Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Çörək bahalaşır

    29.07.2016 01:32

    İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Modern.az saytı xəbər verir ki, bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının bu gün keçirilən toplantısında qəbul edilib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir. Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.Qeyd edək ki, unun qiymətində hər hansı dəyişiklik gözlənilmir.

  • Okaber – TABOO [mp3]

    28.07.2016 17:32

    Okaber – TABOOOkaber - TABOO Yüklə l Скачать l Download

  • “Park-Bulvar”dan 50 manatlıq parkinq cəriməsi ilə bağlı açıqlama

    28.07.2016 14:43

    27.07.2016 tarixində Azadinform- informasiya agentliyində adı və soyadı qeyd olunmayan müştərinin iddiasına əsasən Park Bulvar AVM kimi yerli və xarici qonaqların sevimli məkanı olan, Milli Parkın simvoluna çevrilən bir yer haqda \"dələduz” kimi xoşagəlməz ifadələrin işlənməsi bizdə həm təəssüf, həm də təəccüb dogurdu. Park Bulvar AVM-in mətbuat xidmətindən May.Az verilən məlumata görə, adı qeyd olunmayan vətəndaş təhlükəsizlik və AVM-in dayanacaq xidməti haqda daxili normativ qaydalarından kənara çıxaraq ərazidə gecə saat 03.00-dan sonra avtomobil saxlayıb. Bunun müqabilində naməlum müştəri dayanacaq haqqını ödəyib. \"Bu addımı atmagımızın əsas səbəbi Park Bulvar AVM-ə üz tutan müştərilərin təhlükəsizliyidir. Bir daha qeyd edirik ki, Park Bulvar AVM-də ancaq magazalarımız, restoran və ya Park Cinema fəliyyət göstərildiyi müddətdə avtomobil saxlamaq olar. Bu haqda müştərilərin avtomobili əraziyə daxil oldugu zaman avtomatdan aldıqları çekin üzərində məlumat qeyd olunur. Müştəri bu məlumat əsasında dayancaq xidmətlərimizdən istifadə edə bilər. Park Bulvar AVM-in dayanacagından fəliyyət göstərdiyimiz müddətdə yararlanmaq olar. Gün ərzində minlərlə insanın əyləncə və ya alış-veriş üçün üz tutdugu məkanda gecə saatlarında təmizlik və başqa cari işlər görülur. Müştəri AVM –in təhlükəsizlik və dayanacaq xidməti haqda daxili normativ qaydalarına riayət etməlidir. Əsas prioriteti müştərilərin təhlükəsizliyi və məmnuniyyəti olan Park Bulvar AVM-in bu Istiqamətdə atdıgı hər bir addım qanunidir və qanun cərcivəsində tənzimlənir\". Xatırladaq ki, bir neçə gün öncə mətbuatda \"\"Park-Bulvar”da qalmaqal\" kimi təqdim olunan məlumatlar yayımlanıb. Belə ki, yayılan məlumatda qeyd edilir: \"İyunun 25-də saat 18:19 radələrində paytaxt sakini öz avtomobilini \"Park-Bulvar”ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilmir. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutur. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildirirlər. Səbəbini soruşduqda isə deyilir ki, bəs, saat 03-dən sonra burda maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər\".

  • Ərdoğan Putini Antaliyaya dəvət edəcək

    28.07.2016 14:37

    Rusiya təyyarəsinin vurulmasından sonra gərginləşən Rusya-Türkiyə münasibətləri sürətlə qaydaya düşür. May.Az xəbər verir ki, münasibətlərin qaydaya düşməsi üçün daha bir sürpriz qərar qəbul edilib. Türkiyə və Ruisya milli futbol komandalarının avqustun 31-də Antaliyada yoldaşlıq görüşü keçirməsi qərara alınıb. Avqustun 9-da Rusiyaya səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Putini bu oyuna baxmağa dəvət edəcəyi gözlənilir.

  • Sabaha olan hava proqnozu açıqlandı

    28.07.2016 14:33

    Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu.Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Abşeron yarımadasında havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 26-28° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, iyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Hepatitli xəstələrin sayı açıqlandı: 260 nəfərdə qaraciyər serrozu var

    28.07.2016 14:31

    Səhiyyə Nazirliyi hazırda qeydiyyatda olan hepatit xəstələrinin sayını açıqlayıb.Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, hazırda hepatit B virusunun sağlam daşıyıcılarının sayı – 577 nəfərdir. 58 nəfər Hepatit B və hepatit D koinfeksiyasına, 77 nəfər isə Hepatit B və Hepatit C koinfeksiyasına yoluxub. 260 nəfər isə qaraciyər sirrozundan əziyyət şəkir.Qeyd edək ki, bu gün Beynəlxalq Hepatitlə Mübarizə Günüdür. Bütün dünyada hepatitdən qorunmaq, virusun müalicəsi ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb. Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış komissiya hepatitli xəstələri qeydiyyata alır. Bu ilin birinci yarısında komissiyaya 1388 müraciət daxil olub.

  • Bakıdan Batumiyə ilk avtobus reysi yola düşdü

    28.07.2016 14:29

    Sərnişinlərin internetə çıxış imkanları mövcuddur.“Bakı-Batumi reysi Gürcüstanın paytaxtı Tbilisi şəhərindən keçməklə həyata keçirilir. Reys həftənin 1, 2, 3-cü günləri saat 18:00-da yola düşür. Təxminən səhər saat 08:00, 09:00 radələrində Batumiyə çatır. Gediş haqqı 35 manatdır. Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur.Beş yaşından on yaşa qədər uşaqlar üçün isə biletin qiyməti yarıdır. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Əgər sərnişinlər istəsələr beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər”.Bu barədə May.Az-a açıqlamasında “Azerbaijan Ground Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin böyük mütəxəssisi Məhəmməd Abdullayev bildirib.Onun sözlərinə görə, hələ ki, ilk reysdir və sərnişinlərin maraqları çoxdur:“İyulun 27-də ilk reys yola düşüb və təxminən 20-dən çox bilet satılıb. Avtobus yola düşən saatlara, yəni 18:00-ə qədər də bilet satışı davam etdirilib.Digər günlər üçün də satış on gün əvvəlcədən satış kassaları vasitəsilə keçirilir. Həmçinin on gün əvvəlcədən də “Bakı Beynəlxalq Avtovağzal”ın rəsmi saytına daxil olaraq onlayn bilet əldə etmək mümkündür”.M.Abdullayev əlavə edib ki, tələbat çoxalarsa, biletin qiymətinin aşağı salınması ilə bağlı təkliflərimizi daşıyıcı şirkətlərə çatdıracağıq:“Qiymətlər hər iki tərəfdən daşımaları həyata keçirən şirkətlərin (həm Gürcüstan, həm də Azərbaycan) razılığı əsasında tətbiq edilir. Biletin qiymətləri müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.Ona görə də qiymətlərin aşağı salınması məsələsinə Bakı Avtovağzalı müdaxilə edə bilməz. Əgər sərnişinlərdən təklif gələrsə, daşıyıcı şirkətlərə (Türkiyənin “Metroturizm” şirkəti – red.) öz təkliflərimizi verə bilərik”.M.Abdullayev avtobusda yaradılan şərait ilə bizi tanış etdi:“Avtobus ikimərtəbəli və komfortdur. Avtobusda 80-ə qədər oturacaq yeri var. Oturacaqların sayı, hələ ki, müraciət edən sərnişinlərin tələbatını artıqlaması ilə yerinə yetirir. Hazırda bu istiqamətdə bir avtobus reysi həyata keçirilir. Əgər gələcəkdə sərnişinlərin sayı artarsa, reyslərin də sayını artıracağıq.Salonda monitorlar quraşdırılıb, həmçinin kondisionerlər və Wi-Fi ilə təchiz edilib. Sərnişinlər yol boyu su və çay ilə təmin ediləcəklər. Bu daşıyıcı şirkətlərin öz təşəbbüsüdür və xidmət haqqına əlavə edilməyəcək. Beləliklə, havaların isti keçməsinə baxmayaraq, sərnişinlər heç bir problem