Новость - Ən çox satılan smartfonların SİYAHISI
Ən çox satılan smartfonların SİYAHISI




Omdia adlı analitik şirkət bu ilin birinci yarısında ən çox satılmış smartfonların siyahısını təqdim edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, siyahıya daxil olmuş smartfonlar yalnız Samsung və Apple şirkətlərini əhatə edirlər. Ümumilikdə siyahıya 10 smartfon modeli daxil olub. Beləliklə təqdim edilmiş siyahıya əsasən bu ilin birinci yarısında ən çox satılmış smartfon 26.5 milyonluq satışla iPhone 14 Pro Max olub. Ondan sonra gələn smartfonların sıralanması belədir. iPhone 14 Pro (21 milyon), iPhone 14 (16.5 milyon), iPhone 13 (15.5 milyon) və Galaxy A14 (12.4 milyon). İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Galaxy S23 Ultra (9.6 milyon), Galaxy A14 5G (9 milyon), Galaxy A54 5G (8.8 milyon), Galaxy A34 5G (7.1 milyon) və iPhone 11 (6.9 milyon).
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl