Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • \"FlyDubai\" bütün reyslərini təxirə saldı

    04.08.2016 00:15

    \"FlyDubai\" aviaşirkəti Dubay beynəlxalq hava limanından həyata keçirilən bütün reysləri çərşənbə günü saat 23.00-a qədər dayandırıb.Trend TASS-a istinadən xəbər verir ki, reyslər Dubay hava limanında qəza vəziyyətində eniş etmiş \"Emirates\" şirkətinə məxsus \"Boeing 777-300\" təyyarəsi ilə bağlıdır.Dubay hava limanına uçuşları həyata keçirən xariçi aviaşirkətlər hələ ki Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanlarından təlimatlar almayıb. Eyni zamanda, gözlənilir ki, bir gün ərzində Dubay hava limanından həyata keçirilən uçuşlarda fasilələr yaranacaq.Xatırladaq ki, \"Emirates Airlines\" aviaşirkəti bu gün yerli vaxtla saat 12.45-də Dubayın hava limanında təcili eniş etib. Hadisə zamanı təyyarədə 228 sərnişin və 18 ekipaj üzvü olub. Bütün sərnişinlər evakuasiya edilib, tələfat yoxdur. Təyyarə Hindistanın Tiruvanantapuram şəhərindən EK521 reysini həyata keçirib.Bir neçə KİV təyyarənin Dubay hava limanında həyata keçirilmiş uğursuz təyyarə enişinin videoçarxlarını dərc edib. Videoda görünür ki, eniş zamanı təyyarədə (təqribən mühərrikin) partlayış müşahidə olunur.

  • Röya ilə Abbasın yeni mahnısı: “Sevgilim ol”

    03.08.2016 19:13

    Əməkdar artistlər Röya Ayxan və Abbas Bağırov ötən həftə anons etdikləri yeni dueti yayımlayıblar. May.Az xəbər verir ki, A.Bağırovun təşəbbüsü ilə hazırlanan bəstə illər öncə yazılıb. Onu da deyək ki, \"Sevgilim ol” müğənnilərin ilk işi deyil. Bundan öncə onlar \"Sevgilim\", \"Ayrılıq\"mahnılarını birgə oxuyublar. Söz və musiqisi Sevda Məmmədliyə aid olan yeni mahnını oxuculara təqdim edirik:

  • Sürücülərin nəzərinə! Yol polisi reydlərə başladı

    03.08.2016 19:11

    Azərbaycanda texniki baxışdan keçməyən xarici ölkə istehsalı olan avtomobillərlə bağlı reydlərə başlanılıb.Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.K.Əliyev qeyd edib ki, reydlərə avqustun 1-dən start verilib: \"Mayın 1-dən xarici ölkə istehsalı olan avtomobillərə texniki baxışdan keçmək üçün 3 ay vaxt verilib. Bu vaxt artıq başa çatıb. Bu müddət ərzində texniki baxışdan keçməyənlər indi də müraciət edib avtomobilini texniki baxışdan keçirə bilərlər. Çünki texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsinin idarə olunmasına görə, həm fiziki, həm də hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunur və bunun üçün 50, 100 və 300 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücülər əlavə cərimələr ödəməmək üçün avtomobillərini vaxtında texniki baxışdan keçirməlidirlər\".K.Əliyev bildirir ki, texniki baxışdan keçmədiyi üçün hansısa sürücü barəsində inzibati protiokol tərtib olunarsa, 10 gün ərzində həmin xəta aradan qaldırılmadığı halda, yəni, avtomobil texniki baxışdan keçməsə, sürücüyə yenidən protokol tərtib ediləcək.

  • Azərbaycanda iki gündə 21 min sürücü cərimələndi

    03.08.2016 19:08

    Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. May.Az-in məlumatına görə, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.K.Əliyev bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər davam edəcək: \"Respublika ərazisində reydlər təşkil olunub. Reydlər yalnız şənbə və bazar günləri deyil, həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə alsınlar ki, yay mövsümündə, xüsusilə də avqust ayında məzuniyyətdə olan insanların sayı daha çoxdur və yollarda hərəkətin intensivliyi də kifayət qədər artır. Sürücülərin yol hərəkəti qaydalarına riayət etmələri mühüm əhəmiyyət daşıyır. İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır”.K.Əliyev deyib ki, belə halların qarşısını almaq üçün yol polisinin bütün şəxsi heyəti artıq səfərbər olunub və regionlarda reydlər gündəlik keçiriləcək: \"Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”.

