16.06.2016 02:03
Gədəbəydə \"Son zəng\" tədbirində insident olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən \"Son zəng\" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb.
Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.