-
Dollar 1.58-ə yaxınlaşır - RƏSMİ MƏZƏNNƏ
27.07.2016 00:59
İyulun 27-nə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 27.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5787 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 26-da USD/AZN rəsmi məzənnəsi 1,5755 manat təşkil edib.
-
Referendum Aktında ediləcək dəyişikliklər açıqlandı
27.07.2016 00:56
\"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktında ediləcək dəyişikliklər açıqlanıb. May.Az-in məlumatına görə, aktda deyilir:1. 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:\"I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.2. 24-cü maddədə:2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:\"I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:\"Hüquqlardan sui-istifadəyə yol verilmir.”.3. 25-ci maddədə:3.1. III hissənin birinci cümləsində \"milliyyətindən” sözü \"etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində \"milli” sözü \"etnik” sözü ilə əvəz edilsin;3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:\"VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”.4. 29-cu maddədə:4.1. V hissə VII hissə hesab edilsin;4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:\"V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:\"VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”.6. 36-cı maddədə:6.1. II hissədən \"və digər silahlı birləşmələrdə” sözləri çıxarılsın;6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:\"IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.”.7. 47-ci maddənin III hissəsində \"sosial” sözündən sonra \"və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin.8. 49-cu maddənin II hissəsində \"etməklə” sözündən sonra \", ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin.9. 53-cü maddənin I hissəsində \"heç bir halda” sözləri çıxarılsın və \"vətəndaşlığından” sözündən sonra \"(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin.10. 56-cı maddənin III hissəsində \"seçkilərdə iştirak etmək” sözləri \"seçilmək” sözü ilə əvəz edilsin.11. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:\"Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.”.12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:\"Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.13. 59-cu maddədə:13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən \"qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:\"II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.”.14. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:\"Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatıI. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.15. 68-ci maddədə:15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:\"Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:\"I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;\"IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”.16. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:\"Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.17. 85-ci maddənin I hissəsində \"yaşı 25-dən aşağı olmayan” sözləri \"seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.18. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:\"6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.19. Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:\"Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasıI. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.20. 100-cü maddədən \"Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.21. 101-ci maddənin I hissəsində \"5” rəqəmi \"7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:\"Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.22. Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:\"Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləriI. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.23. 105-ci maddədə:23.1. I hissənin birinci cümləsində \"üç ay ərzində” sözləri \"60 gün müddətində” sözləri ilə, ikinci cümləsində \"Baş naziri” sözləri \"Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;23.2. II hissədə \"Baş naziri” sözləri \"Birinci vitse-prezidenti” sözləri ilə, \"səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri \"müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;23.3. III hissə aşağıdakı redaksiyada verilsin:\"III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”;23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:\"IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.24. Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilsin:\"Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığıI. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.”.25. Aşağıdakı məzmunda 1081-ci maddə əlavə edilsin:\"Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatıAzərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.26. Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilsin:\"Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsiAzərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”.27. 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:\"Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.28. 126-cı maddənin I hissəsində \"Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri \"Seçkilərdə” sözü ilə əvəz edilsin.29. Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:\"Maddə 1461. Bələdiyyələrin məsuliyyətiBələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.
-
Şirvandakı partlayışla bağlı cinayət işi qaldırıldı
27.07.2016 00:54
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri birgə məlumat yayıb.May.Az daxil olan məlumatda deyilir: \"Xəbər verildiyi kimi, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən \"Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunmuş, zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınmış, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılmış və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılmış, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və digər zəruri prosesual hərəkətlər aparılıb.İlkin araşdırmalarla müəyyən edilmişdir ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Natəvan Rusiyada ev alır
27.07.2016 00:52
Müğənni Natəvan Həbibi Rusiyada ev alacaq.May.Az xəbər verir ki, ifaçı axşam.az-a açıqlamasında bu hadqa danışıb.\"Sanatoriya olan yerlərdə çox oluram. Burada həm dincəlirəm, həm də orada işim var. Yesuntikidə, Kislovodskidə tez-tez oluram. Yaxın günlərdə oralarda ev almağı düşünürəm. İstəyirəm, evim olsun, gedəndə orada qalım” – deyə N.Həbibi bildirib.Yeri gəlmişkən, əlavə edək ki, N.Həbibi ötən ilin oktyabrında İstanbulda mənzil almışdı. İfaçı alış-veriş sevgisindən bəhs edib. O, pulunu daha çox geyimə xərclədiyini bildirib:\"Pulum ancaq geyimə gedir. Ən çox çanta və ayaqqabı alıram, özü də bahalı olur. Geyim daha rahatdır. Ucuz və saxta ayaqqabını heç vaxt geyinə bilmərəm”.
