Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Cavid Hüseynovun məhkəməsi keçirildi

    31.08.2015 00:53

    Bu gün Bakı Apelyasiya Məhkəməsində \"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmaması barədə Səbail rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

  • “Google” yeni əməliyyat sisteminin adını açıqlayıb

    21.08.2015 02:17

    “Google” şirkəti yeni əməliyyat sistemi – “Android M”in adını açıqlayıb. Novator.az xəbər verir ki, yeni əməliyyat sistemi “Android 6.0 Marshmallow” adlandırılıb. “Marshmallow” – zefir deməkdir.Artıq “Google”un Mauntin-Vyudakı qərargahında yeni sistemə həsr olunmuş heykəl ucaldılıb.Əgər əvvəllər “Android M”in yeni nömrəli versiyası sistemdə əsaslı dəyişikliyə gətirirdisə, indi axtarış nəhəngi sadə yol tutub.Bundan əvvəl “Android” istehsalı üzrə vitse-prezident Hiroşi Lokhaymer bildirmişdi ki, şirkət öz əməliyyat sistemini hər il yeniləmək prinsipinə keçir, bu da öz növbəsində onun nömrələnmə prinsipinə təsir göstərəcək.Hələlik “Android 6.0 Marshmallow”nun işə salınacağı vaxt açıqlanmasa da, şirkətin rəsmi saytında yeni sistemin bu ilin payızında buraxılacağı deyilir. Yeni “Android”i ilk olaraq “Nexus” qurğularının sahibləri sınaqdan keçirəcəklər.

  • Dünyanın sonu belə olacaq

    06.08.2015 19:00

    Qiyamət sonrası dünyanın necə olacağı çoxları üçün maraqlıdır. May.Az-in məlumatına görə, Mikal Zak adlı məşhur rəssam bu suala cavab tapmağa çalışıb. Öz fantaziyasından istifadə edən rəssam dünyanın böyük şəhərlərində qiyamət günü nələr olacağını xəyal edib. 12 foto ərsəyə gətirən Zak bu əsərinə \"sonsuzluğun sonu\" adını verib. Bütün şəkillərdə təsvir olunan şəhərin ən məşhur simvolundan istifadə olunub. Şəhərlər arasında Budapeşt, Berlin, Amsterdam və Moskva da yer alıb. Həmin maraqla fotoları sizə təqdim edirik:

  • Neftin qiyməti kəskin ucuzlaşdı

    31.07.2015 16:26

    Dünya bazarında neftin qiyməti ucuzlaşıb.MAY.AZ-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti ötən günə nisbətdə 1 barelə görə 1,38 dollar azalaraq 45,50 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti isə bahalaşıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, \"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,78 dollar ucuzlaşaraq 51,24 dollar olub. London qitələrarası fond birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 2,25 dollar ucuzlaşaraq 59,71 dollar olub.

  • Avqustda Azərbaycanda cəhənnəm istiləri olacaq

    31.07.2015 16:19

    Avqust ayında Azərbaycanda müşahidə ediləcək hava şəraiti haqqında məlumat yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin MAY.AZ-a verdiyi məlumata görə avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 31-36 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 17-22, gündüzlər 22-27 dərəcə isti, ayın birinci ongünlüyünün bəzi günlərində 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 32-55 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 36-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-27 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-116 mm) olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 13-83 mm) olacağı gözlənilir.

  • Sabah 42 dərəcə isti olacaq

    28.07.2015 16:16

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah ölkə ərazisində proqnozlaşdıran hava şəraitini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən MAY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında İyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

  • \"Gecə canavarları\"nın Qarabağda nə işi var?

    28.07.2015 13:06

    Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır. May.Az-in APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Araşdırmanın ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə aparıldığını deyən H. Hacıyev bu barədə əlavə məlumatın veriləcəyini bildirib. \"Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın \"Dövlət sərhədi haqqında” qanunun və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”, - deyə o vurğulayıb. Qeyd edək ki, mətbuatda \"Gecə canavarları” adlı motoqrupun iyulun 31-də Ermənistana, oradan isə Dağlıq Qarabağa yollanacağı barədə məlumat yayılıb.

  • Leyla Əliyeva qız anası oldu (FOTO)

    27.07.2015 16:14

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. BAKU.WS-in məlumatına görə, Fondun icraçı direktoru Anar Ələkbərov APA-ya müsahibəsində belə deyib.O, müsahibəsində Heydər Əliyev Fondunun fəaliyyəti, gələcək planları və fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü uşaq haqqında danışıb:\"Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq. Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdür.Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm\".

  • AZAL yeni qiymətləri açıqladı (QİYMƏT CƏDVƏLİ)

    27.07.2015 15:39

    Endirimdən sonra hansı istiqamətdəki uçuşların bileti neçəyə olacaq?.Azərbaycan Hava Yolları aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib. AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətlərinə yenidən baxılması və azaldılması ilə bağlı konkret tapşırıq verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, \"Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib. Bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:- Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),- Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),- Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcək.Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaq.Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri (\"lou-kost”) təcrübəsinin tətbiqinə başlamışdır. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.Standart \"lou-kost” modelindən fərqli olaraq AZAL-ın \"lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödənişin alınmayacaq. Uçuşlar \"Embraer\" təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılmışdır və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılıb.Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılmışdır. Macarıstanın \"WizzAir” şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilmişdir. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılıb.Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib.\"Azərbaycan Hava Yolları\"-nın reyslərinə biletlərin ən aşağı qiymətləri.

  • Dünyanın ən çox qızıl ehtiyatı olan dövlətləri - Azərbaycan neçəncidir? - SİYAHI

    01.04.2015 16:09

    Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 1187,8 dollara bərabərdir. May.az saytı dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini təqdim edir.1. ABŞ – 8,133.5 tonDünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır.Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.2. Almaniya – 3,384.2 tonSiyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə “ağ qızıl” ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə - 4 min tona çatıb. Hazırda bu göstərici 3,384 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir. 3. İtaliya – 2,451.8 tonİtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir.4. Fransa – 2,435.4 tonFransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük “ağ qızıl” ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.5. Rusiya – 1,149.8 tonRusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 1,149 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:6. Çin – 1,054,1 t7. İsveçrə - 1,040 t8. Yaponiya – 765,2 t9. Hollandiya – 612,5 t10. Hindistan – 557,7 t11. Türkiyə - 529,1 t12. Tayvan – 423,6 t13. Portuqaliya – 382,5 t14. Venesuela – 367,6 t15. Səudiyyə Ərəbistanı – 322,9 t16. Böyük Britaniya – 310,3 t17. Livan – 286,8 t18. İspaniya – 281,6 t19. Avstriya – 280 t20. Belçika – 227,4 t...54. Azərbaycan – 30,2 tVüqar İsmayılov

