-
Azərbaycanda maskalı şəxslərdən qorxulu cinayət
16.06.2016 02:01
Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb. Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi \"KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
-
Sabah yaman isti olacaq
16.06.2016 01:58
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtda və yarımadada cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında iyunun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti qeydə alınacaq.
-
\"O məmurların az qala hamısının intim videosu var\"
16.06.2016 01:55
2012-ci ildə Gürcüstanda Saakaşvili seçkiləri uduzandan və indiki koalisiya hakimiyyətə gələndən sonra gizli intim videolarla bağlı maraqlı hadisələr baş verdi. Təzə komanda hakimiyyətə gələndə gördü ki, demək olar ki, ölkədə elə ictimai əhəmiyyətli adam qalmayıb ki, onun videosu olmasın. Daxili İşlər Nazirliyinin təkcə bir məlumatına görə, 26.000 qovluq (hər birində yəqin ki, yüzlərlə) videolar aşkarlandı. Yuxarıda qeyd olunanlar barədə yazan Azərbaycan Streteji Araşdırmalar Mərkəzinin eksperti Fuad Çıraqova görə, İvanişvili hakimiyyətinin ölkənin müxtəlif yerlərində köhnə hakimiyyət tərəfdarlarına qarşı keçirdiyi əməliyyatlar zamanı gizli saxlanma yerlərindən yüzlərlə video da çıxmışdı: \"Hətta bir mənbə 3 milyonluq əhalisi olan ölkədə 5-6 milyonluq intim videorolik çəkildiyini israrla iddia edir, hansı ki, fiziki və praktiki olaraq mümkün görünmür. Sözün qısası, Mişa dövründə bu məsələ konveyer yoluna qoyulubmuş, hansı ki, müasir texnologiyalarla elə də çətin deyil\". Ekspert bildirir ki, Saakaşvili hakimiyyətə gələndən sonra ölkənin təhlükəsizlik orqanlarında bir sıra mühüm islahatlar aparıb: \"O, daxili işlər və təhlükəsizlik orqanlarını birləşdirdi. Bundan əlavə, bu orqanlarda rus agenturasının kökünü kəsmək üçün köhnə əməkdaşların 90%-i yenilənmişdi. Onun rus agenturasına qarşı güclü fobiyasının olmasını hamı bilir, özünün doğma babası vaxtilə NKVD generalı olub, yəqin ki, bildiyi nələrsə var. Bəzi ekspertlər qeyd edirlər ki, Saakaşvilinin təmizləmələrinə baxmayaraq, rus agenturası bu orqanlara uğurla yenidən infiltrasiya edə bilmişdilər. Ona görə də bu dövrdə çəkilən videoların bir nüsxəsi əgər öz arxivləri üçün idisə, böyük ehtimalla digər nüsxəsi başqa ölkə üçün idi. Bundan əlavə, bu dövrdə təhlükəsizlik orqanlarında bu videoları çəkən qrupun hədəfi təkcə müxalifət və potensial aktiv insanlar deyil, elə Saakaşvilinin yaxın ətrafı, bu işə rəhbərlik edən nazir Vano Merabişvili, Mişanın güc strukturlarında digər vuran əlləri olan Axalaya qardaşları və başqaları idi. Ən maraqlısı isə, 2012-ci il seçkiləri ərəfəsi məhz bu qrup tərəfindən Qldan türməsində məhbuslara işgəncə faktları çəkilərək ictimaiyyətə ötürülmüşdü və məhz bu dəhşətli video Saakaşvilinin səslərinin ən azı 10-15% itirməsinə və uduzmasına səbəb olmuşdu\".Milli.Az teleqraf.com-a istinadən bildirir ki, F.Çıraqov hesab edir ki, Gürcü Arzusu hakimiyyətə gələndən sonra bu videoları məhv etmək üçün xüsusi komissiya yaradılıb: \"Açıqlamalar verildi ki, neçə minlərlə videolar məhv edildi. Amma görünür ki, bu cür faktlar heç bir zaman məhv olmur. Məhv edildiyi iddia edilən videolar xüsusilə builki seçki mübarizəsi zamanı müxtəlif qruplar tərəfindən fəal şəkildə istifadə edilməkdədir. Şübhəli ip-lərdən və Rusiya ərazisindən bu videolar ötən ildən başlayaraq yüklənməkdədir. Bu məsələyə hətta ölkə prezidenti və baş nazir qarşıraq bu cür şantajların yolverilməzliyi barədə bəyanatlar verdilər. Hətta ABŞ-dan FTB-nin dəvət edilərək araşdırılma aparılması