Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Sabaha olan hava proqnozu

    25.07.2016 16:10

    İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25dərəcə isti, gündüz 28-33dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 18-23dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmiçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Meryem Üzerli təcili ərə gedir

    25.07.2016 16:08

    Aktrisa Meryem Üzerli sevgilisi Alp Özcanla tez-tələsik evlənmək qərarına gəlib.May.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktirsa rol alacağı yeni serialın çəkilişləri başlamadan ailə qurmaq istəyir. Yeni mövsümdən \"Eşkıya Dünyaya Hükümdar Olmaz”ın heyətinə daxil olan M.Üzerli avqustun ikinci həftəsində kamera qarşısına keçəcək.O, serialın çəkilişləri başladıqdan sonra vaxtının olmayacağını əsas gətirib. Bu səbəbdən də aktrisa sevgilisindən israrla toyu tezləşdirməsini istəyir. Cütlüyün yaxınlarının dediyinə görə, toy qısa zamanda baş tutacaq.

  • Referendumun vaxtını prezident təyin edəcək

    25.07.2016 16:05

    \"Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir. Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən \"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.

  • ŞOK: 22 mindən çox abituriyent 0-200 bal toplayıb

    25.07.2016 16:04

    Bu il Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub. APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 (\"Baytarlıq\", \"Su bioehtiyatları və akvabitkilər\" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin \"Ekologiya\" və \"Əczaçılıq\" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb. Bu il IV ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i Rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür. Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent (\"Memarlıq\", \"Aqromühəndislik\", \"Torpaqşünaslıq və aqrokimya\", \"Balıqçılıq və balıqçılıq təsərrüfatı işi\", \"Meşəçilik\", \"Aqronomluq\", \"Zootexniklik, ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin \"Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi\" ixtisası üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib. İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb. \"Riyaziyyat\", \"Fizika\", \"Nəqliyyat tikintisi mühəndisliyi\", \"İnşaat mühəndisliyi\", \"İnformasiya texnologiyaları\", \"Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi\" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, \"Kompüter elmləri\" və \"Geologiya\" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər. Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si Rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür. Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib. Hər iki qrup üzrə 22 508 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib. Bu da imtahanda iştirak edən abituriyentlərin 61%-dən çoxunu təşkil edir. Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayıb. Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

  • Günay Musayevanı \"Ne mutlu erməniyəm deyənə” - ifadəsi qəzəbləndirdi

    25.07.2016 16:02

    Türkiyənin TGRT kanalında yayımlanan \"Bu millətin çocukları” adlı video çarxda \"Ne mutlu erməniyəm deyənə” - ifadəsi ətrafında mübahisələr davam etməkdədir. May.Az xəbər verir ki, telekanalın bu addımını pisləyənlərdən biri də qardaş ölkədə yaşayan azərbaycanlı model Günay Musayeva olub. O, \"İnstagram” bloqunda məsləyə mövqeyini açıqlayıb:\"Son zamanlarda kanallarda yayımlanan bu videoda təəssüf ki, Azərbaycan ölkəsi unudulub. Diqqətimi çəkən \"Nə mutlu erməniyim” yazısı olmasına baxmayaraq, Azərbaycanın yer almamasıdır. Yaşadığımız pis hadisələrdə Azərbaycan ölkə və xalq olaraq hər zaman Türkiyəyə dəstək oldu. Amerikada edilən müsahibənin anonsuna görə ANS telekanalı bağladılıb, 550 jurnalist, işçi küçədə qalıb. Qafqaz Universitedi də daxil olmaqla bir çox təhsil mərkəzi bağlandı. Bütün bunlar \"bir millət, iki dövlət\", qardaşlığın, bərabərliyin göstəricisidir. Onda niyə Azərbaycana bu videoda yer verilmədi? Maraqlı gəldi, hər iki ölkənin vətəndaşı və birini digərindən ayırmadan sevən bir vətəndaş olaraq bu yazıyı paylaşıram”.

  • Müsəlman dövlət məmuru qadınların əlini sıxmadığı üçün işdən qovuldu

    25.07.2016 16:00

    İsveçdə müsəlman dövlət məmuru qadınların əlini sıxmaqdan imtina etdiyi üçün işdən çıxarılıb. May.Az-in məlumatına görə, ölkənin cənubunda yerləşən Helsinborq şəhərinin bələdiyyəsində işləyən kişi tutduğu əmələ görə cəzalandırılıb. Məmurun sözlərinə görə, qadınlarla əl sıxmaq onun dini inanclarına ziddir. Ancaq bu izahat bələdiyyə sədrini qane etməyib. Bələdiyyənin əməkdaşı hüquq bərabərliyi prinsipini pozduğu üçün işindən kənarlaşdırılıb. Qadınlar həmkarlarının münasibətini kəskin tənqid ediblər və diskriminasiyaya məruz qaldıqlarını bildiriblər.

