-
Xoxan filmi (Orijinal versiya) HD
08.06.2016 10:51
Xoxan - Rəsmi Film Baş Rollarda: Fərda Amin, Elməddin Cəfərov.Bütün Hüquqlar Mozart Media Group-a və CNF production-a məxsusdur.Filmin surətinin çıxarılması, kütləvi yayımı və satışı qadağandır.Baş Prodüserlər: Orxan Mərdan, Zaur Mirzəzadə.Rejissor: Samir Kərimoğlu.Rollarda: Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn.Ssenari müəllifləri: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov.Janr: Qorxu filmi, Komediya.Ölkə: Azərbaycan.İstehsalçılar: Mozart Media Group, CNF production, PicMus, Marshall Sudios.
-
Namiq Qaraçuxurlu: \"Saçıma, saqqalıma rəng də qoyduraram\"
08.06.2016 02:06
Meyxanaçı Namiq Qaraçuxurlu başına tük əkdirməsi ilə bağlı söz-söhbətə son qoyub. May.Az axşam.az-a istinadən bildirir ki, sənətçi \"ATV maqazin onlarla\" verilişində belə bir şey etdirmədiyini deyib:\"Saçlarım tökülürdü, müalicə etdirdim. Amma tük əkdirməmişəm. Biz səhnə adamlarıyıq, özümüzə qulluq etməli, fikir verməliyik. Lazım gələrsə, saçıma, saqqalıma rəng də qoyduraram. Buna pis baxmıram\".
-
Bəhram Bağırzadədən şıdırğı rəqs
08.06.2016 02:02
Əməkdar artist Bəhram Bağırzadə dünya çempionu Rafael Ağayevin toy mərasiminə qatılan qonaqlar arasında olub. Mərasimdə aktyor şıdırğı rəqs edərkən axşam.az fotokamerası tərəfindən görüntülənib. Qeyd edək ki, karateçi R.Ağayevin toy mərasiminə bir çox idmançılar və sənət adamları qatılıb.
-
Ağacan Əbiyev: “Məhəmməd Əli idman dünyası üçün heç nə etməyib”
08.06.2016 01:58
\"1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnit təşkil edilmişdi”.Bunu AzVision.az–a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev deyib.Deputat bildirib ki, Məhəmməd Əlinin doğum günü ilə əlaqədar təşkil edilən turnirdə iki boksçumuz - Rövşən Hüseynov və Əli İsmayılov iştirak edib.\"Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi”.Millət vəkil hesab edir ki, Məhəmməd Əlinin yaxşı boksçu olsa da, dünyada boksun inkişafı üçün heç nə etməyib: \"Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı profesional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib”.
-
NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər
08.06.2016 01:56
NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər.NIKOIL | Bank alpinist klubu Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə dəfələrlə müntəzəm olaraq dağ idman yarışlarını təşkil edir. Bu dəfə isə növbəti hədəf Azərbaycanın səfalı güşələrindən olan Xızı rayonuna, daha dəqiq desək Dübrar dağına təlim-məşq toplantısı təşkil olunmuşdur. Bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması idi. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırdı. 22 nəfər üzvdən ibarət komanda 04.06.2016-cı il saat 08:00 radələrində Bakıdan Xızıya istiqamət götürdü. Artıq 2 saatdan sonra təyin olunmuş məntəqəyə çatdılar. Bir gün öncədən yağan güclü yağış öz təsirini göstərmişdir. Lakin çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2.5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilmiş hədəfə müvəffəqiyyətlə çatdı. Ənənəvi olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı və Bankın bayrağı ilə xatirə şəkili çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıtdılar. Saat 20 :00 radələrində komanda artıq Bakıya çatmışdı.NIKOIL | Bank Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi planlaşdırır.