  • Bakı metrosunun ilk Avropa oyunları üçün gətirilmiş yeni vaqonlar

    02.03.2015 01:44

    ƏSASLI TƏMİR VAXTI YETİŞMİŞ QATARLAR HƏM DƏ MODERNLƏŞDİRİLİRBakı Metropoliteninin maddi-texniki bazasının yenilənməsi məqsədilə yerinə yetirilən işlər sırasında vaqon parkının müasir tələblər səviyyəsinə çatdırılması əsas vəzifələrdəndir. Çünki bu addımlar, ilk növbədə, sərnişinin təhlükəsizliyini, həm də rahatlığını nəzərdə tutur və yeraltı polad magistrallarımızın imicinə, ona inam və etibarın artmasına əsaslı təsir göstərir.İstismar tələblərinə uyğun olaraq, metropolitendə vaqonların əsaslı təmir olunmaqla bərabər modernləşdirilməsi də təşkil edilir. Vaqonların modernləşdirilməsi həm də zamanın tələbidir. Bu tədbirlərlə qatar parkı yeni texnoloji səviyyəyə yüksəldilir. Nəinki metropolitenin yeganə elektrik deposunda müvafiq şərait, ümumiyyətlə, respublikamızda elektrik qatarlarının əsaslı təmiri üçün uyğun müəssisə olmadığından bu tədbirlər yalnız ölkə xaricində yerinə yetirilir. Bu mənada keçmiş SSRİ məkanında bir neçə ölkəni seçmək imkanı olsa da, mahiyyət və məzmun etibarı ilə eyni işlər yerinə yetirildiyindən, həm də iqtisadi cəhətdən daha səmərəli olduğundan, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi sıx əlaqələr qurulmuş Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialı ilə bu sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən, onu da əlavə edək ki, «Dərnəgül» elektrik deposu mövcud iki xəttin əsaslı təmir deposu olacaq və onun layihələndirilməsində əsaslı təmirin tələblərinə uyğun texnoloji prosesin təşkili nəzərdə tutulub. Bu isə müəssisədə həm də, ümumiyyətlə, dəmir yol hərəkət tərkiblərinin əsaslı təmir edilməsinə şərait yaratmaqla, Bakı metropoliteninin istehsal gücünü artıracaq. Mövcüd şəraitdə bu günə qədər Tbilisidə əsaslı təmir edilməklə, modernləşdirilmiş 4 qatar Bakı metrosunda inamla şütüyür. Onlardan ikisi 2014-cü ildə - biri (Leninqrad Yeqorov adına zavodun 19888-ci ildə istehsal etdiyi 81-714.5 tipli baş vaqon nömrəsi 8847-8861 olan qatar) iyul ayında, digəri isə («Metrovaqonmaş»ın 1989-cu ildə buraxdığı 81-717/81-714 tipli baş vaqon nömrəsi 0178-0179 olan qatar) noyabrda yeniləşmiş siması ilə sərnişinlərə xidmət göstərməyə başlayıb. Müşahidələrə əsasən, sərnişinlər bu yeniləşmədən tam məmnundurlar. Bu günlərdə daha bir qatar Gürcüstan paytaxtında iki ay ərzində büsbütün təzələnərək, «Nərimanov» elektrik deposuna gətirilib. «Metrovaqonmaş»ın 1992-ci il istehsallı baş vaqon nömrəsi 0288-0289 olan qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra fevralın 16-da tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb. Həm bu, həm də ötən il əsaslı təmir edilərək zahiri görünüşü və tərtibatı ilə fərqlənən qatarların xəttə buraxılması sərnişinlərin hiss edəcəyi ilk yeniliklərdəndir. Dekabr ayında gətirilmiş qatarlar isə, «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub. Ən əsası, bu vaqonlar ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının emblemini də əks etdirməklə bu böyük idman, eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir.Sərnişinlərin daha çox hiss edəcəyi yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. Eyni zamanda qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib. Bu kimi yeniliklər sərnişin salonunun plastikasını xeyli fərqli etməklə, vaqonun erqonomik cəlbediciliyinə əsaslı təsir göstərib. Bu mənada, salonun görünüşünə əsas təsir göstərən faktor işıq diodlu lampaların lüminisent analoqlarını əvəzləməsidir. Stansiyaya daxil olan yeniləşmiş qatarda, söz yox ki, sərnişinin ilk diqqətini onun ön tərəfi çəkir. Baş vaqonun xarici görkəmi əvvəlkindən tamamilə fərqlidir. Bu aşkar dəyişikliklərdən maşinist kabinəsinin alın hissəsindəki müasir cizgili elektron yazısını, yan güzgüləri qeyd etmək olar. Güzgülər avtomatik idarə olunmaqla maşinistin istəyinə uyğun tənzimlənir, həm də onun iri həcmi platforma boyunca qatarın, xüsusən də qapıların daha rahat və aydın izlənilməsini təmin edir.Maşinist kabinəsindəki yeniliklərdən söz açarkən, diqqəti ilk olaraq özünə çəkənlər sırasında yumşaq və rahat kreslonu, tam fərqli idarəetmə lövhəsini vurğulamaq lazımdır. Köhnə təmas idarəetmə sisteminin elektron analoqu ilə əvəzlənməsi maşinistin işini asanlaşdırmaqla yanaşı, ehtimal olunan problemləri mümkün qədər azaldıb. Yeni sistemlə relelər, bloklar daha yığcam elektron sxemlərlə əvəzlənib.«Şevrole» («Chevrolet») zavodunda istehsal olunmuş və daxili qoruyucu təbəqə sayəsində həm isti, həm də soyuq hava şəraitinə asanlıqla uyğunlaşan ikiqat ön şüşələr etibarlı və təhlükəsizdir.Vaqondakı sərnişinlərin stansiyada dayanmış qatarın uğultuya bənzər kiçik səs-küydən qurtulduğunu da hiss edirlər – bu vaqon mühərrikində tətbiq edilmiş yeniliklərin kiçik bir nümunəsidir.Modernləşmiş qatarlarda tətbiq edilən texniki innovasiyaların məhsullarından vaqon salonunu işıqlandıraraq, akkumulyator batareyalarını doldurmaq üçün nəzərdə tutulmuş Almaniya istehsalı olan akkumulyator batareyaları və qidalanma bloku mayesiz, az həcmli, amma daha məhsuldar xüsusiyyətlərə malikdir.Bundan savayı, tezaçılan İsveçrə açarları qatarın tam fərqli texniki eraya qədəm qoymasının təzahürüdür. Onlar daha funksional, etibarlı və az qulluq tələb edəndir. Bununla qatarların dartı dövrəsinin qısaqapanmadan qorunmasının keyfiyyətinə təminat yaranıb.Qatarların silindrləri də modernləşdirilib, asılqanında köhnə separator sistemi diyircəkli yastıqlarla əvəzlənib və buna görə də qapılar daha etibarlı, davamlı və etibarlı olub. Əvvəlki dövrdə modernləşdirilmiş vaqonlardan fərqli olaraq, ötən il yeniləşdirilmiş qatarlarda həm də onların vintli sotor-kompressoru da yeni nəsil analoqu ilə əvəzlənib. Xidməti asan olmaqla, onun ən üstün cəhəti məhsuldarlığında və səssizliyindədir. Hava magistralı ilə kanallarına nəzarət edən bu avadanlığın əsas vəzifəsi əyləc, bəzi elektrik sistemləri və xüsusən də qapıların hava balonlarınının doldurulmasını təmin etməkdir.Əlbəttə, norma və qaydalara uyğun olaraq, əsaslı təmir çərçivəsində bütün elektrik sistemi, xüsusən də alçaq və yüksək gərginlikli naqillər tam dəyişdirilib, rənglənmə zamanı paslanmaya qarşı olan boyaq maddələrindən istifadə edilib, korroziya təhlükəsi olan sahələrdə əsaslı işlər görülüb. Vaqonaltı avadanlıqlar əsaslı təmir olunub, elektrik, mexaniki və pnevmatik hissələr, arabacıq tam defektoskopiya müayinəsindən keçirilib.Söz yox ki, yeni nəsil texnologiyalarının tətbiqi qatarların istismarını, qulluğunu, cari təmirini həm xeyli asanlaşdırıb, həm də bu prosesləri sadələşdirib. Nəticədə, qatar parkının əsaslı şəkildə yenilənməsi ilə yanaşı iş şəraitinin, əməyin mühaifzəsinin və təhlükəsizlik texnikasının ən yüksək səviyyədə təminatına şərait yaranıb.Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək. Hazırda «Nərimanov» elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

  • 1967, 1979, 1991, 2003...