yaşamadan Batumiyə çatacaqlar”.Məhəmməd Abdullayev digər istiqamət üzrə həyata keçirilən reyslər barəsində də məlumat verdi:“İyulun əvvəlindən Türkiyənin “Metroturizm” şirkətinin iştirakı ilə Bolqarıstana reyslər açılıb. Reys həftənin 2, 4, 6-cı günləri həyata keçirilir. Reys günorta saat 12:00-da yola düşür. Sərnişinlər Bakıdan İstanbula qədər Bakı-İstanbul avtobusu ilə yola salınır. İstanbuldan isə Bolqarıstanın Sofiya, Varna şəhərlərinə gedən avtobuslar vasitəsilə sərnişinlər təyinat nöqtələrinə çatdırılır.Gediş haqqının qiyməti 130 manatdır və sərnişinlərin nəzərinə çatdırırıq ki, bu ölkəyə səfər etmək istəyən sərnişinlər Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət edib viza əldə etməlidirlər.Mövsüm ilə əlaqədar həmçinin “Metroturizm” şirkəti Türkiyənin turizm şəhərləri hesab edilən Antalya, Bodrum, Quşadası şəhərlərinə də reyslərə başlayıb. Biletin qiyməti 120 manatdır. Yenə sərnişinlər İstanbuldan avtobuslar vasitəsilə həmin şəhərlərə çatdırılacaq.Hazırda sərnişinlər bu reyslər barəsində məlumatlı deyillər, amma onların sayının artacağını düşünürəm. Bu istiqamətdə ilk reys artıq həyata keçirilib”.Bakı-Batumi istiqamətində olan ilk reysin sərnişinlərindən olan Azər Qasımov bildirdi ki, yeni reys əlavə vaxt itkisinin qarşısını alır:“Birbaşa Bakı-Batumi reysinin açılması olduqca qənaətbəxş və əlverişlidir. Bunu ağıllı təklif olaraq görürəm. Belə ki, əvvəllər Batumiyə getmək üçün bir neçə marşrut dəyişirdim. Amma indi birbaşa təyinat nöqtəsinə çatmaq olur, eləcə də Batumidən yenidən bilet alıb geri qayıtmaq mümkündür. Bu isə əlavə vaxt itkisinin qarşısını alır”.Sərnişinlərdən Samir Əfəndiyev isə qeyd etdi ki, əvvəllər bu istiqamət təxminən 10% baha başa gəlirdi:“Biletin qiyməti normaldır. Əvvəllər bu istiqamətdə getmək təxminən 10% baha başa gəlirdi. Belə ki, Batumiyə çatmaq üçün Tbilisiyə gəlmək, ordan isə bir neçə marşrut dəyişmək lazım idi və bu, əlavə xərc tələb edirdi. Belə ki, Bakıdan Tbilisiyə 13 manat, oradan isə 27 manat verib Batumiyə çatırdıq. Bu isə təxminən 40 manat demək idi.Yəni, hazırda təklif olunan biletin qiyməti elə də baha deyil və gəlirləri az olan şəxslər də Batumini görə bilər. Avtobus kondisionerlər ilə təchiz edilib və komfortdur. Yeni reys əlavə vaxt itkisinin də qarşısını alacaq”.İrandan Azərbaycana gələn və bu ölkədən keçərək Gürcüstanın Batumi şəhərinə gedən həmyerlimiz Hüseyn Kəlami isə hazırda hər şeyin qaydasında olduğunu və komfortun onu təmin etdiyini bildirdi:“Ötən il ailəm ilə birlikdə Azərbaycana səfər etdik və bu ölkənin gəzməli, görməli yerlərində olduq. Bu dəfə isə istədik ki, məhz Azərbaycandan keçərək Gürcüstana, Batumiyə gedək. Şükürlər olsun ki, hələ ki, hər şey qaydasındadır. Bundan əlavə düşünürəm ki, vaxt itkisi olmadığı üçün təklif olunan variant daha uğurludur. Bu, bizim üçün ilk reysdir, ümid edilrəm ki, bu həm bizim, həm də Azərbaycan üçün daha uğurlu olacaq”.

  • Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu

    28.07.2016 14:26

    Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.Virtualaz.org-un məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində deyib ki, birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevadir.\"Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O həm də hakim partiyada sədr müavini olmaqla Prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi”, - deyə Q.Həsənquliyev vurğulayıb. .Bəs kimlər vitse-prezidentlər ola bilər məsələsinə gəldikdə, Q.Həsənquliyev bildirib ki, bu postu tutacaq şəxslər Prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar: \"Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə... prezident bilir”.

  • Bu il Qafqaz Universitetinə tələbə qəbulu olacaq? - Rəsmi açıqlama

    28.07.2016 14:24

    Bu il adı ətrafında müxtəlif söz-söhbətlər yaranmış Qafqaz Universitetinə də tələbə qəbulu həyata keçiriləcək. May.Az xəbər verir ki, bu barədə Modern.az-a Qafqaz Universitetindən məlumat verilib. Məlumata görə, bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.BANM-ın idarəçiliynə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə, hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.Xatırladaq ki, iyulun 20-də təsisçinin - SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

  • Aygün Kazımovanın qızı yenə kökəldi

    28.07.2016 14:22

    Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə sosial şəbəkələrdə öz aktivliyi ilə seçilənlərdəndir. BAKU.WS xəbər verir ki, hazırda Bodrumda dincələn İlqarə ənənəsinə sadiq qalaraq fotolarını və videosunu \"İnstagram\" bloqunda paylaşıb. Bir müddət əvvəl arıqlayan gənc ifaçının yenidən kökəlməsi diqqət çəkib.Sözügedən video və fotoları oxuculara təqdim edirik:

  • İran yenə Ermənistanı seçdi

    28.07.2016 14:20

    İran Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb.Bu barədə İranın neft naziri Bijan Zanqane Ermənistan energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşün yekunlarına dair açıqlamasında bildirib.Beləliklə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır.Qeyd edək ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi.

  • Evə soxulub qadını bıçaqladı, pulunu apardı

    28.07.2016 14:17

    Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.May.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.İ.Hüseynova xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

  • Bütün taksilərdə eyni qiymət olacaq – YENİ QAYDA

    28.07.2016 14:14

    Sentyabr ayından etibarən Bakıda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. May.Az-in məlumatına görə, bu barədə fins.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, qiymətləri Tarif Şurası müəyyən edəcək. \"İndi qiymətləri fərdi taksi sürücüləri və şirkətlər özləri müəyyən edir. Lakin yeni sistem işə düşəndən sonra vahid tarif tətbiq ediləcək . Taksi şirkətlərinə isə müəyyən sərbəstlik veriləcək\".Sistem işə düşəndən sonra taksilərdə xidmət haqqı hər kilometrə görə hesablanacaq. Bunun üçün maşınlarda taksometrlər quraşdırılacaq. N.Allahyarova deyir ki, yeni qurğu vasitəsilə sürücülərin qeydiyyatı və vergiyə cəlb olunması asanlaşacaq.Taksi xidməti ilə bağlı yeniliklər \"Nəqliyyatın inkişaf konsepsiyası”nda nəzərdə tutulub. Sənədə əsasən, taksi xidməti göstərən sürücülərə yeni fərqlənmə nişanları veriləcək. Nişanı \"ASAN Xidmət” mərkəzlərindən alacaqlar. İndi fərqlənmə nişanlarının qiyməti də dəyişə bilər. Qeyd edək ki, hazırda həmin nişanların qiyməti 18 manatdır. N.Allahyarovanın sözlərinə görə, indiyədək 16 min fərdi taksi sürücüsü və 3 özəl şirkət qeydiyyatdan keçib. Qeyd edək ki, hazırda dayanacaqlarla bağlı müəyyən problemlər var. Belə ki, bu dayanacaqlardan adətən taksi şirkətlərinin avtomobilləri istifadə edirlər. Fərdi taksilərin isə buradan istifadəsinə imkan verilmir ki , bu da haqlı narazılıq doğurur. Mətbuat katibi bildirir ki, burada ayrı-seçkilik qoyula bilməz, yəni qanuni fəaliyyət göstərən istənilən taksi sürücüsü bu dayananacaqlardan istifadə edə bilər: \"Mühüm tədbirlər zamanı şəhərin mərkəzi hissəsində dövlət əhəmiyyətli yollarda taksi dayanacaqlarının fəaliyyəti məhdudlaşdırıla bilər. Əks halda, heç kim başqa bir sürücünün dayanacaqdan istifadəsini qadağan edə bilməz\".Qeyd edək ki, hazıvrda Bakıda 160-a yaxın taksi dayanacağı var. Bunların yarıdan çoxu qeydiyyatsızdır. N.Allahyarova deyir ki, ümumiyyətlə, sentyabrdan bu sahədə də yeniliklər olacaq:\"İndi Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir. Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq. Əlverişli yerdə olmayan taksi dayanacaqları ləğv olunacaq\".Dayanacaqların qeydiyyatına gəlincə, mətbuat katibi deyib ki, indi qeydiyyatsız fəaliyyət göstərən taksi dayanacaqları tələblərə cavab verəcəksə saxlanılacaq və qeydiyyata alınacaq.

