Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

AZAL Türkiyədə qiyama görə ləğv edilən reyslərin biletlərini geri qaytarır

18.07.2016 19:37

AZAL Türkiyədə qiyama görə ləğv edilən reyslərin biletlərini geri qaytarır


\"Azərbaycan Hava Yolları\" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.

AZAL-dan May.Az verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Geri xəbərlərə