-
Azərbaycanda xarici maşınlara məhdudiyyət qoyulacaq: qiymətlər qalxacaq
08.06.2016 01:51
Azərbaycan yeni avtomobillər istehsalına hazırlaşır.May.Az Fins.az-a istinadən xəbər verir ki, söhbət İranın «Khodro» avtomobil şirkətinin istehsal etdiyi \"Khodro”, \"Reno” və \"Pejo” avtomobillərindən gedir. Belə ki, aprel ayında Bakıda Azərbaycanın \"Azevrocar” və İranın \"İran Khodro” şirkəti arasında bununla bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, avtomobillər Neftçalada Yaradılan Sənaye Məhəlləsində istehsal ediləcək.İldə 10 min avtomobil\"Azevrocar” şirkətindən verilən məlumata görə, iyun ayının sonuna kimi Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulacaq. Hər şey nəzərdə tutulduğu kimi getsə, 2017-ci ilin iyun ayında avtomobil zavodu işə düşəcək və ilk avtomobillər istehsal ediləcək. Zavodda ildə 10 min avtomobil buraxılması gözlənilir. Bunların 60%-i \"Khadro”, 40 %-i isə \"Reno” və \"Pejo” modelləri olacaq.Ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcəkŞirkətdən bildirilib ki, ilkin olaraq yığılacaq bu maşınların ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcək. Avtomobil detallarının qalan hissə İrandan gətiriləcək.İran şirkəti ilə danışıqlardan sonra Azərbaycanda ehtiyat hissələrinin daha böyük hissəsinin istehsal ediləcəyi gözlənilir.\"Khodro”lar 9-10 min, \"Reno” və \"Pejo”lar 10-11 min manata satılacaqAvtomobillərin qiymətlərinə gəlincə, \"Khodro” markasına aid sedan və pikap modelləri daxili bazarda 9-10 min manata satılacaq. \"Reno” və \"Pejo” avtomobillərinin qiymətinin isə 10-11 min manat olacağı açıqlanıb.500 nəfər işçi qəbul ediləcəkŞirkətdən bildirilib ki, zavodda yerli mütəxəssislər çalışacaq. Bunun üçün 2017-ci ilin aprel ayından etibarən 500 işçi qəbul ediləcək. Zavodda çalışacaq əsas mütəxəssislər isə avqust ayından etibarən İranın Khadro avtomobil zavodunda 2 ay müddətində təcrübə keçəcək.Azərbaycan avtomobilləri Belarus və Gürcüstanda satılacaq\"Azevrocar” şirkəti daxili bazarla yanaşı, istehsal ediləcək avtomobilləri xarici bazara çıxarmaq niyyətindədir. İstehsal ediləcək avtomobillərin 15-20%-i xarici bazar üçün nəzərdə tutulub. Şirkətdən verilən məlumata görə, artıq ilkin olaraq bazarlar müəyyən edilib. \"Khadro”, \"Reno” və \"Pejo”lar Tacikistan, Belarus,Türkmənistan və Gürcüstana satılacaq. Belə ki, artıq bununla bağlı danışıqlar aparılır.Xaricdən gətirilən avtomobillərə qadağalar ola bilərDünya təcrübəsinə əsasən, avtomobil istehsal edən ölkələr daxili bazarlarını qorumaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı məhdudiyyətlər qoyurlar. Bura vergilərin artırılması və s aiddir. İndiyədək Azərbaycanda avtomobil istehsal geniş şəkildə olmadığına görə, buna ehtiyac yox idi. Yeni zavodun istifadəyə verilməsi isə vəziyyəti dəyişir. \"Azevrocar”dan bildirilib ki, Azərbaycanda da istehsal başlandıqdan sonra ölkəyə xaricdən gətirilən avtomobillərə vergilər artırıla bilər: \"Bununla bağlı ehtimal var. Dünya təcrübəsi bunu tələb edir”.
-
İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı
08.06.2016 01:17
Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir.May.Az xəbər verir ki, bu barədə M.Mirəliyevin özü məlumat verib.\"Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm. Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dumanlandı, daha sonra istilik hiss etdim və ayağımın arxa hissəsindən qan axırdı. Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər\", - deyə o söyləyib. Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Beyazit rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis avtomobilinin keçidi zamanı dayanacaqdakı minalanmış maşın partladılıb. Nəticədə 12 nəfər həlak olub, 40-dan çox adam isə yaralanıb. Xəsarət alanlar arasında 26 yaşlı Azərbaycan vətəndaşı Murad Mirəliyev də olub. O, hazırda Haseki Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur.
-
Asif Meherremov - Gece Gece (HiT) 2016
08.06.2016 00:48
-
Azərbaycan yeni avtomobillər istehsalına hazırlaşır-NEFTÇALADA
07.06.2016 23:35
Azərbaycan yeni avtomobillər istehsalına hazırlaşır.May.az fins.az-a istinadən bildirir ki, söhbət İranın “Khodro” avtomobil şirkətinin istehsal etdiyi “Khodro”, “Reno” və “Pejo” avtomobillərindən gedir. Belə ki, aprel ayında Bakıda Azərbaycanın “Azevrocar” və İranın “İran Khodro” şirkəti arasında bununla bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, avtomobillər Neftçalada Yaradılan Sənaye Məhəlləsində istehsal ediləcək.İldə 10 min avtomobil“Azevrocar” şirkətindən verilən məlumata görə, iyun ayının sonuna kimi Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulacaq. Hər şey nəzərdə tutulduğu kimi getsə, 2017-ci ilin iyun ayında avtomobil zavodu işə düşəcək və ilk avtomobillər istehsal ediləcək. Zavodda ildə 10 min avtomobil buraxılması gözlənilir. Bunların 60%-i “Khadro”, 40 %-i isə “Reno” və “Pejo” modelləri olacaq.Ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcəkŞirkətdən bildirilib ki, ilkin olaraq yığılacaq bu maşınların ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcək. Avtomobil detallarının qalan hissə İrandan gətiriləcək.İran şirkəti ilə danışıqlardan sonra Azərbaycanda ehtiyat hissələrinin daha böyük hissəsinin istehsal ediləcəyi gözlənilir.“Khodro”lar 9-10 min, “Reno” və “Pejo”lar 10-11 min manata satılacaqAvtomobillərin qiymətlərinə gəlincə, “Khodro” markasına aid sedan və pikap modelləri daxili bazarda 9-10 min manata satılacaq. “Reno” və “Pejo” avtomobillərinin qiymətinin isə 10-11 min manat olacağı açıqlanıb.500 nəfər işçi qəbul ediləcəkŞirkətdən bildirilib ki, zavodda yerli mütəxəssislər çalışacaq. Bunun üçün 2017-ci ilin aprel ayından etibarən 500 işçi qəbul ediləcək. Zavodda çalışacaq əsas mütəxəssislər isə avqust ayından etibarən İranın Khadro avtomobil zavodunda 2 ay müddətində təcrübə keçəcək.Azərbaycan avtomobilləri Belarus və Gürcüstanda satılacaq“Azevrocar” şirkəti daxili bazarla yanaşı, istehsal ediləcək avtomobilləri xarici bazara çıxarmaq niyyətindədir. İstehsal ediləcək avtomobillərin 15-20%-i xarici bazar üçün nəzərdə tutulub. Şirkətdən verilən məlumata görə, artıq ilkin olaraq bazarlar müəyyən edilib. “Khadro”, “Reno” və “Pejo”lar Tacikistan, Belarus,Türkmənistan və Gürcüstana satılacaq. Belə ki, artıq bununla bağlı danışıqlar aparılır.Xaricdən gətirilən avtomobillərə qadağalar ola bilərDünya təcrübəsinə əsasən, avtomobil istehsal edən ölkələr daxili bazarlarını qorumaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı məhdudiyyətlər qoyurlar. Bura vergilərin artırılması və s aiddir. İndiyədək Azərbaycanda avtomobil istehsal geniş şəkildə olmadığına görə, buna ehtiyac yox idi. Yeni zavodun istifadəyə verilməsi isə vəziyyəti dəyişir. “Azevrocar”dan bildirilib ki, Azərbaycanda da istehsal başlandıqdan sonra ölkəyə xaricdən gətirilən avtomobillərə vergilər artırıla bilər: “Bununla bağlı ehtimal var. Dünya təcrübəsi bunu tələb edir”.
-
Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA
07.06.2016 23:26
DGK məlumat yaydı.Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması halları çoxalıb.Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildiriblər.Qeyd edək ki, Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.DGK-nın məlumatında o da qeyd olunur ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiyaya pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub.Xatırladaq ki, artıq problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.
-
Polisin tələbinə əməl etdi, radara düşdü - VİDEO
07.06.2016 23:12
Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.Bəzən yollarda yaranan tıxacları aradan qaldırmaq üçün hərəkəti tənzimələyən yol polisi əməkdaşı avtomobillərin qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmasına icazə verir. Növbəti süjetimizin qəhrəmanı da iddia edir ki, məhz belə bir situasiyada qarşı yola çıxıb. Amma bir neçə gündən sonra yol hərəkət qaydalarını pozması ilə bağlı onun ünvanına protokol göndərilib. Bəs belə olan halda həmin cərimə ödənilməlidirmi?Ceyhun Mirzəyev iddia edir ki, bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Bakıxanov küçəsində xidmətdə olan yol polisləri ona və digər sürücülərə əks yola çıxmaları üçün işarə veriblər.Sürücüyə gələn protokoldakı şəkildə də, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor görünür. Sürücü Ceyhun Mirzəyev bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib.Qeyd edək ki, hər gün günün pik saatlarında sözügedən küçədə yol polisi sıxlıq yaşanmasın deyə sürücülərə bu cür hərəkət etmələrinə göstəriş verir. Onda belə çıxır ki, bir çox sürücü haqsız yerə radara düşür. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsdovun sözlərinə görə belə halla rastlaşan sürücülər cəriməni ödəməzdən əvvəl yol polis idarəsinə müraciət etməlidirlər.Bölmə rəisi onu da qeyd etdi ki, əgər bu cür vəziyyətdə elektron protokol tərtib edən “MMX” radara düşməsi ilə bağlı sürücünün ünvanına məktub gəlirsə həmin radarın da video görüntülərinə baxış keçirilir. Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.May.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterilaı təqdim edir:
-
Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib
07.06.2016 22:58
Vasif Talıbov müvafiq sərəncam imzalayıb.Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.May.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.
