Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Türkiyə Rusiyadan sübutlar tələb etdi

08.06.2016 23:34

Türkiyə Rusiyadan sübutlar tələb etdi


“Rusiya Türkiyəni ləkələyir”.

Rəsmi Ankara Moskvadan Türkiyənin Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərini silahlandırmasına dair sübutlar tələb edib.

May.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Ötən gün Suriya ərazisində müharibə aparan tərəflərin barışıq Mərkəzinin rusiyalı nümayəndəsi bəyan edib ki, Hələbin şimal-şərqində Türkiyə ilə sərhəddə silah və sürsat daşıyan yük avtomobilləri qeydə alınıb.

“Rusiya Türkiyəni ləkələyir. Sübut etsinlər ki, Türkiyə İŞİD döyüşçülərini silahlandırır”, - Kalın deyib.

Geri xəbərlərə