-
Sabah yağış yacaq, şimşək çaxacaq
24.07.2016 16:24
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı, gecə şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən xəbərə görə, Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-30 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
-
İraqda terror: 10 ölü, 20 yaralı
24.07.2016 16:19
İraqın paytaxtı Bağdadda növbəti terror aktı törədilib. May.Az xəbər verir ki, hadisə bu gün saəhər saatarında şiələrin yaşadığı Əl-Каdiмеyn rayonunda baş verib. Terrorçu kamikadzenin nəzarət-buraxılış məntəqəsinin qarşısında özünü partlatması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
-
Əsgər gedən gənc sevgilisi ilə vidalaşarkən qarajda boğuldu
24.07.2016 16:17
Sumqayıtda dəhşətli hadisə baş verib.May.Az Sxəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan \"Qafqazinfo”ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin \"3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.Sayt hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.Məlum olub ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.***Saytın əldə etdiyi başqa bir məlumata görə, həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi idi. Kənan isə Ukraynada təhsil almışdı.
-
Ayla Celik - Bağdat (Beyazıt Öztürk Düet Versiyon)
24.07.2016 15:56
Yüklə l Скачать l Download
-
Hara Gedirsən.?
24.07.2016 15:52
Bilmirəm mən səndən nə istəyirəm,Səndən suyum gəmir, çörəyim gəlmir.Mən səni ürəyimə niyə salmışam?İndi çıxarmağa ürəyim gəlmir.Bilmirəm kimlərin, nəyin xətrinə,Mən sənin xətrinə dəyə bilmirəm.Bəzən bilə bilə bildiklərimi,Bilmirəm nə üçün deyə bilmirəm.Deyirlər sevginin gözləri kordur,Sən bir əlindən tut,mən bir əlindən.Gəl onu qoymayaq biz yari yoldaYolun sonunadək taa əvvəlindən.Ey dəli xəyalım qulaq as mənə,Özündə deyilsən, nə olub sənə?Girmisən yuxunun qoluna yenəNazlana-nazlana hara gedirsən?Gah qanad açırsan, göydə süzürsən,Gay göydən dənizə düşüb üzürsən.Sən nə axtarırsan? Kimi gəzirsən?Boylana-boylana hara gedirsən?Ona gül dərmək üçün bağa baxırsanÇıxırsan uca bir dağa baxırsan.Sola boylanırsan, sağa baxırsan,Xoflana-xoflana hara gedirsən?Yar edir yarı ile evdə qonaqlıq,Deyilir bir birin şəninə sağlıq.Səni çağırmıyıblar, edib uşaqlıq,Tullana-tullana hara gedirsən?
-
Doğru yol....
24.07.2016 15:50
