Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Abşeronda oğlan anasına görə qohumunu bıçaqlayıb – VİDEO

    11.06.2016 17:46

    “Ailəm mənsiz də dolana biləcək, peşmançılığım yoxdur”.Qohumunu bıçaqlayan şəxsin qolu qandallanıb. Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, qanlı hadisə Abşeron rayonu ərazisində baş verib. 21 yaşı Qobu qəsəbə sakini Elnur Şıxməmmədov anasının haqqında xoşagəlməz söz deyən qohumunu bıçaqlayıb.O, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Elnurla söhbət zamanı müəyyən edilib ki, onun cinayəti törətməsinə səbəb atasının xalasıoğlu olan Meydanın anası haqqında dediyi xoşagəlməz şayiələr olub.Neft daşlarında işləyən Elnur şayiələr haqqında isə səhər saatlarında işdən evə gələndə anasından öyrənib. Daha sonra o, qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna çağırıb.Ailəsini öz gücünə dolandıran Elnur aprel ayında evləndiyini deyir. Törətdiyi cinayətə görə peşmansanmı sualına isə Elnur özünəməxsus şəkildə cavab verib.“Ailəm mənsiz də dolana biləcək, peşmançılığım yoxdur”.Elnurun bu əməli qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirdiyindən onu 3 ildən 8 ilə kimi həbs cəzası gözləyir.

  • İcra Hakimiyyəti: Bakıda “Şıx”dan başqa bütün çimərliklər pulsuzdur

    11.06.2016 17:38

    “Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılır”.Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda bəzi çimərlik ərazilərinin ödənişli olmasına münasibət bildirib.May.Az-ın məlumatına görə, BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya açıqlamasında bildirib ki, əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi pulsuzdur: “Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb. “Şıx” çimərliyinin ödənişli olması sahilboyu əraziyə giriş ilə bağlı deyil. Burada xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”. Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir”.

  • Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTO

    11.06.2016 17:29

    Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun heykəli ucaldılıb.Oxu.Az-ın Report-a istinadən məlumatına görə, heykəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qurulub.Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.Qeyd edək ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Məşhur müğənni sağlığında SSRİ və Azərbaycan SSR-nin bir sıra mükafatlarına layiq görülüb.Xatırladaq ki, keçən il R.Behbudovun 100 illik yubileyi olub. 2015-ci ildə Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, bir sıra tədbirlər keçirilib.

  • \"WhatsApp\"da əla yenilik (FOTO)

    11.06.2016 15:42

    Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan \"WhatsApp\" yenilik edib.Milli.Az xəbər verir ki, \"reply\" adlanan yenilik sayəsində artıq seçilən mesaja xüsusi cavab yazmaq mümkün olacaq. Bunun üçün cavablandırılması lazım olan mesajın üstünə bir neçə saniyə sıxıb saxlamaq lazımdır. Açılan yeni pəncərədə \"reply\" (İOS platformalı telefonlar üçün) və ya sola istiqamətlənmiş ox (Android platformalı telefonlar üçün) düyməsini sıxmaqla mesajı cavablandırmaq mümkün olacaq.Qeyd edək ki, funkisya həm İOS həm də Android platformalı telefonlarda aktiv edilib.

  • Bakıda qızılı \"Galendewagen\"lər (FOTO)

    11.06.2016 15:37

    Bir vaxtlar bu cür avtomobillər ərəb şeyxlərinin idarə edərkən maraqla qarşılanırdı. Hər kəs bu avtomobillərə həsəd aparırdı. Artıq Bakıda da qızılı rəngdə \"Mercedes - Galendewagen\" markalı avtomobil var.May.Az avtosfer.az-a istinadən bildirir ki, həmin avtomobil bu gün Mətbuat prospektində - Azərbaycan Nəşriyyatının qarşısında görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır. Avtomobilin özü kimi nömrəsi də bahalı və diqqətçəkəndir. 90 KK 222 dövlət nömrə nişanlı bu avtomobilin biznesmenlərdən birinə məxsus olduğu deyilir.Bakıda həmin rəngdə avtomobillərdən daha biri isə 10 GC 111 nömrə nişanlı \"Galendewagen\"dir. Məlumata görə, bu avtomobillərdən birincisi əvvəllər ağ rəngdə, digəri isə qara rəngdə olub. Sonradan hər ikisi rəngi dəyişmək üçün avtomobilə vinil vurdurublar.

