Новость - Priqojinin videosu hər kəsi şoka saldı! Sözün əsl mənasında təxmin etdi
Priqojinin videosu hər kəsi şoka saldı! Sözün əsl mənasında təxmin etdi




Rusiyanın paytaxtı Moskva yaxınlığında qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirən Vaqnerin lideri Yevgeni Priqojinin aylar əvvəl verdiyi müsahibə hər kəsi şoka salıb.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, ortaya çıxan görüntülərdə Priqojinin necə öləcəyini və hətta "təyyarənin havada yerə çırpılacağını" proqnozlaşdırdığını belə görmək olar.

O, müsahibəsində: "Mən bu ölkənin xalqına yalan danışa bilmərəm. Məni öldürmək daha yaxşıdır. Rusiya bu gün xaos astanasındadır. İndi vintləri bərkitməsək, bütün təyyarə göydə parçalanacaq" sözlərini deyib.

Vaqner liderinin ölümünün təsvir etdiyi kimi baş verməsi sosial şəbəkələrdə səs gətirib.

Sevda Səfərova
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl