14.07.2016 01:32
Minsk aeroportunda uçuş-enmə zolağında iki təyyarə toqquşub.
APA-nın \"Sputnik-Belarus”a istinadən verdiyi məlumata görə, hadisə qasırğa zamanı baş verib.
Toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb. Təyyarələrdən biri \"Belavia” şirkətinə məxsusdur, digərinin markası dəqiqləşdirilir.