Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar

    10.08.2016 11:24

    Bakı Slavyan Universitetinə yeni təyin olunan rektor Nurlana Əliyeva artıq ilk göstərişini verib. May.Az-in məlumatına görə, xanım rektor universitetin fasadındakı mozaikalı rəsmləri sökdürür. Günel İmamova adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı şəkildən aydın olur ki, təmir-tikinti işlərinə start verilib. Maraqlısı ondadır ki, mozaikalı rəsmlərdə Nəsimi, Nizami və Mirzə Fətəli Axundovun portretləri həkk olunub. Universitet rektorunun belə bir qərar verməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Fasaddan sökülən mozaikanın yerinə nə vurulacağı hələlik bilinmir. Oxucularımız daha təfəkkürlərin rəsmlərinin universitetin başqa bir guşəsində yenidən həkk olunacağına ümid edir.

  • Putin: Xəzərdə yeni layihələri müzakirə edə bilərik

    09.08.2016 02:26

    Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edib. O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər. \"Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.

  • Fərda Xudaverdiyevə əməliyyatdan sonra bunu etmək olmaz

    09.08.2016 02:25

    Yumor ustası Fərda Xudaverdiyev əməliyyat olunacaq. May.Az xəbər verir ki, aktyor bu haqda \"ATV maqazin onlarla” verilişində danışıb. O, bildirib ki, səs telində düyün aşkarlanıb:\"Azərbaycanda ən böyük problem səhnədə mikrofonlarla yaranan nasazlıqdır. Çıxışların birində mikrofonda problem yarandı, əsəbiləşib kənara qoyara çıxış etdim. Sonra həkimə gedəndə, belə problem yarandığını bildirdi. Hazırda əlimdə olan filmi təhvil verib, 1 həftəyə əməliyyat olunacağam. Mənə həmin müddət ərzində 20 gün danışmaq olmaz”.

  • Qarpızdan kütləvi zəhərlənmə

    08.08.2016 03:14

    Sumqayıtın Hacı Zeynalabidin Tağıyev qəsəbəsində yaşayan 5 nəfər qarpızdan zəhərlənib.May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 5-də sözügedən qəsəbədə yaşayan azyaşlılar - Kamilə Alıyeva, Ümid Alıyev, İslam Alıyev, Fərid Xankişiyev və Şərafət Xankişiyeva qidadan zəhərləniblər.Zəhərlənmə qarpız giləmeyvəsindən olub. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.

  • Sabah Bakıda 38 dərəcə isti olacaq

    08.08.2016 03:10

    Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən May.AZ-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

  • Olimpiya Oyunlarının ilk liderləri - SİYAHI

    08.08.2016 03:07

    Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə 12 dəst medal uğrunda yarışlarda 17 ölkədən idmançılar fərqləniblər.Hesabında 2 qızıl və 1 bürünc medal olan Avstraliya cədvələ liderlik edir. İki qızıl medalla Macarıstan ikinci, 1 qızıl və 4 gümüş medalla ABŞ üçüncü pillədə qərarlaşıb.İlk beşliyi Koreya Respublikası (1-1-0) və Yaponiya (1-0-4) tamamlayır.

  • ŞOK: 6 yaşlı qız uşağını bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər

    08.08.2016 03:05

    Əfqanıstanda 6 yaşlı qız uşağı 55 yaşlı kişi ilə zorla evləndirilib. May.Az xəbər verir ki, Qaribqol adlı qızın atası onu 55 yaşlı Səid Abdullaha keçi, düyü, çay, yağ və şəkər qarşılığında satıb. Toydan sonra Qaribqolu evinə aparan \"bəy” qohumlarına onu qızı kimi təqdim edib. Ancaq qohumları Səidi izləyiblər və onun qızı soyundurmağa çalışdığını görüblər. Bundan sonra qohumlar dərhal polisə müraciət edib. Polis qızın atasını və Səid Abdullahı saxlayıb. Polisə ifadə verən ata ailəsini dolandıra bilmədiyini, ona görə də, qızını evləndirdiyini deyib. Atanın sözlərinə görə, \"kürəkən” qızının 18 yaşına çatmadan ona toxunmayacağına söz verib. Qeyd edək ki, BMT-nin statistikalarına görə, Əfqanıstanda qadınların 46.4 faizi 8 yaşına çatmadan evləndirilir.

  • Azərbaycanda avtomobil istehsalı zavodunun təməli qoyuldu

    06.08.2016 13:22

    Neftçala Sənaye Məhəlləsində Azərbaycan ilə İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməli qoyulub.\"Report\"un Aran bürosu xəbər verir ki, zavod Azərbaycanın \"Azeurocar” şirkətinin İranın \"Iran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə əsasında inşa ediləcək.Müəssisənin təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Musatafayev və İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun tikintisi Azərbaycan və İran şirkətləri tərəfindən birgə reallaşdırılacaq. Müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil təşkil edəcək. Zavodda 300 yeni iş yerinin açılması nəzərdə tutulur.Qeyd edək ki, ümumi dəyəri 22,5 milyon manat olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyul ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.

