-
Ləman Ələşrəfqızı ANS-dən getdi
18.06.2016 02:01
ANS tv-nin aparıcı əməkdaşlarından olan Ləman Ələşrəfqızı özünün fecebook hesabında status yazıb. Onun bu statusundan belə başa düşmək olar ki, jurnalist işlədiyi teleşirkəti tərk edib. Musavat.com L.Ələşrəfqızının həmin statusunu təqdim edir:\"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!\".
-
\"Kişilərlə cinsi əlaqədə olanda iyrənirəm\" — Samiraldo ilə tam səmimi müsahibə
17.06.2016 02:08
Son dönəmlərdə o İnstagram fenomeninə çevrildi. Çəkdirdiyi videolar ilə çox məşhurlaşdı. Səmimiliyi, sadəliyi, olduğu kimi görünməyi onu insanlara sevdirdi. Bu sevgi bir neçə gün ərzində İnstagram səhifəsində olan dəyişiklikdə də özününü biruzə verdi.Ancaq 40 yaşda bu qədər insanların sevgisini birdən-birə qazanan stilist Samiraldonun ulduzluq xəstəliyi başını gicəlləndirmədi. Sevir, sevilir, olduğu kimi də yaşayır. Heç nəyi gizlətmədən... Onu qınayanlara, söyənlərə, təhqir edənlərə belə cavab vermir. Onun tək şeyə ehtiyacı var, o da sevgi... Çünki insanların sevgisi onu çox xoşbəxt edir: - Son dönəmlər yaman məşhurlaşdın. Videoların instagramda çox maraqla qarşılanır. - Ən çox hansı yadda qalıb?- Qəhrəman, açıldı , Misir müəllim...- Mən bunu məşhur olmaq üçün etmədim, sadəcə işlətdiyim kəlmələr idi, onlar indi dillərdə əzbər olub. Heç özüm də bilmədim necə oldu. Amma insanlar bunu başqa cür yozur. İnanmırdım belə olar. Kanallar mənə qadağa qoymuşdu. Bəzi saytlar var idi ki, heç məndən yazmırdı. Paxıllıqdan belə edirlər, məni insanların gözündən salırlar. Mən öz məşhurluğumu heç kimə həvalə edə bilməzdim. İndi fanatlarım çoxdur, amma mən Bakıdan olan fanatlarıma güvənmirəm. Xaricdə məni daha çox sevirlər. - Qız fanatların çoxdur, ya oğlan ?- Onlar çox mədəni oğlanlardır. Amma qızlar, qadınlar da var. Bəziləri mənə deyir ki, özünü dart. Mən bacarmıram. Deyirlər ki, özünü “koroleva”, ulduz kimi apar, amma mən deyirəm niyə, səbəbini başa düşə bilmirəm. Mənim öz dünyam var, süniliklə aram yoxdur. Mən xalqın içindən çıxan biriyəm. Xalq məni həm pis yetişdirib, həm yaxşı, həm tərbiyəli, həm tərbiyəsiz. Mən buyam, niyə maskalanım ki?!- Fala inanırsan ? - O qədər də yox. Amma 5 il bundan qabaq yol gedirdim, məşhur da deyildim. Yolda bir qaraçı yaxınlaşıb mənə dedi ki, 40 yaşında sənin həyatında köklü dəyişiklik olacaq, çox seviləcəksən. Dedi 40 yaşına kimi ömrün olacaq. Bir ilə kimi də vəfat edəcəksən. İndi düşünəndə pis oluram. Mən ona pul da vermədim, içindən gəldi deyə baxdı.- Həyatından razısan ?- Mən çox xoşbəxtəm. Amma həyatımda heç vaxt sevgi görməmişəm. İndi sevgi görürəm, inanmıram. Amma həmişə güclü insan olmuşam, amma indi zəifəm. - Əcnəbi vətəndaşlardan sevgi təklifi almısan?- O qədər... Ən çox da qızlar. Təəssüf olsun ki, oğlanlar mənə sevgili olmağı təklif etmir. (gülürük –red)- Qızlara nə cavab verirsən? - Belə şeyi başa düşmürəm axı... Çatmır mənə, qız oğlan sevgisi necə olur ki?! Qəribədir axı... Mənə qız deyəndə ki, səni sevirəm dəhşətə gəlirəm, necə qız oğlana, ya oğlan qıza sevirəm deyə bilər ki?!- Bəs sən sevməmisən?