavə, \"qanuni oğru\" adı ilə \"Zabava\" və \"Jora Daşkendski\" də \"mükafatlandırılıblar\". Bu şəxslərin \"təltif\" olunmasına telefon vasitəsilə \"Vova Puxlıy\", \"Turok\", \"Nika Qaqarinski\", Namiq və \"Lotu Quli\" qardaşları, həmçinin gürcü Merab Mzarelua da dəstək veriblər.

  • İlkin Həsəni: “Toyu bu ilə planlaşdırıram”

    22.07.2016 23:27

    Tanınmış teleaparıcı İlkin Həsəni toyunu bu il edəcək.May.Az xəbər verir ki, bu haqda axşam.az-a danışan aparıcı dəqiq tarix bildirməyib. \"Toyu bu ilə planlaşdırıram”.Qeyd edək ki, Həsəni ATV-nin əməkdaşı Aysellə nişanlanıb.

  • Əli Həsənov: Bu, hələ son deyil

    22.07.2016 23:26

    Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir.Trend-in məlumatına görə, bunu Azərbaycan milli mətbuatının 141-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.Azərbaycan milli mətbuatının 141 yaşı tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edən Ə.Həsənov bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.Milli mətbuatımızın tarixi haqqında danışan PA rəsmisi əlavə edib ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu.Ə.Həsənov hesab edir ki, XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinə inqilabi yeniliklər gətirən, insanların dünyagörüşünü dəyişərək xalqı yeni tarix yaratmağa istiqamətləndirən Azərbaycan milli mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsində böyük rol oynadı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuatımız azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısına çevrildi: \"Buna görə də Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk”.Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafına daim diqqət göstərdiyini deyən Ə.Həsənov məhz Heydər Əliyev tərəfindən \"Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyulun Azərbaycanda Milli Mətbuat Günü elan edildiyini xatırladıb: \"Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu”.Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab edirdi. Buna görə də 1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin \"Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam imzalandı: \"Heydər Əliyevi mətbuata sevdirən ən başlıca səbəblərdən biri də ulu öndərin həmişə jurnalistlərlə yaxın təmas qurması, onların problemlərinə həssas münasibəti və hər bir halda çətinliklərin aradan qaldırılmasına çevik reaksiyası olub. Bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.Ə.Həsənov əlavə edib ki, ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir: \"Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resurslarının monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir. 2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, \"İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür”.PA rəsmisi deyib ki, 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib: \"Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.Ə.Həsənov bildirib ki, Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir: \"Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə İlham Əliyevi \"Jurnalistlərin dostu” seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Regionumuzda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil”.

  • Dolların məzənnəsi açıqlandı

    22.07.2016 23:24

    İyulun 25-nə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.az-a verilən məlumata görə, 25.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5724 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 22-də USD/AZN rəsmi məzənnəsi 1,5724 manat təşkil edib.

  • Ərdoğan Fəthullah Gülənin dalınca ABŞ-a iki nazir göndərdi

    22.07.2016 23:21

    \"Ədliyyə naziri Bəkir Bozdağ və Daxili işlər naziri Efkan Ala Fəthullah Gülənin Türkiyəyə təslim edilməsi tələbi ilə bağlı görüşlərdə iştirak etmək üçün ABŞ-a gedəcək”.May.Az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii resurslar naziri Bərat Albayraq açıqlama verib.O, nazirlərin ABŞ-a gələn həftə yola düşəcəklərini qeyd edib.

  • Azərbaycanda qəribə olay: suda boğulan gənc xilas olunub həbs edildi

    22.07.2016 15:04

    Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşa­hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dən May.Az-a verilən məlumata görə, 19 iyul tarixində saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa­mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək 20 iyul 2016-cı il tarixdə saat 05:15 radələrində sahilə çıxarılıb. Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddə­si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib. Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.