  • Diqqət! Sabah bu rayonlarda qaz olmayacaq

    27.07.2016 02:20

    İyulun 27-də saat 10-dan 18-dək bəzi rayonlarda qaz olmayacaq. Həmin rayonları təqdim edirik.İyulun 27-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, “Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

  • Deputat parlamentdə pornoya baxarkən tutuldu.

    27.07.2016 02:18

    Deputat Vyaçeslav Konstantinovski parlamentin iclasında pornoqrafiyaya baxarkən tutuldu.Parlamentin iclasında pornoqrafiyaya baxanda tutulan Ukrayna Ali Radasının deputatı Vyaçeslav Konstantinovski deyib ki, bu xəbər yayılandan sonra arvadı ilə ödənişli kabel televiziyasını izləyiblər və uzun müddət yuxuya gedə bilməyiblər. O, bu barədə özünün Facebook səhifəsində yazıb.“Əgər mənim telefonumdakı videoya diqqətlə baxılsa, aydın olacaq ki, erotik fotoları öz arvadıma göndərirəm”, - deputat bunu da vurğulayıb.Konstantinovski iyulun 25-də parlamentin iclasında pornoqrafiyaya baxmasını əsas duyğuları və sessiya zalındakı klounlarla izah edib. Deputat məhkəmə sisteminə aid olan qanun layihələrindən birinin müzakirəsi zamanı pornoqrafiyaya baxırmış.Konstantinovski iri biznesmendir. O 2014-cü ildə şəxsi “Rolls-Royce Phantom” avtomobilini satıb pulunu Donbasdakı hərbi döyüşlərin iştirakçılarına göndərəcəyini elan etməsi ilə məşhurlaşıb. O, vədini parlament seçkiləri ərəfəsi kampaniya zamanı yerinə yetirib.

  • Qardaş ölkə Türkiyə Ermənistanla sərhədləri aça bilər

    27.07.2016 02:16

    Türkiyənin Ermənistanla sərhədi açmaq istəməsi barədə xəbəri \"Hürriyet\" qəzetinin yazarı Fatih Çekirge məqaləsində yazıb.Fatih Çekirge bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bu məsələni müzakirə etmək olub:\"Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. Hətta müsbət cavablar alıb və bunun üçün zəmin yaranıb. Ancaq iyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb\".

  • 27 İyul Üçün Olan Bürclər

    27.07.2016 02:14

    May.az gündəlik bürclər 27 iyul 2016 cı il üçün olan bürcləri təqdim edir.QOÇ - Bu gün fiziki işlərə bir qədər ara verməyiniz lazım gələcək. Çünki rastlaşacağınız uğurlar daha çox işdən kənara təsadüf edəcək. Həlledici məqamlarda məqsədəuyğun qərarlar çıxarın.BUĞA - Ətrafınızda olanları aldatmayın. Əks təqdirdə bunun acısını özünüz çəkəcəksiniz. Sizə xeyirxahlıq edənlərə borclu qalmayın. Nahardan sonra sevindirici hadisələrin şahidi olacaqsınız.ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ovqatınızda mənfi çalarlar müşahidə oluna bilər. Bunun üçün həll edə bilmədiyiniz məsələlərə girişməməlisiniz. Sonrakı müddətdə uğurlu sövdələşmələr mümkündür.XƏRÇƏNG - Yaxşı olar ki, bütün enerjinizi fəaliyyət istiqamətinə yönəldəsiniz. Çünki hansısa danışıqların və ya müzakirələrin uğurlu nəticə verəcəyini ulduzlar təkzib edir.ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün geniş imkanlarınız olacaq. Müttəfiqlərinizin köməyindən istifadə edin. Göy qübbəsi sizi müdafiə etdiyindən heç bir qanqaraçılığı gözlənilmir.QIZ - Bürcünüz üçün iyulun uğurlu təqvimlərindən biridir. Bir tərəfdən situasiyaların gözlənilmədən xeyrinizə dəyişməsi, digər tərəfdənsə perspektivli təkliflər almağınız ovqatınızı yüksəldəcək.TƏRƏZİ - Yeni əlaqələr yaratmaq, müşkül işlərə aydınlıq gətirmək üçün münasib gündür. Utopik düşüncələrə qapılmaqdansa, reallığa uyğun addım atın. Daxili xofunuzu aradan qaldırın.ƏQRƏB - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdən razı qalacağınızı bəyan edir. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görəcək. Özünüzü fağır göstərməyin.OXATAN - Az da olsa, bədxah adamlar tərəfindən sıxıntılara mübtəla ola bilərsiniz. Əgər saat 15-ə qədər özünüzü toplasanız, sonrakı ərəfədə ümumi ovqatınız qənaətbəxş olacaq.OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Sürprizlərə də hazır olun. Ulduzlar bəxtinizə xoş nüanslar bəxş edəcək. Axşam doğma ünvanlarda mehman olmağınız məsləhətdir.SUTÖKƏN - Səhhətinizdə hər şey qaydasındadırsa, bu təqvimdən narazı qalmayacaqsınız. Bu gün aldığınız təkliflər perspektivli olduğundan imtina etməyə tələsməyin. Uğurlu əlaqələr də mümkündür.BALIQLAR - Fərdi fəaliyyətinizdə böyük irəliləyişlərə keçid mərhələsini yaşamaqdasınız. Hər şey çıxardığınız qərarlardan birbaşa asılıdır. Belə məqamlarda kənar məsləhətlər o qədər də səmərəli deyil.

  • ANS-in məhkəməsi baş tutdu

    27.07.2016 02:04

    Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) \"ANS Müstəqil Yayım və Media\" Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.Bu barədə \"Report\"a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək \"Abşeron\" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya \"Abşeron\" əvəzinə, \"Sevgi naminə\" adlı serial təqdim etdiyini bildirib.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, \"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq \"ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, \"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq \"ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.Daha sonra MTRŞ \"ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.Hazırlıq iclası iyulun 29-na təyin edilib.

  • Namus üstündə məmur oğlunun başını kəsən gəncdən xəbər var

    27.07.2016 02:01

    Bu gün Bakı Apelyasiya Məhkəməsində Elşən Nəsirovun barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. May.Az teleqraf.com-a istinadən bildirir ki, ötən il noyabr ayında Elşən Nəsirov əmisi oğlu Elnur Nəsirovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Eləşən Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub. Hadisənin namus üstündə baş verdiyi bildirilib. Belə ki, uzun illərdir ki, Elnur Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş. Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan Elnur Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub. Elnur Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Nəsirov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elşən Nəsirovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Elşən Nəsirovun anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

  • Hacı Şahinin oğurlanmış Facebook hesabı qaytarıldı

    27.07.2016 01:59

    Hacı Şahin Həsənlinin 1 il əvvəl oğurlanmış Facebook səhifəsi geri qaytarılıb.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, \"Məşədi Dadaş\" məscidinin imam cüməsi, ilahiyyatçı alim hacı Şahin Həsənlinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin (https://www.facebook.com/HaciShahinHasanli/) oğrulanması ilə bağlı ictimaiyyətə açıqlama verilib.May.Az xəbər verir ki, müraciətdə qeyd edilir ki, 21 iyul 2015-ci il tarixində hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsi bədxahlar tərəfindən oğurlanıb: \"Səhifədə Azərbaycanda olan dini dözümlülük mühitinə ciddi zərbə vura biləcək təbliğat aparılır, dini zəmində qarşıdurmalara səbəb ola biləcək hərəkətlərə yol verilir və hacı Şahin Həsənlinin mövqeyini əks etdirməyən məlumatlar paylaşılırdı. Bu səbəbdən biz Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edərək səhifənin geri qaytarılmasına nail ola bildik. Bəlli olduğu kimi, səhifəyə hücüm edən şəxslər dini tematikaya aid digər resurslara da hücum etmiş və cəmiyyətimizin sabitliyinə zərbə vura biləcək hərəkətlərə yol veriblər. Bu səbəbdən, cinayətkarların qanunla cəzalanması və gələcəkdə dini zəmində münaqişələrin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunub.Öz növbəmizdə, operativ yardımlarına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elelktron Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, həmçinin də təxribatlara etinasız qaldıqları üçün izləyicilərimizə dərin təşəkkürümüzü bildiririk!\"QMİ rəsmisinin adından, həmçinin nəzərə çatdırılır ki, dövlət qurumları tərəfindən istintaq sona çatmayana kimi əlavə suallar cavablandırılmayacaq.