-
\"Yaprak dökümü\"nün balaca aktrisası illər sonra - FOTOLAR
26.07.2016 03:41
\"Yaprak Dökümü\" serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şebnem Cecelinin hazırda 15 yaşı var.May.Az-ın məlumatına görə, serialdan sonra təhsilinə üstünlük verən Ceceli ekranda onun atasını canlandıran Halil Ergünü hər bayram mütləq axtardığını deyib.Dörd nəfərlik ailənin böyük uşağı olan Şebnem 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək \"Yaprak dökümü\"nə başlayıb:\"Ondan əvvəl heç bir layihədə yer almadım. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə idi\".İlk mövsümdə 5 yaşı olduğu üçün çox şeyi yadına sala bilməyən Ş.Cecelinun unutmadığı bir şey var:\"Halil Ergün və Deniz Çakır gülüş mənbəyim idilər. Onlarla bərabər olanda çox gülürdüm\"şMilyonları ekran qarşısına toplayan final seriyasının qala gecəsi isə balaca qızı çox kövrəldibmiş:\"Qala gecəsində çox ağladım. Aradan illər keçdi. Hər bayram Halil Ergünü axtarıam, təbrik edirəm. Hərdən Deniz Çakırla da görüşürəm\".Serial bitəndən sonra çoxlu yeni təklif alan balaca aktrisa heç birini qəbul etməyərək təhsilinə daha çox vaxt ayırıb. O, tibb fakültəsinə qəbul olunmaq istəyir:\"Həkim olmaq istəyirəm. Aktrisalıq isə hər zaman etmək istədiyim bir şeydir. İkisini birgə edə bilsəm, xoşbəxt olaram. Başda Halil Ergün olaraq bütün \"Yaprak Dökümü\" heyəti, Hande Doğandemir və bir də Cem Yılmazla eyni layihədə yer almağı çox istərdim\"./axsam.az/
-
Fanatları ilə evlənən məşhurlar - FOTOLAR
26.07.2016 03:38
Fanatları ilə evlənmiş məşhurların siyasını təqdim edirik:Xəyal kimi görünsə də, bu gerçəkdir. Hər nə qədər inanılmaz olsa da, bu məşhurlar məhz öz fanatları ilə evləniblər. MAY.AZ azxeber.com-a istinadən həmin cütlükləri təqdim edirik:1 Tarkan və Dilək Pınar2 Ebru Şallı və Harun Tan 3 Ozan Doğulu və Ece Yosmanoğlu4 Burak Hakkı və Sema Şimşek 5 Yaşar və Merve Oğuz
-
Günay İbrahimlinin gizli saxladığı sevgilisi (FOTO)
26.07.2016 03:35
Müğənni Günay İbrahimli sevgilisi ilə fotosunu ilk dəfə olaraq paylaşıb.May.Az xəbər verir ki, ifaçı \"İnstagram” bloquna yerləşdirdiyi şəkilə \"Ürəyim” - qeydini yazıb. Həmin fotonu oxuculara təqdim edirik:
-
Türkiyədən XƏBƏR VAR: Konstitusiya dəyişdirilir
26.07.2016 03:33
Türkiyə Cümhuriyyətinin Konstitusiyası və İstanbuldakı Boğaziçi körpüsünün adı dəyişdirilir.May.Az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin 3 saatdan çox davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşündə də bu məsələ müzakirə olunub.Nazirlər Kabinetinin qərarı ilə də Boğaziçi körpüsünün adı 15 iyul şəhidlər körpüsü adlandırılacaq. Eyni zamanda İstanbulda və Ankarada şəhidlərin xatirəsinə bir abidənin ucaldılması qərara alınıb.Bundan başqa Konstitusiya dəyişikliyi də gözdən keçirilib və ortaq fikir əldə olunub. Nazirin dediyinə görə, Konstitusiya dəyişikliyinə əsasən bəzi idarələrin, o cümlədən Jandarmanın və Sahil Təhlükəsilix Xidmətinin Daxili İşlər Nazirliyinin tabeçiliyinə keçəcəyi nəzərdə tutulur.
-
Qəddafi gizli hərəmxanasında azyaşlı qızları nəyə məcbur edirmiş? -DƏHŞƏTLİ FAKTLAR
26.07.2016 03:32
2011-ci ildə xalq tərəfindən linç edilən Liviya diktatoru Muammer Qəddafinin ölümündən sonra həyatı ilə bağlı sirli məqamlar üzə çıxdı. Həmin məqamların əksəriyyəti mediaya sızdırılandan sonra insanları heyrətə gətirmişdi.Qəddafinin hamıdan gizli saxlanılan hərəmxanası, ora zor hesabına gətirilən qadınlar haqqında sirlər onun hərəmxanasında qurban edilən gənc xanımlardan birinin Fransa mətbuatına geniş açıqlamasından sonra dünya mediasının diqqətini çəkdi. Fransız jurnalistlərdən biri hərəmxananın qurbanı olan gənc xanım Seruyanın bütün açıqlamalarını toplayaraq kiçik kitabça şəklində çap etdirdi.Moderator.az xəbər verir ki, kitab Seruyanın Qəddafini ilk dəfə necə görməsinin təsviri ilə başlayır. Məktəblərin birində keçirilən bayramda Qəddafiyə gül dəstəsini məhz o təqdim edir. Qəddafi həyəcanlı yeniyetmə qıza diqqətlə baxır və onun saçını oxşayır. Təbii ki, ilk anda həm ərafdakılar həm də Seruyanın özü bunu nəvaziş kimi qəbul edirlər. Lakin sabahısı gün, hərbi formada olan, cüssəsinə görə kişiləri xatırladan bir qadın məktəbə gələrək Seruyanı başqa bir yerdəki bayrama aparacağını və orada da Qəddafiyə gül dəstəsi verəcəyini deyir. Təbii ki, nə məktəb müdiriyyətinin, nə də qızın valideynlərinin buna etiraz etmək şansları belə yox idi.Məlum məsələdir ki, gənc qız Qəddafinin gözdən-qulaqdan uzaq iqamətgahına və oradakı gizli hərəmxanaya aparılır. Növbəti gün Qəddafinin gecə istirahəti üçün hazırlanan qız diktatorun otağında ona müqavimət göstərir. Qəddafi hərəm işlərini aparan Məkbulə adlı qadına \"buna təlim keçin, sonra yenidən gətirin”,deyir. Ondan sonrakı günlərdə isə Seruya bir neçə dəfə Qəddafinin otağına aparılmaq və gecəni orada keçirtmək məcburiyyətində qalır. Seruya ifadələrində Qəddafinin bəzən gecələr bir neçə qızla eyni vaxtda cinsi təmasda olduğunu qeyd edib. Onun sözlərinə görə, cinsi istismara məruz qalan qızların əksəriyyətinin yaşı 13 yaşdan aşağı olardı.Kitabda Qəddafinin cinsi həyatı ilə bağlı başqa çox faktlar da var. Onun hətta yüksək postlarda çalışan şəxslərin ailə nümayəndələrini də cinsi istismara çəkdiyi qeyd edilir. 17 yaşlı Hüda adlı qız tərəfindən deyilən faktlarda bu detal özünü doğruldur.Başqa bir məsələ isə, Qəddafinin qadın qoruyucuları ilə bağlıdır. Diktatoru hərbi geyimli, kifayət qədər zabitəli və yüksək təlim keçmiş peşəkar qadın cangüdənlər qoruyurdu. Həmin cangüdənlər də vaxtilə cinsi istismara məruz qalmış qadınların arasından seçilirdi.Seruyanın sözlərinə görə, Qəddafi ölsə də, yenə də onun qorxusu insanların üzərində gəzməkdədir. Bu səbəbdən də cinsi istismara məruz qalan bir çox qadınlar bu haqda nəsə deməkdən çəkinirlər.Seruya bəzən hətta yeniyetmə oğlanları belə tərəf müqabili kimi seçən Qəddafinin bu aludəçiliyi ilə bağlı məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.Seruyanın ifadələri əsasında çap edilən \"Les Proies: Dans le harem de Kadhafi” kitabda Qəzzafinin əxlaqsızlığından, bəyəndiyi azyaşlı qızları sarayına salaraq orada həmin qızların başına zülmlər açması barədə başqa faktlar da var.Məsələn, zorla cinsi əlaqəyə məcbur edilən qızların bəzilərini yaxınlarını öldürtməklə hədələyirdilər.18 yaşlı Huda adlı qızı evindən gizli saraya apararaq qardaşını öldürmək hədəsi ilə cinsi əlaqəyə məcbur ediblər:\"Qəddafinin adamları dedilər ki, \"hökumət əleyhinə şeir yazmış\" qardaşının azad olunmağını istəyirsə, onunla yatmalıdır.Qəddafi hər gün ən azı 3 bakirə qızı zorlamasa, sakitləşmirdi. Məni krujevalı alt paltarı geyinib yanında oturmağa, pornoqrafik filmlərə baxmağa vadar edirdi”.Təəssüflər olsun ki, Qəddafinin zorladığı qadınların heç birini ailəsi geri qəbul etməyib. Bəzilərini isə qohumları, ailə üzvləri öldürməklə hədələyiblər. Halbuki, bədbəxt qızların heç bir günahı olmadığını ən yaxşı elə onların özü bilib. Qızlarını qoruya bilmədiyi üçün özlərini günahlandırmayan kişilər, təəssüflər olsun ki, bütün nöqsanları biçarə qızlarda gördülər...
-
Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir
26.07.2016 03:30
Ötən gün Yerdə geomaqnit həyəcanlaşmaları qeydə alınb. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, buna iyulun 23-də Günəşdə baş verən alışmadan sonra tac plazma kütlələrinin klsater şəklində atılması səbəb olub. E. Babayevin sözlərinə görə, bu plazma buludları birbaşa Yerə doğru yönəlməsə də, yaratdığı effektlər dolayısı yolla Yerin maqnit sahəsinə təsir edib. O qeyd edib ki, nəticədə maksimumu 5 olan şkala üzrə G-1 sinfinə mənsub geomaqnit qasırğası baş verib: \"Maksimumu 9 qradasiya üzrə geomaqnit Kp indeksi dünən 5 rəqəminə çatıb. Bu böyük rəqəm deyil, lakin kiçik də sayılmaz: \"Hər halda geomaqnit qasırğası yaranıb. Hazırda Günəş səthində sakitlik hökm sürür və cəmi 16 Günəş ləkəsi var. Bunlar da bir Günəş fəallığı qrupunda birləşib. Sonradan indeks bir qədər də enib və hal-hazırda 3 ətrafındadır. Bu o deməkdir ki, həyəcanlaşma getdikcə zəifləməkdədir”. E.Babayev vurğulayıb ki, bu dəfə qeydə alınan geomaqnit qasırğası kommunikasiya və naviqasiya, yüksək tezlikli elektromaqnit siqnallarına maneə yaradıb. Maksimumu 5 olan şkala üzrə R-1 radiosönmə \"qasırğası” da müşahidə edilib. Bu da radiosiqnalların qısa müddətli \"donma”sına, onlarda hansısa qısamüddətli fluktuasiyalara (həyəcanlaşmalara) səbəb olub. Direktor müavini əlavə edib ki, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur. Tac dəliyindən adətən yüksək sürətli qaynar plazma küləyinin \"əsdiyini” deyən E.Babayev vurğulayıb ki, yüklü zərrəciklər seli Yerətrafı fəzaya çatanda əlavə həyəcanlaşma və hətta geomaqnit qasırğası yaradır: \"Bu dəfə tac dəliyindən olan mənfi təsirlər iyulun 29-30-da gözlənilir. Günəşin səthində alışmaların olma ehtimalı isə çox aşağıdır. Çünki Günəş səthində ləkələrin sayı həddən artıq azdır”.
