Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Ramzan Kadırov Zabit Səmədovun ad gününü təbrik edib

    22.06.2016 01:55

    Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov məşhur azərbaycanlı, peşəkar döyüşçü, K-1 ustası Zabit Səmədovun ad gününü təbrik edib. May.Az xəbər verir ki, Kadırov öz ürək sözlərini İnstagram səhifəsində qeyd edib. \"Bu gün əziz QARDAŞIM, dünyanın əfsanəvi kikboksçusu, \"Axmat” Kikboks Klubunun Prezidenti Zabit Səmədovun ad günüdür. O, bu günün ən məşhur, iradəli və cəsarətli döyüşçülərindən biridir. Zabit, həyatda hər şeyi öz zəhməti hesabına əldə edib. Bu bir çox gənclərə nümunə ola bilər. O, Çeçenistanda idmanın inkişafına böyük təhfə verib. Tez-tez idmançılarla görüşüb, yarışlar təşkil edib. Mən Zabitə yeni yeni nailiyyətlər və uğurlar arzu edirəm. Ad günün mübarək, əziz QARDAŞIM!”, - Kadırov yazıb.

  • Azərbaycanda 68 yaşlı qadın ərə getdi

    22.06.2016 00:15

    Azərbaycanda nikaha daxil olan ən yaşlı insan Qubadlı sakinidir.May.Az məlumat verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a bildirilb ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 68,8 min nikaha daxilolma halları qeydə alınıb.18 yaşadək nikaha daxil olan oğlanların sayı 3 nəfər, qızların sayı isə 388 nəfər olub. 18 yaşda nikaha daxil olan qızların sayı 934 nəfər təşkil edib.Komitədən həmçinin bildirilib ki, nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) var.

  • Səmra geyimi ilə yenidən gündəmə gəldi (FOTO)

    22.06.2016 00:08

    \"Eurovision\" təmsilçimiz Səmra Rəhimli geyimi ilə yenidən gündəmə gəlib. May.Az məlumat verir ki, gənc ifaçı Instagram hesabında yeni fotolarını paylaşıb. Müğənninin qısa şortda çəkdirdiyi fotolar izləyicilərini yenə qəzəbləndirib. Onlar Səmranın ünvanına tənqidi sözlər yazıblar. Qeyd edək ki, bundan əvvəl ifaçı bir neçə dəfə geyiminə görə tənqid olunub. O buna münasibət bildirərək insanların fikirlərinin onun üçün maraqlı olmadığını demişdi.

  • Qurd - Sevgi Təmsili 2016

    21.06.2016 19:13

    Qurd - Sevgi TəmsiliLyrics and music by Qurd Produced by Nadir Negd PulMixing & Mastering: Nadir Negd PulRecords: Nagdpul Records

  • BİABIRÇILIQ: \"Toy gecəsi bakirə olduğumu biləndə məəttəl qaldılar\"

    21.06.2016 19:11

    Validənin həyat hekayəsi ilə tanış olaq.Əslində mən də öz sevgilimə dönük çıxdım...Rayona yaxın kənddə yaşayırıq. Ailədə iki qardaşım var, iki də bacım. Ailənin kiçik qızı mənən. Kəndimizdə məni çox yerdən istəyən var idi. Mən isə atamın qohumlarından olan qonşumuzun oğlu ilə sevgili idim. Bir gün qonşu rayondan anamın qohumlarından mənə elçi gəldilər. Buna razı olmasam da, anam tərəfinin təkidi ilə elçilərə \"həri” cavabı verildi.Sevdiyim oğlan bunu biləndə çox əsəbiləşdi. Əslində mən də öz sevgilimə dönük çıxdım. O, mənə dedi ki səni bağışlamayacam.Dedi ki, səni istəmirəm...Toyum oldu və gəlin köçdüm. Bundan bir ay öncə isə, cehizim ərə getdiyim oğlangilə aparılmışdı. Toy gecəsi ərə getdiyim oğlan məni evən çıxararaq anamın yaxınlıqda yaşayan qohumlarıgilə yolladı. Dedi ki: \"Səni istəmirəm. Sən yaxşı qız deyilsən”. İki ay anamın qohumlarıgildə qaldım. Oğlanı heç cür yola gətirə bilmədilər. Sonra bildim ki, xəyanət etdiyim atamın qohumu olan sevdiyim oğlan mənimlə olan münasibətini ərə getdiyim oğlana deyibmiş. Sonra kor – peşiman cehizimi də yığıb ata evimə gətirildim.Yenidən mənə eşq elan elədi...Həm ərə getdiyim oğlan, həm də xəyanət etdiyim sevgilim Rusiyaya çıxıb getdi. Bir neçə ildən sonra sevgilim olan oğlan Azərbaycana gəldi. Yenidən mənə eşq elan elədi. Dedi ki, səninlə evlənmək istəyirəm. Bunun bir qisas olduğunu düşünüb, onun təklifinə \"yox” – dedim. Sonra məndən böyük olan bacımla evləndi. Bacıma dedim ki, ona ərə getmə, ola bilsin mənim qisasımı səndən çıxar. Bacım mənimlə razı olmadı və ona ərə getdi.Toy gecəsi bakirə olduğumu biləndə məttəl qaldılar...İllər sonra ərə getdiyim oğlan da Rusiyadan qayıdıb evləndi. Məni isə qonşu kənddən bir oğlan sevirdi. Valideynləri isə məni \"dul” bilib evlənməyimizə razı deyildilər. Elə oldu ki, məni qaçırdı. Valideynləri bizi evə buraxmadı. Bir neçə gün qohumlarında qaldıq. Sonra qohumlarının təkidi ilə valideynləri bizi evə gətirdi. Toy gecəsi bakirə olduğumu biləndə məttəl qaldılar. O, vaxtda qədər elə bilirlərmiş ki, mən bakirə deyiləm. İndi o illərdən bir neçə il ötüb, iki övladım var. Hamımız xoşbəxtdik elə bilirəm.(moderator.az)

  • Elton boşandığı həyat yoldaşı ilə barışdı, xaricə getdi - FOTOLAR

    21.06.2016 15:59

    Müğənni Elton Hüseynəliyevin xanımı prodüsser Toma Hüseynəliyeva ilə barışdığı barədə xəbər vermişdik. May.AZ xəbər verir ki, birlikdə olan cütlük istirahətə yollanıblar. Barışıq mesajını hər kəsə əl-ələ pozu ilə yollayan tanınmışların birgə fotolarını May.AZ sizə təqdim edir:

  • Шеф Адам Джонс (2015)

    20.06.2016 01:16

    Шеф Адам Джонс (2015)Жанр: драма, комедияВ центре сюжета — история некогда знаменитого шеф-повара, который из-за своего пагубного пристрастия теряет собственный ресторан в Париже, пониженный в рейтинге до унизительных двух звезд. Решив не сдаваться, он вновь собирает свою команду, перестраивает лондонский ресторан и надеется получить три звезды.

  • В поисках Дори (2016)

    20.06.2016 01:14

    В поисках Дори (2016)Жанр: мультфильм, комедия, приключенияДори — синяя доброжелательная рыбка-хирург, страдающая провалами в памяти. Она упорно стремится избавиться от своего недуга и найти свою семью.

  • Хочy кaк ты (2011)

    19.06.2016 22:58

    Хочy кaк ты (2011) Жанр: комедияВ детстве Митч и Дейв были неразлучными друзьями. Но со временем их дороги разошлись. Дейв стал успешным юристом и примерным семьянином. Митч же остался холостяком и сердцеедом. Но однажды в жизни друзей все переворачивается вверх дном: Митч становится Дейвом, а Дейв — Митчем

  • İlham Əliyev: \"Artıq vaxt çatıb\"

    18.06.2016 11:18

    \"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb\". ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində iştirak edən prezidenti İlham Əliyev deyib. O deyib ki, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. \"Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək\".Cəbhə xəttində gərginlik aprel ayının 2-də başlayıb. Dördgünlük müharibə zamanı qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Strateji əhəmiyyətli \"Lələ təpə\" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, ermənilərin bir batareyası darmadağın edilib. Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

  • Bu gün səhərə olan dolların kursu

    18.06.2016 11:14

    Bu gün səhər üçün manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 18.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5210 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyunun 17-də USD/AZN rəsmi məzənnəsi 1,5180 səviyyəsində olub.

  • Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama

    18.06.2016 11:08

    Bəzi saytlarda, həmçinin sosial şəbəkədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evində vəfat etməsi barədə xəbər yayılıb. Keçmiş nazirin ölüm səbəbi kimi ürək tutması göstərilir. Bildirilir ki, Mahmudovun Bakı ərazisindəki bağ evinə təcili yardım çağırılıbmış.\"Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş naziri xilas etmək mümkün olmayıb\", deyə məlumatda bildirilir.Məsələ ilə bağlı Sputnik Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib.\"Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb\", deyə Nağıyev bildirib.Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.\"Əgər bu qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib\", deyə Birlikdən bildiriblər.Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də Azərbaycan prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad olunub. Nazirliyin hazırda işdən azad olunmuş bir çox əməkdaşları barəsində isə cinayət işi başlanılıb.

  • Qarabağda erməni əsgər öldürülüb

    18.06.2016 02:19

    Ermənistan KİV xəbər verir ki, Qarabağda erməni əsgər öldürülüb.Məlumata görə, 1997-ci il təvəllüdlü Qrant Qaruşeviç Qriqoryan naməlum şəraitdə güllələnib.Baş vermiş hadisənin araşdırılması məqsədilə təhqiqat aparılır.

  • \"Avtoş\"larla bağlı maraqlı təklif - \"... görək nə edə bilirlər\"

    18.06.2016 02:17

    Yol hərəkəti üzrə məşhur ekspert Ərşad Hüseynov avtomobil həvəskarları ilə bağlı maraqlı təklif səsləndirib. O, Avtosfer.az-a bildirib ki, Bakıda keçirilən Formula 1 yarışı üçün hazırlanan yollarda yarış başa çatdıqdan sonra bizim sürücülərin də öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq olar: \"Ölkəmizdə, xüsusən Bakıda avtoxuliqanlıq məsələsini müzakirə edəndə həmişə fikir səslənib ki, sürmək istəyənlər üçün məkan yoxdur, ona görə də onlar öz adrenalinlərini şəhər küçələrində almaq istəyirlər...Deyirəm, bəlkə bu Formula 1 trekinindən həmin \"avtoş\"ların azarını öldürmək üçün istifadə edək? Yarışlar başa çatandan dərhal sonra heç nəyə toxunmayaq. Həmin treki 3-4 günlüyə verək onların ixtiyarına, öz risklərinə və öz avtomobilləri ilə görək nə edə bilirlər\".Qeyd edək ki, Ərşad Hüseynovun bu təklifi sosial şəbəkədə maraqla qarşılanıb və əksəriyyət tərəfindən dəstəklənib.

  • \"Formula 1-də qəfil qərar: Təsnifat mərhələsi təxirə salındı

    18.06.2016 02:15

    Bakıda GP2 seriyasının təsnifat mərhələsi trasdakı bordürlərə görə təxirə salınıb.May.Az Trend-ə istinadən xəbər verir ki, GP2 təsnifatı başladıqdan bir dəqiqə sonra trasda qırmızı bayraqlar qaldırılıb. Beynəlxalq Avtomobil Federasiyası (FIA) elan edib ki, yürüş direktoru Çarli Uaytinq trekin hər döngəsində bordürlərin möhkəmliyini yenidən yoxlayacaq.GP2-nin təsnifat mərhələsi \"Formula 1\" Avropa Qran Prisinin II sərbəst praktikasının yekunu üzrə baş tutacaq.

  • Prezident Kəmaləddin Heydərova əlavə vəzifə verdi

    18.06.2016 02:14

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:Komissiyanın həmsədriKəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziriKomissiyanın üzvləri:İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müaviniVaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müaviniXələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniSahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniFirudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müaviniNatiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müaviniSeyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniSəfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müaviniElşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiTofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiriXarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

  • Bakıda rekord sürət - 351 km/saat

    18.06.2016 02:12

    Bakıda Avropa Qran Prisi çərçivəsində \"Formula 1\" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb. \"Mercedes\" pilotu Luis Hamilton \"Formula 1\" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə komanda yoldaşı Niko Rosberqin rekordunu təzələyib. May.Az-in məlumatına görə, 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə \"Sahara Force İndia \"ın Serxio Peres qərarlaşıb.Yürüşün ən yüksək göstəricisi \"Scuderia Toro Rosso\"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.

  • Aprel döyüşlərində qaçan ermənilərdən XƏBƏR VAR

    18.06.2016 02:11

    Aprel döyüşləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini tərk edən sadə ermənilər geri qayıtmayıb.May.Az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanın \"Aykakan jamanak” qəzeti insanların əksəriyyətinin İrəvana və xarici ölkələrə getdiyini yazıb.Əhalinin müəyyən hissəsi isə işğal olunmuş Şuşa və Xankəndində yerləşib. Hökumət nümayəndələri nə qədər məcbur etsə də, əhali geri qayıtmaqdan imtina edir.\"Onlara çoxlu vəd verirlər, hətta kompensasiya ödəyəcəklərini deyirlər, bir də müharibənin olmayacağını bildirirlər. Hökumət istəyir ki, insanlar qayıdıb kənd təsərrüfatı ilə məşğul olsun. Lakin bütün vədlərə rəğmən gedənlər qayıtmaqdan imtina edir. Hökumət nümayəndələri sonuncu dəfə Şuşaya yerləşmiş əhali ilə görüşüb. Onlar da geri qayıtmaqdan imtina ediblər”, - deyə qəzet yazıb.Qəzet qeyd edib ki, hökumət nümayəndələri əhalini geri qaytarmaq üçün hədə-qorxu variantına da əl atır. Lakin hər şeyə rəğmən, heç kim qayıtmaq istəmir.

  • Bürclər nə vəd edir? - 18 iyun

    18.06.2016 02:09

    Qoç - Məsuliyyətli olmalısınız. Əks təqdirdə bir sıra problemlərlə üzləşəcəksiniz. Buğa - Hansısa ciddi problemlə rastlaşmağınız gözlənilmir. Görüşdüyünüz şəxslər həyata daha pozitiv baxmağınıza səbəb olacaqlar. Əkizlər - Üzərinizə düşən işləri indidən planlaşdırın. Hər bir məsələdə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq etməyin.Xərçəng - Yeni işlərə başlamaq üçün uyğun dövr deyil. Bəxt oyunlarında qazanmaq ehtimalınız böyükdür. Şir - Sevgi münasibətində hər şey ürəyinizcə olacaq. Sizə karyerada yüksəlmək üçün stimul verən ünsürlərin sayı artacaq.Qız – Güvənmədiyiniz adamlardan uzaq olun. Hər hansı mübahisə zamanı dərhal oradan uzaqlaşın. Tərəzi - Bu gün fərdi yaradıcılığınız üçün uğurlu olacaq. İstirahət günü olmağından istifadə edərək əyləncəyə zaman ayırın. Əqrəb - Əhvalınız yaxşı olmayacaq. Gərginlik keçirəcəksiniz. Çalışın üzünüzü güldürən insanlarla birlikdə olasınız. Oxatan – Kifayət qədər xoşbəxt hiss edəcəksiniz. Xırda maliyyə problemləri yaşasanız da, üzünüzdən gülüş əskik olmayacaq. Oğlaq - Sağlamlığınızı qoruyun. Yağlı, şəkərli qidalardan uzaq durun. Lazımsız yerlərə pul xərcləməyin. Dolça - Günün çox hissəsini yataqda keçirəcəksiniz. Tənbəllik sizi bir çox uğurdan uzaq salacaq. Balıq - Qohumluq-qonşuluq münasibətlərində gülərüz olun. Humanist olmaq sizə başucalığı gətirəcək.

  • Bakı trasında rekord

    18.06.2016 02:07

    \"Formula 1\" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında I sərbəst yürüşlərdə maksimum sürət 351 km/saat təşkil edib.May.Az Trend-ə istinadən bildirir ki, bu nəticəni \"Williams\"ın finlandiyalı pilotu Valtteri Bottas göstərərək Formula 1-in şəhər traslarında maksimum sürət üzrə rekordunu müəyyənləşdirib.\"Mercedes\"in pilotu Luis Hamilton isə ən yüksək orta sürəti (203,042 km/saat) göstərib.Qeyd edək ki, bu gün Bakıda \"Formula 1\" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir \"Formula 1\" treklərinin memarı olan Herman Tilkedir.Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin \"Paddok klub\", komandaların boksları və pit-leyn qurulub.