Qurani Kərim cahanşümül bir kitabdır. Zamana və məkana məhkum deyil. Nazil olduğu zamananın və məkanın bir çox tarixi hadisələrini ehtiva edib onlara münasibət bildirsə də o münasibəti ilə belə bütün insanlığa yönəlik bir mesaj daşıyır. Bədr savaşında mələklərin iman edənə yardımından danışarkən [Ali İmran, 13] bizi də başqa bir “Bədr”ə hazırlayır. Düşmənimiz bizdən çox və bizdən ordu baxımından güclü olsa da imanda bizə uduzduğu üçün bizim də “Bədr”imizdə qələbə bizimlə olacaq...Uhud savaşını ehtiva edən ayələr də var Quranda. O ayələr də cahanşümüldür. Bədr qazanmağın simvoludursa, Uhud da itirməyin simvoludur. Bədrdə qələbəmizdə Allahın yardımı gördüksə, Uhudda dostun xəyanətini gördük. İtirməyin, uduzmağın və xəyanətin nə demək olduğunu, xainlərlə necə davranmaq lazım olduğunu da o ayələrdən öyrəndik: “Sən onlarla yumuşaq davranmasaydın...” [Ali İmran, 159] Ayələr bizə Nəbəvi bir sünnəti öyrədir: xainə qarşı yumuşaq davranıb onu “günahına məhkum” etməmək, ona dəyişməsi üçün bir şans vermək...Hər kəsin bir tövbə haqqı var. Baxarsınız bir gün İblis də tövbə etmək istədi... Axı o heç bir zaman Allahın varlığını, Xaliq olmasını, özünün Allah tərəfindən yaradıldığını inkar etməyib. Hətta doğru yolu da bir çoxlarından yaxşı tanıyır: “Mən Sənin doğru yolunda oturacağam” deyərkən başqa bir yolda deyil məhz doğru yolda olacağını da xəbər verir. Onu başqa yerdə axtarmaq ağılsızlıqdır, o doğru yolun yolçularının yanındadır.İblis doğru yoldadır... Əgər getdiyimiz yolda biri bizə badalaq vurmursa dönüb gəldiyimiz yola baxmalıyıq. Bəlkə biz doğru yolda deyilik. Badalaq vuranlarımız varsa o zaman buna üsyan etməyək, bizi doğru yolun yolçusu etdiyi üçün dönüb Allaha təşəkkür edək. Çünki bu yolun bədəli budur...Bədrdə qarşımıza atamız çıxacaq, qardaşımız çıxacaq. Bizə ilk silah qaldıran bəlkə də elə əzizlərimiz olacaq.Hazırıqmı?İnkarı üçün bizimlə vuruşanlara biz də Allah üçün vuruşmağa hazırıqmı? Bəlkə bir çoxumuz \"فِي سَبِيلِ اللَّه\" adına “hə, hazırıq” deyəcəyik. Kafirlərlə vuruşmaq daha asandır. Atamız, qardaşımız olsalar da... Amma bu davanın bir də “dost zərbəsi” var. Bir də dostlarımız bizə xəyanət edə bilərlər. Bizimlə eyni safda dayanıb, bizimlə eyni əqidəni paylaşan dostlarımız... Burda artıq bizi ruhlandıran güc \"فِي سَبِيلِ اللَّه\" [Allah yolunda] deyil. Burda etməli olduğumuz əməl “yumuşaq davrana bilməkdir”.Quran cahanşümül mesajlar toplusudur. Hər ana və zamana xitab edir. Musanın səhabələrinin \"iman zəifliyi\"ndən də danışır, İbrahimin tək ümmət ola bilmək bacarığından da. Yer üzünü bürüyən Nuh tufanından da danışır, qiyaməti geri çevirməyi bacaran Yunusun topluluğundan da. Qardaş xəyanətinin, sevdalı xəyanətinin bədəlini ödəyən Yusufdan da danışır, Allaha qurban olmaq üçün gözünü qırpmadan başını bıçaq altına uzadan İsmayıldan da...Bütün bunları niyə danışır?Xəstəliklərdə Eyyub kimi ola bilməyimiz üçün.Atəşə gedərkən İbrahim kimi dua edə bilməyimiz üçün.Quyuda və zindanda Yusuf ola bilməyimiz üçün...\"Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir...\" [Bəqərə, 134]
-
Üzr istəməyi bacara bilirikmi?