-
Erməni şahmatçılar Bakıya gəlməkdən imtina etdi
26.07.2016 03:29
Ermənistan Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək.Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan deyib.Xatırladaq ki, Dünya Şahmat Olimpiadası Bakı şəhərində sentyabrın 1-də başlayacaq.
-
Miri Yusif ailəsi ilə istirahətdədir (FOTO)
26.07.2016 03:27
Müğənni Miri Yusif ailəsi ilə istirahətədir.May.Az xəbər verir ki, ifaçı xanımı Nərgiz, qızı Adel və oğlu Mir Hüseynlə fotosunu \"İnstargram”da paylaşıb. Həmin fotoları oxucularımıza təqdim edirik:
-
Türkiyə əhali üçün qaz pulunu aşağı salır
26.07.2016 03:25
Türkiyə hökuməti qış mövsümü ərəfəsində əhali istehlakçı qrupu üçün təbii qazdan istifadə taifini endirməyi planlaşdırır.May.Az \"Report\"-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak \"CNN Türk\" kanalında bildirib.\"Qış gəlmədən böyük ehtimalla vətəndaşlarımıza təbii qazdan istifadəyə görə endirim edəcəyik. Təhkim müddətimiz qışa qədər tamamlanmasa belə, biz bunu vətəndaşlarımıza hiss etdirəcəyik\", - deyə nazir əlavə edib.
-
Qulu Məhərrəmlinin verdiyi şikayətlə bağlı məhkəmə qərarı elan olunub
26.07.2016 03:24
Bu gün Bakı Apellyasiya Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televiziyanın (İTV) İnformasiya Departamentinin direktoru Rauf Rəcəbovla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.\"Report\"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi və R.Rəcəbov çıxış edib.Q.Məhərrəmlinin nümayəndəsi İlham İbadov çıxışında Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edib, işin icraata götürülməsini istəyib.R.Rəcəbov və onun nümayəndəsi isə qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edib.Məhkəmənin qərarına əsasən, Q.Məhərrəmlinin apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli R.Rəcəbovun mətbuatda onun barəsində yazdığı məqaləyə görə Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev isə şikayəti icraata götürməyib. O, iddianı əsassız sayıb. Həmin qərardan narazı qalan Q.Məhərrəmli apellyasiya şikayəti verib.Bundan başqa, Q.Məhərrəmli R.Rəcəbovla bağlı mülki qaydada Səbail Rayon Məhkəməsinə müraciət edib. O, şərəf və layaqətin, işgüzar nüfuzun qorunması, təkzib verilməklə üzr istənilməsi və zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə prosesində R.Rəcəbov mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. İTV-nin əməkdaşı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi iddianın aidiyyəti üzrə düzgün verilidiyi və Səbail Rayon Məhkəməsində baxılmalı olduğu haqda qərar qəbul edib.Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib.Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.