    14.12.2014 02:17

    2015-ci il qoyun ilidir. Yaxın tarixin qoyun illəri 1967, 1979, 1991 və 2003-ci illər olub. “Media forum” saytı məşhurlara üz tutaraq həmin illəri necə xatırladıqlarını soruşub.Afaq Bəşirqızı, aktrisa:- Bu, mənim ilimdir. Qoyun ilində dünyaya gəlmişəm.2003-cü il də nəvəm Bəşir doğulub. Həmin il mənə mənzil verildi. Yenə o il Moskvada Bəşir teatrını yaratdım, açılışını etdim. 2003 mənə çox düşərli il oldu.Qarşıdan gələn 2015-də atam Bəşir Səfəroğlunun 90, mənim 60 illiyimdir. Deməli, üzərimdə öhdəliklərim var, səfərbər ilimdir. Bəşir Səfəroğlunun 90 illiyini qeyd etmək ən böyük arzumdur. Bunu Azərbaycanın hüdudlarından uzaqlarda da həyata keçirmək istəyirəm.Mən qarşıdakı ildə bütün xalqıma, müsəlmanlara əmin-amanlıq, xoş günlər arzulayıram. Qoyun illəri ümumiyyətlə, bolluq-bərəkət illəri, sakit illər kimi yadda qalıb. İnsanın xoşbəxt olmağa ixtiyarı var, çünki Tanrının ən böyük zövqlə və istəklə yaratdığı məxluqdur.Fərhad Bədəlbəyli, musiqiçi:- 1967-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq müsabiqədə qalib oldum, xüsusi mükafat aldım. Ona görə bu il yadımdan çıxmır.Digər illərim də rəngarəng keçib, həmişə konsert fəaliyyəti ilə məşğul olmuşam. İlin nə üstdə gəlməsinə önəm vermək, fikrimcə, vacib deyil. Bir il daha uğurlu, digəri passiv keçə bilər. Həyatdır, hər şey gözləmək olar.Məni hər il narahat edən Qarabağ problemidir. Bizim əsas dərdimiz Qarabağdır. Yenə gözləyirəm ki, nə vaxtsa Şuşada musiqi festivalı keçirəcəyik. Budur arzum.Rafiq Əliyev, dinşünas:- Qoyun illərindən ən çox yadımda qalan 1991 və 2003-dür. Birinci çox təlatümlü il idi, dünya bir-birinə qarışdı, iki sistem - kapitalizm və sosializm bir-birinin əleyhinə getdi. Azərbaycan isə o il müstəqil oldu.Növbəti qoyun ili ölkəmizdə neft hasilatının inkişafı dövrünə təsadüf edir. Müstəqillikdən sonra uzun müddət kasıb dövlət kimi yaşamışıq, çox ölkələrdən, təşkilatlardan pul almışıq, dolanmışıq. Amma 2003-dən etibarən ölkədə maddi və mənəvi stabillik əmələ gəlib.Bütün bunları qoyun iliylə əlaqələndirmək də bir qədər çətindir. Amma Azərbaycan üçün 1991, 2003-cü illərin nailiyyətinə baxanda 2015 təqvimini də uğurlu hesab etmək olar. Qoyun sakit, bərəkətli heyvandır. Bu heyvanın ətinin, yunun, südünün, pendirinin hesabına yaşayırıq. Hər kəsə fayda verir. Arzu edirəm 2015 də elə bir il olsun ki, heç kəsə ziyan vermədən özümüzə, xalqımıza, dövlətimizə fayda gətirək, fayda görək.Gövhər Baxşəliyeva, şərqşünas:- Mən hər hansı bürcə, əlamətlərə inanmıram. Başımızın üstündə fövqəlqüvvə - Allah var.Eyni zamanda mən insanın müdrikliyinə, hadisələri idarə etmək qabiliyyətinə inanıram. Ölkənin başında müdrik, təcrübəli, xalqını canından artıq sevən lider olsa, o, istənilən zaman xalqını inkişaf yolu ilə aparacaq, hər hansı qlobal kataklizmdən qoruyacaq. Son on ildə bunu da müşahidə edirik. Ukrayna xalqının keçdiyi çətin sınaq, ərəb ölkələrindəki təlatümlər, iqtisadi geriləmələr, insan itkisi fonunda Azərbaycanda realist, praqmatik, məsuliyyətli bir liderin olması xalqı belə kataklizmlərdən qoruyur. Ona görə illərə bürc işarələrinə görə nəzər salmayıb həyata realist, açıq gözlə baxmalıyıq.Gələn il Dağlıq Qarabağ münaqişəsi, sülh danışıqları istiqamətində irəliləyiş gözləyirəm. Bu problemi çox ağrılı yaşayıram. Barışa bilmirəm ki, 20 faiz torpağımız, tarixi Azərbaycan şəhəri Şuşa işğal altındadır. Yox, sülh danışıqlarının imkanı artıq tükənibsə, başqa yol qalmayıbsa, hesab edirəm istənilən addıma getməliyik ki, torpağımız qayıtsın.Bəzən fikirlər səslənir ki, müharibəyə başlasaq, böyük itkilər verə bilərik, ölkə fəlakətə düçar olar. Yaxşı, bəs axırı necə olacaq? Tarixən Azərbaycan xalqının torpaqları Dərbənddən başlayıb Kərkükə qədər uzanıb. İtirə-itirə gəlib 87 min kvadrat kilometrə sığınmışıq, 20 faizini də itirək, necə olacaq? Ona görə ermənilər sülh yolunu başa düşməsə, hər birimiz istənilən itkiyə hazır olmalıyıq ki, torpağımızı qaytaraq.Çingiz Abdullayev, yazıçı:- 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişdi, bu, ölkə üçün böyük faciə idi. Onun oğlu İlham Əliyev prezident seçildi və nə yaxşı ki, belə oldu. Tarixən oğullar davamçı olmayıb, həmişə atalar quranı dağıdıblar. Çox unikal prezidentdir ki, Heydər Əliyevin oğlu onun yolunu davam etdirdi.1991-ci illərdə ölkədə, regionda eləcə də dünyada baş verən dəyişiklikləri hər kəs bilir. Sonra müharibələr oldu, biz də Qarabağı itirdik.1979-cu ili də xatırlayıram. Onda hüquq fakültəsində oxuyurdum. O zaman ilk dəfə təkbaşına Alma-Ataya (Almatı) getdim, beynəlxalq konfransda hüquqşünaslar arasında birinci yer qazandım.2015-ci ildə yaxşı nə varsa elə də qalsın, təki pis olmasın. Allaha dua edəndə deyirəm heç nə istəmirəm, nə vermisən, onu məndən alma. Təbii ki, istəyirəm Qarabağ problemi həllini tapsın. Amma qorxuram yenə hər il deyib, hər il eşidək.2015 çox maraqlı il olacaq. İlk Avropa Oyunları Azərbaycanda keçiriləcək. İnanıram ki, bu sahədə uğurlarımızı görüb Olimpiya Oyunlarını da bizə verəcəklər.

  • ABŞ-da saxta Facebook hesabları ilə bağlı insident yaşanıb

    19.10.2014 19:51

    ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) apardığı təhqiqatlar zamanı  saxta Facebook hesabından istifadə etməsi aşkarlanıb. Facebook sosial şəbəkəsinin xidmət rəisi  Co Sallivan məsələ ilə bağlı “DEA”-ya məktub ünvanlayıb. Məktubda hüquq-mühafizə orqanlarının digər istifadəçilər kimi müəyyən olunmuş qaydalara riayət etməsi,  yalan informasiyaları yaymaqdan çəkinməsi təklifləri yer alıb.Xəbərlər.az saytının mincom.gov.az-a istinadən verdiyi məlumata görə, Co Sallivanın “DEA”-ya məktubu  Nyu-York sakini  olan qadının şikayəti əsasında göndərib. Qadın şikayətində bildirib ki, idarə agentləri  onun adından saxta hesab açıb, icazəsiz  onun fotoşəkillərindən yararlanıblar.Qadının dediyinə görə, 2010-cu ildə onu saxlayan polis  fotoşəkilləri mobil telefonun yaddaşından götürüb. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edib.Məsələ ilə bağlı ABŞ Ədliyyə Nazirliyində araşdırma aparılır. 

  • Ən çox qızıl ehtiyatı olan ölkələr

    16.11.2012 18:56

    Bu ölkələrin sırsında həm Qərb, həm də Şərqdən olan dövlətlərin adlarına rast gəlmək olarFaktXeber.com-un verdiyi məlumata görə, dünyada qızıl ehtiyatları 300 tondan çox olan bir neə ölkə mövcuddur. Bu ölkələrin sırsında həm Qərb, həm də Şərqdən olan dövlətlərin adlarına rast gəlmək olar.Qeyd edək ki, qızıl - təbiətdə saf şəkildə rast gəlinən metal növüdür. Qızıl kimyəvi sabitliyi səbəbi ilə başqa elementlərlə asanlıqla birləşərək mineral meydana gətirmir. Əksəriyyətlə, torpaqda və qayaların içində qızıl tozları halında saçılmış olaraq tapılır. Bu tozlar yalnız mikroskopla görülə biləcək ölçüdədir. Qızıla külçələrə və yaxud təbəqələr formasında da rastl gəlinir. Bəzi yerlərdə qızıl, kvars qayalıqları içində damcılar formasında olur. Qızıl damarları ehtiva edən bu qayalar, atmosferin təsirinə məruz qalan yerlərdə yağış və küləklərin təsiri ilə aşınıb parçalanaraq çınqıl və qum halına çevrilirlər. Qum yağış suları ilə axaraq sel yataqlarında toplanır. Kiçik qızıl külçələri və qızıl tozları da qumların içində yığılır.ABŞ, Qızıl ehtiyatı: 8000 tonAlmaniya, Qızıl ehtiyatı: 3395 tonİtaliya, Qızıl ehtiyatı: 2451 tonFransa, Qızıl ehtiyatı: 2435 tonÇin, Qızıl ehtiyatı: 1054 tonİsveçrə, Qızıl ehtiyatı: 1040 tonRusiya, Qızıl ehtiyatı: 918 tonYaponiya, Qızıl ehtiyatı: 765 tonHollandiya, Qızıl ehtiyatı: 612 tonHindistan, Qızıl ehtiyatı: 557 tonTayvan, Qızıl ehtiyatı: 422 tonPortuqaliya, Qızıl ehtiyatı: 382 tonVenesuella, Qızıl ehtiyatı: 365 tonSəudiyyə Ərəbistanı, Qızıl ehtiyatı: 323 tonİngiltərə, Qızıl ehtiyatı: 310 tonTürkiyə, Qızıl ehtiyatı: 302 ton

  • Prezident xalqını təbrik edib

    01.01.2012 21:52

    “Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir” Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.May.az “AzərTAc”a istinadən bildirir ki, dövlət başçısı təbrik çıxışında ötən 2011-ci ilə yekun vurub və gələcək planlardan damışıb: - Hörmətli xanımlar və cənablar! Əziz həmvətənlər!Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 2011-ci il arxada qalır. 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir. Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artmışdır. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir.İqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkəmizdə böyük quruculuq-abadlıq işləri aparılır. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı göstərən bütün statistik göstəricilər çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses davam edir. İldən-ilə investisiya qoyuluşu daha da artır.Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir. Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı artmışdır. Digər sosial proqramlar uğurla icra edilir. Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. Yəni, Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf edir. Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda demokratiya uğurla inkişaf edir. Ölkənin modernləşdirilməsi üçün konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilmişdir. Bir sözlə, biz müasir dövlət qururuq. Dərin milli mənəvi dəyərlər, köklər üzərində müasir, dünyəvi, gələcəyə inamla baxan dövlət qururuq. Bu proses uğurla davam edir. Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin həlli təkcə bizdən asılı deyildir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər. Müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır. Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır. Bununla bərabər, biz iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də köklü islahatlar aparırıq. Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi xərclər yenə də artacaqdır. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək. Sadəcə olaraq, danışıqlara hələ ki, ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, davam etdirilməlidir.2011-ci ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz mövqelərini möhkəmləndirə bilmişdir. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına dair çox vacib Bəyannamə imzalanmışdır. Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin edə biləcək ölkə kimi tanınır. Bizim imkanlarımız artır. Bu il aşkar etdiyimiz yeni qaz yataqları və keçən il aşkarlanan qaz yataqlarımız qaz potensialımızı böyük dərəcədə artıra bilmişdir. Biz uzun illər bundan sonra böyük qaz dövləti kimi dünyada öz sözümüzü deyəcəyik. 2011-ci ildə bütün lazımi tranzit müqavilələri imzalanmışdır. Artıq Azərbaycan qazını dünyaya müxtəlif yollarla nəql etmək üçün bütün imkanlar vardır. Hesab edirəm ki, 2012-ci ildə bizim zəngin qaz yataqlarımıza yeni böyük investisiyalar qoyulmalıdır. Bir neçə ildən sonra bizim qaz potensialımız ölkəmiz üçün çox böyük dəyər kimi özünü göstərəcəkdir. İqtisadiyyatın digər sahələrində inkişaf vardır. Kənd təsərrüfatı, sənaye və qeyri-neft sənayesi artır. Bununla bərabər, 2011-ci ildə Azərbaycanda humanitar məsələlər də çox uğurla öz həllini tapmışdır. Artıq Azərbaycan tolerant, dözümlü ölkə kimi dünyada öz sözünü deyir. Bu il Birinci Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda iştirak etmiş bütün qonaqlar ölkəmizdən çox gözəl təəssüratlarla ayrılmışlar. Azərbaycanın nadir təcrübəsi - dinlərarası, millətlərarası, sivilizasiyalararası dialoqun aparılması üçün bizim nadir təcrübəmiz dünyanın diqqətini cəlb edir. Əlbəttə ki, bizim müsbət təcrübəmiz, Azərbaycanda, cəmiyyətdə yaşanan gözəl ab-hava, bütün millətlərin, bütün konfessiya nümayəndələrinin bir ailə kimi yaşaması indiki dünyada nadir hadisədir. Əfsuslar olsun ki, dünyanın müxtəlif bölgələrində, müxtəlif qitələrdə ayrı-seçkilik, qarşılıqlı inamsızlıq, apatiya meyilləri güclənir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycanın müsbət təcrübəsi öyrənilməlidir və geniş mənada bu təcrübədən başqa ölkələr də istifadə etməlidirlər. 2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz bütün dünya birliyinin inamını qazana bilmişik. İlk turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana inandı, bizim siyasətimizi dəstəklədi. Azərbaycana çox böyük inam, etimad vardır. Bizim siyasətimiz dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır. Gördüyümüz bütün işlərin təməlində Azərbaycan vətəndaşıdır, Azərbaycan maraqlarıdır. Biz dövlət quruculuğu prosesində böyük uğurlar əldə etmişik. İndi bütün dünya Azərbaycanı dəstəkləyir. Dünya ictimaiyyəti deyəndə, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı yada düşür. Çünki budur dünya ictimaiyyəti. Dünya ictimaiyyətinin rəyi hər hansı bir kiçik təşkilatın, regional təşkilatın, yaxud da ki, hər hansı bir qeyri-hökumət təşkilatının rəyi deyildir. Dünya ictimaiyyətinin rəyi BMT-nin rəyidir, 155 ölkənin rəyidir. Bu dəstək, bu inam bizi daha da ruhlandırır. Biz növbəti iki ildə Təhlükəsizlik Şurasında ədalət prinsiplərini müdafiə edəcəyik. Bu il müstəqilliyimizin bərpasının 20 illik ilidir. İyirmi il ərzində ağır günlərimiz də, gözəl günlərimiz də olub. Gözəl günlərimiz daha da çox olub. Mən tam əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır. İyirmi il müstəqillik onu göstərdi ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər və yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün bölgədə sabitləşdirici amil kimi özünü təqdim edir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Son illərin təcrübəsi onu bir daha göstərir. İqtisadi, enerji, siyasi, diplomatik, regional əməkdaşlıq məsələlərində bölgədə Azərbaycan söz sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq. Ölkəmizi qorumalıyıq və qoruyacağıq. Əziz dostlar! Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Mən bu gün dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara hörmət və məhəbbətimi ifadə edirəm. Azərbaycan xalqı böyük xalqdır. Bizim böyük tariximiz və gözəl gələcəyimiz vardır. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, dünyada müstəqil və güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz soydaşları haqqında daim düşünür, onların problemləri ilə yaşayır və onların rahat yaşaması üçün öz səylərini göstərir. Mən bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edirəm. Əziz həmvətənlər!2012-ci il başlayır. Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır. Mən bütün vətəndaşlara, bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.Bayramınız mübarək olsun!