24.07.2016 15:49
Şəxsiyyətlərarası konfliktlər bəzən bizim istəmədən belə qarşımızadakı insana qarşı kobud rəftrarımıza, onu incitməyimizə və bunun nəticəsində isə özümüzü günahkar hiss etməyimizə səbəb olar.Bəzən qəsdən bəzən də bilməyərəkdən kiminsə xətrinə dəyirik və vicdan əzabı bizi narahat edir. Üzr istəməli olduğumuzu bilsək də qarşı tərəfi daha da incitmədən necə etməli olduğumuzu bilirikmi? Ümumiyyətlə üzr istəməyi bacarırıqmı?Üzr istəmək şəxsiyyətimizi alçaltmaz. Çox zaman biz insanlar üzr istəməyi utancverici bir hərəkət sayarıq. Əslində isə səhvini anlamaq, üzr istəmək cəsarətdir və bizim özünə inamımızı təmin edir. Danışıq tərzi və üzr. Üzr istəyərkən danışıq tərzimizə, jest və mimikalarımıza diqqət yetirməliyik. Çünki üzr istəyərkən gələcək konfliktlərə yol aça biləcək hər hansı bir ifadəni işlətmək və qarşımızdakı insana ikinci zərbəni vurmaq heç də xoş olmaz.Konflikt və müzakirə. Üzr istəyərkən münaqişə etdiyimiz mövzunu sakit şəkildə müzakirə etmək məsələni kökündən həll etməmizə yardımçı olar və bu da bizim üzr istəməmizi asanlaşdırar. İlk adddımın atılması.Əgər özümüzü günahkar hiss ediriksə, ilk addımı qarşı tərəfdən gözləmədən, barışmağa özümüz cəhd etsək daha yaxşı olar. Barışmaq üçün üz üzə danışmaq telefon , sms, e-mail və s. vasitələrdən daha effektlidir. Bunu mütləq nəzərə almalıyıq.Təklikdə üzr istəmək.Söhbətimizə kənardan müdaxilə olunmaması üçün və yaxud fikrimizin yayınmaması üçün təklikdə danışmağımız daha məqsədə uyğun hesab edilir. Bu halda hər iki tərəf təklikdə olduğu üçün ünsiyyət daha səmimi alınar və nəticəyə müsbət təsir edər.Səmimilik önəmlidir. Əgər özümüzü günahkar hiss etmiriksə bu halda üzr istəməyək. Çünki haqsızlığa uğradığımızı düşündüyümüz şəraitdə üzr istəmək bizi daha aqressiv edər və özümüzü üzr istəməyə məcbur etdiyimiz üçün qarşı tərəf qeyri səmimiliyimizi hiss edə bilər.Üzr istəməyə gecikməyin.Zaman keçdikcə qarşı tərəf sizi bağışlamaqda tərəddüd edə bilər. Əgər emosionalsınızsa mövcud situasiyadan sonra nisbətən zaman keçməyini gözləyin. Bu zamanın çox uzun olmamasına xüsusi diqqət yetirin.
-
Davranış mədəniyyəti
24.07.2016 15:47
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi… Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir. Vaxtilə ali məktəblərdə «Etika» adlı bir fənn keçilərdi. Təəssüf ki, bu fənn barədə keçmiş zamanda danışırıq. Etik normaları gözləmək, təbliğ etmək indi kütləvi informasiya vasitələrinin və telekanalların üzərinə düşür. Son illər bu istiqamətdə o qədər qüsurlar baş alıb gedir ki, bəzən anlamaq olmur kim dürüst danışır, kimin dedikləri yalandır. İllər boyu xalqımızın ən gözəl adət və ənənəsi olan toyun ekranlara keçməsi və nəticədə xəcalət hissinin ölməsi bir çox xoşagəlməz söz-söhbətin cücərməsinə səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72 yaşlı kişi ilə 19 yaşlı qız çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə, onda hansı etik normalardan, adət-ənənələrdən danışmaq olar?Müasirlik mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən, xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd sevgisindən danışmaq olar?Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.Əlbəttə, bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir...Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə… Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır.Çoxumuzun yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar.Bu yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı, ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş igidlərimizin — Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. \"Sədərək” ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi. Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq. Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».Oturacaqda əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var? Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki, ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» — deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı şəkildə dişlərini ağartdı.Açığı harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını saxlayır, insanların necə yerləşməsindən, hansı şəkildə getməsindən nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.Sərnişinlərin xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də… «O yatıb yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»Beş addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» — deyənlərin haqlı iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz? — cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.Öncə hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki, sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə. Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən öyrətməsin, öyrənən öyrəndiklərinə əməl etməsin.Bütün söylədiklərimiz gündəlik müşahidə edilən və asan islah olunan nöqsanlardır. Amma təəssüf ki, bizim kiçik saydığımız, bəzən də əhəmiyyət vermədiyimiz bu xoşagəlməz hallar sabah daha böyük qüsurların yaranmasına səbəb olur. Bütün bəlaların kökü laqeydlikdən başlayır. İnsan münasibətində biganəlik olarsa, onda daha ali hisslərdən, davranış mədəniyyətindən danışmağa dəyməz. Mədəniyyət təkcə mədəni görünmək deyil, mədəniyyət insanın daxilində, varlığında, rəftar və hərəkətlərində büruzə verməlidir.