-
4 gün iş olmayacaq
25.07.2016 17:55
Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.May.Az məlumat verir ki, bu barədə \"Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.Belə ki, NK-nin \"2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir.Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.acaq.
-
Dollar bahalaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ
25.07.2016 17:51
İyulun 26-na manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 26.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5755 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyulun 25-də USD/AZN rəsmi məzənnəsi 1,5724 manat təşkil edib.
-
Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib
25.07.2016 17:49
Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib.Trend Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin saytına istinadən bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın \"EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan \"Bioparox\" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyalar aşkar olunub. Bununla əlaqədar həmin dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.
-
Keyfiyətli və şirin qarpızı necə seçməli? (FOTO)
25.07.2016 17:42
Qarpız yay fəslinin əvəzolunmaz giləmeyvəsidir. Amma hər zaman olduğu kimi, qarpızdan zəhərlənmə halları daha çox qeydə alınır. Bəs yaxşı, görəsən, dadlı və eyni zamanda dərmansız olan qarpızı necə tanımaq olar?May.Az xəbər verir ki, əslində, şirin qarpızı seçmək heç də çətin deyil. Qarpızı alan zaman hətta kəsdirmədən dadını müəyyən etmək mümkündür. Əgər qarpızın bir hissəsi sarı rəngdədirsə deməli, o yetişən zaman torpağın üzərində olub. Yetişmiş giləmeyvənin həmin hissəsində rəngi qəhvəyi-sarımtıl rəng olur. Estetik baxımdan gözəl görünməyən həmin qəhvəyi ləkələr ondan xəbər verir ki, bal arıları tozlanma zamanı qarpızın çiçəyinə qonurlar. Məhz belə olan halda həmin qarpız çox şirin olur.Onu da deyək ki, bağbanlar öz aralarında qarpızları ikiyə - \"dişi” və \"erkək”ə ayırırlar. \"Oğlanlar” uzunsov, sulu olur. \"Qızlar” isə yumru və çox şirin olurlar. Qarpız seçərkən, nə çox böyüyünü, nə də ki, lap kiçiyini götürmək lazımdır. Optimal olanı orta ölçülüləridir. Onu da deyək ki, yaxşı qarpız öz ölçüsündən ağır gələnidir.Qarpızın qurumuş saplağı giləmeyvənin kifayət qədər yetişdiyindən xəbər verir. Yox əgər qarpızın saplağı təzə və yaşıldırsa, deməli, giləmeyvə tam yetişməyib.
-
Azərbaycan futbolu üçün tarixi gün: 60 milyonluq bənd
25.07.2016 17:40
Azərbaycanlı futbolçu Budaq Nəsirov Portuqaliyanın \"Sportinq\" klubuna transfer olunub. May.Az-in məlumatına görə, bu barədə klub saytı məlumat yayıb. Müqavilə ilə \"Sumqayıt\" klubuna məxsus olan və son mövsümü \"Kəpəz\"də keçirən Budaqla 1+4 prinsipi ilə razılaşma əldə olunub. Müqaviləyə görə, Budaq Nəsirovu transfer etmək istəyən klub 60 milyon avro təzminat ödəməlidir.
-
Azərbaycanda bəzi kişilər döyülməyə görə arvadından şikayət edir - RƏSMİ
25.07.2016 17:38
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı kişilər də müraciət edir.Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov \"Report”un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub: \"2014-cü ildə isə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbələrə görə olur. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.Onun sözlərinə görə, son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı daxil olan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib: \"Mərkəzlərimizin əməkdaşları mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparıb, fərdi qovluqları açıb, ailələr haqqında məlumat toplayaraq nəzarətə götürüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda \"Zorakılığa yox deyək”, \"Erkən yaşda evlilik cinayətdir”, \"Sağlam həyat naminə erkən nikaha yox deyək”, \"İnsan alverinin qurbanına çevrilməyək” və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb”.Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.