  • Ərdoğan daha bir qurumu ləğv etdi

    03.08.2016 02:59

    Türkiyənin Telekommunikasiya Birliyi ləğv edilir. May.Az Türkiyə mətbuatına istinadən xəbər verir jki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama varib. Onun sözlərinə görə, bununla bağklı artıq qərar qəbul edilib. O, qurumun işçiləri ilə bağlı isə lazımi tədbirlərin görüldüyünü bildirib.

  • Ətin qiyməti bahalaşdı

    03.08.2016 02:55

    Avqustun 1-dən mal əti 0,50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb.May.Az Turan-a istinadən xəbər verir ki, bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat - 7 manatdan 7,50 manata və ya 7,1% bahalaşmışdı.Ət ötən illər iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata qədər bahalaşıb, sonra 7 və 7,5 manata düşüb. 2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.Mal əti 2012-ci ilin sonu, 2013-cü ildə 9 manata qədər bahalaşmışdı. Ekspertlərin fikrincə, indiki bahalaşma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalaşır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.

  • Putin Bakıya gəlir

    03.08.2016 02:53

    Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.May.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Qeyd edək ki, prezidentlərini görüşünün keçirilməsi xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.

  • Suraxanı sakinlərinə şad xəbər

    03.08.2016 02:49

    Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, altmış iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində \"Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,0 (üç) milyon manat ayrılıb.Maliyyə Nazirliyi və \"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

  • DİN-dən yol polisinin fotosu ilə bağlı cavab: O yaşlı taksi sürücüsü... - FOTO

    03.08.2016 02:45

    Bu gün sosial şəbəkə istifadəçilərindən biri yol polisi əməkdaşının fotosunu yayaraq belə bir status paylaşıb: \"Polis az öncə şəhərdə yaşlı taksi sürücüsünü telefonla danışdığına görə cərimələyib. Özü isə nə kəmərdən istifadə edir, nə də qanuna əməl etməyərək, telefonla danışır. Yaşlı kasıb taksi sürücüsünə qanun var, bunlara yox?!\". Məsələ ilə bağlı Avtosfer.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. O, həmin status barədə məlumatı olduğunu bildirdi: \"O statusdan mənim də xəbərim var. Çox güman ki, onu paylaşan sosial şəbəkə istifadəçisinin \"Yol hərəkəti haqqında\" Qanundan və \"Yol Patrul Xidməti haqqında\" Təlimatdan xəbəri yoxdur. Ona görə də, bir daha xatırlatmaq istərdim ki, \"Yol hərəkəti haqqında\" Qanunun 74-cü maddəsində göstərilir ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü (bu halda YPX əməkdaşı) yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə bu Qanunun tələblərindən kənara çıxa bilər. \"Yol Patrul Xidməti haqqında\" Təlimatda da göstərilir ki, operativ nəqliyyat vasitəsini idarə edən sürücülər xidməti zərurətlə əlaqədar, yəni naryadların idarə olunması və onların arasında qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə həmin nəqliyyat vasitəsində olan rabitə vasitələrindən (radio-rabitə, radiocihaz və telefon) istifadə edə bilər. Eyni zamanda, YPX əməkdaşları xidmətdə olarkən onlara yaşayış məntəqələrində təhlükəsizlik kəmərindən istifadə etməmək hüququ da verilir\".Ehsan Zahidov sonda onu da bildirib ki, YPX əməkdaşlarının gün ərzində müəyyən etdiyi yüzlərlə qayda pozuntuları neçə-neçə yol-nəqliyyat hadisəsinin qarşısının alınması deməkdir: \"Sosial şəbəkə istifadəçisi bilməlidir ki, halına acıdığı o \"yaşlı kasıb\" taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında mobil telefondan istifadə edərkən həm Qanunun tələbini pozur, həm də qəza şəraiti yaratmaqla özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə məruz qoyur\".

  • Keçmiş arvadını polislə yaxalayan kişi: \"Həmin vaxt hər ikisinin şəklini çəkdim\"

    03.08.2016 02:41

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.\"Report\"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.O, ifadəsində özünü təqsirli bildiyini deyib. İ.Bəbirov bildirib ki, hadisədən əvvəl keçmiş həyat yoldaşı ilə qətlə yetirilən Malik Muradovu bağ evində bir yerdə görüb: \"Həmin vaxt hər ikisinin şəklini çəkdim. Evimdə yatırdım. Malik 4-5 nəfərlə birgə evimə soxulub, mənə hücum etdi. Mən də bundan sonra onu güllələdim\".Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu Qala qəsəbəsində qeydə baş verib. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.İlkin məlumata görə, İ.Bəbirov hadisəni namus üstündə törədildiyi bildirilib. O, ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri M.Muradovun baş nahiyəsinə dəyib.Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

  • Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

    02.08.2016 11:42

    Bakının Qaradağ rayonunda meyit aşkarlanıb.\"Report”un xəbərinə görə, \"Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub.Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Çörək niyə bahalaşdı? (ARAŞDIRMA)

    02.08.2016 11:34

    Qısamüddətli müzakirələrdlən sonra əksər çörək zavodları və sexləri çörəyin qiymətini artırıb. Çörək istehsalçıları qiymət artımını çörəyin çəkinin artması ilə əlaqələndirməyə çalışsalar da, qiymət-çəki nisbətinin dəyişməsi bu arqumentin ciddi olmadığını göstərib.Bakının ən böyük çörək istehsalçısı və digər çörək istehsalçıları üçün də qiymət oriyentiri rolunu oynayan «Bakıxanov» Çörək Zavodundan verilən məlumata görə, zavoda buraxılan çörəyin mağazalara yayım qiyməti 35 qəpikdən 45 qəpiyə, mağazalarda satış qiyməti isə 40 qəpikdən 50 qəpiyə yüksəlib. Zavodun satış şöbəsinin əməkdaşları iddia edirlər ki, çörəyin qiymətinin artımı onun çəkisinin yüksəlməsi ilə bağlıdır. Belə ki, indiyədək 670- 700 qram olan çörək hazırda 730-770 qram təşkil edir. Hərçənd, göründüyü kimi, çəki artımı qiymət artımı ilə müqayisədə cüzidir. Binə Çörək Zavodu da qiymətləri artırıb. Əvvəl çəkisi 650 qram olan çörək 40 qəpiyə satılıb . İndi zavodun bişirdiyi çörək 50 qəpiyə satılır. Çörəyin çəkisinin də təxminən 100 qram artdığı iddia edilir. Gilan Holdinq\"ə daxil olan 1 saylı çörək zavodundan isə qiymətlərin artmadığı bildirilib. Burada 700 qramlıq çörək mağazalara 36 qəpiyə buraxılır və 40 qəpiyə satılır, 500 qramlıq çörək isə mağazalara 26 qəpikdən buraxılır və burada 30 qəpiyə satılır. Zavodun nümayəndəsi Ramin Qədirov bildirib ki, bunun üçün rəhbərliyin qərarı lazımdır: «Zavodun rəhbərləri hansı qərarı versələr, biz də o qiymətə satacağıq. Hələlik qiymət artımı gözlənilmir». Çörək istehsalçıları bildirir ki, qiymət artımının səbəbləri unun, elektrik enerjisinin və suyun satış qiymətinin yüksəlməsidir. Çörək istehsalında əsas xammal olan unun qiymətinin yüksəlməsi qiymət artımına xüsusi təsir edib. İstehsalçılar bildirir ki, indiyədək un kisəsinin qiyməti 21,5 manat olduğu halda, hazırda bu qiymət 23,5 manata yüksəlib. Enerjinin 1 qəpik və ya 16% yüksəlməsi də çörəyin maya dəyərinə təsirini göstərib. İstehsalçılar bildirir ki, ilk baxışdan çüzi artıma görünsə də, enerjini bahalaşması qiymətlərə təsir etməyə bilməzdi. Nəhayət, suyun satış qiymətinin müəssisə və təşkilatlar üçün təqribən 2 dəfə artırılması da qiymətlərə yekun təsirini göstərib.

  • Nadir Qafarzadə də geyimlərini satışa çıxardı

    31.07.2016 01:10

    Müğənni Nadir Qafarzadə geyimlərini satışa çıxarıb. May.Az xəbər verir ki, ifaçı bu haqda \"İnstagram\" bloqunda yazıb. O, əldə edilən pulu xeyriyyə işlərinə sərf edəcəyini bildirib:\"Bir-iki dəfə istifadə etdiyim geyimlərimi satışa çıxarıram. Ucuz qiymətə satacağam. Yığılan pul aztəminatlı və kimsəsizlərə veriləcək”.Qeyd edək ki, bundan əvvəl müğənni Gülay Zeynallı və Ayan Babakişiyeva da geyimlərini satışa çıxarıb

  • Bu gün hava necə olacaq?

    30.07.2016 13:51

    Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında gecə və axşambəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

  • Cəbhədən xəbər gəldi - Atəşkəs pozulub

    30.07.2016 13:49

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • \"Sovetski\"də 4 minə yaxın ev və obyekt köçürüldü

    30.07.2016 13:46

    Bakının Yasamal rayonunun \"Sovetski\" kimi tanınan ərazisində \"Azəravtoyol\" ASC tərəfindən aparılan yenidənqurma və abadlıq işləri davam etdirilir. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.Qurum rəsmisi bildirib ki, \"Sovetski\"nin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.Layihənin icrasına uyğun olaraq ilkin mərhələdə 3827 yaşayış və qeyri-yaşayış sahəsinin tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib. O cümlədən 3497 obyekt satın alınıb, 219 obyekt üzrə isə vətəndaşlar yaşayış sahəsi ilə təmin edilib: \"Məlumat üçün bildirək ki, sözügedən ərazidə satın alınmamış 111 obyekt qalıb, satın alınan obyektlərdən isə 249 ədədinin söküntüsü davam edir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti sahəsinə düşən 23 tarixi əhəmiyyətli binadan 21-i tarixi əhəmiyyətli binaların siyahısından çıxarılaraq sökülüb. Ərazidə \"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək”.A.Nəcəfli bildirib ki, yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq, küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.Yenidən qurulacaq B.Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, B.Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa ediləcək.Tikinti işlərinin aparılacağı A.Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 - 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən M.Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.Aparılacaq yenidənqurma işləri çərçivəsində N.Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun 2-5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7-17.5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr olması planlaşdırılır.Qurum rəsmisinin sözlərinə görə, yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur: \"Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34.5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24.4 min kvm səki hissəsində isə bəzək daşları istifadə ediləcək. Yenidən qurulacaq küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi istifadə edilməsi nəzərdə tutulur.Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda \"cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur”.

  • Alla Puqaçova makiyajsız \"selfie\"sini paylaşdı - FOTO

    30.07.2016 13:42

    Rusiyanın xalq artisti Alla Puqaçova da son zamanlar \"İnstagram\"ın fəail istifadəçilərindən birinə çevrilib.May.Az xəbər verir ki, müğənni gənc həmkarları ilə ayaqlaşmağa çalışır. Belə ki, 66 yaşlı ifaçı makiyajsız fotosunu paylaşıb. Həmişəki kimi şərhlərdə izləyicilərin fikirləri də fərqli olub. Bəziləri bunu sadəlik adlandırsa da, digərləri \"Primadonna\"nın bir qədər ciddi olmasını istəyib.Sözügedən fotonu oxuculara təqdim edirik:

  • Azərbaycanda həcc ziyarətinə maraq azalıb - Yerlər boş qaldı

    30.07.2016 13:40

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun müddətini daha 10 gün uzadıb. QMİ-dən APA-ya verilən məlumata görə, ziyarət üçün ayrılmış boş yerlərin hələ də dolmaması səbəbi ilə sənəd qəbulunun vaxtı iyulun 31-dən avqustun 10-a qədər uzadılıb. Boş qalan yerlər isə yalnız VİP ziyarət növü üçün nəzərdə tutulanlardır. Bu günə olan məlumata görə, bu yerlərdən 40-ı hələ də boşdur. Nisbətən ucuz ziyarət növü üçün ayrılan yerlər isə iyunun 30-dan artıq dolub. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

  • Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb

    30.07.2016 13:37

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcəisti, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

  • Murat Boz - Janti

    30.07.2016 11:53

    Mügənni: Murat Boz Musiqi Nömrəsi: 1158 Mahni: Janti Yükləmə sayı: 0 Müddet: 30-07-2016 11:48 Ölçü: 4.77 MBMP3: Yüklə l Скачать l Download