-
Qan qruplarına göre xasiyyetimiz
24.07.2016 15:45
Qan qrupu insan haqqında maraqlı xüsusiyyətləri izah edə bilir. Mütəxəssislərin fikrincə, qan qrupunda mövcud olan xüsusi faktorlar var, hansıki həmin faktorlar orqanizmin bəzi fizioloji xüsusiyyətlərinə və ümumilikdə insanın xarakterinə təsir edir. Həmin faktorlara əhatəli şəkildə nəzər salaq:1-ci qan qrupu (O).1-ci qan qrupu ən qədim qan qrupu hesab olunur. Araşdırmalar göstərmişdir ki, 1-ci qan qrupu neandertalların vaxtından, yəni e.ə. 40.000 il əvvəlki dövrdə mövcud olmuşdur. Həmin insanların qida rasionunu əsasən yabanı bitkilər, həşəratlar və vəhşi heyvanların qalıqlarından ibarət olmuşdur.1-ci qan qrupuna malik insanlar bir az məsuliyyətsiz olduqları üçün başladıqları işi sona çatdırmırlar, lakin bununla belə onlar bu cür vəziyyətdən həmişə çıxış yolu tapırlar. Necə? Sadəcə öhdəlik və vəzifələri başqa insanlara, əsasən öz həmfikirlərinə ötürərək. Məhz bu xüsusiyyət 1-ci qan qrupuna malik insanlara müdir, baş təşkilatçı kimi vəzifələrin öhdəsindən gəlməyə yardım edir və insanda liderlik xarakteri yetişdirir.Bu insanlar yüksək natiqlik qabiliyyəti və potensiala malik olur, kütləni öz arzasınca apara bilir.Xəstəliklərə meyil: 1-ci qan qrupuna malik olan insanlarda ət və ət məhsulları daha gec həzm olunur. Bu insanlara daimi olaraq hərəkətdə olmaq, aktiv həyat tərzi sürmək məsləhət olunur.2-ci qan qrupu (A).2-ci qan qrupu insanlar hər şeylə qidalanmağa başladığı dövrlərdən yaranmağa başlamışdır. Bu da təxminən e.ə. 25.000-15.000 il əvvələ təsadüf edir. Bu dövrdə insanların əsas qayğısı əkinçilik və heyvanların əhililləşdirilməsi olmuşdur. Hal-hazırda 2-ci qan qrupuna malik insanlar ən çox Qərbi Avropa və Yaponiyada məskunlaşmışdır.2-ci qan qrupuna malik insanların xarakterinin əsas xüsusiyyəti liderlik sayılır. İstənilən vəziyyətdən çıxış yolunun asanlıqla tapılması, habelə istənilən mühitə tezliklə uyğunlaşma 2-ci qan qrupu üçün spesifik göstərici sayılır. Mövcud olan problemləri həll etmək bir qədər çətin olsa da bu insanların başqalarına verdiyi məsləhətlər əksər hallarda effektiv olur.Bu insanların xarakterik xüsusiyyətlərinə uyğun gələn ixtisaslar: müəllim, həkim, administrator, təşkilatçı.Xəstəliklərə meyil: əksər hallarda ürək xəstəlikləri , ödün funksiyasının pozulması və görmə qabiliyyətinin zəifləməsi baş verir.3-cü qan qrupu (B).Hesab olunur ki, bu qan qrupu e.ə. 15.000 il əvvəl yaranmağa başlamışdır. Həmin dövrdə insanlar daimi yaşayış yerlərin tez-tez dəyişir, xüsusilə də soyuq iqlim qurşaqlarına axın güclü olur. Kəskin iqlim və mühit dəyişiklikləri 3-cü qan qrupunun meydana gəlmə səbəblərindən biridir. Bu insanlar olduqca dəqiq və sərrast olurlar. Qarşıya qoyulmuş məqsəd və öhdəlikləri yüksək səviyyədə, dəqiqliklə, heç bir xırdalığı nəzərdən qaçırmayaraq edirlər.Məhz 3-cü qan qrupuna malik insanlar asanlıqla öz işinin ustası, mütəxəssisi olurlar. Mütəxəssis və usta olmaq isə böyük məsuliyyət və xırdaçılıq tələb edir.Bu insanlardan əla zərgər, cərrah, vəkil, kriminalist çıxır.Xəstəliklərə meyil: selikli qişa çox əziyyət çəkir. Buna görə də ən çox həzm sisteminin orqanların qorumaq lazımdır.4-cü qan qrupu (AB).Digər qan qrupları ilə müqayisədə bu qan qrupu ən gənc qan qrupudur. 