  • Azərbaycan ordusu müharibə hazırlığına başladı (FOTO)

    11.06.2016 15:35

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir. Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub.Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və s. praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib. Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

  • Bakıda bir çox avtobus marşrutları bağlanacaq

    11.06.2016 15:30

    Ötən gün Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan \"Xalıq Faiqoğlu\" şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib. Qərarda göstərilir ki, buna səbəb sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətləri olması ilə bağlıdır. Lakin mediada yayılan məlumatlara görə, qərarla razılaşmayan şirkətin rəhbərliyi BNA-nı şirkətə qarşı qərəzli olmaqda, \"BakuBus\"ın inhisarçı maraqlarını qorumaqda, yüzlərlə şəxsi işsiz qoymaqda ittiham edib.Məsələ ilə əlaqədar Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova milli.az-a bildirib ki, burada heç bir qərəzli yanaşmadan və ya kiminsə maraqlarını qorumaqdan söhbət gedə bilməz: \"Bakıda problemlərdən biri budur ki, eyni istiqamət üzrə marşrut xətlərinin sayı çoxdur və orada sərnişinlərin daşınması tam təmin olunub. Daha yaxşı marşrut xəttində, məsələn, elə \"BakuBus\" vasitəsilə sərnişin daşınması tam təmin oluna bilər. Digər problem isə ondan ibarətdir ki, elə qəsəbə və kəndlər var ki, Bakıdan ora yalnız bir marşrut xətti fəaliyyət göstərir və avtobusların sayı da azdır. Sərnişinlərin sayı isə çox olduğundan daşınma ilə bağlı, xüsusilə də pik saatlarda böyük problem və narazılıqlar yaranır. Biz bu problemlərin həlli üçün üst-üstə düşən marşrut xətlərində sərnişin üçün daha rahat olanını saxlamaq şərtilə digər xətləri ləğv etmək qərarına gəldik. Daşıyıcıya isə heç bir məhdudiyyət qoyulmur ki, avtobuslarından digər marşrut xətlərində istifadə etməsin. Lakin xətdən çıxarılan marşrutların avtobusları da tələblərə cavab vermir. Bəli, bəlkə də elə marşrut xətləri var ki, orada avtobuslar daha bərbad durumdadır. Amma biz o xətləri ləğv edirik ki, onların sıradan çıxarılması sərnişinlər üçün o qədər də böyük problem yaratmasın. Amma biz eyni vəziyyətdə olan və qəsəbədən gələn avtobusları xətdən çıxarsaq, o zaman problem yaşanacaq. Onda həmin qəsəbə üçün alternativ marşrut xətti açılmalıdır. Bu da 1 günün, 5 günün işi deyil. Bunun üçün bir neçə dövlət qurumundan razılıq alınmalıdır, avtobuslar gətirilməlidir, onlar tələbələrə və standartlara cavab verməlidir, mütəxəssislər işləri razılaşdırmalıdır və s. işlər görülməlidir\".N.Allahyarovanın sözlərinə görə, ləğv edilmiş sözügedən marşrut xətlərinin sahibinə çatışmazlıqların aradan qaldırılması üçün vaxt verildiyini, lakin əvəzində heç bir iş görülmədiyini deyib: \"Agentlik təxminən 5 aya yaxındır ki, yaradılıb. Bu müddət ərzində həmin marşrutun sahibinə dəfələrlə müraciət olunub ki, işlərinə düzəliş eləsin. Əgər 5 ay ərzində sahibkar sərnişinlərə xidmət göstərən avtobuslarında çatışmazlıqları aradan qaldırmırsa, işində düzəliş etmirsə, bu, artıq onun problemidir. Biz onlara vaxt verdik və bu müddət ərzində də heç bir dəyişiklik olmadı. Hətta onlar tələbləri yerinə yetirsəydilər belə, eyni xətt üzərində olduqlarına görə həmin marşrutlar ləğv ediləcəkdi. Yəni eyni istiqamətdə yollarda avtobus yüklənməsinin şahidi oluruq. Halbuki, bəzi ərazilərdə sərnişin yüklənməsi baş verir\".O qeyd edib ki, sahibkara avtobuslarını işlətmək üçün alternativ təkliflər də verilib, lakin o razılaşmayıb: \"\"Xaliq Faiqoğlu\" şirkətinin rəhbərliyinə sözügedən 3 marşrut xətti ləğv olunmazdan əvvəl bir neçə alternativ xətt təklif olunmuşdu. Amma nədənsə sahibkar rentabelliyi əsas gətirərək onlardan imtina etdi. Əslində, hər hansı marşrut xətti bağlandıqda bizim daşıyıcılara alternativ xətt təklif etmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Avtobuslar tələblərə cavab vermirsə, xətdən uzaqlaşdırılacaq. Amma buna baxmayaraq, sözügedən sahibkara müəyyən xətlər təklif etmişik. O isə imtina edib. Yəni burada hər hansı qəsd-qərəzlikdən və monopoliyadan söhbət gedə bilməz. \"BakuBus\"la bağlı monopoliya məsələsi ortaya atılıb.Əvvəla, \"BakuBus\" hansısa şəxsin yox, dövlətin şirkətidir. Sərnişinlər isə bu şirkətin xidmətindən razıdır. Ona görə də burada monopoliyadan söhbət gedə bilməz. Monopoliya o zaman ola bilər ki, vətəndaş digər xidmətlərdən istifadə etmək istəyir, lakin biz yalnız bir xidmət təklif edirik. Sərnişinlərdən hansı şirkətlə bağlı müsbət rəy gəlirsə, digərləri də ya öz xidmətini onun səviyyəsinə qaldıracaq, ya da xətdən çıxarılacaq\".BNA sözçüsü çox yaxın zamanlarda tələblərə cavab verməyən başqa marşrutların da bağlanacağını istisna etməyib: \"Biz digər işləri də görəcəyik. Əgər o biri sahibkarlar onların da marşrut xətlərinin əllərindən alına biləcəyindən narahatdırlarsa, bilsinlər ki, yay aylarında nəqliyyatın hərəkətinin sıx olmadığı vaxtlarda tələblərə cavab verməyən digər daşıyıcılarla da bağlı sərt tədbirlər görüləcək\".Qeyd edək ki, bundan əvvəl 63 saylı marşrut xətti ləğv edilmişdi. Yəni bu vaxta kimi optimallaşdırma işləri çərçivəsində 4 marşrut xətti ləğv olunub.

  • Ramazan ayında ərzaqların bahalaşdığı iddiasına rəsmi cavab

    11.06.2016 00:03

    İqtisadiyyat Nazirliyi ramazan ayı ilə əlaqədar bazar və marketlərdə bir çox ərzaq məhsullarının qiymətin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib.May.Az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında deyib ki, bazar və marketlərdə hər hansı qiymət artımı müşahidə edilməyib.\"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinq, baxış, müayinə və digər metodlardan istifadə etməklə istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Müəyyən dövrlər var ki, o vaxtlarda ərzaq məhsullarına əhalinin tələbatı artır. Ramazan ayı ərəfəsində də bir sıra ərzaq məhsullarına tələbat artır. Bunu nəzərə alaraq Dövlət Xidməti bu sahəyə nəzarəti daha gücləndirilib. Amma nə bu günlərdə istehlakçılardan hər hansı müraciət daxil olub, nə də nəzarət tədbirləri zamanı əsassız qiymət artımı ilə rastlaşılıb\".A.Əliyev vurğulayıb ki, bayramın qiymətlərə təsiri hiss olunmur: \"Bununla belə intensiv nəzarət tədbirləri bütün ramazan ayı ərzində və bayram günlərində davam etdiriləcək. İstehlakçılar belə halla qarşılaşsalar, Nazirliyin \"195-2\" Çağrı Mərkəzinə, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 4981501, 4981504 nömrələrindən istifadə edərək müraciət edə bilərlər\".

  • Bilərəkdən orucu pozmağın bədəli...

    11.06.2016 00:00

    Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfaretməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.Müəyyən bir gündə oruc tutacağını nəzir edən şəxs o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzirin pozulması kəffarəsində izah olunacaq.Oruc tutan şəxs sözünə etimadı olmadığı bir şəxsin \"iftar oldu\" deməsi ilə orucunu yesə və sonra da iftar olmadığını bilsə və ya iftar olub-olmadığında şəkk etsə, həmin günün orucunun qəzası və kəffarəsi ona vacib olar.Qəsdən orucunu batil edən şəxs zöhr vaxtından sonra səfərə çıxsa, ya kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta zöhrdən əvvəl qarşıya çıxan səfərə getsə, yenə də ona kəffarə vacibdir.Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya digər xəstəliklər kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbdir.Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şaban ayının son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.İnsan Ramazanın son günü, yoxsa Şəvval ayının biri olduğundan şübhələndiyi gündə qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.İnsan kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməməlidir, lakin dərhal yerinə yetirməsi də lazım deyil. Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqir tapa bilməsə, tapdığının hər birinə bir muddan artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doydurmasın. Lakin fəqirin ailəsi olsa, insan onun fəqir ailə üzvlərinin hər biri üçün hətta azyaşlı olsalar da, bir mudd təam verə bilər.Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, on yoxsulun hər birinə bir mudd (750) təam versin. Əgər bunu verə bilməsə, üç gün oruc tutsun.Orucun yalnız qəzası vacib olan yerlər:Bir neçə yerdə (əvvəldə qeyd edilən yerlərdən başqa) oruc tutan şəxsə ancaq orucun qəzası vacibdir və kəffarə lazım deyil:1. Ramazan ayı gecəsində cünub olan şəxsə, cima məsələsində deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa.2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını niyyət etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini niyyət etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün ya bir neçə gün oruc tutarsa. 4. Ramazan ayında sübhün daxil olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa; bu təqdirdə ehtiyata əsasən mütləq-qürbət qəsdi ilə orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.5. \"Sübh olmadı\" deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra sübh olduğu məlum olarsa;6. Ona \"sübh oldu\" deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini başa düşdüyü halda, özü də araşdırmadan orucu batil edən bir işi gördükdən sonra sübh olduğu məlum olarsa;7. Kor bir insan, ona şəri cəhətdən höccət olan şəxsin sözünə əsasən iftar etsə və sonra iftar vaxtı olmadığı məlum olarsa;8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edə, sonra da iftar vaxtı olmadığı məlum olarsa; amma buludlu havada axşam olduğunu zənn edib iftar edərsə, belə ki, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata daha uyğundur.9. Susuzluq cəhətindən ağzında suyu məzməzə etsə və bu əsnada ixtiyarsız olaraq boğazına su gedərsə, yenə əgər vacib namazdan qeyri bir şey üçün dəstəmaz aldığı zaman məzməzə edərkən boğazına su yetişərsə, onu qəza etmək ehtiyat-müstəhəbdir. Amma oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq su boğazına yetişərsə, qəzası yoxdur.10. Bir kəs məcburiyyət, ya zərər, ya təqiyyə cəhətindən iftar etsə, qəza etməsi lazımdır, amma kəffarə ona vacib deyildir.Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, ya suyu burnuna alsa və ixtiyarsız udsa, qəza ona vacib deyildir.

  • Aprel döyüşləri Putinin qərarını dəyişdi

    10.06.2016 23:57

    \"Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin jurnalistlərə açıqlamasında deyib.O, bildirib ki, Azərbaycanın üzvlüyünün müzakirəsinin təxirə salınmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasıdır.\"Avrasiya İttifaqına daxil olmaq üçün növbədə Tacikistan dayanır. Yəqin ki, Tacikistan yaxın vaxtlarda İttifaqa daxil olacaq. Amma Bakı və İrəvan arasında gərginliyin artması Azərbaycanın İttifaqa üzvlüyünün təxirə salınması ilə nəticələnib”. Lepexinin deyib ki, Avrasiya ittifaqına daxil olan dövlətlər arasında millətlərarası münaqişə yoxdur.Ötən ilin sonlarında Azərbaycanın da bu İttifaqa daxil olacağı ilə bağlı məlumatlar yayılmışdı. 2015-ci ilin oktyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında demişdi ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna edilmir.Daha sonra isə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirimişdi ki, biz ilk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik.Dekabrın sonlarında isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə bağlı ilkin şərtləri açıqlamışdı. E.Məmmədyarov Ermənistanın işğala son qoyacağı halda İttifaq ölkələri ilə Azərbaycanın ərazisi ilə əlaqə qura bilmək imkanı qazanacağını vurğulayıb.29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər.Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvlük barədə müqavilə imzalayıb. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfra endirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var. İttifaqda ən aparıcı rol Rusiyaya məxsusdur.

