25.07.2016 17:40
Azərbaycanlı futbolçu Budaq Nəsirov Portuqaliyanın \"Sportinq\" klubuna transfer olunub.
May.Az-in məlumatına görə, bu barədə klub saytı məlumat yayıb. Müqavilə ilə \"Sumqayıt\" klubuna məxsus olan və son mövsümü \"Kəpəz\"də keçirən Budaqla 1+4 prinsipi ilə razılaşma əldə olunub.
Müqaviləyə görə, Budaq Nəsirovu transfer etmək istəyən klub 60 milyon avro təzminat ödəməlidir.