da təklif edildi\".Ekspertə görə, bu cür videoların çəkilməsi hətta ən demokratik hesab edilən ölkələrdə adi praktikadır: \"Məsələ bu videonun sonra hansı məqsədlərlə istifadə edilməsidir. ABŞ-da bu günə qədər xüsusilə 11 sentyabr terror aktından sonra insanların fərdi və konstitusion hüquq və azadlıqlarını məhdudlaşdıran \"National Patriotic Act\"a və digər kütləvi izləmə texnologiyalarına görə fərdlərin şəxsi həyatının toxunulmazlığını müdafiə edən, dövləti fərdin düşməni görən libertarian düşüncəli insanlarla dövlət arasında mübarizə getməkdədir. Sözün qısası, hər birinizin bir gün kino ulduzu olmaq şansı var\" .
-
Azərbaycanda 350 məhbus azadlığa buraxıldı
16.06.2016 01:53
Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib.Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u qadındır.Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.Amnistiya aktının icrası davam edir.Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
-
\"Son zəng\"də iki nəfəri bıçaqlayan şəxslərin adları AÇIQLANDI
16.06.2016 01:51
İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən \"Son zəng\" tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.Trend-in məlumatına görə, hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.Gədəbəy rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil.Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, dava sərxoşluq zəminində baş verib. Gənc həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.Xatırladaq ki, dünən Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdən kənarda keçirilən \"Son zəng\" şənliyində kütləvi dava baş verib. Hadisə nəticəsində 1 kənd sakini, 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y.Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R.Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R.Nəbiyev vəziyyəti nisbətən ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar və Röyal Nəbiyevlər əmioğludurlar.
-
Lavrov Qarabağ münaqişəsinin nizamlanmasından danışdı
16.06.2016 01:49
\"MDB məkanında bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır\".Virtualaz.org bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı \"hökumət saatı\"nda çıxış edərkən deyib.Nazir qeyd edib ki, bu həmçinin Ukraynadakı böhrana, Dnestryanı problemə və Dağlıq Qarabağ münaqişəsinə aiddir: \"Ən əsası tərəflər əldə olunan razılaşmalara hörmətlə yanaşmalı və onlara yenidən baxılmasına imkan verməməlidirlər\".
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
16.06.2016 01:07
Azərbaycan nefti ucuzlaşıb.May.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,01 dollar və ya 2% azalaraq 49,68 dollar təşkil edib.
-
Tanınmış aparıcı ANS-dən getdi
16.06.2016 01:03
ANS telekanalı daha bir əməkdaşı ilə yollarını ayırıb.May.Az-ın məlumatına görə, Kəmalə Əlisgəndərqızı birinci gündən öz istəyi ilə işdən çıxıb.Teleaparıcı Kəmalə Əlisgəndərqızı ANS-dən ayrılmasının səbəbi haqda danışarkən deyib: \"Struktur dəyişkliyi ilə razılaşmadım və öz ərizəmlə işimdən ayrıldım. Bir neçə yerdən təklif almışam. Aralarında jurnalistikaya aid olmayanı da var. Hələlik düşünürəm\".Xatırladaq ki, K.Əlisgəndərqızı uzun müddət \"İç xəbər\", \"Xəbərçi\" və digər proqramların aparıcısı, həmçinin layihə rəhbəri olub.
-
Vladimir Putin və Həsən Ruhani Bakıya gəlir
14.06.2016 19:31
Bu ilin avqust ayında İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. \"Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, - o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib. Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər.
-
İlkin Həsəni qəzaya düşdü
14.06.2016 19:28
ATV-nin aparıcısı, aktyor İlkin Həsəni avtomobil qəzası keçirib.May.Az axşam.az-a istinadən məlumatına görə, aparıcının maşınının arxa hissəsi əzilib.\"Maşınım yüngül əzilib. Hazırda polis idarəsindəyəm, məsələ ilə məşğulam” deyə, İ.Həsəni bildirib.
-
Azərbaycan üçün 3-cü devalvasiya proqnozu
13.06.2016 12:42
Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.May.Az contact.az-a istinadən xəbər verir ki, bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.Hər üç ölkə büdcəsinə yenidən baxıb və neftin qiymətini daha ucuz götürüblər ($41 və daha çox).Amma hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.Neftin ucuzluğu cari əməliyyatlar hesabının saldosunu zəiflədir. Hələ bir müddət valyuta ehtiyatları azalacaq, milli valyuta təzyiq altında qalacaq.«Bu ölkələrin əsas prioritetləri fiskal məkanın azalması kontekstində dövlət gəlirlərinin azalmasını korrektə etmək, maliyyə sektorunun risklərini idarə etməkdən ibarətdir», - deyə hesabatda bildirilir.
-
İyun ayının qeyri-iş günləri açıqlandı
13.06.2016 12:40
Bu həftə üç gün iş olmayacaq. İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də çərşənbə günü iş olmayacaq. 26 iyunda isə Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək. Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib. Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər. Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
-
Formula-1 zamanı eyvanından baxanlara 900 manat cərimə iddiasına cavab
13.06.2016 12:27
Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai \"Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair iddialara aydınlıq gətirib. N.Arpadarai deyib ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər: \"Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmayıb. Bunun əksini deyənlər isə yalan məlumat yaymaqla məşğuldur”. Buna abxmayaraq N.Arpadarai cərimənin ola biləcəyini istisna etməyib: \"Dövlət qurumları tərəfindən həmin binaların sakinləri ilə bir-bir söhbət aparılıb. Mən bildiyim qədəri ilə vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Amma eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə yoxdur”.
-
Homoseksualların paradına
13.06.2016 01:11
Kiyevin mərkəzində homoseksuallar “Bərabərlik marşı” keçiriblər.May.az APA-nın UKRİNFORMA-a istinadən verdiyi məlumata əsasən bildirir ki, aksiyadan əvvəl polis və aksiya əleyhdarları arasında toqquşma baş verib, 50 nəfər saxlanılıb.Aksiyanın təhlükəsizliyinin qorunmasına 6 min polis əməkdaşı cəlb edilib. Bir neçə yüz nəfərin iştirak etdiyi aksiyaya Ali Radanın, Avropa Parlamentinin bir neçə deputatı, səfirliklərin əməkdaşları da qatılıblar.Aksiya başa çatandan sonra isə idman geyimli və tibbi maska taxmış bir qrup şəxs Boqdan Xmelnitski küçəsində yerləşən teatr binasının qarşısında toplanıb və homoseksualların aksiyası əleyhinə şüarlar səsləndiriblər.
-
Пара занимается сексом рядом со своей несовершеннолетней дочерью (видео 18+)
12.06.2016 16:57
Семейная пара занимается сексом на глазах у своей дочери.Как передает May.Az, в одном из общественных парков Европы, семейная пара занимается любовью на глазах у своей несовершеннолетней дочери. На кадрах видно как ребенок сидит рядом с любвеобильными родителями. К сожалению их любовь в это время была направлена не на собственного ребенка а совсем в другое русло.Присутствие людей, пару ни сколько не смущает. Даже наоборот, подзадоривает. Европа породила чудовищные тоталитарные режимы. Тоталитаризм не в оружии и войне, а в самой формуле «загнать людей в счастье». Людей загоняют в секс. Да, сексуальное удовольствие самое сладкое, но его дискредитирует разврат, разврат — это обесценивание секса. Таинство супружеской любви хотят заменить откровениями из Интернета. Людей насильно развращают. Разврат оправдан.Философия гедонизма ведёт к истощению способности человека наслаждаться. Всё более изысканные и извращенные формы принимает мировой разврат. Оргии студентов университетов, педофилия, мастурбация преподносятся как норма. Европейцы стали рабами своих страстей. Страсти убили красивые и великие желания и мечты. Похоть правит душами, владеет людьми. Вырваться из неё не так-то просто. Даже благочестивые люди для победы над страстями прикладывают большие усилия, потому что хотят свободы. Да, бываю страсти созидательные (страсть к науке, к философии, к музыке, к литературе, например), но есть страсти разрушительные (злоба, месть, разврат). Разврат — центральная страсть, страсть страстей, корень, исток зла. Именно разврат порождает злобу, ненависть, месть.
-
Ana südü ilə qidalandırılma və yeni hamiləlik
12.06.2016 11:56
Qadınlar arasında belə bir səhv fikir formalaşmışdır ki, əmizdirmə dövründə ana hamilə qala bilməz.Bu, heç də belə deyil. Uşaq əmizdirən qadınların 96%-nin orqanizmində, həqiqətən də, elə bir vəziyyət formalaşır ki, bu zaman ovulyasiyanın olmaması səbəbindən o, süd verdiyi müddətdə hamilə ola bilmir. Çünki bu zaman ananın orqanizmində yumurta hüceyrəsi yetişmir, ovulyasiya baş vermir, menstruasiya olmur. Bu hal \"laktasion amenoreya\" adlanır və təbii kontrasepsiya (hamiləlikdən qorunma) üsuludur. Onu da qeyd etmək lazımdır ki, bu üsul yalnız uşağın əmizdirilməsinin düzgün şəkildə aparıldığı halda, uşaq doğulduqdan sonra ilk 6 ay ərzində effektivdir. Lakin bu 100% halda baş vermir. Bu səbəbdən, qadın ehtiyatlı olmalı və özünə uyğun kontrasepsiya üsulu seçməlidir.Fizioloji nöqteyi-nəzərdən ananın ikinci dəfə hamilə olması üçün ideal vaxt, birinci uşağın ana südü ilə qidalandırılması tam şəkildə başa çatdıqdan ən azı bir neçə ay (və doğuşdan ən azı iki il keçdikdən) sonrakı dövr hesab olunur.Lakin ikinci hamiləlik, bu müddətdən tez, birinci uşağın əmizdirilməsi ilə eyni vaxtda baş vermiş olarsa, bunu faciə kimi qəbul etmək, hətta yeni hamiləliyi pozmağa cəhd etmək və ya təcili olaraq 1-ci uşağı süddən kəsmək qəti surətdə qadağan olunur! Əksər hallarda, yeni hamiləliyin baş verməsi, 1-ci uşağın əmizdirilməsi üçün əks-göstəriş hesab olunmur.Uşaq əmizdirən və eyni zamanda hamilə olan qadın kifayət qədər və tam dəyərli qidalanmalıdır (zülallar, vitamin və minerallarla zəngin olan müxtəlif çeşidli qidalar qəbul etməlidir).Hamiləlik dövründə ananın döş gilələrində həssaslığın artması baş verə bilər ki, bu zaman onlar müəyyən qədər ağrılı olurlar. Əgər əmizdirmə zamanı döşdə ağrı, xoşagəlməz hissiyyat yaranarsa, uşağın əmmə müddətini bir qədər azaltmağa, əmizdirilmə vəziyyətini dəyişməyə cəhd etmək olar.Hamiləlik vaxtı ananın döşündə olan südün miqdarı, onun keyfiyyəti və dadı get-gedə dəyişiləcəkdir. Bu, hamiləlik dövründə ananın hormonal fonunda olan dəyişikliklərlə əlaqədar olur. Bəzi uşaqlar südün dadının dəyişdiyini hiss edərək döşdən imtina edə bilərlər, digərləri isə bunu hiss etmədən eyni qaydada əmməyə davam edirlər.Hamiləlik zamanı anada südün miqdarı azalır və bu səbəbdən, körpə daha çox əmməyə başlaya bilər. Həmçinin hamiləliyin ikinci trimestrindən etibarən, ananın yetkin südü əvvəlki formasına - ilkin südə çevrilməyə başlayır. Bildiyimiz kimi, ilkin süd uşağın bağırsaqlarını yumşaldır və hətta açır. Məhz bu səbəbdən, körpədə ishallar yarana bilər. Qətiyyən, bu ishalları zəhərlənmə ilə səhv salmayın. Bu normaldır və zəhərlənməyə aid digər kliniki göstəricilər (qusma, susuzlaşma və s.) yoxdursa, narahatlığa da heç bir əsas yoxdur.Bir çox hallarda hamilə qadınlar qorxur ki, 1-ci körpəni əmizdirməyə davam etdikdə, bu onlarda öz-özünə uşaqsalmaya (aborta) və ya vaxtından qabaq doğuşa səbəb ola bilər. Lakin bu, heç də belə deyil. Əgər bundan əvvəlki hamiləlik fəsadsız keçirdisə və yeni hamiləlik də sakit şəkildə keçirsə (hamiləliyin pozulması təhlükəsi, qanaxmalar və s. yoxdur), ana əmizdirməni növbəti doğuşa qədər davam etdirərək, hətta lazım gələrsə, daha sonra hər iki uşağını da eyni zamanda əmizdirə bilər (bunu “tandem əmizdirmə” adlandırırlar).Lakin əvvəlki hamiləlik çətin keçmişsə və yeni hamiləliyin də pozulma ehtimalı varsa, bu halda həkim məsləhəti ilə uşağın əmizdirilməsini dayandırmaq lazımdır.