4-cü qan qrupunun yaşı 1000 ildən çox deyil heç. Bu qan qrupu 1 və 3-cü qan qrupunun birləşməsindən əmələ gəlir və böyük nadirliklə xarakterizə olunur. Beləki, dünya əhalisinin cəmi 5%-i 4-cü qan qrupuna malikdir.4-cü qan qrupuna malik olan insanlar səbirli olur və iş yerində, kollektivdə, cəmiyyətdə öz xarakterinin sakitliyi və rəmkinliyi ilə seçilir.Bu insanlara uyğun gələn ixtisaslar: kəşfiyyatçılar, alimlər, proqramçılar, iqtisadçılar.Xəstəliklərə meyil: güclü immun sisteminə malik olsalar da, tez-tez oynaq və dəri xəstəliklərinə tutulurlar
-
Fətullah Gülənin \"sağ əli\" həbs olundu
24.07.2016 12:32
ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülenin \"sağ əli\" Halis Hançı həbs olunub.May.az xəbər verir ki, Hançının iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin təşkilatçılarından biri olduğu bildirilir. Məlumata görə, o, çevriliş cəhdindən iki gün əvvəl Türkiyəyə gəlib. Əsl adı Davud olan bu şəxs Trabzonun Araklı rayonunda saxlanılıb. Onunla birlikdə Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş da həbs olunub.
-
Novxanı çimərliyində həyəcanlı anlar
24.07.2016 02:42
Novxanı çimərliyində intihara cəhd hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, iyulun 22-də Sumqayıt şəhərinin Novxanı dəniz çimərliyində Abşeron rayon sakini Günay Surxayeva intihar məqsədilə özünü dənizə atıb.G.Surxayeva polis əməkdaşları tərəfindən xilas edilib.Faktla bağlı araşdırma aparılır.
-
Tovuzda yanmış evdə ev sahibinin asılmış cəsədi tapılıb
24.07.2016 02:40
Tovuzda iki evdə yanğın olub.May.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanan evlərdən biri Vidadi Allahverdiyevə məxsus olub. Hadisə yerinə gələn 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində alov söndürülüb.Qeyd edək ki, yanğın baş vermiş evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.Başqa bir yanğın hadisəsi isə Tovuz rayonunda yerləşən Dövlət Yol Polisinin 10 saylı rayonlar arası qeydiyyat imtahan şöbəsinin rəisi Xəqani Əsgərovun mənzilində baş verib. Ora 2 yanğın söndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib.
-
İrəvandakı silahlı qrup “Ermənistanı azad etmək” niyyətindədir
24.07.2016 02:39
“Biz Ermənistanı azad etmək missiyası ilə silahlı üsyan qaldırmışıq. Bizim təslim olmaq niyyətimizin olması barədə xəbərlər həqiqətə uyğun deyil”. May.Az APA-ya istinadən verir ki, bu barədə İrəvanda jurnalistlərlə təşkil olunmuş görüşdə Ermənistanın Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrupun üzvü Varujan Avetisyan bildirib. “Mənim məlumatıma görə, kimlərsə bizim qrupun guya təslim olmaq niyyətində olması barədə xəbərlər yayır. Əslində, biz ölkəmizi azad etmək missiyası ilə əlimizə silah alıb üsyan qaldırmışıq. Xalqın itaətsizliyi, müəyyən səbəblərdən yavaş olsa da, durmadan artır”, - deyə Varujan Avetisyan qeyd edib.Bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüş təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşmək üçün şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər.Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.