  • Azərbaycanda bu avtomobillərin satışı dayandı

    10.06.2016 23:53

    Azərbaycanda \"Brilliance” avtomobillərinin satışı dayanıb. Bu Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı \"Brilliance Auto Group Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, ölkəyə yeni modellərin gətirilməsi dayandırılıb. Buna səbəb isə dolların bahalaşmasından sonra bu avtomobillərin xeyli bahalaşması olub.\"29-32 min manata heç kim Çin maşını almaq istəmir”Satış meneceri Pərvin Əhmədov fins.az-a bildirib ki, ilin əvvəlindən indiyə qədər avtomobil satışı olmayıb. Hazırda salonda 2013-cü ilə aid \"Brilliance H 530” və \"Brilliance V5” modelləri satılır. Bu avtomobillər 60 % bahalaşıb. Məsələn, əvvəl 18-19 min manata satılan bu avtomobillər devalvasiyadan sonra 29-32 min manata kimi bahalaşıb: \"Bu qiymətə isə heç kim Çin maşını almaq istəmir”.Sığorta şirkətləri \"Brilliance”dan imtina edirSatış menecerinin sözlərinə görə, satışların dayanmasının bir səbəbi dolların bahalaşmasıdırsa, digər bir səbəb bu avtomobillər Azərbaycan məşhur olmamasıdır. Belə ki, geniş istifadə edilmədiyi üçün \"Brilliance” modellərinin ehtiyat hissələri çətin tapılır. Ölkəyə isə baha qiymətə gətirilir. Məsələn, avtomobilin Çində 100 dollara satılan qapısı Bakıya 700-750 manata gəlib çıxır. Sığorta şirkətləri isə bütün bu səbəbləri nəzərə alaraq \"Brilliance” modellərini kasko sığorta etməkdən imtina edirlər.Əvvəl alınan maşınları geri qaytarırlar Ona görə, daxili kreditlə satılan maşınlar qəzadan sonra gətirilib şirkətin servisinə qaytarılır. Belə ki, indiyə qədər 20-yə qədər \"Brilliance” modeli satılıb. Onlardan 5-i qəzadan sonra geri qaytarılıb. Sonuncu bir avtomobili isə lizinqlə alıb ödənişləri qaytara bilməyən müştəri ötən həftə geri qaytarıb. Satış menecerinin sözlərinə görə, şirkət fəaliyyətini \"Rent A Car” olaraq davam etdirəcək. Satılmayan avtomobillər kirayə veriləcək.

  • Aylıq 50-100 manata ev almaq istəyənlərə şad xəbər

    10.06.2016 23:48

    Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev yeni qurumun gördüyü işlər barədə sualları cavablandırıb.-Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasından əsas məqsəd nədir?-Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.-Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində artıq hansı işlər görülüb?-Agentliyin yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanılıb. İlk növbədə Agentliyin daxili strukturu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalaşdırılması həyata keçirilib. Eyni zamanda, aidiyyəti dövlət qurumu tərəfindən inzibati binanın ayrılması prosesi tam başa çatanacan, Agentliyin Səbail rayonu, M.Ə.Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləşdirilməsi təmin edilib. Bununla yanaşı, Agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan \"MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalaşdırılmasına və işinin təşkil olunmasına başlanılıb.-Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni, vətəndaşlar üçün əlyetərli mənzillərin tikintisi sahəsində işlərə başlanılıbmı?-Bəli, bu işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən \"MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq.-Tikiləcək mənzillərin hansı sosial qruplar tərəfindən əldə olunması nəzərdə tutulur və onlar üçün bu mənzillərin əlyetərliliyi necə təmin ediləcək?-Son illərdə ölkənin yüksək iqtisadi artım templəri tikinti sektorunun inkişafına güclü təkan verib. Ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binaların tikintisi həyata keçirilib, bu da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfəsini verib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq. Eyni zamanda, bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texniki və iqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq.-Agentlik tərəfindən sosial mənzillərin tikintisi sahəsində dünya praktikası öyrənilirmi?-Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. Biz Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsini öyrənirik. Cari ilin may ayının ortalarında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edərək, bu ölkənin sosial mənzillərin tikintisi sahəsində artıq 1984-cü ildən fəaliyyət göstərən Kollektiv Mənzillər İdarəsinin (TOKİ – Toplu Konut İdarəsi) rəhbəri və təşkilatın idarə heyətinin üzvləri ilə görüşlər keçirmiş, bu istiqamətdə reallaşdırdığı layihələrlə və əldə etdiyi nailiyyətlərlə tanış olmuşuq. Bununla yanaşı, səfər çərçivəsində Orta Şərq Texniki Universitetinin Şəhərsalma və Memarlıq üzrə Tədqiqat Mərkəzində sosial mənzillərin tikintisi sahəsində elmi tədqiqatlarla məşğul olan professorlarla da görüşlər keçirilib. Əminik ki, dünya praktikasının öyrənilməsi Agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradacaq. Onu da deyim ki, görülən işlər barədə ictimaiyyətə müntəzəm surətdə məlumat veriləcək. Qeyd edək ki, uzun müddətdir ki, sosial evlərin ilkin ödəniş olmadan, aylıq 50-100 manat həcmində ödənişlərlə əhalinin aztəminatlı təbəqəsinə satışı müzakirə olunur. Azərtac

  • Cavid Hüseynov bəraət istəyir

    10.06.2016 23:44

    Jurnalist Rasim Əliyevin döyülüb ölməsi işi üzrə həbs edilən «Qəbələ» futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.Bunu AzadlıqRadiosuna C.Hüseynovun vəkili Adəm Məmmədov bildirib.A.Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasının istəndiyini söyləyib. O, işə bu yaxınlarda baxılacağını düşünür.Vəkilin fikrincə, C.Hüseynovun əməlində cinayət tərkibi yoxdur: «O, Rasim Əliyevin döyüldüyünü bilməyib, hadisəni bildikdən sonra bunu edən bibisi oğluna zəng edərək polisə təslim olmasını tələb edib. Buna görə deyirəm ki, bu məsələdə Cavid hər hansı cinayətə yol verməyib».Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu işdə günahlandırılan E.İsmayılova 13, A.Əliyevə 12 il 6 ay, C.Məmmədova 11 il, S.Mustafayev və K.Mədətova isə 9 il həbs cəzası verilib.C.Hüseynovun məhkəməsi ayrılıqda keçirilib. Bu il mayın 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

  • Deputatdan AÇIQLAMA: Şəhid ailəsinin krediti silinməyib...

    10.06.2016 23:40

    Bu gün səhifəmdə Mingəçevirdən olan şəhid Adil Adilzadənən atasının kredit borcunun həll ediləməsi barədə məlumat yazdım. Bildirirəm ki, kredit borcu silinməyib, problem həll edilib.Bu barədə May.Az-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, bu məsələ artıq şəhid ailəsini narahat etməyəcək.\"Təəssüf edirəm ki, bu məsələdən istifadə edib məmurların və dövlət orqanların ünvanına xeyli əsasız ittihamlar səsləndi. Bildirirəm ki, şəhid ailəsi krediti özəl kredit təşkilatından götürüb və onun dövlətə və dövlət qulluğunda çalışan məmurlara aidiyyatı yoxdur. Problemin həll edilməsində ən çox səy göstərənlər isə məhz həmin özəl təşkilatın rəhbərliyi oldu. Ümumilikdə isə məsələ hər bir kəsin şəhid ailələri ilə bağlı məsələlərə biganə qalmadığını və onların həllinə öz yardımını göstərmək istədiyini ortaya qoydu\", - deputat əlavə edib.

  • Emir \"Instagramın ən zəngin gənci\" seçildi (FOTO)

    10.06.2016 14:38

    İngiltərənin məşhur \"Daily Mail\" nəşri \"İnstaqramın zəngin gəncləri\" siyahısında türk iş adamına da yer verib. May.Az məlumat verir ki, Nyu-York və Mayamidə bizneslə məşğul olan Emir Bahadır siyahıda birinci yeri tutub. Lüks həyatını İnstaqramda nümayiş etdirən gənc iş adamının 200 mindən çox izləyicisi var. Türkiyədən film və bir sıra təkliflər alan Emir Bahadır İngiltərənin nüfuzlu \"Channel 4\" kanalında şou proqramına aparıcılıq edəcək. Türk biznesmen bir müddət əvvəl Mayamidə təşkil etdiyi partiyə italyan model Alessandra Pozii də qatılmışdı.

  • 14 yaşlı qıza təcavüz edən kişi: \"Orucluyam, bu barədə danışmaq istəmirəm\"

    10.06.2016 14:19

    Antaliyada tanış olduğu 14 yaşındakı əqli qüsurlu qızla dəfələrlə cinsi əlaqəyə girən şəxs saxlanılıb. May.Az-in məlumatına görə, 44 yaşındakı şəxs bu əməllərinə görə 23 il 8 ay azadlıqdan məhrum edilib. Kayseridə qeydə alınan hadisə hər kəsi heyrətləndirib. İstintaq araşdırmasına görə, şübhəli A.B., zərər çəkmişlə Antaliyada bir kafedə tanış olub. Antaliyada bir evə gedən cütlük bir müddət oturub. Daha sonra şübhəli razılıq əsasında zərər çəkmişlə cinsi əlaqəyə girib. Daha sonra zərər çəkmiş qızla Kayseriyə gələn şübhəli, böyük qardaşının evinə yollanıb. Burada da 15 yaşından kiçik qız uşağı ilə dəfələrlə cinsi əlaqəyə girən şəxs polisə edilən şikayətdən sonra saxlanılıb. Şübhəli A.B. məhkəmədə dindirilmə zamanı özünü müdafiə edib: \"Bu mübarək gündə orucluyam. Ağlım o qədər qarışıqdır ki, nə deyəcəyimi, nə söyləyəcəyəmi bilmirəm. Yaşının kiçik olduğunu bilmirdim. Azad olunmağımı tələb edirəm\". Şübhəlinin qardaşı isə böyük qardaşının Antaliyadan bir qız ilə gəldiyini və onunla evlənəcəyini düşünüb. Məhkəmə heyəti mühakimədən sonra şübhəli A.B.-yə tutduğu əməllərə görə 23 il 8 ay həbs cəzası verib.

  • MTN generalı məşhur qadın müğənninin evini əlindən alıb

    10.06.2016 01:01

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kriminal əməlləri haqda məlumatların sayı-hesabı itib. Hazırda həbsdə olan A.Çovdarovun daha bir əməli haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. BAKU.WS musavat-a istinadən verdiyi məlumata görə, A.Çovdarovun Bakıda bir çox iş adamlarını sənədsiz-sübutsuz MTN-ə, özünün nəzarəti altında olan ünvanlara apartdıraraq orada qanunsuz olaraq saxlaması, külli miqdarda pul qopararaq azad etməsi haqda dəfələrlə yazılıb. Belə ünvanlardan biri Bakının mərkəzi hissələrindən birində, Həsən Əliyev küçəsindədir. Qaynağımız bildirib ki, 7 mərtəbəli bina A.Çovdarovun \"krışa”lıq etdiyi tikinti şirkətinin ofisidir. Həmin ofisin 2 mərtəbəsi yerin altındadır və zirzəmidə iş adamlarının saxlanılması, döyülməsi, qorxudulması halları olub. Bir neçə il əvvəl həmin ofisin zirzəmisinə Vaqif adlı şəmkirli iş adamı aparılıb. Vaqif Bakıda tikinti biznesi ilə məşğul olurmuş. Mənbəmiz iddia edir ki, onu Şəmkirdəki \"Həyat” restoranından qızının toy mərasimindən çölə çağıran Çovdarovun adamları başına torba keçirib Bakıya, həmin ofisin zirzəmisinə gətiriblər. Vaqif sonradan yarım milyon manatın müqabilində girovluqdan azad edilib. Redaksiyamıza daxil olan xəbərə görə, odioz generalın qanunsuzluqları ilə üz-üzə qalanlar sırasında sənət adamları da olub. Məlumata görə, məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Bundan sonra \"Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Müğənniyə deyiblər ki, onu MTN-dən buraxılması üçün Familin dostu xahiş edib. Buna görə də azad ediləndən sonra \"Edem” restoranına gedərək orada həmin şəxsin ayağına düşüb onlardan üzr istəməlidir. Deməlidir ki, münasibətlərinin korlanmasına görə özünü suçlu bilir. Xanım müğənni şərti qəbul edəndən sonra azad ediblər və birbaşa \"Edem” restoranına aparıb diz çökdürüblər.Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun \"krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar. Redaksiyamıza A.Çovdarovun şərikləri haqda məlumatlar daxil olub. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik. A.Çovdarovun həbsindən sonra isə Famil və onun şəriki ölkəni tərk ediblər. Xanım müğənninin Bakıda olduğu, ara-sıra bir vaxtlar onu diz çökdürən sponsoru ilə görüşmək üçün xaricə getdiyi bildirilir. Həmin xanım müğənninin kimliyi haqda da redaksiyamızda dəqiq bilgi var. Müəyyən səbəblərdən onun adını hələlik yazmırıq. Amma sözügedən sənətçi \"Yeni Müsavat”a açıqlama vermək istəsə, mövqeyini dərc etməyə hazırıq. BAKU.WS