  • Новый снимок Сямры Рагимли вызвал бурные обсуждения в сети (фото)

    06.08.2016 13:18

    Представительница Азербайджана на международном песенном конкурсе \"Евровидение-2016\" Сямра Рагимли продолжает удивлять своих поклонников. Как передает May.Az, в сети распространилась фотография певицы, которая вызвала неоднозначную реакцию среди пользователей. Соблазнительная звезда в очередной раз снялась в откровенной фотосессии. Представляем вашему внимаю данный снимок:

  • Rövşən Lənkəranskinin qruplaşmasına basqın: 30 nəfər saxlanıldı

    06.08.2016 11:36

    Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.May.az Virtualaz.org-a istinadən xəbər verir ki, Nijniy Tagildə keçirilənirimiqyaslı xüsusi əməliyyat zamanı cinayətkar “sxodka”nın 30 iştirakçısı saxlanılıb.Bildirilir ki, hüquq-mühafizə orqanlarına “Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir. “Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal “sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.Saxlanılanlardan 8-i yerli biznesmenlərdən birindən iri məbləğdə pulu reketliklə almaqda şübhəli bilinir.Xatırladaq ki, bu il martın sonlarında Sverdlovsk vilayəti üzrə əməliyyat polisi FTX-nin yerli idarəsinin əməkdaşları ilə birlikdə azərbaycanlı kriminal ünsürlərin toplantısına basqın edib, “Rövşən Lənkəranski”nin region üzrə səlahiyyətli adamı Ağayar Ağayev və bir neçə başqa qruplaşma üzvü saxlanılıb.

  • Yol polisi sürücülərə xəbərdarlıq etdi

    05.08.2016 00:53

    Yol polisi ölkədə keçirilən \"Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir.Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə \"Təmiz hava” aylığı keçirilir: \"Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola bilər ki, özləri də bilmədən avtomobillərinin ixrac etdiyi dəm qazı normadan artıq olsun. Sürücülər əlavə cərimə olunmamaları, ətraf mühitin və insanların sağlamlığının qorunması üçün avtomobillərinin havaya buraxdığı dəm qazının normasını yoxlatdırsınlar. Əgər nasazlıq varsa, aradan qaldırsınlar”.Qeyd edək ki, avqust ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində \"Təmiz hava\" aylığı keçirəcək.Məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsinin və havanın avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

  • Sabah bu rayonlarda qaz olmayacaq

    05.08.2016 00:51

    Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.SOCAR-dan May.Az verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək \"Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin \"Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin \"Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin \"Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

  • Füzuli meydanının ətrafının abadlaşdırılmasına 5 milyon manat ayrıldı

    05.08.2016 00:49

    Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.Sənəddə bildirilir ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılmışdır. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşmışdır və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan \"Azəravtoyol\" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırlıb.

  • 219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

    05.08.2016 00:48

    Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9850 olub.BAKU.WS-in Tarif (qiymət) Şurasına istinadən verdiyi məlumata görə, qurumun bu gün keçirilən iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.Bunlardan 7347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilmiş, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib.Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) \"Şuranın qərarları” və \"Dərman vasitələri” bölmələrində yerləşdiriib.Siyahı ilə bu linkdə tanış ola bilərsiz!

  • Ramil Usubov yeni rəis təyin etdi

    05.08.2016 00:45

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.\"Qafqazinfo”nun məlumatına görə, bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.Xatırladaq ki, Ramil Usubov təxminən bir ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Elsevər Aslanovu Ağstafa Rayon Polis Şöbəsinə rəis göndərib.

  • Bakıda transseksualı öldürən gənc istəyinə çatmadı

    04.08.2016 16:47

    Bakı Apellyasiya Məhkəməsində Şahlar Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.May.Az lent-a istinadən bildirir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib.Qeyd edək ki, hadisə keçən il Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Qeyd edək ki, A.Dəmirova daha əvvəl kişi olub. Adı isə Hətəmpaşa olub. O, daha sonra əməliyyatla cinsiyyətini dəyişdirib qadın olub.

  • Prezidentdən təhsillə bağlı vacib SƏRƏNCAM

    04.08.2016 09:33

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün \"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, \"Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.Nazirlər Kabinetinə təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləğini və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilmə prosedurlarını, monitorinqin aparılmasını, hesabat və qiymətləndirmə üzrə tələbləri üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat vermək, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində məlumat vermək, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

  • Dolların bu günə olan məzənnəsi açıqlandı

    04.08.2016 09:31

    Avqustun 4-ə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 04.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5947 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, avqustun 3-də USD/AZN rəsmi məzənnəsi 1,5915 manat təşkil edib.

  • Azərbaycanda fəhlə mərcə girib qəbul imtahanında 532 bal topladı

    04.08.2016 09:28

    Sumqayıtda maraqlı hadisə baş verib.May.Az-in Xeberle.com-a istinadən məlumatına görə, Qəhrəmanov İbrahim adlı gənc qəbul imtahanları ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı – minimum nəticəni göstərməli imiş.Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda \"Sədərək” bazarında fəhlə işləyir.Bu gənc 10 il bundan öncə 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıb. İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir.

  • Azərbaycanlı Moskvada evakuatorla \"Mercedes\" oğurlamaq istədi

    04.08.2016 01:34

    Moskvada polis evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlını saxlayıb.Virtualaz.org bildirir ki, bu barədə \"Moskva\" şəhər xəbərləri agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan \"Mercedes\" markalı avtomobilini qorunmayan dayanacaqdan kiminsə oğurlamağa çalışması haqda məlumat verib və kömək istəyib.Polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıblar.Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi, ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb. Amma əməliyyatçılar ona niyyətini axıradək reallaşdırmağa imkan verməyiblər.Faktla bağlı cinayət işi açılıb.