-
Əfqanıstanda 24 iyul terror aktı ilə əlaqədar matəm günü elan olunub
24.07.2016 02:36
Əfqanıstanda terror aktı ilə əlaqədar 24 iyul matəm günü elan olunubƏfqanıstan prezidenti Əşrəf Qəni bu gün Kabildə törədilən terror aktı ilə əlaqədar olaraq 24 iyul tarixini matəm günü elan edib.May.Az \"Report\"-a istinadan xəbər verir ki, bu barədə \"Tolo news\" telekanalı məlumat yayıb.\"Mən vətəndaşlarımızın qanını axıdanlardan qisas alacağam. Mən bu faciəvi günü milli matəm günü elan edirəm\", - deyə Qəni bildirib.O qeyd edib ki, insidentin araşdırılması ilə xüsusi komissiya və Əfqanıstan Baş Prokurorluğu məşğul olur.DİN-in son məlumatına görə, Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində 80 nəfər ölüb, 231 nəfər yaralanıb.
-
Həftəsonuna olan hava proqnozu
23.07.2016 18:29
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, iyulun 24-də paytaxt və yarımadada mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 26-30, Bakıda isə gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
-
“Azercell” abunəçilərə xəbərdarlıq edib
23.07.2016 18:26
İyulun 25-də gecə saatları ərzində Azərbaycanın aparıcı mobil rabitə operatoru olan \"Azercell Telecom” şirkətinin bəzi xidmətlərinin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.May.Az xəbər verir ki, bu barədə \"Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.Şirkətin xidmətlərində çətinliklərin yaranmasına səbəb göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə bağlı olacaq.
-
Vəkillə hərbi ekspert arasında pul qalmaqalı
23.07.2016 18:24
Vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazaraq tanınmış şəxslərdən birinin cinayət işini Avropa Məhkəməsində udduğunu və həmin şəxsin ayrılan təzminatdan ona çatacaq haqqı hələ də ödəmədiyini bildirib. Statusa yazılan şərhlərdə həmin şəxsin hərbi ekspert Üzeyir Cəfərov olduğu qeyd olunub.May.Az məlumat verir ki, \"Qafqazinfo” məsələ ilə bağlı adı hallanan Üzeyir Cəfərovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb.Ü.Cəfərov belə bir problemin olduğunu təsdiqləyib, lakin özünün heç bir təqsiri və borcu olmadığını deyib: \"Elçin Sadıqov hələ ki mənim adımı çəkməyib. Mənim işim üzrə onu deyim ki, nə problemləri varsa, gedib Media Hüququ İnstitutunda özləri araşdırsınlar. Nə qədər deyiblərsə, hamısı İnstituta ödənilib, aldıqlarını alıblar. Mənim Avropa Məhkəməsinə gedən işimdə Media Hüququ İnstitutu tərəfdaş olub, Elçin Sadıqovun bu işə heç bir aidiyyatı olmayıb. Avropa Məhkəməsinin qərarında da Elçin Sadıqovun adı yazılmayıb. Qərarı oxuyun, orda yazılıb ki, Elçin Sadıqova 4400 avro verilsin? Mənim işlərimi Xalid Ağaliyev görüb və işi Avropa Məhkəməsinə o göndərib. Elçin Sadıqov heç mənim Azərbaycandakı daxili məhkəmələrimdə də vəkilim olmayıb. Ali Məhkəmədə isə Rəşid Hacılı mənim vəkilim kimi çıxdı, sonra da aradan çıxdı. Dedilər, Rəşid Azərbaycandan gedib. Mən də Xalidə dedim ki, bəs pul ödəmişəm, mənim işim necə olacaq? Elçin Sadıqovun özünün mənə qaytaracağı vəsait var. Bu həm rəsmi sənədlərlə, həm də görüntülərlə öz təsdiqini tapır. Vəkil olan adamın hüquqları pozulursa, məhkəməyə müraciət etsin. Bunlar İnstitutda öz aralarında nəyisə bölə bilməyiblər. Elçin Sadıqov mənə mesaj yazıb ki, \"mənim