  • \"Səni atmaq istəmirəm...\" - Leyla Əliyeva

    10.06.2016 00:31

    Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni şeir yazıb.MAY.AZ xəbər verir ki, Leyla Əliyevanın yeni şeiri \"Səni atmaq istəmirəm\" adlanır.Şeiri təqdim edirik: (Я не хочу тебя бросать)Səni tərk etmək çətin!.. -Mən bunu istəmirəm...amma atıb gedəcəmbu səddi yenməliyəm.Məğlub olmaq üçünmüOyun oynadın? – Nədən?!Bir sual et özünə -Dərk et bunu dərindən...Neyçin oyuna girdin?Ağ bayraqla bitirdin.Öncədən bilə-bilə,Sən sonunu yetirdin.Bunu bilirdin, əlbət,Amma gözə almadın,Zəfər ciddi addımdır,Sən bunu anlamadın.Yoxdur qalib! – Heç bunuGətirmə xəyalına.Zəfər sözü çox yaddırBu oyunun adına...Həyat elə həyatdırFilmlərə aldanmaBəs onda səbəb nədirTəlaşa, həyəcana?..Gözlərinə baxıram –Hisslər, duyğular labüd...Sanma gənc ürəkdədirBütün şübhə, tərəddüd...İnanırdın sonundaHər şey yaxşı olacaq,Hər halda gözləyirdin,İnanmağınsa – nahaq...Sonun axırı budur,Belə də olmalıymış..!Ən sona nöqtə qoyubYeni həyat başlamış...İtirməksə çətindir,Bunu mən də bilirəmÇünki özüm bu yoluQarış-qarış gəlirəm...\"Bağışla” desəm sənəYüngüllük taparsanmı?Ən duyğulu anında,İtirdiyini duyubKöksün üstə sıxdığınBu nazik əllərimiXahiş eləsəm səndənAçıb buraxarsanmı?\"Sızıldama, ağlama!” –Yox, ağlayan deyilsən..!\"Unut, yadından çıxart!” –Unudan da deyilsən...Xahiş edirəm, süzməHəsrətli gözlərinlə...Yanaşı olanda daTəkdin öz aləmində...Az da olsa, əqlimi,Başımdan eyləmişdin.Səni mən Məcnun etdim;Etirafda gecikdim..?Lap boynuma alsam da,günahımı – nə fayda?..Günahlar silinəcəkGün üfüqdən baxanda...Sən də qeyb olacaqsan,Günahlarla birlikdə...Təlaşlanma, yellənməqürubun yedəyində.Mən sənə \"yox!” deyirəm\"Yox” mövcud olmasa da...Yolasa tək çıxıramHəyəcanlar sarsa da...Aramızda uçurum –Dərinliyi bir ümman.Torpaq tökmə – bitişməzHeç cəhd etmə, ay oğlan.Gedirəm, qəzəbliyəm,Kinim – oddan-alovdan..!Addımlarımsa kövrək,Arxasında bir inam...Tərcümə :Mahir Qabiloğlu

  • Murat Bozun yeni sevgilisi ...FOTO

    10.06.2016 00:23

    Türkiyəli müğənni Murat Boz yeni filmə çəkilir.May.Az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı \"Dönerse senindir\" filmində fotoqraf obrazını canlandıracaq. Romantik komedi filmində onun tanınmış aktrisa Yasemin Allenlə sevgili olacağı bildirilir.Qeyd edək ki, ifaçının bundan öncə çəkildiyi \"Hadi inşallah\" və \"Kardeşim benim\" filmləri xeyli məşhur olub.

  • “Formula-1” ilə bağlı Bakının mərkəzi küçələrindən biri bağlanır

    09.06.2016 17:48

    Bakıda ilk dəfə təşkil olunacaq \"Formula-1” üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədi ilə paytaxtda bu gün saat 24:00–dan sabah saat 15:00-dək Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Qeyd edilən istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə, hərəkət tənzimlənir. Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.