- Yox... Mən dünyaya gələndən sevgi görməmişəm. İnsanlardan daha çox nifrət, neqativlik görmüşəm. Kimsə mənə deyəndə ki, səni sevirəm elə bilirəm dolayır məni.- 40 ildir ki, sevmirsən, bəlkə sevsən daha xoşbəxt olacaqsan. - Məsələn, mən yolla gedirəm, bahalı maşınlar saxlayıb deyirlər ki, Samiraldo, deyirəm ay can, mən bundan \"kayf\" alıram. Amma bu o demək deyil ki, mən onu sevirəm. Mən ictimai insanam. - Bir ara deyirdilər ki, Samiraldo Samir Bağırovla eşq yaşayır. - Dostluq ola bilər. Amma o da qadın kimi mən də... Yox, sevgi deyil. Çoxu geydir, leyzbiyandır, amma gizlədirlər. Mən onları qınamıram. Mən etiraf edirəm, guya bu etiraf mənə nə qazandırır? Nə bahalı avtomobilim var, nə də ki, bahalı evim. Çoxları da mənimlə görüşməyə ehtiyat edir. Kişilərə nifrət edirəm, qorxuram, onlar məni çox incidib. - Bəs kişilərlə cinsi əlaqədə olanda qorxmursan?- Kişilərlə cinsi əlaqədə olanda iyrənirəm. Amma mən elə şeylər yaşamıram... Mən özüm özümdən həzz alıram. Mən göylərdə uçuram... Anlamıram, qız oğlanla necə cinsi əlaqə yaşaya bilər. - Bəs sən cinsi əlaqəyə kimlə girirsən? Mavilərlə?- Mənim obrazım qadın obrazı olsa da, əslində bunu kişilər üçün etməmişəm. Bunu öz keyfim üçün edirəm. Qoy hamı yansın, mənə baxıb həzz alsın. Amma mən bunu etməmişəm ki, kimsə məni bəyənsin.Bu məndə alınmır. - Maraqlıdır... - Mən özüm də maraqlı insanam. Səmimi danışıram, bilirəm çox insan məni qınayacaq. Amma onu da bilirəm ki, milyonlarla insan məni tanıyıb, sevir. Bu qədər adam məni sevir... Görün heç kimsə şəklimin altına yazıb ki, mən onunla yatmışam? Bu böyük bir xəstəlikdir, narkotik kimi bir şeydir. Sağalmaz bir şeydir... Şükür Allaha ki, mən xoşbəxt insanam, xəstə deyiləm, məni sevən insanlar ürəyim də necədir, bilir.
-
Azərbaycanlı aktrisa: \"İstədiyim pulu versələr, yatağa girərəm\"
17.06.2016 02:06
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovun \"Açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edir...\" fikirləri gənc aktrisa Mələk Heydərovanı özündən çıxarıb.Açıqlama verən aktrisa ittihamı qəbul etməyib:\"Bizim rejissorlar kənar yerdən gətirdikləri aktrisaya elə bir məbləğ təklif edirlər ki, həmin aktrisa istənilən səhnəni oynamağa razılıq verir. Amma bizim aktrisalara o səhnəni oynamaq təklifi qarşısında çox cüzi qonorar verirlər. Xaricdə seksual səhnələri oynadığı üçün aktrisa qınaq atəşinə tutulmur. Üstəgəl də bunun müqabilində yaxşı məbləğ alır. Film də dünyada uğur qazanır. Biz isə beş manat pul alırıq, üstəgəl də beş il də camaatın ağzında söz oluruq. Bizi ağ yuyub, qara sərirlər. Hələ bilmirik də ki, o film uğur gətirəcək ya yox. Lazım gələrsə, filmdə öpüşərəm də, yataq səhnəsinə də çəkilərəm. Amma baxır hansı məbləğə. 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm\".M.Heydərova onu da bildirib ki, seksual səhnələrin necə çəkilməsindən çox şey asılıdır: \"Alen Delonun çəkildiyi bir film var, orada sevgilisinin əlcəyi yerə düşür. Aktyor onu elə ehtirasla yerdən qaldırır ki, ona baxan tamaşaçı ehtiraslanır. O səhnə yüz ilin ən seksual səhnəsi sayılırdı.Yəni sözümün canı budur ki, rejissordan çox şey asılıdır. Öpüş, yataq, ümumiyyətlə, seksual səhnələri açıq-saçıqlıq olmadan da verə bilər\".
-
İlham Əliyev yeni icra başçısı təyin etdi
17.06.2016 01:50
Dövlət başçısı Laçın Rayonuna yeni icra başçısı təyin edilməsilə bağlı sərəncam imzalayıb. May.Az-in məlumatına görə, sərəncamda deyilir: \"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin\".
-
Bakıda hamilə qadını zorlayan, əlini ütü ilə yandıran şəxsə hökm oxundu
17.06.2016 01:47
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. May.Az Lent.az-a istinadən məlumat verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib
-
Boka Saakyan Avropanı aldadıb şengen vizası alıb
17.06.2016 01:41
\"Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil\".May.Az-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyevin sözlərinə görə, Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və islamofob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib.\"Azərbaycanın Belçika Krallığındakı səfirliyinin etirazına cavab olaraq Belçika parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib\".Mətbuat katibi bildirib ki, Ermənistan Respublikasının diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şengen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir. \"Narazılıq doğuran hal odur ki, \"Şərq Tərəfdaşlığı” proqramında iştirak edən digər ölkələrin timsalında Şengen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şengen vizası rəsmiləşdirilir. Bu, bir daha onu sübut edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır\".
-
Yaşadığı evdə qan içində tapıldı - Reanimasiyadadır (FOTO)
17.06.2016 01:38
\"İşte benim stilim\"in münsifi olduqdan sonra məşhurlaşan modelyer Kamal Doğulu xəstəxanalıq olub. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, yaşadığı evin sahibi tərəfindən qan içində tapılan modelyer pilləkənlərdən yıxılıb. Hazırda xəstəxanda olan modelyerin qardaşı, aktyor Kadir Doğulu onun vəziyyətinin ağır olduğunu bildirib. O bu haqda Instagram hesabında yazıb:\"Qardaşımın vəziyyəti ağırdır, dua edin. Həkimlər əllərindən gələni edirlər. Bütün ailə ilə yanındayıq. Gərgin günlərin keçməsi üçün dua edirik. Bu müqəddəs günlərdə qardaşım üçün dua edin. Əvvəl qardaşım sağalsın, daha sonra nə baş verdiyi deyilər. Ailəmizdən başqa heç kimin açıqlamasını ciddiyə almayın\".Kemalın dostları Çağla Şikel, Hande Yener, Hakan Akkaya, Armağan Çağlar və Öykü Serter xəstəxanaya onu ziyarət ediblər. Ç.Şikel və Armağan Çağlar modelyerin reanmasiyada olsa da həyatı üçün təhlükə olmadığını bildiriblər.
-
10 milyona az qaldıq
17.06.2016 01:32
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 600 nəfər və ya 0,3% artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9 milyon 739 min 200 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən OBBA.WS-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
-
Bakıda ŞOK OLAY: 48 yaşlı qadın özünü yandırdı
17.06.2016 01:28
Bakıda daha bir intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Zənfurə Əsəd qızı Əhmədova üzərinə yancaq tökərək özünü yandırıb. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
Dollar sürətlə bahalaşır - Sabahın məzənnəsi
17.06.2016 01:27
İyunun 17-nə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından OBBA.WS-ə verilən məlumata görə, 17.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5180 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyunun 16-da USD/AZN rəsmi məzənnəsi 1,5150 səviyyəsində olub.
-
Bürclər nə vəd edir? - 17 iyun
17.06.2016 01:25
Qoç – Sevdiyiniz şəxslə romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Cəhdləriniz boşa çıxmayacaq. Buğa - Nəhayət ki, maliyyə məsələlərində bəxtiniz gətirəcək. Qərarlarınızda qəti olun. Əkizlər - Yaxşı olar ki, istirahətə vaxt ayırasınız. Sevdiyiniz işlə məşğul deyilsiniz, bu isə stress keçirməyinizə səbəb olur. Xərçəng - Düşərli gün olacaq. Nikbinliyinizi qoruyun. Bu gündən etibarən taleyinizdə dönüş yarana bilər.Şir - İşlərinizi tez yekunlaşdırın. Günortadan sonra başınız qarışıq olacaq. Qalmaqallı məqamlarla üzləşəcəksiniz. Qız - Keçmişdə olanları tez-tez gündəmə gətirməyin. Bu həm sizin psixologiyanıza mənfi təsir edir, həm də ətrafınızdakı insanlarda sizə qarşı ikrah yaradır. Tərəzi - Maliyyə durumunuzda irəliləyiş olacaq. Etibarsız insanlara borc verməyin.Əqrəb - Görüş, yeni tanışlıq və iş sövdələşmələri üçün uğurlu gündür. Bu gün məntiqlə yox, hisslərinizlə qərar verməlisiniz. Oxatan - Günün ilk saatları gərgin keçəcək. Ancaq planlarınızı təxirə salmayın. Məsuliyyətli olun. Oğlaq - Bu gün kifayət qədər məhsuldar olacaqsınız. Nəzərdə tutduğunuz planların böyük əksəriyyəti reallaşacaq.Dolça – Bu günki fəaliyyətiniz səmərə verməyəcək. Odur ki, istirahətə üstünlük verin. Balıq - Səhhətinizdə problemlər olacaq. İlk növbədə əsəblərinizi qoruyun. Öz qayğınıza özünüz qalmalısınız. Başqalarından heç nə gözləməyin.
-
Nazir polis rəisini sərəncama göndərdi
17.06.2016 01:23
Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub. AzNews.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik Nofəl Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və sərəncama götürülüb. Xatırladaq ki, DİN-də bu gün daha bir kadr dəyişikliyi olub. Belə ki, polis general-mayoru Emin Şəkinski Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. O, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
-
Yol polisi küçə və prospektləri nəzarətə götürdü
17.06.2016 01:20
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) \"Formula 1\" Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçib.May.Az xəbər verir ki, bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.V.Əsədov bildirib ki, artıq adıçəkilən tədbirlə əlaqədar paytaxtın küçə və prospektləri nəzarətə götürülüb:\"Yol polisləri artıq Bakı Şəhər Halqası üzrə sıxlıq və tıxacların yaranmaması üçün gücləndirilmiş iş rejimində xidmət aparır. Tədbirin keçirilməsi ilə əlaqədar yollarda artıq məlumatverici, xəbərdaredici və istiqamətləndirici yol nişanları da quraşdırılıb. Tədbir başlayan gündən şəhərin bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti dəyişdiriləcək. Belə ki, Lermontov küçəsindən hərəkət Əhməd Cavad küçəsi ilə Azərbaycan küçəsinin kəsişməsinədək birtərəfli təşkil edilib. Səməd Vurğun küçəsində isə Füzuli küçəsi ilə kəsişmədən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər olan hissəsinədək əks istiqamətli hərəkət təşkil edilib. Həmçinin Azərbaycan prospektindən Nizami küçəsinin kəsişməsinədək hissəsində əks istiqamətli hərəkət təşkil olunub\".Bayıl, 20-ci sahə qəsəbələrindən şəhərə gəlmək üçün dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə və yaxud Qurban Abbasov, Xanlar və Teymur Elçin küçələri ilə hərəkət müəyyənləşdirilib.Həmçinin bölgələrdən paytaxta və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət 3-cü Kənar Dairəvi yol vasitəsilə 20 Yanvar dairəsindən keçməklə Ziya Bünyadov prospekti ilə tənzimlənir.V.Əsədov bildirib ki, yol polisi tədbir tam başa çatana qədər gücləndirilmiş iş rejimində işləyəcək.
-
Türkiyə Azərbaycan qırıcılarını bazaya çağırdı
16.06.2016 15:10
Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi daha daha bir hərbi təlimdə iştirak edəcək. May.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞIK-2016\" adlanan təlimlərə Azərbaycan, Şİmali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Rumıniya, Səudiyyə Ərəbistanın Quru Qoşunları, Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələri iştirak edəcək. Təlimlər 20-30 iyun tarixində Konyadakı təyyarə bazasında keçiriləcək.Təlimlərə Belçika, Qətər, Kenya, Kosova, Livan, Makedoniya, Malayziya, Polşa, Sudan, Çili, Yunanıstan, Banqladeş və Sinqapur hərbçiləri nəzarətçi kimi qatılacaq.
-
Bakıda ulduzlar yağışı olacaq
16.06.2016 15:06
Sabah Bakıda keçiriləcək \"Formula 1\" Avropa Qran Prisinə bilet əldə etmiş azarkeşlər üçün əyləncə proqramı hazırlanıb. OBBA.WS məlumat verir ki, yarış çərçivəsində hazırlanmış proqram dünya səviyyəli ulduzların səhnə performansları və uşaqlar üçün təşkil olunmuş müxtəlif əyləncə növləri ilə zəngindir.Sözügedən proqramı olduğu kimi təqdim edirik:Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün \"Yeah3x”, \"Look At Me Now” və \"Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. \"Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün \"Hero”, \"Bailamos” və \"I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində \"Get Lucky”, \"Happy” və \"Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri yekunlaşacaq.2013 -ci il \"Yeni dalğa\" musiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres də yarış çərçivəsində Bakının qonağı olacaq.Yerli ulduzlar Qran Pri həftəsonu ərzində müxtəlif yerli musqiçilər canlı musiqi ifalarını təqdim edəcək.Pilotlarla avtoqraf sessiyaQran Pri həftəsonu ərzində Formula 1 pilotları ilə görüş və avtoqraf sessiyaları təşkil ediləcək. Azərbaycan Mədəniyyəti Guşəsi Burada siz Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənələrinin sirləri ilə - xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araxçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola bilərsiniz. Həmçinin, milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını dada bilərsiniz. Səyyar Əyləncə ProqramıYarış günləri ərzində ticarət və əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxildir. Ailəvi Əyləncə Uşaqlar üçün üz boyama, habelə, F1 mövzusunda saç kəsimləri, karikatura ustalarının işləri, o cümlədən, dırnaq boyama və xına naxış sənəti nümunələri nümayiş etdiriləcək. Bakı Şəhər Halqasında keçirdiyiniz həftəsonunu əbədiləşdirmək üçün böyük #F1Baku həştəqinin qarşısında və ya podiumun ən üst pilləsində şəkil çəkdirirmək fürsətindən yararlanın. Uşaqlar, həmçinin, Bulvarda daimi xidmət göstərən müxtəlif attraksionlarda – elektromobillərdə, pirat gəmi-yelləncəklərində, qorxu otaqlarında, vertikal qüllələrdə və digər karusellərdə əylənə biləcəklər.F1 Oyun ZonasıF1 Oyun Zonasında təşkil olunan simulyatorda Formula 1 sükanın arxasına keçərək, dostlarınızla yarışmaq fürsətdən faydalanın. Həftəsonu ərzində dövrəni başa vuran ən sürətli iştirakçı eksklyuziv Formula 1 Paddokunun səhnəarxasına giriş hüququ əldə edəcək.Formula 1 Rəsm QalereyasıBulvarda təşkil olunmuş qalereyada Formula 1 tarixinə səyahət edə və Formula 1 Dünya Çempionatının 65 illik tarixini və həyəcanını əks etdirən fotolarla tanış ola bilərsiniz. Akva Skript Su Paneli 12 metrlik su paneli Qran Pri həftəsonu ərzində baş verənlər haqqında məlumatı dinamik şəkildə əks etdirəcək.3D Yerüstü Qraffiti Bulvar ərazisində yerləşən müxtəlif yerüstü 3D illuziya incəsənət nümunələri ilə tanış olun və şəkil çəkdirin.İstirahət Zonası Əgər trekdə dincəlməyə yer axtarırsınızsa, Bakı Şəhər Halqası sizin üçün onu da təşkil edib. Trekdəki hərəkətdən bir qədər uzaqlaşmaq istəsəniz, çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edin.Ramazan Çadırı Ramazan ayı ərzində oruc tutan tamaşaçılar axşam saatlarında xurma və sularla öz oruclarını aça bilərlərlər.Dırmaşma Divarı8 metr hündürlüyə malik dırmaşma divarını fəth etməyə cəhd göstərin.Hava TurbiniBakı Şəhər Halqasında təşkil olunan hava tunelində uçmağın həyəcanını hiss edin. Yarımdairəvi Skeyt Parkı Müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.Batut ŞousuTəcrübəli akrobatlar batut şousu ilə tamaşaçıları əyləndirəcəklər. Eyni zamanda, tamaşaçılar batut üzərində hərəkətlər barədə qısa təlimdə iştirak edə bilərlər.Motosiklet ŞousuTəcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr nümayiş etdirəcəklər. Uşaqlar üçün Sürücülük Məktəbi Uşaqlar əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrənə bilərlər. Uşaqlar üçün KartinqHəftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.
-
Sabah 34 dərəcə isti olacaq
16.06.2016 14:57
İyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən OBBA.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
-
Şagirdin zorlanması haqda prokurora müraciət edildi
16.06.2016 14:55
Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.\"Qafqazinfo” xəbər verir ki, bu barədə ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: \"Hazırda araşdırmaların nəticəsini gözləyirik”.Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.
-
Məşhur futbolçunun həyat yoldaşı 108-ci mərtəbədən tullandı (VİDEO)
16.06.2016 14:20
\"Galatasaray\" klubununun futbolçusu Sabri Sarıoğlunun xanımı Yağmur Sarıoğlu Amerikada istirahətdədir.May.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, futbolçunun həyat yoldaşı bacısı və Gökhan Gönülün həyat yoldaşı Hatice Gönüllə Las-Veqasa gedib. Pilot olan xanım Las-Veqasdakı hündürmərtəbəli binanın 108-ci mərtəbəsindən tullanıb. Sarıoğlu o anları Instaqram hesabından paylaşıb. Onun bu addımı hər kəsi heyrətləndirib.
-
\"O şantaj kasetlərinin hətta 2790 ədədi...\"
16.06.2016 02:04
\"Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir\"Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun əlində şantaj videolarının olması haqda məlumat geniş müzakirələrə səbəb olub.Milli.Az bildirir ki, sabiq MTN əməkdaşı Ərəstun Oruclu gununsesi.info-ya müsahibəsində deyib ki, Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video var. Eldar Mahmudovun həbsinə yol açan kifayət qədər ciddi ittihamlar ortada olsa da, sabiq nazir hələ də azadlıqdadır. Bu isə belə ehtimallar yaradıb ki, MTN şefinin azadlıqda qalması əlində olan şantaj materiallarına görədir.Sabiq MTN zabiti, \"Təhlükəsizlik\" Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl məsələ ilə bağlı ölkə.az-a deyib ki, Eldar Mahmudovun əlində çoxlu faktların olmasını istisna etmir: \"Əgər Eldar Mahmudovun əlində 2800 video varsa, onun 2790-ı siyasi qərar qəbul etmək üçün heç nədir. Görünür, o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var. Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıb. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar. O videoların hələ ki bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin - arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə seks kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir\".
-
Azərbaycanda \"Son zəng\" şənliyində kütləvi dava olub, bıçaqlananlar var
16.06.2016 02:03
Gədəbəydə \"Son zəng\" tədbirində insident olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən \"Son zəng\" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb. Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.