Новость - Dünyanın ən varlı iş adamlarından birinin lüks yaxtası Marmaris sahilində görüntüləndi
Dünyanın ən varlı iş adamlarından birinin lüks yaxtası Marmaris sahilində görüntüləndi




Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində "Mayan Queen 4" lüks yaxtası görüntülənib.

Kayman adaları bayrağı altında üzən 93 metrlik yaxta "Marmaris Cruise Port" limanına yanaşıb.

Dünyanın ən zəngin meksikalı iş adamları arasında yer alan Alberto Bailleres Qonzalesə məxsus olduğu bildirilən dördmərtəbəli "Maya Queen 4" super lüks yaxtası yerli və xarici turistlərin marağına səbəb olub.

Yaxtanın iki günlük liman səfərinə gəldiyi məlum olub. İki gün sahildə qalacaq yaxtanın daha sonra turuna davam edəcəyi bildirilib.
Dünyada azsaylı lüks yaxtaları arasında yer alan bu yaxtanın 2008-ci ildə Almaniyanın Hamburq şəhərində inşa edildiyi öyrənilib.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl