-
Mərkəzi Bank açıqladı: Dollar bahalaşır - RƏSMİ
09.06.2016 17:44
Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 10-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən May.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyunun 10-a 1,5114 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5084 manata bərabər olub.
-
Əliyevdən Türkiyəyə jest: Görüşlər təxirə salındı
09.06.2016 17:42
Almaniya Bundestaqında qondarma \"erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə səfəri zamanı Bundestaqda nəzərdə tutulan görüşləri keçirməyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı qətnamənin qəbuluna etiraz olaraq, protokoldan çıxaraq Bundestaqda əvvəldən planlaşdırılan görüşlərdən, o cümlədən Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvəri ilə görüşlərdən imtina edib. Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı bildirib ki, İlham Əliyev Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib. \"Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu da bir daha nümayiş etdirdi”, - deyə X. Akınçı vurğulayıb.
-
TƏCİLİ: AZAL-ın təyyarəsi quş dəstəsi ilə toqquşdu: Uçuş təxirə salındı
09.06.2016 17:38
Bu gün saat 16 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanında aviasiya hadisəsi baş verib. AZAL-dan May.Az-a verilən rəsmi məlumata görə, Bakıdan İstanbula uçan təyyarə zolaqda quş dəstəsi ilə toqquşub. Təhlükəsizlik qaydalarına uyğun olaraq pilot uçuşu dayandırıb. Hazırda təyyarə texniki baxışdan keçirilir.
-
Çimərliklərə giriş pulsuz oldu - SƏRƏNCAM
09.06.2016 17:20
Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.May.Az APA-ya istinadən xəbər verir ki, sərəncamda Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətləri başçılarına tapşırılıb ki, ərazilərdə olan çimərliklərin yeni yay mövsümünə hazırlığının yoxlanılması əsasında, əhalinin sahilyanı zonada səmərəli istirahətinə lazımi şəraitin yaradılması üçün müvafiq tədbirlər müəyyən edib, onların həyata keçirilməsini təmin etsinlər. Eyni zamanda, sərəncamda qeyd edilib ki, çimərlik ərazisi və sahilyanı zonanın abadlaşdırılması, təmizliyinin qorunması, əhalinin səmərəli istirahəti üçün lazımi şərait yaradılsın.Sərəncamda çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu bildirilib və buna nəzarət olunması tapşırılıb.
-
Bakıda ŞOK OLAY: vəzifəli şəxs iş yerində yandı
09.06.2016 17:17
Bakıda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Beynəlxalq Dəniz Limanında idarənin şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. İdarənin Nəqliyyat Şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Vəzifəli şəxsin hansı şəraitdə və hansı səbəbdən yanıq xəsarətləri alması bəlli deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanının Nəqliyyat Şöbəsi digər şöbələrdən fərqli olaraq limanın özündə yerləşir.
-
Nazirin idmançıya 100 minlik toy hədiyyəsi verməsi iddiasına cavab
09.06.2016 16:12
Cənab nazir bir çox tanınan idmançıların toyunda iştirak edə bilər. O demək deyil ki, hər iştirak etdiyi toyda maşın bağışlayır\".May.Az-in məlumatına görə, bunu Milli.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.O qeyd edib: \"Yayılan məlumat həqiqətə uyğun deyil və bu cür məlumatlar veriləndə orada mənbənin göstərilməsi peşəkarlıqdan xəbər verir ki, bu da bəzi saytlarda yoxdur\". Qeyd edək ki, bu gün bəzi saytlar karate üzrə milli komandamızın kapitanı, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə bahalı avtomobili nazir Azad Rəhimovun hədiyyə etdiyini yazıb. Rafael bu gün öz Instagram səhifəsində ona avtomobil hədiyyə edildiyini qeyd edib.
-
Rafael Ağayevə 100 minlik toy hədiyyəsi
09.06.2016 16:09
Azərbaycan idmançıları arasında ən sayılıb-seçilən, bayrağımızı mötəbər yarışlarda dəfələrlə yüksəyə qaldırıb himnimizi səsləndirən karateçimiz yeni avtomobil əldə edib. May.Az xəbər verir ki, bir neçə gün öncə özünə təmtəraqlı toy edən Rafael Ağayevə yeni \"Audi\" avtomobili hədiyyə olunub.\"Qara brilyant\" ləqəbli idmançımız bu barədə özü məlumat verib. O, sevincini bu sözlərlə şərh edib.\"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür!\" Qeyd edək ki, şəkildə görünən \"Audi Q7\" modelidir. Bu avtomobilin yenisi 100 min manat civarındadır. Milli.az
-
Bu da MTN generalının qurbanı olan müğənni
09.06.2016 15:58
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi məlum olub.Bu gün musavat.com-da saytında yayımlanan məlumatda məşhur xanım müğənnilərdən birinin qadın alveri ittihamı ilə MTN-ə aparıldığı qeyd olunub.\"Qafqazinfo\" həmin müğənninin kimliyini öyrənə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova).Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra \"Qafqaz MTK\"nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.Famil adlı şəxs A.Çovdarovun şəbəkəsində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun \"krışa\"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
-
Qızın nişanlısı ilə paylaşdığı foto qalmaqala səbəb oldu (FOTO)
09.06.2016 15:54
Mzznaki Tetteh adlı gənc qadının sosial şəbəkədə paylaşdığı fotolar müzakirələrə səbəb olub. May.Az məlumat verir ki, qadın Instagram hesabında nişanlısı ilə birlikdə fotolarını paylaşıb. Fotoların birində Mzznakinin nişanlısı ilə qucaqlaşması internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və onları qadının ünvanına tənqidi sözlər yazıblar. Bundan əlavə, qadınının kök, nişanlısının arıq olmasını da sosial şəbəkə istifadəçilər müzakirə ediblər. Onlar cütlüyün həqiqətən bir-birini sevdiyinə inanmadıqlarını bildiriblər. Instagram izləyiciləri \"Həqiqətən bir-birinizi sevirsiniz?\", \"Heç inandırıcı görünmür\", \"Sevməyən adam tapmadın?\" kimi şərhlər yazıblar. Mzznakinin nişanlısı isə cavabında \"Onu həqiqətən sevirəm, dediklərinizin heç bir əhəmiyyəti yoxdur mənim üçün\" yazıb.
-
İlham Əliyevdən sensasion İran açıqlaması
09.06.2016 15:49
Xarici KİV Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışına diqqət yönəldib. May.Az-in məlumatına görə, prezident Azərbaycanın təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah aldığını qeyd edib. Bu fikir region ölkələrin KİV-lərində böyük marağa səbəb olub və dövlət başçısının açıqlaması sensasiyon bəyanat kimi təqdim edilib. Azərbaycan ilk dəfə rəsmi səviyyədə İranla hərbi sahədə əməkdaşlıq etdiyini açıqlayıb və silah aldığını bəyan edib. İ. Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri olduğunu və Rusiyanı strateji tərəfdaş hesab etdiklərini bildirib: \"Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur\". Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: \"Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.
-
Dostunun sevgilisinə təcavüz edən oğlan: \"Bir dəfəynən heç nə olmaz\"
09.06.2016 15:45
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. May.Az-in məlumatına görə, Konyada evli və 1 uşaq anası, 22 yaşındakı Zeynep K. təcavüzə uğrayıb. Sevgilisi duş qəbul edərkən dostu tərəfindən təcavüzə məruz qalan qız 32 yaşındakı evli və 1 uşaq atası Fatih Kirazı tapança ilə öldürüb. Zeynep K. və hadisədən sonra birlikdə qaçdığı 31 yaşındakı sevgilisi Mustafa G. polis tərəfindən saxlanılıb. Polis araşdırmasından sonra məlum olub ki, Zeynep K. 4 aydan bu yana birlikdə olduğu evli və 2 uşaq atası Mustafa G.-nin təxminən 1 həftə əvvəl kirayəyə götürdüyü mənzildə sevgilisiylə qalmağa başlayıb. Mustafa G. hadisə günü bir fabrikdə çalışan dostu Fatih Kirazı evə çağırıb birlikdə spirtli içki içib. Fatih bir müddət sonra siqaretinin azaldığı söyləyərək Mustafa G.-nin marketə gedib siqaret almasını istəyib. Mustafa G. də duş aldıqdan sonra siqaret almağa gedəcəyini söyləyib. Mustafa G.-nin duşa girməsindən sonra Zeynep K. da paltarlarını dəyişmək üçün yataq otağına gedib. Fatih iddiaya görə, gənc qadının arxasından gedərək yataq otağında ona sarılıb. Zeynep K.-nın müqavimət göstərməsindən sonra oğlan \"Bir dəfədən bir şey olmaz. Mənim Mustafadan nəyim əksikdi?\" deyərək sarılmağa davam edib.Fürsət taparaq yataq otağından çıxıb salona qaçan Zeynep K., iddiaya görə, Kirazın salonda da onu divana yatırmasından sonra sevgilisinə aid sənədsiz tapançanı çantasından çıxardaraq Kirazı vurub. Yaralanan Fatih xəstəxanaya çatana qədər yolda keçinib. Polis aparılan araşdırmalardan sonra gənc qızı və sevgilisini ələ keçirib.
-
Bakı restoranlarında iftar süfrəsinin qiymətləri
08.06.2016 23:40
Əvvəl xurma, şorba, basdırma, pendir, pomidor, salat, kərə yağı, bal verilir.Artıq bir neçə gündür Azərbaycanda bütün müsəlmanların müqəddəs bayramı hesab olunan Ramazan bayramı qeyd olunur.Oxu.Az bununla bağlı olaraq iftar süfrəsi təklif edən Bakı restoranlarında menyunun qiyməti ilə bağlı araşdırma aparıb. Monitorinqlərimiz göstərdi ki, iftar süfrəsi təklif edən Bakı restoranları menyuya daxil olan yeməklərin siyahısını azaltmaqla, qiymətdə dəyişiklik ediblər. Bəzi restoranlar isə bayramın gəlişinə baxmayaraq, iftar süfrəsi vermirdilər.Başlayaq qiymətlərdən:Belə ki, bir nəfərlik iftar süfrəsinin ən baha qiyməti 25 manat, ən ucuzu isə 7 manat idi. “Kamerton” restoranından May.Az-a bildirdilər ki, hazırda restoran rəhbərliyi tərəfindən belə bir menyu verilmir, amma yaxın günlərdə planlaşdırılır. “Asia Türk” restoranından isə qeyd etdilər ki, bir nəfərlik menyunun qiyməti 15 manatdır. Amma qiymətlərdə güzəşt edə bilərik. Restorandan qeyd ediblər ki, iftarı açmaq üçün birinci növbədə pendir, zeytun, xurma və s. verilir. Daha sonra şorba, salat, isti qəlyanaltıların bütün növləri, ən sonda isə çay ilə birlikdə şirniyyat süfrəsi verilir. “Ornament” restoranında isə qeyd etdilər ki, iftar menyusunun qiyməti 25 manatdır:Restorandan verilən məlumata görə, iftar açmazdan əvvəl xurma, şorba, basdırma, pendir, pomidor, salat, kərə yağı, bal verilir. Soyuq qəlyanaltıların sırasına isə badımcan salatı, haydarı, xumus, mövsum salatı, əzmə daxildir.İsti qəlyanaltıların sırasına isə lavaşda kolbasa, lahmacun, əsas yemək isə plovlu quzu təndirdir. Sonda isə qarışıq şirniyyat. Şirniyyatların sırasına isə əsasən türk məxtbəxindən olan şəkərparə, fındıqlı kadayıf, rəvani təklif edilir. Sonda isə soyuq içkilər.Qeyd edək ki, restorandan bildiriblər ki, 25 manatlıq iftar süfrəsi 1 nəfər üçün nəzərdə tutulub. “Dalida-de Luxe”-dən isə bildiribər ki, iftar menyusunun qiyməti 8 və 15 manat təşkil edir. 8 manatlıq menyunun tərkibinə yağ, pendir, pomidor, xiyar, zeytun, salatlar, 15 manatlıq iftar menyusuna isə üstəgəl isti qəlyənaltılar daxildir.“Elif” türk restoranından isə bildirdilər ki, iftar süfrəsinin qiyməti 8 manatdan 25 manat arasında dəyişir. “8 manata daxil olan menyunun tərkibinə mərcimək və digər şorbalar, dovğa, qarabaşaq, spagetti, isti qəlyanaltılardan quru fasulye, qarışıq dolma, antep tava, özbək plovu, toyuq jülyen, toyuq çığırtma, toyuq qızarması daxildir. 25 manatlıq menyunun tərkibinə isə isti qəlyanaltıların bütün növləri daxildir”, - deyə restorandan qeyd ediblər.“Pizza İnn” restoranında isə iftar süfrəsinin qiyməti 12 manatdır, bura 2 cür əsas yeməklər: toyuq və ət yeməkləri, zeytun, xurma, salat, xiyar, pomidor, pendir, şorbalar daxildir. Sonda şirniyyat da verilir.“Manqal” restoranından isə qeyd etdilər ki, hər axşam restoranda iftar süfrəsi verilir. Menyunun qiyməti 25 manatdır. Menyuya, şorba, xurma, ağ pendir, basdırma, pomidor, xiyar, zeytun, bal, kərə yağı verilir.Soyuq qəlyanaltılardan isə badımcan salatı, haydari, xumus, arzulu əzmədir, mövsüm salatı.İsti qəlyanaltılardan isə lavaşda kolbasa və lahmacundur, əsas yemək isə içi plovlu quzu təndirdir. Üstəgəl restoran digərlərində olduğu kimi, müştərilərinə şirniyyat süfrəsi də verir. Çay süfrəsində isə ancaq şirniyyat növlərindən şəkərparə, rəvani, fındıqlı kadayifi seçmək olar. Alkoqolsuz içkilər də menyuya daxildir.“Manqal” restoranından həmçinin vurğuladılar ki, menyu 1 nəfər üçün nəzərdə tutulub. “Restoran Art”da isə iftar menyusunun qiyməti 7 manat təşkil edir. Bura isə 5-6 növdə alkoqolsuz içkilər, bir neçə çeşiddə salatlar, qəlyanaltılar, xurma, pomidor, xiyar daxildir.Qeyd edək ki, restoranda şirniyyat süfrəsi verilmir. İkinci devalvasiyadan sonra, xidmət sektoru ciddi müştəri itkisi ilə üzləşmişdi. Çox güman ki, onların ötən illə müqayisədə qiymətləri 3-4 dəfə azaltması da ondan xəbər verir ki, restoranlar bununla itkilərini kompensasiya etməyi düşünürlər.Xatırldaq ki, ötən il Ramazan menyusunun maksimum qiyməti 66 manat idi.Ülviyyə R. Əli
-
Neft kəskin bahalaşdı
08.06.2016 23:37
Hərracların nəticələri.Dünya bazarlarında neftin qiyməti ABŞ-ın yanacaq ehtiyyatlarının azalması barədə məlumatlar fonunda bahalaşmaqda davam edir.Bu barədə May.Az hərracların son nəticələrinə istinadən xəbər verir.ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,91 dollar artaraq bir barelə görə 52,35 dollar olub.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,76 dollar bahalaşaraq 51,12 dollar təşkil edib.
-
Türkiyə Rusiyadan sübutlar tələb etdi
08.06.2016 23:34
“Rusiya Türkiyəni ləkələyir”.Rəsmi Ankara Moskvadan Türkiyənin Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərini silahlandırmasına dair sübutlar tələb edib.May.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.Ötən gün Suriya ərazisində müharibə aparan tərəflərin barışıq Mərkəzinin rusiyalı nümayəndəsi bəyan edib ki, Hələbin şimal-şərqində Türkiyə ilə sərhəddə silah və sürsat daşıyan yük avtomobilləri qeydə alınıb.“Rusiya Türkiyəni ləkələyir. Sübut etsinlər ki, Türkiyə İŞİD döyüşçülərini silahlandırır”, - Kalın deyib.
-
Mariya Şarapova iki il müddətinə diskvalifikasiya olunub
08.06.2016 23:30
Beynəlxalq Tennis Federasiyası qərar qəbul edib.Məşhur rusiyalı tennisçi Mariya Şarapova istifadəsi qadağan olunmuş meldoniy preparatının qəbuluna görə iki il müddətinə diskvalifikasiya olunub.May.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının (ITF) iyunun 8-də qəbul etdiyi qərarında bildirilir.Diskvalifikasiya 26 yanvar 2016-cı il tarixdən hesablanır.Xatırladaq ki, bu ilin mart ayında Şarapovadan götürülən dopinq-test müsbət nəticə verib. Tennis ustasının orqanizmində istifadəsi qadağan olunmuş meldoniy preparatı aşkar edilib.
-
Bakıda çəkilən bu foto qalmaqala səbəb oldu
08.06.2016 14:39
Sosial şəbəkələrdə Bakıda çəkilən bəylə gəlinin fotosu müzakirələrə səbəb olub. May.Az məlumat verir ki, bəy gəlini toyda hər kəsin göz önündə öpüb. Cütlüyün öpüşən zaman çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb. İnternet istifadəçiləri onların bu addımını tənqid ediblər. Onların fikrincə, bəyin gəlini hər kəsin gözü önündə öpməsi milli-mənəvi dəyərlərimizə ziddir. İnternet istifadəçiləri bildirib ki, bəyin gəlini alnından, yanağından öpməsi daha münasib olardı. Qeyd edək ki, bir neçə il əvvəl şəhərin mərkəzi küçələrində oğlanla qızın öpüşən zaman çəkilmişi fotosu yayılmışdı. Həmin fotoya da münasibət birmənalı olmamışdı.
-
Tolik özünə ad günü keçirdi (FOTO, VİDEO)
08.06.2016 14:27
Tanınmış prodüser Tarix Əliyevin (Tolik) ötən günü doğum gününü qeyd edib.May.az məlumat verir ki, prodüser doğum gününü paytaxt restoranlarından birində keçirib. Tolikin doğum günü partisində yaxınları, sənət yoldaşları iştirak ediblər.Gecədə müğənnilər prodüser üçün mahnılar ifa ediblər.
-
Yol polisi sürücünün verdiyi hədiyyədən imtina etdi
08.06.2016 11:39
Xəbər verdiyimiz kimi, gənc fəal Bəxtiyar Hacıyev avtomobilinin qanunsuz evakuasiya edilməsinə etiraz əlaməti olaraq cərimə meydançasında maşının üstünə \"Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə\" yazısı yapışdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Hacıyev öz facebook hesabında status paylaşıb. Gənc siyasətçi yazıb ki, 90-MV-558 dövlət nömrə nişanlı avtomobili 6 saylı cərimə meydançasındadır. O bildirib ki, Penitensiar Xidmətə sorğu vermək üçün maşını xidmətin binasının qarşısında park edib: «Məktubu poçt qutusuna atıb çıxdım (3, maksimum 4 dəqiqə ərzində), gördüm şanlı, operativ DYP avtomobili aparıb. Ona görə də, cərimə və evakuator xidməti ödəməkdən bezib, imtina edib, hədiyyə edirəm».Daha sonra isə avtomobilinin aparıldığı cərimə meydançasından foto paylaşaraq qeyd edib: \"Evakuator oğurluqlarına etiraz əlaməti olaraq gedib avtomobilin üstünə \"Baş DYP rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə\" yazısını yapışdırıb, velosipedimi avtomobildən götürüb çıxdım. Velosipeddən istifadə edə-edə, bacardığım qədər bütün yollarla həm bu problemlə, həm də DYP nəzarətində olan bütün digər problemlərlə mübarizə aparmağa başlayım\".Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov qısa araşdırmadan sonra Avtosfer.az-a bildirdi ki, avtomobilin evakuasiya edilməsi qanunidir: «Sürücü Bəxtiyar Hacıyev gündəmdə qalmaq və qalmaqal yaratmaq naminə belə hərəkətlərə yol verir. Təkcə onu demək kifayətdir ki, sürücünün bu avtomobillə 14 dəfə inzibati xəta törətməsi onun məsuliyyətə cəlb edilməsinə səbəb olub. Doğrusunu deyək ki, tətbiq edilən cərimələrin ödənilməsi faktı da var.Sonuncu paylaşdığı məlumatlara gəldikdə isə sanki sürücü hazırlaşıb ki, avtomobil evakuasiya edildikdən sonra əvvəlcədən yazıb hazırladığı bildiriş vərəqəsini şüşəyə yapışdıracaq, avtomobilində gəzdirdiyi velosipedlə getməsinin fotosunu sosial şəbəkələrdə paylaşmaqla piar aparacaq».Vaqif Əsədov bildirib ki, Bəxtiyar Hacıyevin avtomobilinin evakuasiya edildiyi ərazidə Formula 1 yarışlarına son hazırlıq işləri gedir. Eləcə də, DYP əməkdaşlarının paytaxt üzrə dayanma-durma və parketmə qaydalarını pozanlara qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir vaxtda sürücünün narazılıq etməsi başadüşüləndir: «Çünki qanun hər kəsə şamil edilir. Əgər dayanmaq-durmaq qadağandırsa, özünün dediyi kimi, maşını 3-4 dəqiqə belə park edib qayda pozursa, hansı güzəştdən danışmaq olar? Həmin avtomobil qanun çərçivəsində müvəqqəti mühafizə olunan duracağa aparılıb. Yəni, sürücü barəsində seçilən tədbir qanunauyğundur. Hamı kimi o da cərimələnəcək və inzibati məsuliyyətə cəlb ediləcək».Vaqif Əsədov sonda Bəxtiyar Hacıyevin yaydığı məlumatla bağlı bunları deyib: «Əgər çox hörmətli Bəxtiyar Hacıyev cənabları avtomobilini həqiqətən hədiyyə etmək niyyətindədirsə, təşəkkür edirik və bildiririk ki, bizim üçün ən böyük və ən dəyərli hədiyyə törətdiyi xətanı səmimi etiraf etməsi olardı».
-
Əli Həsənov: \"Bir aya torpağımızı azad edə bilərdik, imkan vermədilər\"
08.06.2016 11:34
Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. May.Az APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasındakı çıxışında deyib. Diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyən Ə.Həsənov diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlının Vətənini sevdiyini, onun problemləri ilə yaşadığını diqqətə çatdırıb: \"Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər”. Ə.Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib: \"Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər. Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik”. Ə.Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdır: \"Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”. Ə.Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb: \"Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var”. Ə.Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb: \"Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir”.
-
İlham Əliyev: \" İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələr çıxarılmalıdır\"
08.06.2016 11:17
İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.May.Az-in məlumatına görə, prezident İlham Əliyev Forumun açılışında iştirak edib.Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirdi. O, bir neçə gündən sonra Bakıda baş tutacaq \"Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.Ziqmar Qabriel \"Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə etdi. Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini dedi, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırdı. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söylədi. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirdi.Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirdi. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir. Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən Prezident İlham Əliyev vurğuladı ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirdi. \"Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub. \"Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”, - deyən dövlətimizin başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğuladı. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident İlham Əliyev \"Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini dedi. Dövlətimizin başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğuladı, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlətimizin başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğuladı.Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söylədi.Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bu ay ölkəmizdə \"Formula–1” yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini dedi. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə \"Multikulturalizm ili” elan olunduğunu bildirdi.\"Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, – deyən dövlətimizin başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğuladı, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə etdi.Sonra \"Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışdılar.