Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Azərbaycanda 36 mindən çox şagird Ana dilindən \"2\" qiyməti aldı

05.07.2016 00:07

Azərbaycanda 36 mindən çox şagird Ana dilindən "2" qiyməti aldı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.

May.Az-in məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) \"2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) \"2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) \"2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) \"2” qiyməti alıb.

Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.

Geri xəbərlərə