-
Daha bir şad xəbər
12.06.2016 11:47
Müəllimlərin maaşı 4 dəfə arta bilərGələn ildən müəllim ixtisasını seçən 300 abituriyentə təqaüd veriləcək\"Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir\". Editor.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov ANS TV-yə müsahibəsində deyib.Nazir bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər: \"Əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə \"bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram\" fikri ilə yanaşır.\"Onun sözlərinə görə, abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub: \"Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk.\"Hazırda Azərbaycanda müəllimlər orta hesabla 200-250 manat maaş alırlar. Ölkədə orta maaşın 450 manat olduğu nəzərə alınarsa, bu, orta məktəb müəllimlərinin maaşlarının 900 manata qədər artırılması deməkdir. Yəni nazirin dedikləri həyata keçərsə, Azərbaycanda müəllimlərin maaşları 4 dəfəyə qədər arta bilər.
-
Cəbhədə ara qarışdı: Düşmən iri çaplı silahları işə saldı
12.06.2016 11:44
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.May.Az Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
Rudilli şagirdlər üçün ağır gün
12.06.2016 11:40
Bu gün rus bölməsi abituriyentləri üçün \"Azərbaycan dili\" fənni üzrə imtahan keçirilir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından May.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlayacaq.\"Azərbaycan dili\" fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib.Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək \"məqbul\" qiymət alıb.Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda \"qeyri-məqbul\" qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək \"Azərbaycan dili\" imtahanında iştirak etmək imkanı verilir.Abituriyentlərin \"İmtahana buraxılış vərəqəsi\" TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara \"Yaddaş kitabçası\"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.
-
Sevgilisi ilə öpüşən gənc qız şoka düşüb öldü (FOTO)
12.06.2016 11:36
Kanadada hər kəsi şoka salacaq hadisə baş verib. May.Az məlumat verir ki, gənc qız sevgilisi ilə öpüşərkən şoka düşüb və dünyasını dəyişib. Ekspertiza rəylərindən məlum olub ki, qız fıstığın təsirindən şoka girib. Belə ki, partidə əyləndikdən sonra gənc qız sevgilisinin evinə gəlib. Gecə yarı sevgilisi fıstıq əzməsi yeyib. Daha sonra qızla öpüşən gənc qızın şok keçirdiyini görüb. Dərhal xəstəxanaya çatdırılsa da qızın həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, gənc qızın fıstığa qarşı alergiyası var. Hadisə də məhz alergiyanın təsirdən baş verib.