01.07.2016 18:35
Bakı şəhərində yerləşən \"Maşın bazarı\"nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.
May.Az report-a istinadən bildirir ki, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.
Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzində yardım aldıqdan sonra evə buraxılıblar.
Xatırladaq ki, iyunun 30-da \"Maşın bazarı\"nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.
Faktla bağlı araşdırma aparılır.