pulumu qaytar”. Qardaş, sən hüquqşünas adamsan, pul veribsən ki, istəyirsən? Mən bir dəfə Elçinin etibarını doğrultmamışdımsa, necə olur 2-ci dəfə ona etibarnamə vermişəm? Mən bilmirəm bu \"hoqqa”nı hardan çıxartdılar, amma hələ ki, izləyirəm. Adım çəkiləcəyi təqdirdə, hüquqi yolla addım atılacaq”.Vəkil Elçin Sadıqov \"Qafqazinfo”ya açıqlamasında Ü.Cəfərovun iddialarına cavab verib: \"Avropa Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı var, orada ərizəçi Üzeyir Cəfərovu təmsil edənlər mən və Rəşid Hacılıdır. Bununla bağlı, Üzeyir Cəfərovdan heç bir pul almamışıq. Müqavilə bağlanılıb ki, Avropa Məhkəməsində iş uduzduqdan sonra bizim xidmət haqqımızı ödəyəcək. Qərarda da açıq-aşkar yazılıb ki, 4400 avro hüquq xidməti xərclərinə görə ödənilməlidir. Üzeyir Cəfərov bu günə qədər o pulu ödəməyib və 1 il əvvəl bankdan həmin vəsaiti çıxarmasına baxmayaraq bizi aldadıb, pulu almadığını deyib. Bir ay öncə də mənə etibarnamə verdi ki, həmin pulu hökümətdən tələb edim. Bu zaman ortaya çıxdı ki, 1 il əvvəl şəxsən özü pulu alıb. Mən ölkədaxili məhkəmələrdə də onun vəkili olmuşam, baş prokurora, ölkə rəhbərinə verilən şikayətlərdə yeganə vəkili mən olmuşam. Üzeyir Cəfərov Müdia Hüququ İnstitutuna ödəniş etdiyinə dair sübut təqdim etməlidir”.E.Sadıqov Ü.Cəfərova borclu olmasına dair ittihama ironiya ilə cavab verib: \"Yəqin, vəkili olduğuma görə mən ona pul ödəməliyəm”.
-
Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
23.07.2016 18:23
\"Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur\".May.Az məlumat verir ki, bu barədə \"Report\"а Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib:\"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik\", - Hikmət Hacıyev bildirib.Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
-
İŞİD-in hakerlərindən Azərbaycanın şirkətlərinə hücum
23.07.2016 18:21
Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən \"Team System Dz\" \"Nürgün Group\" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri hədəfə alıb. \"APA-Economics\" xəbər verir ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin \"I love the Caliphate State Islamic country\" şüarı və təhdid dolu mətn yerləşdirilib. Bundan başqa, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir. Haker qrupu \"Facebook\" səhifəsində hücuma məruz qalan şirkətlərin rəsmi internet səhifələrinin siyahısını açıqlayıb: www.nissan.az, www.kyoto.az, www.vegastar.az, www.revansigorta.az, www.dongfeng.az, www.dfmc.az, www.beyazsud.az, www.besscoffee.az, www.bess.az, www.airfresh.az. Bundan öncə olduğu kimi, bu dəfə də şirkətlər qrupundan məsələ ilə bağlı münasibət öyrənmək olmayıb.
-
“Akcent” yenə Bakıya gəlır
23.07.2016 18:19
Məşhur rumın qrupu \"Akcent”in solisti Adrian Sina sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.May.Az xəbər verir ki, ifaçı növbəti dəfə Bakıda konsert verəcəyini əks etdirən afişanı \"İnstagram” bloqunda yerləşdirib.Məlumat üçün bildirək ki, ifaçı avqustun 13-də paytaxtda yerləşən restoranlardan birində çıxış edəcək. Gecədə Adrian Sina ilə yanaşı səhnəyə DJ Çina (Mustafayev) da çıxacaq.Onu da xatırladaq ki bu, Adrian Sinanın Azərbaycana ikinci səfəri olacaq. O, ötən il paytaxtımızın qonağı olub.