  • Hərbi çevrilişə cəhddə şübhəli bilinən qadın pilot həbs olundu

    25.07.2016 15:57

    Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən növbəti həbslər həyata keçirilib. May.Az xəbər verir ki, FETÖ-nün (Fethullahçı Terör Örgütü) qiyam cəhdi zamanı daha 908 hərbi qulluqçu saxlanılıb. Həbs olunanlar arasında dünyanın Sabiha Gökçendən (Səbihə Göyçən - ilk qadın pilot-red) sonra ilk qadın pilotu olan Kerime Kumaş da var. Xəbərdə göstərilir ki, K.Kumaş hərbi çevrilişə cəhd olan gecə \" F-16”lardan birini idarə edib.Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.

  • Bakıda işçi axtarılır - Maaş 7,2 min dollardır

    25.07.2016 14:44

    Asiya İnkişaf Bankı (ADB) \"Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.May.Az \"Report”a istinadən xəbər verir ki, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq.Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı \"Sapphire Plaza”da yerləşən \"Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən \"Şahdəniz-2\" layihələri çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacağını bəyan edib. Layihəyə əsasən, dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb.Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib.

  • Bu gün Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq

    25.07.2016 14:43

    Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.May.Az \"Report”-a istinadən xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan \"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

  • MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıb

    25.07.2016 14:41

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) \"ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.May.Az \"Report”-a istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib.İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, \"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq \"ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, \"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq \"ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.Daha sonra MTRŞ \"ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

  • Bakıda kondisionersiz avtobuslar xətdən çıxarılır

    25.07.2016 14:39

    Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq.Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb.O qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i \"BakuBus” MMC-yə məxsusdur:\"İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər. Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il mayın 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə avtobuslar xətlərə buraxılmayacaq”.

  • Dolların məzənnəsi açıqlandı

    25.07.2016 14:38

    İyulun 25-nə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 25.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5724 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 22-də USD/AZN rəsmi məzənnəsi 1,5724 manat təşkil edib.

  • Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub

    25.07.2016 14:36

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.May.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Ferrari kabriolet LaFerrari təqdim edib

    25.07.2016 03:49

    Ferrari kabriolet LaFerrari təqdim edib“Ferrari” şirkəti damı açıq yeni hiperkarının dizaynının sirrini açdı. Avtomobilin şəkilləri brendin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Avtomobil “LaFerrari Spider” adlandırılıb. O, 2017-ci ildən məhdud tirajla - 150 ədəd olmaqla satışa çıxarılacaq. Avtomobilin qiyməti 3,5 milyon avrodan başlayacaq. Hazırda müştərilər sifariş verməyə başlayıblar.Yeniliyin dizaynı, demək olar ki, eyni adlı kupeni təkrarlayır. Əsas fərq damın olmamasıdır. Yeniliyin texniki hissəsi barədə məlumat verilmir. Lakin güman etmək olar ki, o, kupe “LaFerrari”-nin mühərrikini alacaq. Çox güman ki, yeniliyi 6,3-litrlik benzin V12 mühərriklə və elektrik mühərriki ilə təchiz edəcəklər. Hiperkarın ümumi gücü 950 a.g.-dən çox olacaq.“LaFerrari” 2013-cü ildə təqdim edilmişdi və “Enzo” modelinin ideoloji varisi idi. Sələfindən fərqli olaraq, “LaFerrari” hibrid güc qurğusu ilə təchiz edilib.

  • Hakan Şükürün Qalatasaray ixracı istəndi

    25.07.2016 03:41

    Qalatasaray Klubu Konqres üzvü və Konya Galatasaraylılar Dərnəyi Başçısı Sıtkı Korkmaz, köhnə futbolçu Hakan Şükürün, Qalatasaray konqres üzvlüyündən atılması və klubla olan bütün bağlarının qoparılmasını istədi.Zərbə cəhdinin Fetullahci Terror təşkilatı tərəfindən edildiyini ifadə edən Sıtkı Korkmaz, köhnə futbolçu Hakan Şükürün də o təşkilat yaxınlığının hər kəs tərəfindən bilindiyini qeyd etdi. Korkmaz, Hakan Şükürün klubla olan bağının tamamilə qoparılması lazım olduğunu ifadə edərək, belə dedi:\'Qalatasaray, prinsipləri, duruşu, möhtərəmliyi, dəyərlərinə bağlılığı və vətənsevərliyi ilə bütün Türkiyəyə məlum olmuş bir cəmiətdir. Elə bu nöqtədə cəmiətimizin adının feto / PDY dəstəkçisi olduğu hər kəs tərəfindən bilinən köhnə futbolçu Hakan Şükür ilə xatırlanmasını istemerik. Bu şəxsin indi klubdan qovulmasını və konqres üzvlüyünün salınmasını tələb edirik. Qalatasarayın ediləcək ilk konqresində bu qərarın alınması şəhidlərimizə qarşı olan hörmətin bir gərəyi olacaq. \'

  • Daha Bir İntihar - 3 Üşağını Qoyub Canına Qıydı

    25.07.2016 03:39

    Oğuz rayonunda dəhşətli intihar hadisəsi baş verib. 3 uşaq anası olan qadın intihar edib.Oğuzda üç uşaq anası intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyulun 23-ü axşam saat 20 radələrində rayonun Qarabulaq kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Əfsanə Məhəmməd qızı Azaxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. Üç uşaq anası olan 32 yaşlı Əfsanə Azaxovanın intihar səbəbi hələlik məlum deyil.Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

  • 23 İyul Üçün Olan Bürclər

    25.07.2016 03:37

    QOÇ - İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemləri həlledilməz hesab etməyin.BUĞA - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın. ƏKİZLƏR - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təqvimdən etibarən start götürəcək.XƏRÇƏNG - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.ŞİR - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun. QIZ - Qarşınızda duran bu təqvim sizə xoş ovqat bəxş edəcək. Hər hansı xoşagəlməzliyi ağlınıza gətirməyin. Ailə üzvlərinizə, sevdiyiniz adamlara qarşı mülayim olun. İnsanları dəyərləndirin.TƏRƏZİ - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın. ƏQRƏB - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.OXATAN - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə fikir verin, ayırma ovqatından qaçın.OĞLAQ - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.SUTÖKƏN – Bütün diqqətinizi səhhətlə bağlı problemlərin həllinə yönəldin. Bu amilə məsuliyyətlə yanaşsanız, ciddi çətinlikləriniz olmayacaq. Axşam saatlarında simsarlarınıza baş çəkin.BALIQLAR - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun astanasındasınız.

  • Niyə Gözümüz Yumulu Öpüşürük? Bu Sualın Cavabını Elm Verdi!

    25.07.2016 03:35

    Facebookda şablon səhifələrində tez-tez rast gəlirik: \"Sizinlə öpüşərkən gözünü açıq saxlayan birindən dərhal uzaqlaşın\"Bəs bu qədər əhəmiyyətlidi? Keçdiyimiz günlərdə nəşr olunan bir psixologiya jurnalı mövzuya aydınlıq gətirib.Buna görə toxunma hissimiz, zaman hissimiz ilə mütənasib olaraq işləyir.Yəni?Əgər beynimizə çox informasiya daxil olursa, (bir şeyləri görmək, eşitmək, dadmaq kimi) bunları etməsi də bir o qədər çətinləşir və bunları etmək üçün daha çox güc sərf edir.Hər hansı bir hiss problemi olan insanların digər hisslərinin daha güclü hala gəldiyini xatırlayın. Eyni məntiqdi.Yəni gözlərimizi bağladığımız anda, beynimizə daxil olan vizual axışını kəsmiş oluruq.Beləliklə, toxunma hissiyatımız artır və öpüşlər daha sıx və ehtiraslı hala gəlir.Əlbəttə, bunu biz belə qəbul etdik. Çünki sözü gedən elmi işin öpüşlə doğrudan bir əlaqəsi yoxdur.İştirakçılar, müəyyən vizual testlərdən keçdi. Bir tərəfdən vizual bir sıra tapmacalar həll edirlər, digər tərəfdən isə əllərinə xırda titrəyişlər verilirdi.Tədqiqatçılar, vizual testlərin çətinlik səviyyəsi artdıqca, iştirakçıların titrəyişi daha az hiss etdiyini, titrəyişlərin şiddətinə qarşı hissiz qaldığını müşahidə etdi.Sizcə bu açıqlama məntiqlidi?

  • Məşhur Aparıcı İzləyicisinin Anasını Təhqir etdi-FOTO

    25.07.2016 03:24

    Atv-nin məşhur aparıcısı və eyniadlı kanalda \"Qardaşlar\" serialında çəkilən Vüsalə öz izləyicisini təhqir edib.Belə ki, aparıcının İnstagramda paylaşdığı şəklə izləyicisinin \"özünü subay qız kimi hiss edir\" rəyinə cavab olaraq \"Ananla səhv salmısan mənim səhifəmi\" deyə bildirib.

  • Azərbaycanda Dəhşətli Hadisə

    25.07.2016 03:21

    Hadisə iyulun 22-sindən 23-nə keçən gecə, Sumqayıtda \"3-cü kvartal\" adlanan ərazinin həyəindəki qarajda baş verib.Əsgərliyə gedən Kənan sevgilisi Sevinclə qarajda gğrüşüb. Hava isti olduğu üçün maşının kondisionerini yandırıblar və 1 nece saatdan sonra maşında zəhərlənərək vəfat ediblər. Sevincin valideynləri qızının evdə olmamasından narahat olub axtarışa başlayıblar və nəticədə onların meyidlərini qarajda tapıblar.