Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

ABŞ-da saxta Facebook hesabları ilə bağlı insident yaşanıb

19.10.2014 19:51

ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) apardığı təhqiqatlar zamanı  saxta Facebook hesabından istifadə etməsi aşkarlanıb. Facebook sosial şəbəkəsinin xidmət rəisi  Co Sallivan məsələ ilə bağlı “DEA”-ya məktub ünvanlayıb. Məktubda hüquq-mühafizə orqanlarının digər istifadəçilər kimi müəyyən olunmuş qaydalara riayət etməsi,  yalan informasiyaları yaymaqdan çəkinməsi təklifləri yer alıb.


Xəbərlər.az saytının mincom.gov.az-a istinadən verdiyi məlumata görə, Co Sallivanın “DEA”-ya məktubu  Nyu-York sakini  olan qadının şikayəti əsasında göndərib. Qadın şikayətində bildirib ki, idarə agentləri  onun adından saxta hesab açıb, icazəsiz  onun fotoşəkillərindən yararlanıblar.


Qadının dediyinə görə, 2010-cu ildə onu saxlayan polis  fotoşəkilləri mobil telefonun yaddaşından götürüb. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edib.


Məsələ ilə bağlı ABŞ Ədliyyə Nazirliyində araşdırma aparılır. 

Geri xəbərlərə