Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Rusiyada dəhşətli qəza: 3 azərbaycanlı öldü, 3 nəfər yaralandı

03.07.2016 10:43

Rusiyada dəhşətli qəza: 3 azərbaycanlı öldü, 3 nəfər yaralandı



Dünən Rusiyanın Stavropol vilayətində dəhşətli qəza baş verib. May.Az yük avtomobili minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Rusiya KİV-lərinin yazddığına görə, ölən şəxslər Azərbaycan vətəndaşları olub. Onlar Rusiya sərhədini həmin gün keçiblər.

\"Andropov rayonunda \"Qafqaz\" federal avtomobil yolunun 296-cı km-də Mineralnıye Vodı şəhərindən Nevinnomıssk şəhəri istiqamətində hərəkətdə olan \"Mercedes\" markalı avtomobilin sürücüsü məsafəyə əməl etməyərək qarşı yolda hərəkətdə olan \"Kamaz\" nəqliyyat vasitəsi ilə toqquşub”, polisin yaydığı məlumatda bildirilir.

Geri xəbərlərə