-
Bakıda məhkumlar dalaşdılar
07.06.2016 15:49
Xəsarət alan var.Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.May.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində dava düşməsi barədə idarəyə material daxil olub.Daxil olan materiala görə, bir müddət əvvəl Cəzaçəkmə Müəssisəsində düşən dava zamanı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov məhbus yoldaşı, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə məhkum olunmuş, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başına daşla vurub.Xəsarət alan məhkuma tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.
-
Sərhəddə yarım kiloqram qızıl aşkarlandı
07.06.2016 15:36
Azərbaycan vətəndaşı sorğu-sual edilib.Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562,13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.
-
Bakı sakininin çantasında “Kalaşnikov” aşkarlanıb
07.06.2016 15:31
DİN məlumat yaydı.Bakıda silahlı şəxs tutulub.Bu barədə May.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata əsasən, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Məhərrəmova məxsus idman çantasına baxış keçirərkən nömrəsi silinmiş “AKM” markalı silah, 1 ədəd patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
-
Heydər Əliyevin nəvəsi vitse-prezident təyin olundu – VİDEO
07.06.2016 15:26
O, Sevil Əliyevanın oğludur.Azərbaycanın mərhum prezidenti, Ümummilli lider Heydər Əliyevin nəvəsi Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti təyin olunub.May.Az xəbər verir ki, bu barədə məlumatı Federasiya yayıb.Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevilin oğludur.
-
Мир сошел с ума: 6000 человек полностью разделись (видео)
07.06.2016 15:22
Фотограф Спенсер Туник (США) заставил обнажиться шесть тысяч колумбийцев в столице страны Боготе.Организованная им инсталляция, как ни странно, была посвящена борьбе за мир во всем мире. Температура воздуха в это время составляла только 7 градусов тепла. Тем не менее, люди согласились на главной площади города позировать Спенсеру без одежды: «Мы счастливы от нашей наготы и безмятежности».Как передает May.Az, для фотографа, известного массовыми обнаженными флэшмобами, эта акция стала наиболее масштабной за последние шесть лет. В 2007-м в Мехико Туник организовал для фотосессии 18000 человек. Тогда же он привел около 600 добровольцев на ледник в Альпах, где они разделись при температуре около 10 градусов Цельсия.Комментаторы отмечают, что флэшмоб, по сути, повторяет лозунг хиппи из 60-х годов прошлого века: «Да сексу – нет войне!»
-
Tanınmış müğənninin oğlunun toyudur - FOTOLAR
07.06.2016 15:00
Bu gün tanınmış müğənni Ayaz Qasımov oğlu Nurlana kiçik toy edir.MAY.AZ xəbər verir ki, toy mərasimi şəhərin dəbdəbəli restoranlarından birində, sənət dostlarının iştirakı ilə baş tutacaq.Qeyd edək ki, Ayaz 2009-cu ildə xalası qızı ilə ailə həyatı qurub və cütlüyün bir qızı, bir oğlu var./milli.az/
-
Azərbaycandan İstanbuldakı terror hadisəsi ilə bağlı açıqlama
07.06.2016 14:38
Azərbaycan XİN İstanbul şəhərində törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb. XİN-in Mətbuat xidmətindən May.Az-in məlumatına görə, bəyanatda İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınadığı qeyd edilib: \"Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır\".
-
Dollarla krediti olanlara ŞAD XƏBƏR: Müzakirələr yekunlaşır
07.06.2016 14:33
\"Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır”.Bunu OBBA.ws-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib. \"Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir. Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olar. Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq”, - Bayramov əlavə edib.