  • Səudiyyə Ərəbistanının şahzadəsi öldü

    22.10.2011 21:45

    83 yaşlı şahzadə xərçəngdən müalicə aldığı ABŞ-da vəfat edib. Səudiyyə Ərəbistanı krallığının varis şahzadəsi Sultan bin Əbdül Əziz əl-Səud 83 yaşında vəfat edib.Krallığın rəsmi informasiya agentliyinin məlumatına görə, şahzadə xərçəngdən müalicə kursu keçdiyi Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. Sultan bin Əbdül Əziz əl-Səud Səudiyyə Ərəbistanının müdafiə və aviasiya naziri, eləcə də nazirlər şurası sədrinin birinci müavini idi.O,hazırkı kral Abdullahın ata eyni, anadan ayrı qardaşı idi.Bu gün Səudiyyə Ərəbistanında bütün telekanallarında Məkkənin kadrlarını yayımlayır və Qurandan surələr səsləndirilir.Bundan sonra Səudiyyə Ərəbistanı kralı ikinci Abdullanın varisi, şahzadə 78 yaşlı Naif bin Əbdül Əziz əl-Səud hesab ediləcək. O, ölkənin daxili işlər naziridir.

  • Seyf ül-İslam Qəddafi ələ keçdi

    20.10.2011 21:43

    Liviyanın keçmiş liderinin oğlu Sirt şəhərindən çıxarkən mühasirəyə düşüb. Qəddafinin oğlu Müvəqqəti Keçid Şurasının qüvvələri tərəfindən tutulub.May.az \"Əl-Cəzirə\"yə istinadən bildirir ki, Seyf ül-İslam Qəddafi ayağından yaralanıb. Daha öncə Liviya Müvəqqəti Keçid Şurası hökumətinin başçısı bildirmişdi ki, Seyf ül-İslamın maşın karvanı Sirt şəhəri yaxınlığında mühasirəyə alınıb. Müvəqqəti Keçid Şurasının qüvvələri ilə onun mühafizəçiləri arasında döyüş olub.

  • “Sabah dünyanın sonu olacaq!..”

    20.10.2011 21:41

    90 yaşlı Harold növbəti dəfə dünyanın sonu barədə qorxulu proqnozla çıxış edib. Oktyabrın 21-də Yerin saat qurşaqlarının hər birində saat 18:00 olarkən dünya məhv olacaq.Harold Kempinq bildirib ki, oktyabrın 21-də Yerin saat qurşaqlarının hər birində saat 18:00 olarkən dünya məhv olacaq. Harold Kempinq deyib ki, dünya əhalisinin 2 faizi dərhal cənnətə gedəcək, əhalinin qalan qismi isə bir müddət Yer kürəsində baş verən dağıdıcı zəlzələlər, subasmalar və yanğınlarda məhv olmaq üçün saxlanılacaq. İndiyə qədər 1988 və 1994-cü illərdə, daha sonra 2011-ci il mayın 21-də dünyanın məhv olacağını proqnozlaşdıran, ancaq proqnozları özünü doğrultmayan Harold Kempinq bu dəfə Bibliyada şifrələnmiş rəqəm kodlarını oxuduğuna və bütün hesablamalarının riyazi cəhətdən düzgün olduğuna əmindir.

  • Saakaşvili Ermənistanı qınadı

    20.10.2011 21:38

    Gürcüstan prezidenti Mixail Saakaşvili Ermənistanda faciəvi hadisə nəticəsində həlak olan gürcü vətandaşlara görə Ermənistanı qınayıb.Saakaşvili qeyd edib ki, Ermənistan və Gürcüstan sərhədində sürüşmə nəticəsində bir neçə vətəndaşın həlak olması çox kədərli faktdır. “Sürücülərdən biri Gürcüstan vətəndaşını digər ölkələrlə müqayisədə burada bizim hökumətimiz tənqid edəcəkdi və kameralar qarşısında deyirlər – Əgər bizim hökumətimiz olsaydı, onda bəs hər şeyi 2 saat sonra təmizləməzdi? Baxın, o qədər vaxta yolu təmizləmək üçün heç kim gəlmədi. Mən Ermənistan haqqında pis heç nə demək istəmirəm, onlar bizim dostumuzdur. Amma bir neçə saat ərzində Ramaz Nikolaişvili çox çətin vəziyyəti həll etdi. Amma orada bunun üçün demək olar ki, 2 həftə onlara lazım oldu. Budur, effektiv dövlət aparatı”, – Saakaşvili bildirib.

  • Bakıda qısqanc qadından ona xəyanət edən ərinə gözlənilməz cəza

    28.07.2010 01:30

    Azərbaycanda qadın qısqanclığının pik nöqtəsi sayıla biləcək hadisə baş verib. BAKU.WS-in redaksiyasına məktubla müraciət edən Samirə Xəlilova həyat yoldaşlarının onlara xəyanət etdiklərinindən şübhələnən qadınlara şəxsi nümunəsi ilə məsləhət verib. Demək hadisə belə baş verib. Samirə xanım həyat yoldaşınının ona xəyanət etdiyindən şübhələnsə də uzun müddət bunu ona sübut edə bilmir. Nəhayət qadının ağlına gözlənilməz bir fikir gəlir. Son model BMW 7 avtomobili olan həyat yoldaşına təhlükəsizliyi bəhanə edərək maşına quraşdırmaq üçün videoqeydiyyatçı alır. Samirə Xəlilova avtomobil üçün elə model vodeqeydiyyatçı seçir ki o həm ön şüşəni, eyni zamanda maşının salonunu çəkərək, avtomobildəki səsi də yaza bilsin. Qadın hər axşam evə qayıdan həyat yoldaşından xəbərsiz qaraja enərək videoqeydiyyatçının yaddaş kartını çıxararaq yenisi ilə əvəz edir. Növbəti gün əri işə gedəndən sonra isə Samirə xanım kartı kompüterə salaraq həyat yoldaşının ötən günki maşındakı \"macərəlarına” baxır. Həyat yoldaşı isə ağlına belə gətirmir ki, maşınına əyləşdirdi xanımlar və salonda telefonla danışdığı söhbətlərdən arvadının xəbəri ola bilər. Cəmi bir neçə gündən sonra qadının ehtimalları özünü doğruldur. Videoqeydiyyatçının yaddaşına düşən görüntüdən görünür ki, həyat yoldaşı maşınına sevgililərini əyləşdirirmiş. Bir aydan sonra isə Samirə Xəlilova əri üçün yeni sürpriz hazırlamışdı. Samirə xanımın işlədiyi ofisə boşanma ərizəsi ilə bağlı məhkəmə məktubu gəlmişdi. Evdə isə onu \"gözəl fotosessiya” gözləyirdi. Samirə xanım videoqeydiyyatçının yaddaşında olan görüntülərdən ibarət albom düzəltmişdi. Onun əri üçün hazırladığı sürprizdə maşının salonundan çəkilmiş bir neçə video da yer alırdı. Bütün bu arqumentlər qarşısında Samirə Xəlilovanın həyat yoldaşı xəyanətini etiraf etməli oldu. İndi Samirə xanım boşanmış qadındır. O, həyatın ona çox şey öyrətdiyini düşünür. Zəngin həyat təcrübəsini May.Az –la bölüşməklə Samirə xanəm ailə həyatında problemləri olan qadınlara kömək edəcəyini hesab edir. Nə deyirik ki... Nəticəni yazını oxuyan oxucularımız çıxaracaq.