22.07.2016 15:01
Azərbaycanın dünya bazarına çıxararaq satdığı \"Azeri LT CIF\" markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar və yaxud 0,70% ucuzlaşıb.
May.Az xəbər verir ki, \"Azeri LT CIF\" markalı neftin bir barelinin qiyməti 48,14 dollara bərabər olub.
Xatırladaq ki, \"Azeri LT CIF\" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.