Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

“Azərbaycan Dəmir Yolları” \"NAZ Lifan\"lar aldı

30.06.2016 01:11

“Azərbaycan Dəmir Yolları” "NAZ Lifan"lar aldı


\"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd \"NAZ Lifan” avtomobili alıb. ANS PRESS-in məlumatına görə, QSC \"Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov avtomobillərin xidməti istifadə üçün nəzərdə tutulduğunu söyləyib.


Bildirib ki, ümumiyyətlə, \"Azərbaycan Dəmir Yolları” QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi \"NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.

Avtomobillərin alınması 2016-cı il yanvarın 26-da \"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan prezidentinin tövsiyəsinə uyğun olaraq həyata keçirilib.

Geri xəbərlərə