Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

İsmayıl Alper Coşkun: “Amerikanın reaksiyasını gözləyirik”

22.07.2016 03:07

İsmayıl Alper Coşkun: “Amerikanın reaksiyasını gözləyirik”


\"15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.

Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: \"Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.

Geri xəbərlərə